270
Çıldır aşıq mühitinin musiqi repertuarının təsnifatını, fikrimizcə, aşağıdakı kimi
s
əciyyələndirmək olar:
1)
Repertuardakı Azərbaycan aşıq sənətinin ümumi havaları;
2)
Mövcud aşıq havalarının variantları;
3)
Sufi havaları;
4)
Nanayı saz havaları;
5)
Mühitin saz-
söz sənətkarlarının yaratdıqları orijinal havalar.
Əlbəttə, bu bölgü şərtidir. Lakin digər aşıq mühitlərinin də musiqi
repertuarının təsnifatına nəzər yetirsək, burada da müəyyən şərti prinsiplərin
olduğunu görərik. Bu baxımdan Ağbaba-Çıldır aşıq havalarına qeyd etdiyimiz bölgü
əsasında araşdırmaq daha məqsədəuyğundur.
Dig
ər aşıq mühitləri ilə zaman-zaman qarşılıqlı sənət əlaqələri saxlayan
Ağbaba-Çıldır aşıq mühiti Azərbaycan aşıq havalarını ana südü kimi öz repertuarına
hopdurmuşdur. Problemə bu aspektdən yanaşdıqda “Yanıq Kərəmi”, “Divani”,
“Dübeyti”, “Sarıtel”, “Göyçəgülü” və s. saz havalarının Ağbaba-Çıldır aşıqlarının
repertuarında da özünə möhkəm yer tutduğunu görərik. Digər tərəfdən Ağbaba-Çıldır
aşıq mühitinin lokal coğrafi ərazisinin, entoqrafiyasının, yerli koloritinin, tarixi-
m
ədəni şəraitinin müəyyən elementlərinin özünəməxsus çalarlarla Azərbaycan aşıq
havalarına əlavə olunması mühitdəki ifaçılıq ənənələrinin novatorluğunu təsdiqləyir.
S
ənətşünas A.O.Kərimlinin saz havaları ilə bağlı bir fikri xüsusi maraq
d
oğurur. Müəllif yazır: “Onu da nəzərə almaq lazımdır ki, vaxtilə hər aşıq məktəbinin
özün
əməxsus ifaçılıq səpkisi ilə yanaşı öz havalar dairəsi (toplusu da demək olar) var
imiş və müxtəlif bölgələr arasında yaradıcılıq əlaqələrinin müasir dövrdə
genişlənməsinə baxmayaraq, həmin xüsusiyyət hələ də özünü göstərməkdədir.
M
ənim Aşıq İsgəndərlə 1987-ci ilədək görüşüm indiyədək eşitmədiyim “Summani”,
“Otalı qızı”, “Dərbədəri”, “Qurdoğlu” və s. havaları lentə yazmağıma imkan verdi”
[98, 81]. Alimin bu q
ənaəti iki cəhətdən əlamətdardır. Birincisi, Azərbaycan aşıq
musiqisinin ümumi xüsusiyy
ətlərini öyrənmək baxımından; ikincisi, hər bir aşıq
mühitinin özün
əməxsus hava-havacat repertuarının, ifaçılıq spesifikasının
araşdırılmasının zəruriliynə diqqəti yönəltmək istiqamətindən əhəmiyyətlidir.
271
Ağbaba-Çıldır aşıqlarının repertuarında sufi saz havalarının özünəməxsus
yeri olmuşdur. Bu havalar, Aşıq İsgəndər Ağbabalıdan, sinədəftər ağsaqqallardan
aldığımız məlumata görə dini-ürfani səciyyə daşımış, daha çox səmavi rəqslərin icrası
zamanı ifa olunmuşdur. Əvvəldə qeyd etdiyimiz kimi, Ağbaba-Çıldır aşıq mühitində
vaxtil
ə mövcud olmuş sufi saz havalarından “Qurdoğlu”, “Rəhmani”, “Ürfani”,
“Ağam hey” və s. günümüzə gəlib çatmışdır.
Maraqlıdır ki, Ağbabada “Qurdoğlu” adlı mif də mövcuddur. Mifin sujetini
əski təsəvvürlər, türk mifoloji düşüncəsi təşkil edir. Fikrimizcə, “Qurdoğlu” mufi ilə
eyniadlı saz havası arasında müəyyən bağlılıq vardır. Mifdə, saz havasında və bu
havaya uyğun ifa olunan qoşqularda tanrıya yalvarış, alqış-dua elementlərinin yer
tutması bu fikri yürütmək üçün bizə əsas verir. Heç də təsadüfi deyildir ki, Aşıq
İsgəndər Ağbabalı “hər səsi, avazı almaz “Qurdoğlu” deyərkən bu havanın
özün
əməxsus ifa tərzini, dini-ürfani ruhunu ifadə etməyə çalışmışdır:
Hava-havacatdan birdi pir kimi,
H
ər aşıq bacarıb çalmaz “Qurdoğlu” [23, 24].
Qeyd ed
ək ki, Anadoluda sufi havalar indi də mühafizə olunmaqdadır.
Türkiy
ənin “Yol”, “Cem” televiziya kanallarında sufi havalarına və rəqslərinə sıx-sıx
yer verilir. Folklorşünas M.Özarslan Qars-Ərzurum və onun ətraflarında yayılmış
“Zarıncı”, “Summani”, “Dübeyti”, “Cavanöldürən” və s. saz havaları arasında
“S
əmayi”, “Dərbədəri” sufi havalarının da adını çəkir [223, 165].
Ağbaba-Çıldır aşıq havalarının öyrənilməsi istiqamətində önəmli
m
əsələlərdən biri də nanayı saz havalarının araşdırılmasıdır.
Nanayı saz havalarının bu cür adlanması, fikrimizcə, həmin havaların
nanaylarla forma, m
əzmun və ifaçılıq ənənəsi baxımından oxşarlıq təşkil etməsidir.
Birincisi, h
əm nanayların, həm də nanayı saz havalarının özünəməxsus nəqəratı olur.
M
əsələn, “Xınalı” nanayının nəqəratı aşağıdakı kimidir:
Ay xınalı, xınalı, xınalı,
S
əni ya bəy, xan alı, xınalı. [11]
“Ota nanayı”nın nəqəratı bu cürdür:
Nanı bala, nanı, bala, nanayı,
272
Bullam tükün sanı, bala, nanayı. [152, 61]
İkincisi, həm nanaylar, həm də nanayı saz havaları məzmunca şən, şux ovqata
malikdir. Üçüncüsü, nanaylar mü
əyyən mərasimlərdə, toy, bayram şənliklərində ifa
edildiyi kimi, nanayı saz havaları da bu mərasimlərdə çalınıb-oxunur.
Nanayı saz havalarından dövrümüzə “Ota nanayı”, “Gəlin nanayı” və “Aşıq
Tüccarın nanayı” gəlib çatmışdır. Nanayı saz havaları haqqında folklorşünaslığımızda
prof.H.İsmayılov, bu sətirlərin müəllifi yığcam da olsa, bəhs etmişlər. Folklor
İnstitutunun əməkdaşı T.Qurbanov “Ağbaba aşıq mühiti” adlı araşdırmasında nanayı
saz havalarından qısaca söhbət açaraq “bu havaların yaranmasında nanayların böyük
t
əsiri olmuşdur”-qənaəti ilə kifayətlənmişdir.
“G
əlin nanayı” havasının müəllifi bəlli deyildir. Digər iki nanayı saz
havasının müəllifləri Aşıq Nəsib (“Ota nanayı”) və Aşıq Tüccardır (“Aşıq Tüccarın
nanayı”).
“Ota nanayı” saz havasını Axırkələyin Ota kəndində dağa köçməyə razı
olmayan nişanlısını yola gətirmək üçün oğlanın xahişi ilə Aşıq Nəsib yaratmışdır.
Aşıq Paşanın dediyinə görə, “Ay Nəsib əmi, bu havanı heç eşitməmişdim, bəs bunun
adı nədir?”- deyə çolpası (aşığa bələdçilik edən) ondan soruşanda Aşıq Nəsib
demişdi: “Bunu indi yaratdım”, adı “Ota nanayı”dır.
Bu s
ənət faktı göstərir ki, Ağbaba-Çıldır aşıq mühitində improvizasiya
prinsipl
əri, şifahi ənənələrlə yanaşı fərdi yaradıcılıq üslubuna da güclü meyil
olmuşdur.
Əlbəttə, bu cür sənət hadisələri digər aşıq mühitlərində də mövcuddur.
Ağbaba-Çıldır aşıqlarının ifa repertuarında Azərbaycan aşıq havalarının
müxt
əlif variantlarının da özünəməxsus yeri olduğu görünməkdədir. Bu sənət
keyfiyy
əti yalnız Ağbaba-Çıldır aşıq mühiti üçün deyil, ümumiyyətlə, Azərbaycan
aşıqlığına xas olan yaradıcılıq göstəricisidir. Fikrimizcə, aşıq havalarının variantlığı
üç mühüm s
əbəblə bağlıdır: a) aşıq sənətinin şifahi yaddaşa əsaslanması; b) ayrı-ayrı
aşıqların, xüsusilə yaradıcı aşıqların musiqi təfəkkürünün və improvizasiyaçılığının
t
əsir gücü ilə; c) milli-regional koloritin, məhəlli-coğrafi cizgilərin saz havalarına
daxil edilm
əsi ilə. Yaradıcı və bəstəçi bir mühit kimi Ağbaba-Çıldır aşıqlarının
Dostları ilə paylaş: |