______________Milli Kitabxana_______________
322
məhz kütlənin keyfiyyətidir. Çünki kütlə ictimai psixozla idarə
olunur, qıcıqlara, gur nidalara, çağırışlara reaksiya verir. Kütlə
qeyri-səlis məntiqin məkan obrazıdır. Məntiq kütlə üçün vacib
deyil. Onun üçün vacib olan nəsnə ehtirasların enerjisidir.
Kütlə bu enerjiyə tabe olub hərəkət edir, davranır. Odur ki,
quruluşçu rejissor kütləvi səhnələri maksimal şəkildə
teatrallaşdırmışdı. Kifayət idi ki, biri axmaq bir şey danışıb
ağlasın, həməncə hamı ona qoşulurdu, gözünün qorasını sıxıb
ağlayırdı. Məhz bunu görəndə doktor Lalbyuz deyirdi ki,
“hamısı dəli”. Yəni onlar da dəli, bunlar da. Şərqlilərə həmişə
yuxarıdan baxan avropalı əcnəbinin özünü Hamlet Qurbanov
ekstravaqant dəli kimi oynayırdı. Bura dəlilər məclisidir, şeyxi
dəli, hacısı dəli, mömini dəli, həkimi dəli, zəncirvuranı dəli.
Ətrafda isə yalnız tüstü: “Hər yan tüstüdür, - məclislərdə və
evlərdə duxaniyyat və məşrubat tüstüsü, küçələrdə hamam
tüstüsü, mənəviyyatda mövhumat tüstüsü, ruhda və qəlbdə
kəsafət tüstüsü!.. Millət boğulur, tüstülər milləti hər tərəfdən
əhatə eləyir. Əgər dadü-fəryada tez yetişən olmasa,
mümkündür ki, millətdən bir əsər qalmaya”
237
...
Tamaşanın gerçəkliyi məhz bu dadü-fəryad kimi, yəni şəbih
kimi, ağı kimi, təziyə kimi zühura gəlirdi. Bu da Mehdi
Məmmədov yaradıcılığının bütövlüyünün əlaməti qismində
yozula bilər. Mehdi bir sənətçi kimi, bir rejissor kimi özünə
xəyanət etmirdi, öz teatr zövqünə, teatr bilgisinə xəyanət
etmirdi. O, görürdü ki, teatr aləmində formalar, ifadə tərzləri
dəyişir və yeni tonallıq meydana gətirir. Mehdi bu dəbi
anlamağa, təcrübədə sınamağa çalışırdı, lakin onun ardınca
düşüb getmirdi, əksinə, teatr dəbini, başqa sözlə, teatr
yeniliyini, hətta təzə bir teatr eksperimentini özünə, öz
dünyasına, özünün qəbul etdiyi estetik normalara, meyarlara
yaxınlaşdırırdı və özünə lazım olan miqdarda onlardan
bəhrələnirdi. Mehdi və Elçin Məmmədovlar tandeminin
Azərbaycan teatr koordinatlarında mövcudluğunu şərtləndirən
əsas amil də elə bu idi. Elçinin təfəkkür və zövq müstəvisində
______________Milli Kitabxana_______________
323
Mehdi özünün çağdaş dövrə və dövrün teatr estetikasına
adekvatlıq dərəcəsini yoxlayırdı. Mehdinin təkrarsız şedevri, -
“Dəli yığıncağı” tamaşası, - elə bunun zühuru kimi də dəyərli
bir təcrübədir. Mənsə bütün Azərbaycan teatrını, milli teatr
poetikasının elementlərini bu tamaşada görə bilirəm və hesab
eləyirəm ki, “Dəli yığıncağı” bir rejissor kimi onun şah
əsəridir, səhnədə yaratdıqlarının zirvəsidir.
Mehdi Məmmədov tamaşanı üç mühüm fiqur üzərində
qurmuşdu: Molla Abbas (Hamlet Xanızadə), Pırpız Sona
(Şəfiqə Məmmədova) və Fazil Küleyni (Səməndər Rzayev).
Molla Abbasla Fazil Küleyni qardaş olub müxtəlif
dünyagörüşlərini təmsil edirlər: biri filosofdur, müsəlman
Şərqinin Diogenidir, Molla Nəsrəddin variantıdır, digərisə
şəriətin sütunudur, dini ənənə güdükçüsüdür; yəni bir araya
gəlməzlər, mövqeləri fərqlidir. Amma məsələ bununla da
tamamlanmır: ortada sevgi üçbucağı var; xəlvətə düşəndə Fazil
Küleyni qardaşının arvadı Pırpız Sonanı “çimdikləyir”. Bu da
haçalı konflikt, ikili, yəni gücləndirilmiş mübarizə xətti. Pırpız
Sona isə ruhi xəstədir, azad quşcuğazdır, yavrudur: di gəl ki,
dünyanın şəri, pisliyi onun vücuduna hopmur. Sona pakdır,
ağappaq bulud kimidir, sərhəd bilməz, hüdud tanımaz: bir
kimsədən utanmaz, abır-həya eləməz; qolu-çıçı açıq gəzər
möminlər arasında. Axı niyə də utansın Pırpız Sona? Məgər
saflığın, təmiz ruhsal dünyanın idealı deyil? Mehdi Məmmədov
kütləvi səhnələri Molla Abbasın və Fazil Küleyninin ətrafında
qruplaşdırmışdı, Pırpız Sonanı isə səhnədə ideologiya, fəlsəfə,
din və əxlaq fövqündə “sərbəst buraxmışdı”. Filoloq Əkbər
Ağayev heç də əbəs yazmırdı ki, “əsərdə iyirmidən çox
personaj, - iki üz-üzə dayanmış aləm, - ictimai qütblər kimi
verilmişdir: bütün hacılar, məşədilər, kəbleyilər əllərində təsbih
eyni duaları eyni ahənglə vird
238
edir, eyni bir mənəviyyat
sahibi olduqlarını göstərir, beləliklə, vahid bir obraza
çevrilirlər. Onlar ətalətin, cəhalətin və kütbeyinliyin
mücəssəməsidirlər. Əsərdəki dəlilər də öz mənəviyyatı ilə
______________Milli Kitabxana_______________
324
beləcə ümumiləşir, cəmiyyətin şikəst etdiyi, kənara itələdiyi
insanların, cəhalət qurbanlarının”
239
işarəsi, simvolu olurlar.
Rəssam da geyimləri sanki bu bölgüyə uyğunlaşdırmışdı:
ruhanilər müsəlman Şərqi üçün xarakterik standart molla
paltarlarında idilər; çuxalı, əmmaməli, qurşaqlı. Dəlilərin
əyninə isə gişdən rahat, gen-bol xalat tipində paltarlar
biçilmişdi, qollarına kəndirlər bağlanmışdı. Sufiydilərmi onlar?
Əlbəttə ki, yox. Amma neçin də böylə yozulmasın? Hər dəlinin
“kostyumu” obrazın səciyyəsinə uyğun bir detalla
fərqləndirilirdi: Farmasyon Rüstəmin (Ramiz Məlik)
boynundakı balaca, qara papyun, əynindəki jilet onun
ədəbazlığını, farmazonluğunu eyhamlaşdırırdı; Molla Abbasın
(Hamlet Xanızadə) müctəhid çalması isə onun yüksək bir savad
sahibi olduğunu vurğulayırdı. Sərsəm Salmanın (Yaşar Nuri)
sinəsində ruhi narahatlığa, qorxuya və nərgizliyə bir işarə kimi
güzgü parıldayırdı. Pırpız Sonanın (Şəfiqə Məmmədova) giş
donunun cırılmış yerlərindən qolları, qıçları görünürdü. Axı
namus, qeyrət, din sahibləri fürsət düşən kimi şəhvət içində
qıvrıla-qıvrıla yazıq Sonanı çimdikləyirdilər. Dekorlar...
paltarlar... kölgə-işıq effektləri... rənglər... “Dəli yığıncağı”
tamaşasında Cahangir Cahangirovun bəstələrinə tam adekvat
“səslənirdi” səhnədə... Dəlilərin əynindəki cır-cındır xirqə ilə
əza paltarları, təziyə paltarları arasında mövqelənirdi və azanla,
muğamın kövrək notlartı ilə əla uyuşurdu. Qara, boz, ağ,
qəhvəyi, tünd göy rənglərin müxtəlif çalarları projektorlardan
axan işıqla qarışıb səhnədə fantasmaqorik bir tüstü səltənətinin
model-obrazını yaradırdılar.
Mehdinin şərhində Pırpız Sona dəli yığıncağının
özünəməxsus bir qağayısı, yox, məhz sonası (qu quşu) idi,
kanonikləşmiş dindar yaşam tərzinin kontrapunktu idi. Hələ
mən tələbə ikən bu tamaşanı o qədər sevmişdim ki, romantik
bir ovqatda Şəfiqə Məmmədovanın Pırpız Sonası haqqında
“Qobustan” toplusuna məqalə yazmışdım. Görək nə
yazmışdım: “Uzaqdan həzin, yanıqlı azan səsi eşidilir,
Dostları ilə paylaş: |