159
rilmiĢdir. ”Müqbil” isə ərəbcə bəxtiyar, xoĢbəxt mənasında olan
xüsusi addır.
Təsadüfi deyildir ki, Ģair Sokratın Ġskəndərə söylədiyi hik-
mətləri təsvir edərkən Xacə Müqbili də xatırlayır.
Qəlbiqara kəsin dili düz deyil,
Olmaz hər zəncidən bir Xacə Müqbil (Ġ-482).
Hüseyn Cavid “Xəyyam” pyesində buna Xacə Nizam deyir.
O, məĢhur “Siyasətnamə” kitabının müəllifidir. Bu, bir çox dil-
lərə, o cümlədən Azərbaycan dilinə Rəhim Sultanov tərəfindən
tərcümə edilmiĢdir.
Xacə Nizami (xat. an. ) – Bax: Xacə Müqbil.
“Xacə Nizami” antroponimik birləĢməsi “xacə” fəxri adın-
dan və “Nizami” adından(“Nizamümülk” adının ixtisar edilməsi
nəticəsində) yaranmıĢdır. ”Nizamimülk” ərəb sözüdür, nizam
(nizamlı, müntəzəm; qanun və nizama aid, dövlət və hökumət
qaydalarına uyğun deməkdir) və mülk(səltənət, dövlət, ölkə de-
məkdir) sözlərindən yaranmıĢdır.
Məlik Ģahın vardı, eĢidib hamı,
Dinpərvər vəziri Xacə Nizami (YG-40).
Xacə Ömər (an.) – Nizami Gəncəvinin dayısının adıdır. Bu
antroponimik birləĢmədə “Xacə” fəxri ad,”Ömər” isə onun əsl
adıdır.
Xacə Ömər dayım ölüb gedəndə
DüĢdüm müsibətə, bəlaya mən də (LM-68).
Xaqan (an.). – “Yeddi gözəl” poemasında obraz adı. Qədim
türklərdə ən yüksək titul olmuĢdur. Onun kaqan, kaan kimi ya-
zılmıĢ formalarına da təsadüf olunur. ”Xaqan” dedikdə “Çin-
(bax) xaqanı”(ġərqi Türküstan xaqanı) nəzərdə tutulur.
Xaqanı eylədi bir qasid agah
Ki, təxtü-tacından əl üzmüĢ padĢah (YG-115).
ġair Çin xaqanının ordusunun türklərdən olması haqqında yazır:
O türk ordusunun artdı dəhĢəti,
Qılıncdan küt oldu, ayaqdan iti (YG-118).
Xaqan (an.) – “Ġskəndərnamə” əsərində obraz adı.
160
Xaqana dedilər: bezdi çöl, orman
Zirehli atların polad nalından (Ġ-273).
Xaqan (məc. an.) – Xaqan Atabəy Məhəmmədin quluna
bənzədilir.
O elə bir Ģahdır, onun hər zaman
Qapısını öpür Fəqfurla Xaqan (Xġ-35).
Xar (top.) – ġərqi Türküstanda olan qədim Ģəhərlərdən biri.
ġairin təsvirinə görə, bu Ģəhər öz zənginliyi ilə məĢhur olmuĢ və
baĢqa ölkələr onunla müqayisə olunur. Yəqin ki, ”Xara” adlı
ipək parça növü də bu Ģəhərin adı ilə bağlıdır.
Hər diyar zənginliyində Xara tay ola bilməz (SX-54).
Bəlkə də,”Xar” toponimi Xərxiz (bax) və ya Xırxız (bax)
toponiminin birinci komponentini təĢkil edən sözdür.
Xarabat (top.) – XII əsrdə Gəncədə bir məhəllənin adı ol-
muĢdur. Həyat zövqündən pay almaq istəyən sənətkarlar, rəq-
qasə, xanəndə və Ģairlər bu məhəlləyə toplaĢar, müĢavirələr ke-
çirər, elm və musiqi mövzularında mübahisələr edərdilər-
(M.Gəncəvi. Rübailər. ġərhlər). “Xarabat” sözü məcazi mənada
meyxana, iĢrət yeri kimi də iĢlədilir.
