Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə102/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   98   99   100   101   102   103   104   105   ...   114

______________Milli Kitabxana_______________ 
325 
həbsxana kimi sağ  və sol tərəfində taxtlar qurulmuş  səhnənin 
ortasında bir yığın əmmaməli mömin diz çöküb Allaha ibadət 
edir. Bu an Pırpız Sona - Şəfiqə  Məmmədova aramla, 
bilərəkdən yavaşıdılmış, qrasiyalı addımlarla, əlini zərif, lakin 
cazibəli bir hərəkətlə boşluqda süzdürərək tamaşaçı salonuna 
axan incə melodiyanın sədası altında, cırım-cındır təəssüratı 
oyadan giş donda, sanki somnambula vəziyyətində  rəqs edə-
edə ibadət pozasında çöməlmiş adamların arasında fırlanır. Elə 
bil ki bu real həyat deyil, Pırpız Sonanın yuxusudur, onun 
qorxu ilə qarışmış  xəyalıdır... Sanki aktrisa bu səhnədə  rəqs 
etmir, ağ buludların arasından məlakə kimi ustufca, mehriban 
təbəssümlə axıb gedir... Aktrisa Pırpız Sonanın yuxu 
aləmindədir, ruhsal dünyasındadır, onun dərk olunmamış 
arzularının sorağındadır, rəqs formasında zühur etmiş yasaqlı 
istəklərinin burulğanındadır... Və bu rəqs zamanı birdən Pırpız 
Sona - Ş.Məmmədova ibadətdə bulunan bir yığın adamın 
içində “donur”, baxışları harasa uzaqlara, göylərə doğru dikilir. 
Çöməlmiş dindarların kobud fiqurlarının fonunda incə, 
yarıçılpaq, qamətli ağ qadın bədəni sanki heykələ dönür, 
ilahiləşir”
240
  və bu poza qədim yunan heykəltəraşı Skopasın 
“Menada”sını xatırladır, insan ləyaqətinin vizual himninə 
çevrilir. Bu, Mehdi Məmmədovun qurduğu çox eydetik bir 
mizandır; bir səhnədir ki, tamaşada toplumla zavallı ruhi 
xəstələr arasındakı münasibətlərin kulminasiya nöqtəsini 
eyhamlaşdırır.  Məhz bundan sonra dəlilərə qarşı  təpki və 
təcavüz güclənir, onların üstünə total hücum başlayır. 
     Mehdi  bu  dəfə  səhnədə, demək olar ki, ideal aktyor 
ansamblı yaratmışdı. Bu “ansambl”, xüsusilə  də küçələrin 
tozunda ağnaşan dəlilər, tamaşada heç nə oynamırdılar, 
ruhlarını, yaşantılarını giş paltarlara büküb səhnədə 
gəzdirirdilər. Bu aktyorlar “Dəli yığıncağı”nın atmosferilə 
qaynayıb qarışmışdılar; onlar tərəfmüqabil deyildilər, bir-birinə 
sonsuz sevgilə yanaşan doğmalar idilər. Odur ki, tamaşada bir 
harmoniya, ideal uzlaşma, ideal ahəng vardı. Aktyor ansamblı 


______________Milli Kitabxana_______________ 
326 
səhnədə  saat  kimi  dəqiq işləyirdi və möhtəşəm bir xor kimi 
səslənirdi. Lakin bu “xor” içində Mehdi Məmmədov güclü 
solistlər üçün partiyalar da ayırmışdı: Səməndər Rzayev öz 
yekəpər, çox yeməkdən  şişib dama dönmüş  əli Quranlı, ağzı 
dualı mömin Fazil Küleynisini qızmış buğa, kəl kimi oynayırdı. 
Pırpız Sonanı görəndə  dəliləşən Fazil Küleyni Səməndərin 
səhnədə yaratdığı obrazların  ən kamili olur. Təbii ki, Mehdi 
rejissurasına görə. Hamlet Xanızadə isə öz Molla Abbasını 
seyrçilərə meymunluq edən filosof, çıtma çalıb mayallaq aşan 
Bəhlul Danəndə kimi göstərirdi. Eləcə də Mikayıl Mirzə, Yaşar 
Nuri, Rafiq Əzimov, Ramiz Məlik... və bir də Hamlet 
Qurbanov... Tamaşanın solistləri bu aktyorlar idilər: qalanları 
isə 
Məmmədrza 
Şeyxzamanovdan tutmuş 
Ağasadıq 
Gəraybəyliyə  qədər avam, dindar kütləni, bu kütlənin səciyyə 
konkretliyini ifa edib iri bir tablonun koloritli fiqurlarına 
çevrilirdilər. “Dəli yığıncağı” adlanan bu tablonun mərkəzi 
fiquru, - “müqəddəs” Həzrət Əşrəf obrazını, - Mehdi müqəvva 
kimi konkretləşdirmişdi. Bununla rejissor problemi daha da 
aktuallaşdırırdı, çağdaş  zəmanə ilə birbaşa bağlantı yaradırdı: 
göstərirdi ki, bu  kütlə elə müqəvvaya da layiqdir. O, dövrdə 
Sov. İKP-nın baş katibi Leonid İliç Brejnev də Bakıya gələrkən 
artıq müqəvva kimi bir şey idi və onun özünün idarə olunmağa, 
köməyə böyük ehtiyacı vardı. Yəni Mehdinin müqəva kimi 
yozduğu Həzrət Əşrəf obrazını müxtəlif yönlərdən müxtəlif cür 
mənalandırmaq olardı: assosasiyalar kifayət qədərdi. Lakin 
Azərbaycanda bəzi cəlilşünaslar buna ağız büzdülər; dedilər ki
Mehdi nə cürətlə dahi Mirzənin tekstindən kənara çıxıb, canlı 
bir obrazı müqəvva kimi təqdim eləyib. Yox, bunu hamı 
demədi, yalnız bəziləri. Əksəriyyət Mehdini dəstəklədi, amma 
müqəvvada “əziz” Leonid İliçi tanımağa cəsarət eləmədi. 
     Mən bilmirəm nə üçün... ancaq nə üçünsə “Dəli yığıncağı” 
tamaşası Dövlət mükafatına təqdim olunmadı. 
     Hərçənd Moskvadan Bakıya gələn şünaslar və şünas kimilər 
Mehdi Məmmədovun quruluşunu bəyəndilər və geri qayıdıb 


______________Milli Kitabxana_______________ 
327 
tamaşadan yazdılar.
241
 Düzdür, yazmağına yazdılar, amma elə 
başa düşdülər ki, “Dəli yığıncağı” lokal mühit üçün xarakterik 
bir  şeydir, Pırpız Sona və Molla Abbas haqqında məhəbbət 
dastanıdır.  Əslində isə “Dəli yığıncağı” permanent mövcud 
olan dünyəvi absurdun tragizmini sərgiləyirdi.  Əbəs deyil ki
yerli  şünaslar Molla Abbasın sentensiyalarında Hamletin 
düşüncə  tərzinin  əlamətlərini görürdülər.
242
  Dəli yığıncağı 
başıpozuq insanların, heyvərə  və danabaşların qanunsuz 
toplumudur. Mənəviyyat olmayan yerdə isə  ağlın gücü heç 
nəyə çatmır.  
     Mehdinin  tamaşası son dərəcə polifonik idi: “Dəli 
yığıncağı”nın məkanında gülüş göz yaşları ilə, komediya faciə 
ilə qol-boyun olub gəzirdilər. Molla Abbas çıtma çalıb 
mayallaq vuranda onun mühit, gerçəklik qarşısında acizliyi, 
vəziyyətinin tragizmi aşkarlanırdı. Hacı  Mədinə isə imamın 
tumanbağısından danışıb hönkürəndə komizmə meydan 
açılırdı. Sonucda, BİZİM DOĞMA DƏLİXANA.  
     Amma  Mehdi  pessimist  deyildi.  O,  hər bir situasiyada 
olumu ölümdən üstün tuturdu. 
     “Dəli yıığıncağı”nın finalı elə bunun təsdiqidir. Bu final  
haradasa dramatik xarakterli poemanı xatırladır.
243
  Dəlilərin 
arvadlarını qardaşlarına siğə eləməyə  və  həzrətin ziyarətinə 
aparmaq üçün kəcavələrə minməyə haylayırlar. Arvadlar 
başlarını  aşağı salıb daxil olurlar kəcavələrə. Dəlilər “ğu-ğu” 
eləyib gülüşürlər. Bircə  Pırpız Sona getmək istəmir həzrətin 
ziyarətinə. Fazil Küleyni zorla onu çəkir kəcavəyə  tərəf. 
“Dəlilər hücüm edirlər Fazilin və möminlərin üstə. Fazil və 
camaat qorxub qaçır, dəlilər onları qovalayırlar”
244
 Səhnəyə bir 
sükut çökür... Molla Abbas diz vurub qorxusundan ağlayan 
Sonanın  əllərindən öpür və nirvana barəsində bir hind 
filosofunun dediklərini təkrarlayır,  əlini zəvvarlara uzadıb da 
deyir: “Vallah və billah biz “dəli yığıncağna” düşmüşük”. Bax, 
elə buradaca sanki səhnə tamam boşalırdı. Arxa planın 
ştangetindən asılmış işıqlar yandırılırdı. Səhnə gecə səmasının 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə