Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə52/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   48   49   50   51   52   53   54   55   56

 
126 
Royce Derwent 8 TRM-li "Gloster Meteor" (Böyük Britaniya) idi (seriyalı istehsalı almanlardan tez 
başlamışdır). 
Müharibədən sonrakı illərdə reaktiv mühərrikqayırma aviasiyada yeni imkanlar açdı. Bunlardan 
səs sürətindən yuxarı sürətlərdə uçuşlar və porşenli təyyarələrin yükgötürmə qabiliyyətini dəfələrlə 
üstələyən təyyarələrin yaradılması idi.   
Rusiyada  birinci  seriyalı  reaktiv  təyyarə  Як-3  planerinin  bazasında  V.Y.Кlimovun 
mühərrikqayıma KB-da qənimət kimi ələ keçirilmiş Jumo-004 mühərrikinin adaptasiyasında РД-10 
mühərriki ilə yerinə yetirilən Як-15 (1946-cı il) qırıcısı idi. 
Bir  ildən  sonra  isə  A.M.Lyulка  KB-da  (indiki  "Saturn"  EİB)  işlənilmiş  birinci,  TP-1 
turboreaktiv mühərriki dövlət sınağından keçdi. 
Birinci  rus  reaktiv  sərnişin  avialayneri  A.A.Мikulin  KB-da  işlənilmiş  РД-3M-500  (AM-3M-
500) iki turboreaktiv mühərriklərlə təchiz olunmuş Тu-104 (1955) idi.  
Hələ 1913-cü ildə patentlənmiş düzaxınlı hava reaktiv mühərriki (DHRM) özünün sadəliyi ilə, 
əsasən səsdən iti sürətlərdə potensial işləmə qabiliyyəti və atmosferin ən hündür, daha çox seyrəkli 
qatlarında,  yəni  HRM-in  başqa  tiplərinin  işləməsi  mümkün  olmayan  və  ya  az  effektli  olan 
şəraitlərdə  işləməsi  konstruktorları  cəlb  edirdi.    1930-cu  illərdə  bu  tip  mühərriklərlə  ABŞ-da 
(Uilyam Everi), Rusiyada (F.A.Sander, B.S.Steçkin, Y.A.Pobedonostsev) eksperimentlər aparılırdı. 
 
 
Şək.21.3. DHRM ilə uçan birinci aparat Leduc 010 (Le Burje Muzeyi) idi.  
Birinci uçuş — 19 noyabr 1946-cı il. 
 
Pilotlu  təyyarələrdə  istifadə  üçün  bir  sıra  çatışmazlıqlara  malik  olaraq  (yerində  sıfır  dartqısı, 
aşağı  uçuş  sürətlərində  az  effektivlik),  özünün  sadəliyi,  o  cümlədən  ucuzluğu  və  etibarlılığı  ilə 
pilotsuz  bir  dəfəlik  mərmilər  və  qanadlı  raketlər  üçün  DHRM    HRM-nin  üstün  tipi  sayılır.  50-ci 
illərdən başlayaraq ABŞ-da bir sıra eksperimental təyyarələr və müxtəlif təyinatlı seriyalı qanadlı 
raketlər yaradılmışdır. 
 
Şək.21.4. PHRM Fau-1 ilə təyyarə-mərmi (muzey eksponatı). 
 
Pulsasiyalı hava-reaktiv mühərriki (PHRM) XIX əsrdə isveç ixtiraçısı Martin Viberq tərəfindən 
ixtira  edilmişdir.  Ən  çox  məlum  olan  PHRM-li  uçan  aparat  (və  tək  seriyalı  olan)  Argus-Werken 
firmasının istehsalı olan Argus As-014 mühərrikli alman təyyarə-mərmisi Fau-1 idi. Müharibədən 
sonra  Fransada  (SNECMA  kompaniyası)  və  ABŞ-da  (Pratt  &  Whitney,  General  Electric) 
pulsasiyalı  hava-reaktiv  mühərriklər  sahəsində  tədqiqatlar  davam  edirdi,  sadə  və  ucuz  olamasına 
görə bu tip kiçik mühərriklər aviamodelçilər arasında və pərəstişkar aviasiyada çox məşhurlaşdı və 
PHRM-nin,  onların  klapanlarının  (tez  sıradan  çıxan  ehtiyat  hissəsi)  satışını  yerinə  yetirən 
kommersiya firmaları yarandı.   
 
