Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə33/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   29   30   31   32   33   34   35   36   ...   138

99 

Dörd  xəlifə  bunlardır:  1)  Əbubəkr  (632-634);  2)  Ömər  (634-

644); 3) Osman (644-656); 4) Əli (656-661) (10-79). 

Bu evə yeddi səqf yaratdın yenə, 

TapĢırdın onu da dörd xəlifənə (LM-35). 

Dörd Ģah (qrup an.) – ġair dörd böyük Ģah dedikdə Ġskəndər, 

NuĢirəvan, Xosrov Pərviz, Malik Ģahı nəzərdə tutur. Dörd böyük 

nemət isə həmin hökmdarların məĢhur həmsöhbətləri olan Ərəs-

tu  (Ġskəndərin  müəllimi  və  vəziri),  Büzürgümehr  (NuĢirəvanın 

vəziri),  Barbəd  (Xosrovun  musiqiçisi),  Xacə  Nizamülmülkə 

( Məlik Ģahın tərbiyəçisi və vəziri) iĢarədir.  



Dörd Ģah əldə etdi dörd bahalı Ģey, 

BeĢincisən, ömrün uzun olsun hey... 

ġahım, onlardan da ucadır yerin, 

Çünki Nizamidir sənin Ģairin (YG-40). 

Nizami  Körpə  Arslan  Ģahı  bu  adları  çəkilən  hökmdarlarla, 

özünü isə onların həmsöhbətləri ilə müqayisə edir və üstünlüyü 

Körpə Arslana verir. Çünki onun Ģairi Nizamidir. 

Dövlət  quĢu (məc. mif.) – Bax: Huma (Humay). KeçmiĢdə 

Ģah  seçərkən  Dövlət  quĢunu  uçurardılar.  QuĢ  kimin  çiyninə, 

baĢına  qonsaydı,  onu  Ģah  seçərdilər.  Folklorda  buna  aid  nümu-

nələr  çoxdur.  Burada  Atabəy  Əbu  Cəfər  Məhəmməd  Eldəgiz 

Dövlət quĢuna bənzədilir. 

Dövlət quĢu kimi bəyənsən kimi,- 

Olar bu dünyanın döyük hakimi (Xġ-41). 

Yəni  əgər  sən  mənim  töhfəmi  (“Xosrov  və  ġirin”  əsərini) 

bəyənsən, mən səadət sahibi olaram. 



Dövlət quĢu, Humay (sin. mif.) – Bunlar eyni mifozoonim 

olsa da, Ģair birincini ikincinin təyinedicisi kimi iĢlətmiĢdir. 



 Dövlət quĢu Humaysan, qayən səadət olsun (SX-97). 

 Dövlət quĢu Humay da, bir mələk də özündün (SX-105). 

Dünya (məc. an.) – Makedoniyalı Ġskəndər dünyaya bənzədilir. 

Dəniz dünyasında bir dünya getdi (Ġ-557). 

  Dürri – yetim (an.) – Məhəmməd peyğəmbərin ləqəbi. 

Böyük Məhəmmədə yüz min afərin! 

Xilqət torpağıdır, buna ol əmin... 



100 

Nə qədər yetimi sevdi, saxladı, 

Dürri – yetim” qaldı odur ki, adı (Xġ-29). 

Dürsəti  (an.)  –  “Yeddi  gözəl”  poemasında  obraz  adı.  O, 

Xəvərnəq  sarayında  Ģəkli  çəkilən  gözəllərdən  biridir.  O,  Key-

kavus nəslindəndir. “Dürsəti” – inciüzlü deməkdir. 

Keykavus nəslindən dilli, diləkli, 

Kəsranın Dürsəti tavus bəzəkli (YG-75). 

 

 



E  - 

Eys  (an.)  –  Dinlər  tarixinə  görə,  Ġshaq  peyğəmbərin  Yaqubla 

ekiz  doğulmuĢ oğludur. Ġskəndərin atası Feyləqusun ulu babasıdır. 

Ulu babasıydı Eys ibn-Ġshaq (Ġ-61). 

Eysu (top.) – Qədim türk vilayətlərindən birinin adı. 

Eysudan bir məğrur susadı qana, 

Atını od kimi çapdı meydana (Ġ-334). 



Elbrus  (top.)  –  Böyük  Qafqazda,  Yan  silsilədə  ən  hündür 

zirvə.  SönmüĢ  vulkanın  iki  zirvəli  konusudur.  Qərbindəki  zir-

vənin  hündürlüyü  5642  m.,  Ģərqindəki  5595  metrdir.  Zirvələ-

rində  ümumi  sahəsi  138,5  kvadrat  kilometr  olan  təqribən  50 

buzlaq var... Elbrus yaxınlığından Kuban çayı baĢlanır. Qafqaz-

da alpinizmin və turizm mərkəzlərindən biridir(ASE-3). 

Gürzlü çomağını endirən zaman 

Elbrus dağı da uçardı, inan (LM-132). 

Burada söhbət Nofəldən gedir. 



Elburus  dağı (məc. top.) –  ġair metaforik  Ģəkildə  Ġskəndər 

tərəfindən öldürülən  Zəngibar pəhləvanı Zarəcəni Elburus dağı-

na bənzətmiĢdir. 

Toppuzu vurdu Ģah elə qüvvətlə



Elburus dağına düĢdü zəlzələ (Ġ-87). 

Elburus  –  Ġranın  Ģimalında  Xəzər  dənizinin  cənub  sahilləri 

boyunca  Ģimal-qərbdən  cənub-Ģərqə  doğru  uzanan  böyük  bir 

silsilədir.  Ġran  mifologiyasında  Elburus  xüsusi  yer  tutur.  Rüstə-

min  atası  Zalı,  babası  Samı  və  böyük  babası  Nərimanı  guya 

himayə  edən  Simurğ  quĢu  bu  dağda  məskən  salıbmıĢ.  Qafqaz 




101 

dağları  silsiləsinin  ən  yüksək  zirvəsinə  də  Elbrus  deyilir  ki, 

bunun ikinci adı Qaf dağıdır. 

Elbrus  və  Elburus  dağlarının  adları  türk  dillərində  geniĢ 

yayılmıĢ “Alp”, ”Alb” sözləri ilə əlaqədardır. “Alp”ın igid, qəh-

rəman,  qoçaq  və  yüksəklik  mənalarından  baĢqa,  parlaq,  ağ  və 

iĢıltı və s. kimi də mənaları vardır. Mirzə  Bala “Azərbaycan ta-

rixində  türk Albaniya”  adlı  əsərində  bu münasibətlə  yazır:  “Al-

banus və Albana kəlmələrindən baĢqa, Elbrus zirvəsinin parlaq, 

ağ  və  iĢıldayan  mənasını  verən  “Elb”  kökü  ilə  uyğurlarda 

yüksəklik  və  bütün  türklərdə  qəhrəmanlıq  mənasını  ifadə  edən 

Alb və Alp kökünü Avropada da görürük” (“Azərbaycan”, № 10. 

1999. səh. 119). Bax: Alp Arslan. 

Ermənistan (top.) – “Xosrov və ġirin” poemasında çox vaxt 

Ərmən(bax)  adlanan  və  Azərbaycan  xalqının  tarixi  torpaqları 

olan  bu  ölkədə  hazırda  ermənilər  yaĢayır.  Bu  adın  ermənilərin 

əfsanəvi  qəhrəmanı  Haykın  oğlu  Arminakın  adını  daĢıması 

güman  edilir.  BaĢqa  bir  fikrə  görə  isə  “ar”(dağ)  və  “min-

ni”(qəbilə adı) sözlərindən yaranmıĢ, “dağ adamı” deməkdir. 

Ermənilər özlərini hay, vətənlərini isə “Hayastan” adlandırırlar. 

Lakin  “Ermənistan”  toponimi  “er”,  “mən”  və  “  –stan”  kom-

ponentlərindən  ibarətdir.  “Er”  Arcak  və  Xəzər  sözlərində  olduğu 

kimi “igid”, “qoçaq” mənasında iĢlənmiĢdir. “Mən” isə türk və fars 

dillərində Ģəxs əvəzliyi olmaqla bərabər, bir çox Avropa dillərində 

də  “kiĢi”,  “adam”  mənasında  Ģəxs  bildirir.  Fars  dilində  “əyalət” 

mənasında  “ostan”  Azərbaycan  dilində  məkan  anlayıĢlı  isim 

düzəldir.  Bu  faktlar  bir  daha  göstərir  ki,  Ermənistan  ərazisi  türk 

xalqlarının, o cümlədən azərbaycanlıların ən qədim torpaqlarıdır. 

Dara ordu çəkdi Ermənistana, 

Sanki bir qiyamət çökdü hər yana (Ġ-118). 

 

 



- Ə - 

Əbbasi (et.) – Bax: Abbasilər, Əbbasilər. 

Əbbasi çətritək örtərək qara

Bərtasın tasını vurdu daĢlara (Ġ-358). 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə