90
mıĢdır. Bəhram Gurun Nemana verdiyi hədiyyələr içərisində bu
cür zirehlər də var idi.
Qılınc – Hindustani, geyim – Davudi (YG-124).
Dehistan (top.) – Cərcan ilə Xarəzm arasında bir Ģəhər ol-
muĢdur; indi ona Astrabad da deyilir.
Reydən Cənd, Dehistan, Xarəzmə qədər
Yoxdur sel izindən baĢqa bir əsər (Ġ-44).
Dehqan (an.) – ZərdüĢt dininin ruhanisi, muğ mənasındadır.
Diniylə atəĢə çöküncə dehqan
Həm atəĢ söndü, həm ona inanan (Ġ-171).
“Dehqan” iki sözdən – deh(kənd) və xan sözlərindən ibarət olub,
“kənd xanı” deməkdir. Lakin “dehqan” lüğətlərdə fars sözü kimi
izah olunur: 1) əkinci, kəndli; 2) orta əsrlərdə: kənd, bağ və
əkinəcək sahibi, mülkədar; 3) bağban kimi mənaları olduğu göstə-
rilir. XIX əsrdə isə “dehqan” sadəcə olaraq “əkinci” (S.Ə.ġirvaninin
“Xan və dehqan” əsərində olduğu kimi) mənasını ifadə etmiĢdir.
“Dehqan” sözündə əmələ gələn bu məna dəyiĢikliyi, bizə elə
gəlir ki, atəĢpərəstlik dininin islam dini ilə əvəz olunmasıyla
bağlıdır. AtəĢpərəstlik ruhanilərinin çoxlu torpaq sahələri olduğu
üçün onlar “dehqan” (kənd xanı), sonralar isə mülkədar adlan-
mıĢlar.
Nizaminin təsvirlərində bəzən “dehqan” Ģairin müraciət etdi-
yi tarixi mənbələrin müəllifi kimi göstərilir.
Ən qoca bir dehqan vermiĢdir xəbər;
Tiflisi ilk abad etmiĢ Ġskəndər (Ġ-202).
Sözə yağ, bal qatan o dehqan yenə
Belə yağ, bal qatır iĢin məğzinə (Ġ-259).
Göründüyü kimi, Ģairin istifadə etdiyi tarixi mənbələr Zər-
düĢt dininə aid olmuĢdur. Bu mənbələr isə sonralar xristianlar
tərəfindən kilsə salnamələri Ģəklində davam etdirilən atəĢgah
salnamələri olmuĢdur. AtəĢgah salnamələrini isə ancaq muğlar –
dehqanlar yaza bilərdilər.
Dey ayı (xron.) – ġəmsi (GünəĢ) təqviminin onuncu ayı, de-
kabrın 22 – dən yanvarın 22 – nə müvafiq gəlir. Bu ayda günlər
çox qısa olur.
91
Dey ayında günlər gödəkdir, gödək,
Bir gün çox qısaydı Tir gecəsitək (YG-341).
Deyləm (top.) – Ġranın Ģimal-qərb tərəfində və Xəzər dənizi-
nin cənub-qərb sahilində bir əraziyə verilən addır. Bədii ədəbiy-
yatda hərbculuqda onları misal çəkmiĢlər. Deyləmdə ən qədim
türk qəbilələri yaĢamıĢlar. Cod saçlı qul mənasında da iĢlənilir.
Bayraq qotazıtək əyib papağı
Deyləmilər kəsdi tez solu, sağı (Xġ-285).
ġair mərzənkuĢun saçaqlarını deyləmilərin hörüklərinə bənzədir.
Siçan qulağı da saçını aldı,
Hörüb deyləmlitək çiyninə saldı (YG-273).
Siçan qulağı – mərzənkuĢ(mayoran) – nanə cinsindən ətirli,
təbabətdə geniĢ surətdə iĢlənən, ağ balaca gülü və gülün nisbətən
uzun saçaqları olan bir illik, ya çoxillik göy bitki.
Dəbis (an.) – Ġskəndərin Mədaindən olan pəhləvanının adı.
Dəbis Mədayindən,Vəlid Yəməndən... (Ġ-323).
Dəccalın təbili (məc. mif. ktem.) – ġair Ġskəndərin ordu-
sunda çalınan təbilləri Dəccalın təbilinə bənzədir.
Səsdən bütün Ģəhər cuĢə gələrək,
Dəydi bir- birinə məhĢər günütək.
AxıĢdı buraya həm pir, həm cavan,
Dəccalın təbliydi sanki çalınan (Ġ-566).
Dəccal dinə görə, yalançı, ziyankar, taygöz bir adam imiĢ. Ġsa
və Məhəmməd peyğəmbərin düĢməni olmuĢdur. Güya o da dün-
yanın axırında zühur edib, özünü Mehdi adlandıracaq, lakin Mehdi
Sahib-əz-zaman tərəfindən öldürüləcəkdir. “Dəccal” xristianlarda
“antixrist “ sözünə uyğun gəlir (10- 78).
Dəclə (məc. top.) – Türkiyə və Ġranda çay. Fərat çayı ilə qo-
vuĢandan sonra ġəttülərəb adı ilə Ġran körfəzinə tökülür. “ Dəc-
lə“ sözü qədim fars dilində “ox” deməkdir. Bu da çayın iti və
düz axması ilə əlaqədardır(19-76).
ġair Qızıl Arslanın qılıncının rəngini Dəclə çayının rəngi ilə
müqayisə etmiĢdir.
Qılıncının rəngi bir nilufərdir,
O, Nildən, Dəclədən təzədir, tərdir (Xġ-44).
92
Ġskəndər və Dara qoĢunlarının vuruĢduqları vaxt tökülən qan
metaforik Ģəkildə Dəclə çayına, su üzərindəki qan isə qayığa
bənzədilmiĢdir.
O qan Dəcləsini günəĢ almıĢdı,
Suya neylufərtək qayıq salmıĢdı (Ġ-152).
Dəqyanus (xat. an.) – Roma imperatoru Hay Messi Tvint
Troyan (200-251). Rəvayətə görə, o, çox zülmkar bir hökmdar
olmuĢdur. Hətta belə bir dini əfsanə də mövcuddur ki, onun
zülmündən altı nəfər vəzir qaçaraq yolda rast gəldikləri bir
çoban və onun iti ilə birlikdə bir mağarada daldalanmıĢlar.
Büdpərəst hökmdarın dinini qəbul etməyib Bəncavüs adlı dağın
mağarasında onlar guya Allahın əmri ilə üç yüz doqquz il
yuxuya dalmıĢlar. Bir gün bir çoban həmin mağaraya yaxın-
laĢmıĢ, lakin oraya yol tapa bilməmiĢ, Əshabi-kəhf, yəni mağara
sakinləri onunla salamlaĢmamıĢ və belə güman etmiĢlər ki, onlar
bircə gün yatıblarmıĢ. Ölkənin padĢahı və adamlar onların ta-
maĢasına gələrək görmüĢlər ki, libasları cır-cındır, özləri vəhĢi
halda və üstlərində Dəqyanusun möhürü olan pullar vardır.
Onlar ciblərində olan pulları xərcləmək istəmiĢlər. Lakin əhali
bu pulun heç bir qiyməti olmadığını demiĢlər. Onlar elə güman
etmiĢlər ki, dinindən boyun qaçırdıqları hökmdarla görüĢürlər.
Ona əhəmiyyət verməyib, yenidən yuxuya gedirlər. PadĢah əbə-
di yuxuya gedənləri dəfn etdirərək həmin mağaranın üstündə
məbəd tikdirir.
Bədii ədəbiyyatda “Dəqyanus zamanı” ən qədim zaman mə-
nasında iĢlədilir. Zənnimizcə, “Dəqyanus” adı “dağ” və “Yunis”
sözlərindən düzəlmiĢdir. Yerli əhalinin dediklərinə görə , Nax-
çıvanda da eyni adlı dağ vardır.
Deyirəm ki, dövran dəyiĢəndə bəs
Dəqyanus pulu bir arpaya dəyməz (Xġ-362).
Dəllək (ap. an.) – “Harun ər-RəĢid ilə dəlləyin hekayəti”ndə
obraz adı.
Dəllək onun baĢını kəliməyə baĢladı,
Kəlidiyi tük qədər ləliməyə baĢladı (SX-147).
“Ġqbalnamə” əsərində də Dəllək obrazına təsadüf olunur.
Dostları ilə paylaş: |