 
 


 
127 
Turbopərli mühərrik. 
 
İkikonturluq  dərəcəsi  2-dən  yuxarı  olan  ikikonturlu  turboreaktiv  mühərrik  (İTRM)  turbopərli 
adlandırılır. Bu mühərriklərin ikikonturluq dərəcəsinin yuxarı qiyməti 12-ə çata bilər (Rolls-Royce 
Trent).  İkikonturluq  dərəcəsi  yüksək  olan  İTRM,  bir  qayda  olaraq,  qarışdırma  kameri  olmadan 
yerinə yetirilir. Belə mühərriklərin böyük giriş diametrinin olmasına görə onların xarici konturunun 
ucluğunu  mühərrikin  çəkisinin  azaldılması  və  xarici  konturun  traktında  hava  müqavimətinin 
azaldılması məqsədi ilə tez-tez qısa hazırlayırlar.  
 
 
Şək.21.5. Boinq -747 avialaynerinin GE90 turbopərli mühərriki. 
 
Tətbiq  sahəsi.  Onu  da  demək  lazımdır  ki,  1960-cə  ildən  bu  günə  qədər  təyyarə 
aviamühərrikqayırmasında  İTRM  erasıdır.  Yüksəksürətli  aşağı  ikikonturluq  dərəcəli  qırıcı-
tutuculardan  başlayaraq  yüksək  ikikonturluq  dərəcəli  İTRM-li  çox  böyük  kommersiya  və  hərbi-
nəqliyyat  təyyarələrinə  qədər  olan  bütün  təyyarələrdə  istifadə  edilən  müxtəlif  tip  İTRM  hava-
reaktiv mühərriklərinin ən çox yayılan sinfidirlər. 
 
Turbovintli mühərrik. 
 
Konstruktiv olaraq mühərrikin yaratdığı güc hava vintinin valına, adətən düzünə deyil, reduktor 
vasitəsi ilə ötürülən turbovintli mühərrik (TVM) TRM ilə oxşardır. 
Turbovintli mühərriklər nəqliyyat və sərnişin aviasiyasında istifadə edilir. 
 
 
Şək.21.6. Turbovintli mühərrik. Vintin turbin valından olan intiqalı reduktor vasitəsi ilə yerinə 
yetirilir. 
 
 
 
 
 
 
 


 
128 
Turboval mühərriki. 
 
Turboval mühərriklər konstruktiv olaraq turbinin əlavə kaskadının əmələ gətirdiyi gücün, ən çox 
hallarda reduktor vasitəsi  ilə güc  azaldan vala verilən turboreaktiv mühərriklərdir. Belə ki,  tubin, 
kompressor və güc azaldan val arasında mexaniki yox, yalnız qazodinamik əlaqə vardır. Turboval 
mühərriklərini dolayı reaksiyalı HRM-nə aid  edirlər. Bu mühərriklər reaktiv sayılmırlar, turbində 
xaric qazlarının yaratdığı reaksiya onun cəm dartqısının 10 %-ə qədərini təşkil edir, eyni zamanda 
ənənəvi olaraq onları hava-reaktiv mühərriklərə aid edirlər. 
Helikopterlərin vintinin intiqalı üçün istifadə edilir. 
 
 
 
Şək.21.7. Turboval mühərrikin sxemi:      — güc azaldan val. 
 
Vint-pərli mühərrik. 
 
Turbovintli  mühərrikin  (TVM)  istismar  xarakteristikalarını  yaxşılaşdırmaq  üçün  bir  və  ya  iki 
cərgə  qanadı  olan  xüsusi  çoxqanadlı  oxşəkilli  addımı  dəyişən  vintlər  (ADV)  tətbiq  edilir.  Belə 
ADV azaldılmış diametrli vintlə əhatə olunan sahədə daha yüksək yüklənməyə məruz qalır, lakin 
nisbətən böyük 0.8-0.85 FİƏ saxlayırlar. Belə vintləri vint-pərli (VP), mühərriki isə açıq vint-pər 
ilə turbovint-pərli (TVPM) adlandırırlar.  
Bu günkü günə qədər bu tip mühərrikin yalnız bir seriyalı nümunəsi məlumdur — kreyser uçuş 
sürəti 670 km/saat olan Як-44 və  kreyser uçuş sürəti 750 km/saat olan An-70 təyyarəsində istifadə 
edilən Д-27 (А.Q.İvçenko adına ЗМКБ "Прогресс", Zaporojye ş. Ukraina) mühərriki.  
Д-27  mühərrikində  soyuq  hava  axını  iki  eynioxlu  bir-birinə  əks  istiqamətdə  fırlanan,  turboval 
mühərrikinin sərbəst dördpilləli turbinindən hərəkət alan çoxqanadlı qılıncşəkilli vintlərlə yaradılır. 
 
 
Şək.21.8. Д-27 vint-pərli mühərrikli Як-44 təyyarəsi. 
 
 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə