Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə32/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   28   29   30   31   32   33   34   35   ...   138

96 

Dərbənd  Ģahı  (an.)  –  Dərbənd  hakimi  Dara  Müzəffərəddin 

ibn  Mühəmməd  ibn  Xəlifəyə  iĢarədir.  Afaqı  Nizamiyə  töhfə 

göndərən də o olmuĢdur. 

O, Dərbənd Ģahının bir töhfəsiydi, 

Saf, ağıllı, gözəl gül qönçəsiydi (Xġ-348). 

Dərc  (kos.)  –  Ərəb  sözü  olan  “Dərc”  Məhəmməd  peyğəm-

bərin  guya  merac  gecəsində  keçdiyi  göy  pillələrindən  birinin 

adıdır.  Yəni  Məhəmməd  göyün  təbəqələrini,  o  cümlədən  Dərc 

pilləsini keçib, yeddinci qata yüksəldi. 



Dərcin də yolunu bir anda biçdi (Ġ-26). 

Dərd  əhli  (an.)  –  Əvvəllər  sevgilisinə  qovuĢa  bilməyən  və 

Məcnun kimi çöllərə düĢən Bağdadlı Salamın ləqəbi. 

Dərd əhli” deyirdi ona insanlar, 

Onun pak təbinə heyran olanlar... (LM-225). 



Dəri dürləri (məc. id.) – “Dəri” klassik fars dilidir. Ərəb is-

tilasından  sonra  ġərqi  Ġran  və  Əfqanıstanda  yaranmıĢdır.  Ümu-

miyyətlə, dəri dili fars dilinin sinonimidir. “Dəri dürləri” dedik-

də isə Ģair istifadə etdiyi dəricə olan mənbələri nəzərdə tutur. 



Dəri dürlərini deĢdiyi zaman 

Belə nəql etmiĢdir bilici insan (Xġ-69). 

Beytin mənası: bilici insan, fars (dəri) dilində incə rəvayətlər 

söylədi. 

Ərəbcə, dəricə, yeri düĢərkən ...(YG-31). 

Yəni  “Yeddi  gözəl”  əsərini  yazarkən  ərəb  və  dəri  dillərində 

olan mənbələrdən istifadə etmiĢəm. 

Dəvalı (an.) – “Ġskəndərnamə”də obraz adı. Abxaz hökmdarı. 

Abxaz hökmdarı olan Dəvalı 

UcalmıĢ, padĢaha yaxın olalı (Ġ-312). 

“Dəvalı”  adı,  zənnimizcə,  “dava”  və  -lı  sözdüzəldici  Ģəkil-

çisindən düzəlmiĢ, davakar, vuruĢqan mənalarını bildirir. 

Mənbələrdə “davalı” adlı etnonimə də təsadüf olunur: “Rza-

qulu  xan  Hidayət  öz  “Rövzət  üs-Səfayi-Nasiri”  əsərində  (9-cu 

cild) Mirzə Məhəmməd Mehdi adlı bir Ģair haqqında xəbər verir. 

Lakin o, Dəvəllü tayfasına mənsub olmuĢdur” (“Ulduz” jur., N.1, 

1989. səh. 92). 




97 

Dəvali (an.) – Bax: Dəvalı. 

Adı Dəvalidir, hər bağrı yarır, 

Aslan dərisindən yosun qoparır (Ġ-200). 

DirəfĢi (ktem.) – Bax: Gavə bayrağı. 

Firidun padĢahdan yadigar qalan 

O uca DirəfĢi tanırdı çoxdan (Ġ-121). 

DirəfĢi-Gavə (məc. ktem.) – Bax: Gavə bayrağı. ġair Ġskən-

dərin ordu toplayıb Dara qoĢunlarına qarĢı çıxarkən onun bayra-

ğını “DirəfĢi-Gavə” ilə müqayisə edir. 

Bayrağı “DirəfĢi-Gavə”dən yüksək 

Çəkdi mahlıcına göy rəngli ipək (Ġ-121). 

Dirilik  suyu,  Zülmat  (məc.  on.)  –  ġair  Zülmatı  zənciyə, 

Dirilik suyunu isə Zülmatda olan iĢığa bənzədir. 

Zənci dəmir kimi qara, parlaqdır, 

Üzü qaradırsa, ürəyi ağdır! 



Dirilik suyunu Zülmatda sanan 

Alimlər o hökmü çıxarıb burdan  (Ġ-482). 

Əsatirə  görə,  Dirilik  suyu  Zülmatda,  yəni  qaranlıq  dünya-

dadır.  Nizami  demək  istəyir  ki,  qara  zəncidə  iĢıqlı,  fərəhli  ruh 

olduğunu  görən  alimlər  Dirilik  suyunu  qaranlıqda,  Zülmatda 

olduğunu düĢünmüĢlər. Bundan o zamankı fəlsəfi əqidəyə görə: 

“Həqiqət qaranlıqdadır” nəticəsini də çıxarmaq olar. 

Div  (məc.  mif.)  –  Əsatiri  obraz  kimi  Div  müxtəlif  Ģəkildə 

təsvir  olunur.  Bəzən  nəhəng  gövdəli  insan,  bəzən  də  heybətli 

heyvan  kimi  göstərilir.  Qədim  ġərq  əsatirində  çox  zaman  in-

sanlardan daha hünərli, daha cəsur verilir. Qədim Ġran əsatirində 

Təhmurəsə  yazmağı  divlər  öyrədir.  CəmĢidin  əmrilə  divlər 

saraylar qurur,  evlər tikir. Əsatirdə  divlər insan Ģəklinə mənsub 

olmasalar da, insana xas bəzi sifətlərdən məhrum deyillər. Onlar 

bir-birinə  havadar  durur,  özlərinə  baĢçılar  seçir,  düĢmənlərini 

tanıyır,  vuruĢmaq  üsullarını,  danıĢmağı,  yazıb-oxumağı  baca-

rırlar.  Hətta  bunları  insanlara  da  örədirlər.  Ġnsanlardan  fərqli 

olaraq onlar qaban diĢli, fil baĢlı, təpəgöz, qaradodaq, qara dərili, 

uzun tüklü və s. sifətlərlə daha qorxunc görünürlər. VəhĢi halda 

yaĢayır,  heyvanların  dərisini  geyir  və  insanlara  daha  heybətli 



98 

görünürlər. Kahalarda, mağaralarda yaĢayırlar. Təsadüfi deyildir 

ki, bir sıra ġərq ölkələrində “Divlər kahası” adlanan qədim ma-

ğaralar mövcuddur.  Div adı  “kin-qəzəb divi”,  “sərxoĢluq divi”, 

“həsəd divi” və s. kimi mənfi sifətləri özlərində əks etdirir. 

Nizami də “div” dedikdə, məhz bu mənfi xüsusiyyətləri nə-

zərdə tutmuĢdur. 

Div əlinə keçməmiĢ yaxa, sinə cahanda

Sığın könül mülkünə, məsləkinə cahanda (SX-145). 



Div,  Harut (qoĢa məc. mif.) – ġair eyni zamanda Məcnunu 

div və Haruta (bax) bənzədir. 

O aĢkar gəzən div, o gizli cadu

ġeyda aĢiqlərin Ģeyda Harutu (LM-83). 



Dol (məc. kos.) – Dolça bürcü. Bax: Dəlv. 

GünəĢ camallı Yusif Dol içində oturdu, 

Qəlbi Yunis qəlbitək Balıq qarnında vurdu (SX-30). 

GünəĢ Dolça bürcündə yerləĢir. Balıq (Hut) bürcü isə yağmur-

luq və su bürcü sayılır. Balıq bürcünün baĢı Dolça bürcünə əyilmiĢ-

dir. Yusif gözəllik simvolu olduğu üçün GünəĢə bənzədilir və onun 

qardaĢları tərəfindən su quyusuna atılması GünəĢin Dolça bürcün-

də yerləĢməsi ilə müqayisə olunur. Yunis dənizdə batarkən onu ba-

lina  udmuĢ  və  bir  müddət  onun  qarnında  yaĢayıb  sonra  xilas  ol-

muĢdur. Beytin ümumi mənası belədir: “Yusif su dolunda quyuya 

atıldığı  kimi  Məhəmməd  də  Dolça  bürcünün  GünəĢi  və  baĢını 

Dolça bürcünə qoymuĢ Balıq bürcünün – Balinanın Yunisi oldu. 



Dördüncü  məzlum  (ap.  an.)  –  “Yeddi  gözəl”  poemasında 

obraz  adı.  Rastü  -RövĢən  tərəfindən  sevgilisi  əlindən  alınan  və 

haqsız olaraq zindana salınan məhbuslardan biri. 

Dördüncü Ģəxs çəkib, qorxusundan ah, 

Dedi: “Ey tərifə layiq olan Ģah” (YG-289). 



Dörd  xəlifə  (qrup  an.)  –  Xəlifə  ərəb  sözüdür  və  caniĢin, 

müavin  deməkdir.  Ġslamiyyətdə  Peyğəmbərin  yerində  oturan 

Ģəxs xəlifə adlanır. 

 “Dörd xəlifə” dedikdə isə Məhəmməd peyğəmbərdən sonra 

onun  yerinə  keçən,  yolunu  davam  etdirən  birinci  dörd  xəlifə 

nəzərdə  tutulur  ki,  onlara çox zaman Xülafayi-RaĢidin deyirlər. 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə