273
musiqi repertuarında variantlılığın geniş yayılması qeyd etdiyimiz səbəblərlə
s
əciyyələnir.
Qeyd ed
ək ki, bəzən müəyyən saz havasına vurulan xalları, əlavə olunan
musiqi çalarlarını nəzərə alıb onu ayrıca saz havası kimi təqdim etməyə çalışırlar. Və
yaxud da müxt
əlif saz havaları arasında oxşarlıqlara əsaslanaraq həmin havaların eyni
bir aşıq havası olduğu fikrini irəli sürürlər. Əlbəttə, hər iki mülahizə yanlış və
birt
ərəflidir. Nəzərə alsaq ki, “hava anlayışı ilə variant anlayışı arasında dəqiq sərhəd
yoxdur, çünki variantın özünü tam mənada ayırd etməyə imkan yaradan ümumi ölçü,
meyar yoxdur” [98, 81] -
onda variantlılığın bir neçə aspektdən öyrənilməsi və
t
ədqiqinin vacibliyi ortaya çıxır.
Fikrimizc
ə, Azərbaycan aşıq havalarının sayı haqqında müxtəlif fikirlərin
mövcudluğu, ayrı-ayrı rəqəm göstəricilərinin (72-dən başlayaraq 200-dək və hətta
daha çox) qeyd olunması variantlılıq probleminin doğru-düzgün elmi həllini
tapmaması ilə birbaşa bağlıdır. Buna görədir ki, elmi-filoloji ədəbiyyatda, eləcə də
musiqişünaslıqda aşıq havalarının sayı barədə dəqiq məlumat yoxdur. Sənətşünas
A.O.K
ərimli milli-etnik folklor yaddaşında geniş yer tutan 72 saz havası anlayışının
mifik t
əfəkkürlə bağlı olduğunu göstərir [98, 80]. Borçalı aşıq mühitinin
t
ədqiqatçılarından biri olan T.İsabalı qızının araşdırmasında da oxşar fikir səslənir
[92, 118]. Prof.M.H
əkimov ayrı-ayrı aşıqların musiqi repertuarındakı saz havalarının
sayını və variantlarının təsnifini vermişdir. Mərhum folklorşünasın təsnifindən
görünür ki, Aşıq Hüseyn Saracalının musiqi repertuarında 81 saz havası və həmin
havaların 53 variantı olmuşdur. Alim tərtib etdiyi digər bir cədvəldə-Aşıq Cəlal
Q
əhərmanovun cədvəlində 129 saz havasının və onların 55 variantının elmi təsnifi
verilmişdir [85, 543-556].
Türkiy
ə folklorşünaslığında da saz havalarının sayı ilə bağlı müxtəlif fikirlər
mövcuddur. F.Kırzıoğlu Qars yörəsində (Qars, Çıldır, Hanak, Ərzurum, Posof,
Ərdahan və s.) 216 saz havasının olduğunu yazır. Görkəmli alim bu havaları üç başlıq
altında sayını göstərməklə təsnif etmişdir: a) ağır havalar-120; b) orta havalar 40; c)
yüngül havalar-56.
274
Aşıq Şərəf Taşlıova Şərqi Anadoluda 157 aşıq havasının geniş yayıldığını
mü
əyyənləşdirmişdir. Aşıq 157 saz məqamının (havasının) ifa xüsusiyyətinə, daha
doğrusu səsin tembrinə görə aşağıdakı kimi qruplaşdırmışdır: “Ağır səsli divani
m
əqamları iyirmi bir, təcnis məqamları dörd, gözəlləmə məqamları on iki, orta və
yürük s
əsli məqamlar otuz üç, yanıq səsli məqamlar qırx yeddi, yüksək səslə
söyl
ənən məqamlar 40” [223, 160].
Folklorşünas E.Aslan Şərqi Anadoluda 72 saz havasının olduğu fikrini irəli
sürür. Alim t
əsbit edə bildiyi 57 saz havasının “divani məqamlar 7, yanıq və uzun
m
əqamlar 37, gözəlləmə və hərəkətli məqamlar on üç” şəklində təsnif etmişdir.
Başqa bir maraqlı fikir də M.Özaraslana məxsusdur. Alim Anadolu və Azərbaycan
aşıq mühitlərində Kərəm havalarının geniş yayıldığını qeyd edərək yazır: “Kərəm
havalarının çox önəmli bir yer tutduğu aşıq musiqisində Anadolu və Anadolu
xaricind
ə bir çox bölgələrdə Kərəm havasına təsadüf edilməkdədir. Qars-Ərzurum
yör
ələriylə Azərbaycan aşıqları arasında yayılan “Kərəmi” adıyla da anılan bu
havalardan günümüz
ə qədər təsbit edilənlərin sayı yüzə qədər olub müxtəlif
bölg
ələrdə bu adlarla oxunmaqdadır: “Kəsik Kərəm”, “Yanıq Kərəm”, “Qalpaqlı
K
ərəm”, “Atüstü Kərəm” (“Yorğun Kərəm”), “Kərəm Coşdu” (Əsli Kərəm), “Döymə
K
ərəm” və s.” (223, 166).
Türkiy
ə alimlərinin və aşıqlarının bu fikirlərini yekunlaşdıraraq deyə bilərik
ki, Qars yör
əsində, o cümlədən Çıldırda yayılmış aşıq havalarının fərqli rəqəmlərlə
ifad
ə olunması variantlılıqdan doğan bir məsələdir. Fikrimizcə, həllini gözləyən bu
m
əsələ folklorşünaslıq elmindən daha çox, musiqişünaslıqla bağlı bir problemdir.
Bir sıra aşıq mühitlərində olduğu kimi, Ağbaba-Çıldır aşıqlarının ifa
repertuarında variantlılığın mövcudluğu “saz havasının ad dəyişməsinə də gətirib
çıxarır” [106, 225]. Məsələn, “Aşıq təsnifi” saz havasına Ağbabada “Qəmərcan”,
“Arani” havasına “Tırınqı” deyirlər. Aşıq İsgəndər Ağbabalının verdiyi bilgiyə görə
“K
ərəm gözəlləməsi” Ağbabada “Əhmədi Kərəm”, “Ayaq divani”- “Osmanlı
divanisi”, “Qarsı”-“Ağacanı” adları altında ifa olunurdu.
Ümumiyy
ətlə, Ağbaba-Çıldır aşıqlarının musiqi repertuarının səciyyəvi
laylarından birini onların yaratdıqları orijinal saz havaları təşkil edir. Prof.
275
M.Qasımlının “bu mühitdə digər mühitlərdə müşahidə edilməyən xeyli sayda saz
havası mövcud olmuşdur”- [106, 199] mülahizəsi yaradıcı bir mühit kimi Ağbaba-
Çıldırda bu prosesin davamlı olaraq getdiyini təsdiq edir.
Klassik b
əstəçilik ənənələrini məharətlə davam etdirən saz-söz sənətkarları
arasında Çıldırlı Aşıq Şenliyin bu mühitdə ayrıca yeri vardır. Aşıq İsgəndər
Ağbabalıdan aldığımız məlumata görə, “Çıldır təcnisi”, “Xoşdamağı”, “Şenlik
Mirz
əcanısı”, “Ağbabayı”, “Çıldır divanisi” saz havalarını Aşıq Şenlik yaratmışdır.
Ustad s
ənətkarın verdiyi digər bilgiyə görə, “Dəli Hicrani” havası da Aşıq Şenliyə
m
əxsusdur. Bu havanı hər aşıq oxuya bilmir, güclü səsi olanlar “Dəli Hicrani”ni
oxuya bil
ərlər. Qeyd edək ki, biz nə A.O.Kərimlinin cədvəlində [98, 83-85], nə də
M.H
əkimovun [85, 524-593] təsnif etdiyi havalar arasında “Dəli hicrani” adlı saz
havasına və yaxud onun variantına təsadüf etmədik. Qeyd etdiyimiz cədvəllərdə
“Dolhicrani” v
ə “Hicrani” havalarının adı çəkilmişdir. Aşıq İsgəndər Ağbabalının
bildirdiyin
ə görə bu havalar müxtəlif havalardır.
Az
ərbaycan aşıqlarının musiqi repertuarında geniş yer tutan “Keşişoğlu” saz
havasının Ağbaba-Çıldır aşıq mühiti ilə bağlılığını nəzərə alıb bu hava üzərində bir
q
ədər dayanmağı lazım bilirik. Y.Ramazanov bu havanın aşıq poeziyasında
Keşişoğlu, Zəruri, Şövqü təxəllüsləri ilə məşhur olan və türk-Azərbaycan dilində
yazıb-yaradan erməni aşığı Davud Yeresyana (1804-1876) məxsus olduğunu yazır
[135, 70].
Prof. M.H
əkimovun Azərbaycan aşıqlarının bildikləri və oxuduqları saz
havaları haqqında tərtib etdiyi cədvəllərdə “Keşişoğlu” havasının yaradıcısı Ağ Aşıq
qeyd olunmuşdur [85, 528-564]. Digər bir cədvəldə [85, 544] bu hava erməni aşıq-
şairi Keşişoğluna ünvanlandırılmışdır.
Güney Az
ərbaycandakı aşıq mühitlərini araşdıran Ə.Kafkasyalının
t
ədqiqatından məlum olur ki, “Keşişoğlu” saz havası Təbriz-Qaradağ və Urmiya aşıq
mühitl
ərində də yayılmışdır. O da maraqlıdır ki, Urmiya aşıq mühitində “Müsəlman
Keşişoğlu” və “Erməni Keşişoğlu” adlı iki ayrı hava mövcuddur [201, 117]. Aşıq
İsgəndər Ağbabalıdan, el ağsaqqalı Rəşid İsgəndərovdan aldığımız bilgiyə görə
Dostları ilə paylaş: |