375
tutiya ilə əlaqədardır. Lakin Ģair ona “nuĢ” hissəciyini artıraraq
dəyiĢdirmiĢdir.
Bir rumlu var idi olduqca insan,
Natiqdi, bir neçə dildə danıĢan.
Alimdi həm fikri, sözü qurmaqda,
Mahirdi ox atıb, qılınc vurmaqda.
Söhbəti tutini kəməndə salmıĢ,
Özü TutiyanuĢ adını almıĢ (Ġ-77).
Tülkü (zo.) – “Ovçu ilə tülkünün hekayəti”ndə alleqorik ob-
raz adı.
Bir tülkü yaxınlaĢıb ələ saldı ovçunu,
Söylədi: “Nə yaxĢı ki, bu dərd aldı ovçunu (SX-94).
ġair “Oğru və tülkü hekayəti”ndə də Tülkü obrazı yaratmıĢdır.
Ayıq – sayıq nəzərlə süzüb dörd yanı tülkü,
Qoruyardı, güdərdi hər gün dükanı tülkü (SX-103).
Türk (et.) – Türk xalqlarının ümumi adı. “Türk” sözünün
leksik mənası igid, qoçaq, qüvvətli, döyüĢkən deməkdir. “Türk”
məfhumu Nizami üçün müxtəlif müsbət keyfiyyətlər (ağlıq,
gözəllik, cəngavərlik, səxavətlilik, əzəmət, ürək geniĢliyi və s.)
simvoludur.
Tərazlıtək gözəldin, saçın həbəĢ saçıydı,
Hüsnün türkə, ərəbə bir elin xəracıydı (SX-88).
Burada “türk” dedikdə, metonimik Ģəkildə bütün türk xalq-
ları nəzərdə tutulmuĢdur.
Türk (məc. et.) – Xosrov Bəhram Çubinlə vuruĢa girəndə o,
türkə bənzədilir. Burada “türk” igid, qorxmaz, cəsarətli və s. ki-
mi mənalarda iĢlənmiĢdir.
Türk kimi bir döyüĢ baĢladı həm də
Türk kəranayları səslənən dəmdə (Xġ-148).
Türk, rumlu (qoĢa məc. et.) – Odun Ģöləsi türk və rumlu-
larla müqayisə olunur.
Bir türkdü, rumluydu əsil – nəsəbi,
Hindlilər göz nuru vermiĢ ləqəbi (YG-127).
Birinci sətirdə ocağın Ģöləsi ilə Rum – Kiçik Asiyada yaĢa-
yan al yanaqlı ağ türklər müqayisə edilir. Ġkinci sətirdə hindlilər
376
deyərkən VII əsrdə Ġrandan Hindistana qaçmıĢ, indi də orada
yaĢayan zərdüĢtilər – atəĢpərəstlər nəzərdə tutulur. ZərdüĢtilər
isə odu göz iĢığı kimi sevirdilər.
Türk dili (id.) – Ən qədim dövrlərdən baĢlayaraq, əsrimizin
30-cu illərinə qədər “Azərbaycan dili” əvəzinə, bu termindən
istifadə olunmuĢdur. Bu söz altında Azərbaycan xalqına məxsus
olan dil nəzərdə tutulur.
“Türk dili” geniĢ mənada bütün türk xalqlarının danıĢdığı dil
mənasında da iĢlənir.
Türk dili yaramaz Ģah nəslimizə,
Əskiklik gətirər türk dili bizə (LM-47).
Türk nayı (ktem.) – Ġskəndər və Dara döyüĢçülərini qızıĢ-
dırmaq üçün çalınan musiqi aləti.
Türk nayı qopardı elə bir Ģivən
Ġgidlər coĢaraq qopdu yerindən (Ġ-142).
Türk Ģahı (an.) – Türk Ģahının əsl adını əvəz edən ləqəbi.
Nizami bu adı “Çin xaqanı” adı ilə sinonim iĢlətmiĢdir.
Türk Ģahı xaslarla yola çıxaraq,
Getdi Ġskəndəri çağırsın qonaq (Ġ-304).
Türklərin xaqanı (an.) – Çin hüdudlarında yaĢayan türk-
lərin xaqanının köməkçi adı. Nizami yradıcılığında “Çin” müa-
sir Çini yox, o dövrdə Çin ərazisində yaĢayan türklərin ərazisini
bildirir. ġair “çinli” dedikdə də “türklər”i nəzərdə tutur.
Türklərin xaqanı dünya Ģahından
DaĢqın bir sevinclə oldu kamiran (Ġ-293).
Ġskəndərlə dostluq əhd – peymanı bağlayan Çin (Türk) xa-
qanı səhərisi gün böyük bir ordu ilə Ġskəndərin hüzuruna gələn-
də o, təĢviĢə düĢür. Elə bilir ki, xaqan hiyləyə əl atmıĢdır.
Dil açdı, türklərə eylədi qarğıĢ:
“Fitnəsiz anadan bir türk doğmamıĢ.
Çinlidən gözləmə çin qaĢdan baĢqa...
Çinlidən umulmaz vəfa, etibar (Ġ-295)
Demək ki, sizlərdə məhəbbət kindir,
Çindəki türklərin qəlbi çin-çindir.
377
Bu çinli türklərdə olsaydı vəfa
Donunun çinində yaĢardı dünya (Ġ-296).
Türkünaz (an.) – Birinci iqlim padĢahı qızının söylədiyi
nağılda obraz adı. Türk və naz sözlərindən düzəlmiĢdir.
Dedi: -bir türkəm ki, mənə tay olmaz,
Nazənin bədənəm, adım Türkünaz (YG-149).
Türkünaz, Türkütaz (ana., ep. an.) – Qara geyənlərin
Ģahının ləqəbi. “Türkütaz” adı türk və taz (“taz”, bəlkə də, farsca
“ərəblərə mənsub” mənasında olan “tazi” sözüdür) sözlərindən
düzəlmiĢdir. ġair bu adları fonetik cəhətdən bir -birinə uyğun-
laĢdırmıĢ, həm anaforik, həm də epiforik Ģəklə salmıĢdır.
Söylədim: - Könüllər bir olsa əgər,
Qohumtək ad dəxi ada bənzəyər.
Xeyli qəribədir, qoy deyim sənə,
Türkütaz ləqəbi verilib mənə (YG-149 – 150).
Türküstan (top.) – Türk dilli xalqların yaĢadıqları ərazinin
ümumi adıdır. Eyni zamanda bu ad “Xuzistan” toponimi ilə
epifora yaratmıĢdır. Türküstan sevən qəlbli insana bənzədilir.
Nazı Türküstanın qəlbini çalmıĢ,
ÖpüĢü Xuzistan xəracı almıĢ (Xġ-313).
- U -
Ulduz, Ay (qoĢa məc. kos.) – Burada “ulduz” – apelyativ,
“Ay” – onimdir. ġair ġirinin rəfiqələrini metaforik Ģəkildə ul-
duza, ġirinin özünü isə Aya bənzədir.
ġirin o qızları gördü gülərək,
Ulduzlara vurdu aydan bir bəzək (Xġ-113).
- Ü -
Üçüncü məzlum (ap.) – “Yeddi gözəl” poemasında obraz
adı. Rastü- RövĢən tərəfindən var-yoxu əlindən alınan və haqsız
olaraq zindana salınan məhbuslardan biri.
Üçüncü dedi ki: “Böyük tacidar,
Hər yana istəsən bəxtin yol açar (YG-288).
Dostları ilə paylaş: |