Avtomobil təmirinin əsasları. Avtomobillərin təmirinin növləri və təmir metodları



Yüklə 388,09 Kb.
səhifə16/46
tarix14.04.2022
ölçüsü388,09 Kb.
#85433
1   ...   12   13   14   15   16   17   18   19   ...   46
avtomobil temirinin esaslar avtomobillerin temirinin novleri ve temir metodlari

Təmir fondu.Təmirə qəbul edilən aqreqatlar təmir fondu anbarına göndərilir.

Təmir fondu anbarı aqreqatları təmirə qəbul etmək üçün meydançadan və saxlamaq üçün anbarda ibarət olur.Təmir fondu anbarı aqreqatlardan yağə boşaltmaq üçün xüsui qurğu ilə yükləmə-boşaltma işləri üçün mexanikləşdirmə vasitələri ilə təmin edilməlidir.

Aqreqatların saxlanmasında çoxyarüslü rəflərdən istifadə edilir.

Avtomobil aqreqatlarının təmirinin əsas texnoloji proseslərindən biri sökmə prosesidir.Sökmə prosesinin son məhsulu müxtəlif konstruksiyalı və təyinatlı hissələrdir.Bu hissələrdən bəziləri təmir olunduqdan sonra,bəziləri isə təmir aparılmadan təkrar istifadə olunurlar.Ona görədə sökmə zamanı hissələrin zədəsiz sökülməsi böyük əhəmiyyət kəsb edir.

Sökmə prosesi avtotəmir istehsalını fərqləndirən xüsusiyyətlərdən biridir.Sökmə prosesi təmirin bütüb obyektlərini müəyyən ardıcıllıqla ayrı-ayrı hissələrə qədər sökülməsindən ibarət olan müxtəlif əməliyyatlar yığınından ibarətdir.

Sökmə prosesinə aşağıdakı işlər daxildir:Yuma təmizləmə işləri , bilavasitə sökmə işləri ,təmir obyektlərinin hərəkət etdirilməsi üçün qaldırma – nəql etmə işləri və nəzarət çeşidləmə işləri.

Əsaslı təmir zamanı aqreqatın sökülməsi müəyyən sxem və ardıcıllıq üzrə yerinə yetrilir.Əvvəlcə aqreqatlar düyün və hissələrə sökülür ,sonra düyünlər yığım vahidlərinə və hissələrə sökülür.

Sökmə şöbəsində sökmə işlərindən əvvəl aqreqatlar xarici yuma əməliyyatına uğradılır.Ona görə aqreqatlar təmir fondu əməliyyatına anbarından xarici yuma postuna göndərilir.Aqreqatların xarici yuyulması xüsusi yuma kamerasında mexanikləşdirilmiş üsulla aparılır.

Avtotəmir müəssisəsinin istehsal proqramından asılı olaraq sökmə işləri stasionar sökmə işləri stasionar post (stend üzərində) və axın xətti metodları üzrə təşkil edir.

Post üsulu ilə təşkil zamanı sökmə işləri universal və ixtisaslaşdırılmış postlarda aparıla bilər.Axın üsulu ilə təşkil zamanı sökmə işlər estakadalarda və komveterlərdə aparıla bilər.

Stasionar post üsulunda aqreqat axıra kimi bir işçi yerində sökülür.Bu metoddan istehsal proqramı kiçik olan müəssələrdə və təəmir emalatxanalarında istifadə edilir.Axın üsulunda işçi postları və avadanlıq texnoloji prosesin əməliyyatlarının yerinə yetirilmə ardıcıllığından asılı olaraq yerləşdirilir.Axın xəttində ayri-ayrı əməliyyatları yerinə yetirən işçilərin ixtisaslaşdırılması nəticəsində sökmə işlərinin keyfiyyəti və əmək məhsuldarlığı xeyli yüksək olur.

Sökmə prosesinin təşkili istehsal prosesinin ritmik işləməsini təmin etməlidir.Sökmə işlərinin əmək tutumu böyük olduğundan axın xəttində mexanikləşdirilmə vasitələrində istifadə edilməlidir.

Sökmə işlərində tətbiq olunan mexanikləşdirilmə vasitələrindən qaldırıcı-nəql etmə qurğularını sökmə stendlərini mexanikləşdirilmiş alətləri (qaykabüranları) sökmə üçün tərtibatları çıxarıcıları vəs.göstərmək olar.


Yüklə 388,09 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə