279
mühiti, Göyç
ə məktəbinin Çıldır mühiti, Çıldır aşıq mühiti, Çıldır aşıq məktəbi və
dig
ər adlarla adlanan bu mühit indiyədək kifayət qədər sistemli şəkildə
öyr
ənilməmişdir. Aparılan tədqiqatlar, əsasən ümumi səciyyə daşımış, araşdırmalarda
Ağbaba-Çıldır aşıq mühitinin elmi-filoloji təhlili həllini tapa bilməmişdir.
Türkiy
ə folklorşünaslığında aparılan tədqiqatlar, əsasən mühitin çağdaş
Türkiy
ə ərazisindəki bölgələrini əhatə etdiyindən birtərəfli səciyyə daşımışdır.
Az
ərbaycanda və Türkiyə folklorşünaslığında bu sahədə bir-birindən təcrid olunmuş
araşdırmalar mühitin elmi mənzərəsini tam əks etdirə bilməmişdir.
Araşdırmalardan o da aydın oldu ki, türkçülük məfkurəsi, türkə, onun şanlı
tarixin
ə məhəbbət, milli özgürlük hissləri Ağbaba-Çıldır aşıqlarının poeziyasında
sonsuz iftixarla t
ərənnüm olunmuşdur. Aşıq Şenliyin, Aşıq Qulunun qoçaqlamaları,
xüsusil
ə Qarsa, onun qəhrəmanlıq ənənələrinə həsr olunmuş saysız-hesabsız şeirlər,
müst
əqillik, milli qürur və milli azadlıq ideyalarının tərənnümü saz-söz
s
ənətkarlarının dövlətçiliyə bağlılığının, doğma Vətənə sonsuz şükranlıq duyğularının
qabarıq göstəricisidir. Etno-milli hisslər bölgə aşıq və el şairlərinin yaradıcılığında o
q
ədər güclü olmuşdur ki, Aşıq Nəsib 1930-cu illərin repressiyalarında türkü vəsf
etm
əkdən, türkçülük, ideyalarını dilə gətirməkdən heç vaxt çəkinməmişdir.
Ağbaba-Çıldır aşıq mühitində təriqət poeziyasının özünəməxsus dini-ürfani
m
əzmunu türk-müsəlman mədəniyyətinin zəngin ənənələri üzərində formalaşmışdır.
Aparılan araşdırma və təhlillər göstərdi ki, Ağbaba-Çıldır aşıq poeziyasının ana
x
ətlərindən birini təsəvvüfi ideyalar təşkil edir. Mürəkkəb sufi simvolikası, təsəvvüfi
işarələr, ürfani kodlar, dini-mifik fikirlər orta əsrlərdən başlayaraq bu günümüzədək
Ağbaba-Çıldır aşıqlarının yaradıcılıq ənənələrinin əsas göstəricilərindən birinə
çevrilmişdir. Aşıq Nəbati (XVII-XVIII əsr), Sofu Dədə (XVIII əsr), Dədə Dərbədəri
(XVIII
əsr), Aşıq Şenlik (1850-1913), Aşıq Summani (1861-1915), el şairi Rəcəb
Hifzi (1893-
1918), Yaşar Polad (1941), Aşıq Murad Çobanoğlu (1945-2005), Hanifi
Örs // Çiftlikli Ümmani (1966) v
ə başqa saz-söz sənətkarının yaradıcılığında türk-
müs
əlman təsəvvüf düşüncəsi kamil örnəklərdə poetik ifadəsini tapmışdır. Bu
yönümd
ə aparılan çalışmalar belə bir elmi qənaətə gəlməyə imkan verir ki, bölgə
aşıqlarının yaradıcılığında təsəvvüf poeziyasının güclü və davamlı axarda olmasının
280
başlıca səbəblərindən biri bu sənətkarların butalanması mötivi ilə bağlıdır.
Az
ərbaycan aşıq sənəti tarixində XIX əsr xüsusi bir mərhələ təşkil edir. Bu
dövrün aşıq poeziyasında ictimai-siyasi motivlər olduqca güclüdür. Araşdırmalar
n
əticəsində məlum oldu ki, bölgə sənətkarlarının poeziyasında təcavüzkar
müharib
ələrin, deportasiya və qırğınların, soyqırımı siyasətinin qanlı səhnələri poetik
deyiml
ərlə, həyati detallarla əks olunmuşdur. Azərbaycan aşıq mühitlərinin heç
birind
ə müharibə səhnələri, dinc əhaliyə tutulan divan, erməni vəhşilikləri Ağbaba-
Çıldır aşıqlarının yaradıcılığındakı qədər əhatəli şəkildə təsvir olunmamışdır. Bunun
da
əsas səbəbi qeyd olunduğu kimi, Şərqi Anadolu torpaqlarında uzun sürən qanlı
müharib
ələrin baş verməsidir. Teymurləngin 1386-cı ildə Qarsı işğal etdiyi zaman
tör
ədilən qırğınlar, acı fəlakətlər Baykan adlı bir el sənətkarının “Dastan” adlı tarixi
m
ənzuməsində real boyalarla dilə gətirilmişdir. Səkkiz bəndlik bu qoşmanın
“söyl
əniş və yazıya alınması tarixi ən gec XV əsrin əvvəllərinə aid ola bilməsi” həm
d
ə Ağbaba-Çıldır aşıq mühitinin təşəkkülü tarixi baxımından da maraq doğurur. Bu
faktorlar Ağbaba-Çıldır aşıq mühitinin regional özünəməxsusluğu kimi xüsusi
s
əciyyə daşıyır.
El s
ənətkarı Baykanın (XV əsr) Çıldırlı Aşıq Bağdad xanımın (XVI əsr),
H
əsən Şirəklinin (XVII əsr), Dədə Dərbədərinin (XVIII əsr) yaradıcılıqlarından əldə
olan nümun
ələr göstərdi ki, Ağbaba-Çıldır aşıq mühitində yüksək təbli saz-söz
s
ənətkarları yetişmişdir. Bu mühitdə əsasən iki aşıq qolu, başqa sözlə iki sənətkar
ənənəsinin geniş yayıldığını müşahidə edirik: Aşıq Şenlik və Aşıq Summani
ənənələri. Başlanğıcını Xəstə Hasandan alan Aşıq Şenliyin sənət şəcərəsinə əllidən
yuxarı, əsası Aşıq Ərbabi tərəfindən qoyulan Summaninin sənət xəttinə ondan çox
saz-söz s
ənətkarı daxildir. Hər iki ustad aşığın sənət şəcərəsində onların törəmələri
(oğul, nəvə və nəticə) yaxından iştirak etmişlər.
Şagirdlik etmədən görkəmli aşıqları özlərinə mənəvi ustad seçmək ənənəsi
ustad-
şagird münasibətlərində regional özəllik kimi diqqəti çəkir. Çorlu Məhəmməd
Aşıq Şenliyi, el şairi Behcət Marık Aşıq Summanini özlərinin ustadı saymışlar. Aşıq
Yaşar Yılmaz Reyhani şagird yetişdirməsə də, xeyli sayda aşıq onun ustadlığını
q
əbul etmişdir.
281
Ağbaba-Çıldır aşıq mühitinin regional xüsusiyyətləri dastan yaradıcılığında
da qorunub mühafizə edilmişdir. Tədqiqat müəyyənləşdirdi ki, ənənəvi dastanlarla və
onların regional variantları ilə yanaşı, bölgə aşıqlarının özlərinin yaratdıqları çoxlu
sayda dastanlar mövcuddur. Əski türk eposçuluq ənənələrinə qayıdışın, dini mifoloji
elementlərin, qəhrəmanlıq və sevgi sujetlərinin bu dastanlarda yüksək sənətkarlıqla
əks olunması Ağbaba-Çıldır aşıqlarının dastan yaradıcılığının özünəməxsus
cəhətlərini göstərir. Aşıq Şenliyin yaratdığı “Lətif şah”, “Salman bəy” dastanları
bütün sənət parametrləri ilə klassik dastançılıq ənənələrinin özünəməxsus ifadəsidir.
Aparılan müşahidə və təhlillər göstərir ki, Ağbaba-Çıldır aşıq mühitində dastan
ifaçılığı və yaradıcılığı ayrıca bir tədqiqat mövzusu kimi araşdırmaya cəlb
olunmalıdır.
Bölg
ə aşıq mühitinin tarixi—mədəni coğrafiyası, aşıq ocaqları, dastan
gec
ələrinin keçirilməsi və sair Ağbaba-Çıldırda ifaçılıq ənənələrinin inkişafında
ön
əmli rol oynamışdır. Bölgənin bir çox saz-söz sənətkarının yaradıcılığında sufi
ideyaların dərin kök atması onların ifaçılıq tərzinə də təsir göstərmişdir. İfaçılıq
ənənəsindəki bu keyfiyyət aşıq qarşılaşmalarında daha çox hiss olunur.
Az
ərbaycan aşıq yaradıcılığında olduğu kimi, Ağbaba-Çıldırda keçmişdə
dastan gec
ələri, məclislər bir qayda olaraq ağa, bəy evlərində, xanlarda
(karvansaralarda) keçirilmişdir. Bölgənin Qars, Gümrü, Ərzurum və digər
şəhərlərində çoxlu xanlar / hanlar (karvansaralar) olmuşdur. Gümrüdə Papaqçı xanı,
R
əhim ağanın xanı, Ərzurumda Mavi xan, Hacılar xanı, Öməroğlu xanı və başqa
xanlarda ağır məclislər keçirilmişdir.
Araşdırmalardan o da bəlli oldu ki, ifaçılıq ənənələrinin özünəməxsusluq
qazanmasında, aşıq sənətinin formalaşmasında qəhvəxanalar müəyyən rol
oynamışdır. Aşıq Murad Çobanoğlunun yaratdığı “Çobanoğlu Aşıqlar Qəhvəsi” bu
ənənəni indi də yaşatmaqdadır.
İfaçılıqda olduğu kimi Ağbaba-Çıldır aşıq mühitində bəstəçilik ənənəsi də
güclü olmuşdur. Bölgə aşıqlarının musiqi repertuarında ənənəvi saz havaları ilə
yanaşı orijinal hava-havacatlar da mühüm yer tutmuşdur. “Şenlik Mirzəcanısı”,
“Ağbabayı”, “Xoşdamağı”, “Çıldır təcnisi” (Aşıq Şenlik), “Summani”,
Dostları ilə paylaş: |