276
“Keşişoğlu” havasının əsil adı “Süründürmə”dir. Havanın yaradıcısı Aşıq
Summanidir.
Deyil
ənləri yekunlaşdırıb güman etmək olar ki, Azərbaycan aşıqlarının
havacat repertuarında iki “Keşişoğlu” havası olmuşdur. Ağbaba-Çıldır aşıq
havalarının Urmiya saz havalarına daha çox yaxınlığını nəzərə alsaq, Urmiya
aşıqlarının ifa repertuarındakı “Müsəlman Keşişoğlu” saz havasının əsil adının
“Süründürm
ə”, müəllifinin isə Aşıq Summani olduğunu söyləyə bilərik.
Qeyd
etdiyimiz kimi,
ənənəvi prinsipləri dərindən mənimsəyən və fərdi
yaradıcılıq imkanlarına əsaslanan Ağbaba-Çıldır aşıqlarında bəstəçiliyə güclü meyil
olmuşdur. Aşıq Qərib Hasanın “Ağbaba zarıncısı”, “Qəribi”, Dədə Dərbədərinin
“D
ərbədəri”, “Qaralı”, Aşıroğlunun “Aşıroğlu”, Aşıq Nəsibin “Tərcümani”,
“Şörəyeli”, Aşıq İsgəndər Ağbabalının “Güləndamı” (“İsgəndəri”) və sair orijinal saz
havaları fikrimizi bir daha təsdiqləyir.
Əlbəttə, bu yazdıqlarımız Ağbaba-Çıldır aşıq mühitinini musiqi bəstəçiliyinin
s
əciyyəvi cəhətlərini tam əhatə etmir. Fikrimizcə, bu, ayrıca bir tədqiqat işinin
mövzusudur v
ə gələcək araşdırmalarda, şübhə yoxdur ki, daha ətraflı şərhini
tapacaqdır.
277
N
ƏTİCƏ
Az
ərbaycan aşıq sənətinin regional özünəməxsusluğunun öyrənilməsi bu
s
ənətin təşəkkül və inkişaf dinamikasını, tarixi-mədəni
özəlliklərini, coğrafi
areallarını daha dərindən və ətraflı araşdırmağa imkan verir, eyni zamanda bütöv bir
s
ənət sistemini müxtəlif istiqamətlərdən tədqiq etmək üçün geniş imkanlar açır.
Ağbaba-Çıldır aşıq mühitinin Azərbaycan aşıq sənəti daxilində tutduğu yerin, milli
regional xüsusiyy
ətlərinin, ədəbi-estetik özəlliklərin elmi-filoloji təhlilə cəlb
olunması göstərdi ki, bu mühit tarixi-genetik kökləri ilə türk
etnik mədəni sisteminin
ən qədim laylarına bağlıdır.
Aparılan tədqiqatlardan aydın oldu ki, Ağbaba-Çıldır aşıq mühitinin lokal
coğrafi arealı tarixin müxtəlif dönəmlərində Axıska-Çıldır bəylərbəyliyi, Çıldır
əyaləti, Qars vilayəti, Qars qəzası və s. kimi müxtəlif adlarla adlanan iri miqyaslı
inzibati
ərazilərin sərhədlərini əhatə etmişdir. Hələ miladdan
öncə VII əsrdə saka
[iskit] türkl
ərinin, sonrakı dövrlərdə göyərli-çavaklı, qarapapaq, oğuz, pasin və başqa
q
ədim türk boylarının məskunlaşdıqları bu torpaqlar Anadolunun “açar-kilidi”,
Qafqazın qapısı hesab olunmuş, çox önəmli hərbi-strateji mövqeyinə görə bir sıra
dövl
ətlərin daima siyasi maraqlarının mərkəzində saxlanılmışdır. Zaman-zaman İran
v
ə Rusiyanın basqınlarına məruz qalan, kürəyinə erməni bıçağı saplanan bu ərazilər
d
əhşətli müharibələr meydanına çevrilmiş, hər qarışı şəhid qanı ilə suvarılmışdır.
M
əhz bu səbəblərdən türkiyəli alimlərin ümumi qənaətinə görə, Türkiyənin heç bir
yerind
ə Şərqi Anadoluda olduğu qədər aşıq və el şairi yetişməmişdir.
Üç yüz ild
ən çox Osmanlı dövlətinin tərkibində öz mədəni -coğrafi
bütövlüyünü saxlayan Şərqi Anadolu 1805-ci ildən etibarən Çar Rusiyası tərəfindən
hiss
ə-hissə işğal olunmağa başladı. Tarixi ədalətsizlik üzündən Ağbaba-Çıldır aşıq
mühiti
üç hiss
əyə parçalanmış, Gürcüstana qatılan hissəsində 1944-cü ilə qədər,
Erm
ənistanın tərkibinə daxil edilən ərazidə 1988-ci ilədək öz varlığını qoruyub
saxlamışdır. Hazırda Ağbaba-Çıldır aşıq mühiti Şərqi Anadoluda-Çıldır mahalında öz
f
əaliyyətini davam etdirməkdədir. Belə bir tarixi sənət taleyi yaşayan Ağbaba-Çıldır
aşıq mühiti folklor örnəklərinin zənginliyi, milli-etnoqrafik koloritin əlvanlığı, aşıq
278
s
ənəti ənənələrinin qədimliyi ilə diqqəti çəkir.
Araşdırma göstərdi ki, Ağbaba-Çıldır aşıq mühiti Azərbaycan və Anadolu
aşıq sənəti arasında bir keçid-körpü rolu oynamışdır. Bütövlükdə Azərbaycan folklor
arealının təsiri altında olan Şərqi Anadolu aşıqlığı Azərbaycan aşıq sənətinə məxsus
xüsusiyy
ətləri özündə cəmləşdirmişdir. Azərbaycan və Anadolu aşıq mühitləri
arasında sənət əlaqələrinin güclənib genişlənməsində Aşıq Şenliyin xüsusi xidmətləri
olmuşdur. Təcnis və onun bir sıra şəkilləri, sicilləmə janrı (Şəki sicilləməsi) Aşıq
Şenlik tərəfindən Anadolu aşıq yaradıcılığına daxil edilmişdir. Eləcə də ustad
s
ənətkarın yaratdığı dastanlar, bəstələdiyi saz havaları çağdaş Azərbaycan aşıqlarının
repertuarında özünə möhkəm yer tutur. Lokal coğrafi ərazisi ilə Şərqi Anadolunun
geniş ərazilərini əhatə edən Ağbaba-Çıldır aşıq mühiti Göyçə, Borçalı, Urmiya,
İrəvan və digər aşıq mühitləri ilə qarşılıqlı sənət əlaqələri saxlamış və qonşu
mühitl
ərdən təsirlənib özünün milli-regional repertuarını zənginləşdirdiyi kimi,
əlaqədə olduğu mühitlərə də bu cür təsir göstərmişdir. Bu təsir
erməni və gürcü
aşıqlarının üzərində də böyük olmuş, Axıska, Gümrü, Qars və digər ərazilərdə
f
əaliyyət göstərən erməni və gürcü sənətkarları azəri türkcəsində çalıb oxumuş,
Ağbaba-Çıldır aşıq mühitinə məxsus sənət keyfiyyətlərini daşımışlar. Gürcü sənətkarı
Aşıq Şivğaya, erməni Aşıq Civaniyə Aşıq Şenliyin güclü təsiri bu fikri bir daha
t
əsdiqləyir.
Özün
əməxsus sənət keyfiyyətlərinə görə aşıqlaşmış ozanlar qrupuna daxil
olan Ağbaba-Çıldır aşıq mühitində təkkə kökənli, "haqq aşığı" statusu daşıyan
s
ənətkarların, (Aşıq Şenlik, Aşıq Summani, Aşıq Zülali, Ərzurumlu Aşıq Əmrah və
b.) olduğu da aydın görünür. Ozanın aşığa çevrildiyi tarixi-mədəni məkan
Anadolunun, o cüml
ədən Ağbaba-Çıldır aşıq mühitinin əhatə etdiyi coğrafi ərazilərin
olduğu da diqqəti çəkir. Bu faktor Ağbaba-Çıldır aşıq mühitinin tarixi-mədəni genetik
yaddaşının, təşəkkül formasının, sənət göstəricilərinin özünəməxsusluğunu sübut
edir.
Aparılan təqdiqatlardan o da aydın oldu ki, Ağbaba-Çıldır aşıq mühiti həm
Az
ərbaycan, həm də Türkiyə folklorşünaslığında bu və ya digər
dərəcədə
araşdırmalara cəlb olunmuşdur. Azərbaycan folklorşünaslığında Ağbaba-Çıldır aşıq