249
dönm
əyəcəyini görən Gövhər xanım da atını minərək qılınc-qalxanını qurşandı, o da
Salman b
əyin dalınca qoşuna daldı.
İki cəngavər qaranlıq çökənə qədər qılınc çaldılar” [164, 436].
Örn
ək gətirdiyimiz oxşar motivləri təsadüfi hal saymaq olmaz. Yaxud
“Koroğlu” dastanında bir epizoda diqqət yetirək. Koroğlu Nigar xanımı qaçırdanda
Nigar xanım məsləhət görür ki, dava eləmədən sakitcə qaçıb getsinlər. Lakin Koroğlu
bu t
əklifi qəbul etmir.
“Koroğlu dedi:
-S
əni Çənlibelə bu cür apara bilmərəm. Sonra deyərlər ki, Koroğlu gedib
xotkarın qızını oğurlayıb gətirib. Mən gərək dava eləyəm” [101, 74].
D
əmirçioğlu da Telli xanımı Ərzurumdan, Salman bəy Gövhər xanımı
B
əkistandan qaçırdanda eyni hərəkəti edirlər.
Bütün bunlar Aşıq Şenliyin əski eposçuluq ənənələrindən yüksək
s
ənətkarlıqla qaynaqlandığını göstərir. Bu baxımdan həm qəhrəmanlıq, həm də
m
əhəbbət motivlərinin üzvi şəkildə ahəngdarlıq təşkil etməsi, hadisələrin epik
harmoniyası olduqca təbii təsir bağışlayır.
Aşıq Şenliyin “Sevdagar şah ilə Gülənaz Sultan” dastanının mövzusu Şah
Abbas haqqında Şərqi Anadoluda geniş yayılmış nağıl süjetlərindən götürülmüşdür.
Şah Abbasın övladı olmadığından Gülşah adlı qulluqçusu ilə evlənir ki, bəlkə bir
uşağı ola. Şah Abbas səfərdə ikən onun bir oğlu olur. Şah Abbasın arvadı uşağı
öldürm
ək üçün adam yollasa da, buna nail ola bilmir. Qəndəhara pənah gətirən uşaq
burada böyüyür v
ə şahın vəzirinin qızı Gülənaz xanıma aşiq olur. Müxtəlif
ç
ətinliklərdən sonra o, öz sevgilisinə qovuşur.
“Sevdagar şah” adı ilə tanınan bu dastanın da sonunda Şenlik onun düzülüb-
qoşulma tarixini və dastanın içindəki şeir parçalarının sayını özünün dastan
yaradıcılığı üslubuna sadiq qalaraq bu cür ifadə etmişdir:
Bu bir hekay
ədir təfsir yazıda,
Yüz
əlli dörd qitə təsnif özümdə,
Tarix min iki yüz doxsan doqquzda,
Qul Şenliyin vəsfi-halı deyərsən. [164, 416]
250
Bu b
ənddən aydın olur ki, “Sevdagar şah” dastanını aşıq hicri tarixi ilə 1299-
cu ild
ə (miladi-1881) bitirmişdir.
Maraqlıdır ki, dastanları yaratdığı tarixə, hadisə və əhvalatlara uyğun olaraq
qoşduğu bəndlərin sayını müəllif finalda əsas qəhrəmanların dili ilə ifadə etmişdir ki,
bu da aşığın ədəbi irsini öyrənmək baxımından əhəmiyyətlidir.
Aşıq Şenliyin dastan yaradıcılığının bu cəhətinə ayrıca diqqət yetirən türkiyəli
t
ədqiqatçıların fikirləri maraq doğurur. Prof E.Aslan dastanların poetik strukturundan
b
əhs edərkən nəzm hissəsində bəndlərin sayının göstərilməsinin səbəbini izah etməyə
çalışmışdır: “Dastanlardakı türkülər dastanların dəyişməyən sabit hissələridir. Çünki
türkül
əri dəyişdirib yerinə eyni anlam və qafiyədə ayrısını qoymaq asan deyildir.
Ayrıca, bu türkülərin əksəriyyətini dinləyicilər əzbər bilirlər. Dəyişdirildiyini bilən
kimi aşığa xəbərdarlıq edirlər. İfaçı aşıqlar dinləyicilərin bu cür xəbərdarlıqlarına
h
ədəf olmamaq üçün türküləri ən doğru şəkildə öyrənib söyləməyə səy göstərirlər.
Aşıq Şenlik “Lətif şah”da 167, “Sevdagar”da 154, “Salman bəy “də 222 bənd
olmaqla c
əmi 543 bənd türkü qoşmuşdur” [164, 73].
E.Aslanın bu mülahizəsi özlüyündə maraq doğursa da, ilk baxışdan
mübahis
əli görünür. Əvvəla, qeyd etdiyimiz kimi, müəllifli dastanlar bir qayda olaraq
dastan yaradan saz-söz s
ənətkarının şagirdləri, sonra isə ifaçı aşıqlar tərəfindən
m
əclislərdə, el şənliklərində ifa oluna-oluna cilalanır. Dinləyici auditoriyasının
zövqünü oxşamaq, onun diqqətini daha çox çəkmək üçün dastanın həm nəzm, həm də
n
əsr hissəsində ifaçılar müəyyən dəyişiklik edirlər. Başqa sözlə, yerinə düşməyən
söz, ifad
ə, misra, hətta bütöv bəndlər daha ifadəli və obrazlı deyimlərlə əvəz olunaraq
cilalanır. Belə olmasaydı, folklorun müxtəlif janrlarının, o cümlədən dastanların
variantları və invariantları yaranmazdı.
Dig
ər bir araşdırmasında E.Aslan adı çəkilən dastanlarda şeir hissəsindəki
b
əndlərin sayını başqa cür göstərir: “Lətif şah”- 147 bənd, “Sevdagar şah” 154 bənd,
“Salman b
əy” –242 bənd [165, 46].
Göründüyü kimi, mü
əllif birinci araşdırmasında “Lətif şah”da 167, “Salman
b
əy”də 222 bənd türkü olduğunu yazırsa, ikincidə bu rəqəmlər fərqli şəkildə qeyd
olunur. T
ədqiqatçı, Aşıq Şenlyin dastanların yaranma tarixini və nəzm hissəsindəki
251
b
əndlərin sayını, “misralarda nəqş etməsini” onun böyük ustalığı və uzaqgörənliyi
kimi d
əyərləndirərək, bu bilgilərin araşdırıcılar üçün əhəmiyyətini xüsusi vurğulayır.
“Çünki bu gün s
ənəd yoxluğundan Yunusun, Qaracaoğlanın, Əmrahın, Kərəmin və
daha bir çox ünlü şairimizin yaşadıqları çağları belə təsbit etməkdə çətinlik
ç
əkilməkdədir” [164, 43].
“Sevdagar şah” dastanında da Aşıq Şenlik çeşidli folklor motivlərindən,
mifoloji ünsürl
ərdən istifadə etmişdir. Əsasən Qəndəhar və İsfəhan şəhərlərində
c
ərəyan edən hadisələr, obrazlar sistemi, gözlənilməz situasiyalar və s. bir sıra xalq
romanları ilə yaxından səsləşir. Dəli Becan, Zöhrə Sultan, Allahverdi xan obrazları
hadis
ələrin əsas iştirakçıları kimi diqqəti cəlb edir. Allahverdi xan və Dəli Becan
obrazları “Abbas və Gülgəz” dastanındakı adaşları ilə eyni rəsmi, lakin fərqli bədii
funksiyanı yerinə yetirirlər. Allahverdi xan və Dəli Becan “Abbas –Gülgəz”də şər
qüvv
əni təmsil edirlər. Onlar Şah Abbasın tapşırığı ilə Pəri xanımı zorla İsfəhana
aparır, onu sevgilisindən ayırırlar.
“Sevdagar şah” dastanında Dəli Becanın əsas məqsədi həm aşıq və məşuqu –
Se
vdagar şahla Gülənaz Sultanı bir-birinə qovuşdurmaqdan ibarətdir. Dəli Becanın
xarici görk
əmi, bir pəhləvan kimi döyüşə can atması, lakin döyüş olmadığı üçün
küsm
əyi və s. obraza yumoristik çalarlar əlavə edir ki, bu da bir sıra çətin
situasiyalarda şux ovqat doğurur.
Tehran şahının bacısı Zöhrə Sultan “Şah İsmayıl” dastanındakı Ərəbzəngi
obrazını xatırladır. Zöhrə Sultan da Ərəbzəngi kimi igid bir cəngavərdir. Hər iki
q
əhrəman öz məhəbbətləri yolunda çətin sınaqlardan keçir, dözüm və sədaqət
göst
ərirlər.
“
Sevdagar şah” dastanının obrazlar sistemində Sevdagar şah əsas qəhrəman
olsa da, dig
ər personajlara nisbətən zəif təsir bağışlayır. Doğrudur, Sevdagar şah öz
eşqində vəfalıdır, Gülənaz xanıma çatmaq üçün bir çox çətin maneələrdən keçməli
olur, n
əticədə vüsala qovuşur. Lakin o, bu maneələri vəzir Allahverdi xanın, Dəli
Becanın köməyi ilə aşır. Xüsusilə, Dəli Becanın döyüşkənliyi və şücaəti olmasa,
dastanda Sevdagar şahın məqsədinə çatması çətin görünür. Lətif şahda, Salman bəydə
gördüyümüz q
əhrəmanlıq, cəsarət, qorxmazlıq Sevdagar şahda müşahidə olunmur.
Dostları ilə paylaş: |