TalanmıĢam yolunda,mənim olub Kəbə də,
Xarabata köçəli qənim olub Kəbə də...
Xarabatı döndərib xarabaya əməlim (SX-107).
Xarabatın yolundan varmı məgər yaxĢı yol?
Xarabata üz qoyam, hamı deyər: ”YaxĢı yol”(SX-115).
Xarəzm (top.) – Xəzərin Ģərqində Aral gölü ilə Amu-Dərya
arasında yerləĢən geniĢ bir ərazini əhatə edən bir ölkədir. Aral
gölü bu ölkəyə aid olduğuna görə bəzən coğrafiyaĢünaslar tə-
rəfindən Xarəzm dənizi adlandırılmıĢdı.
1048-1049-cu ildə Səlcuq hökmdarlarından Qütbəddin Mə-
həmməd tərəfindən müstəqil dövlət elan olunmuĢ, XarəzmĢahlar
Çingizin istilasına qədər hökmranlıq etmiĢdir. Hazırda bu ölkənin
Ģimal-Ģərq hissəsi Xivə, qərb-Ģimal hissəsi Üst Yurd, cənubu isə
Qaraqum adlanır. Qədim tarixə malik olan bu yerin adı yunan
tarixçisi Herodotun əsərində və “Avesta”da da çəkilmiĢdir.
161
“Yeddi gözəl” poemasında təsvir olunan gözəllərdən biri
olan Nazpəri Xarəzm Ģahının qızıdır.
Xarəzm Ģahzadəsi gözəl Nazpəri... (YG-74).
AĢağıdakı misrada isə söhbət Atabəy Əbu Cəfər Eldəgizdən
gedir.
ġəbxunu Xarəzmdə, Səmərqənddədir (Xġ-38).
Xatun (an.) – Zənnimizcə, “qadın” sözünün farslaĢdırılmıĢ for-
masıdır. Orta əsrlərdə xaqan, xan(ümumiyyətlə, hökmdar) arvad-
larına verilən titul kimi iĢlənmiĢdir. Bu titul ərəblərdə də, farslarda
da, hətta Kiyev-Rus dövlətində də eyni mənada iĢlənmiĢdir.
Bir qatar dəvəylə o RəĢa, Xatun
Kəcavə etmiĢdi bətnini Hutun (LM-185).
“Leyli və Məcnun” poemasının filoloji tərcüməsində “RəĢa
xatunu” kimi tərcümə olunmuĢdur.
Xavər ölkəsi (top.) – Ġskəndərin pəhləvanı Niyalın vətəni.
Xavər ölkəsindən Niyal pəhləvan (Ġ-324).
“Xavər” fars sözüdür və Ģərq, günçıxan, gündoğan deməkdir.
“Xəmsə”də GünəĢin doğduğu yer Çin təsvir olunduğunu və
həmiĢə GünəĢin Çin xaqanına, Çin Ģahına bənzədildiyini nəzərə
alaraq Xavər ölkəsinin Çin ölkəsi olması qənaətinə gəlmək olar.
Xeyir (an.) – “Xeyir ilə ġər hekayəsi”ndə obraz adı. Obrazın
adı ilə həmin obrazın xarakter xüsusiyyətləri bir-birinə tam
uyğun gəlir.
Sənin adın nədir? Dedi: “Xeyirdir!
Səadət bəxĢ etmiĢ mənə ülkərim.
Uyğundur adıma sözüm, iĢlərim.
ġah onun adını bilib yaxĢı fal...
“Adın bu əməlin naxĢıdır” – dedi (YG-298).
Xeyir, ġər (ant. an.) – “Xeyir ilə ġər hekayəsi”ndə obraz
adları . Hər iki ad özü haqqında məlumat verən “danıĢan” ad-
lardır və obrazı düzgün xarakterizə edir. Xeyir – müsbət, ġər isə
mənfi çalara malikdir.
Gəncin biri Xeyir, birisi ġərdi,
Onlar adlarıtək iĢlər görərdi (YG-235).
Dostları ilə paylaş: |