Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə53/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   49   50   51   52   53   54   55   56   ...   135

 

158 


duyğuya  uyaraq  aldanıb  cızdığı,  dəyişdiyi  karmanın, 

taleyin,  aqibətin  dini-kulturoloji  yozumu,  insanın 

daxilinə 

gömülmüş 

mübarizənin 

mistik 


təzahür 

gözəlliyi  düşündürür.  Bu  gözəlliyin,  bu  idealın,  bu 

harmoniyanınsa  Cavid  dramaturgiyasında  yalnız  bir 

dağıdıcı qarşıdurumu var: UÇURUM; yəni XAOS. Adəm və 

Həvva  cənnətdən  qovulanda  uçurumdan  uçub  dünyaya 

sığındılar.  Dünya  uçurumun  dibi  kimi  çözülməzmi  bu 

məqamda? Uçurum cəhənnəm müjdəçisi. 

     Maral, Şeyda Rəmzi, Şeyx Sənan, Səyavuş, Knyaz, 

Cəlal,  Afət,  Arif  bilmərrə  UÇURUM  sakinləridir: 

onlar  bu  virtual  məkanda  yaşayib  elə  oradaca  qeyb 

olarlar,  İBADƏT  və  ÜSYAN  qovğasının  alovuna  yanıb-

yaxılarlar. 

     Fridrix  Nitşein  “Zərdüşt”ündən  tanınan  fəci 

taleli  TƏLXƏK-KƏNDİRBAZ  azərbaycanlı  Cavidin  bədii 

dünyasında  müxtəlif  görkəmlərdə  zühura  gəlir.  Bu 

obrazların  hər  birinin  içində  bir  Nitşe  uyuduğunu 

sübut etməyə heç bir hacət yox. 

     HÜSEYN CAVİD DRAMATURGİYASINDA UÇURUM EYHAMDIR. 

     SƏYAVUŞ  İRAN  VƏ  TURAN  UÇURUMUNUN  QƏHRƏMAN 

KUKLASIDIR. 

     KNYAZ 

MEHVƏRİNDƏN 

ÇIXMIŞ 

ZAMANIN 


DƏLİ 

TƏLXƏYİDİR. 

     UÇURUM  ÜZƏRİNDƏ  QANAD  ÇALMIŞ  BİR  FIRTINA 

QUŞUDUR AZƏR, “ÜSYAN” DEYİB BAĞIRAR. 

     CƏLAL MİSKİN UÇURUM RƏQQASIDIR. 

     AFƏT 

UÇURUM 

TÜSTÜLƏRİNDƏ 



BOĞULAN 

TÜRK 


YAVRUSUDUR. 

    Mifik  təfəkkür  uçuruma  atılmağı  ölüm  tanrısına, 

şər mələyinə qurban kimi qavrayır. 

    UÇURUM  ŞEYX  SƏNAN  ADLI  SEVGİ  DƏRVİŞİNİN  SON 

DAYANACAĞIDIR: “FƏNA” NƏDİRSƏ, ELƏ BUDUR. 

     İBLİS UÇURUM BƏLƏDÇİSİDİR. 

     SİBİR SÜRGÜN UÇURUMUDUR. 

     Və bütün bunların hamısı bir cür mənalanır: YER 



KÜRƏSİNİN YERİ UÇURUM.   


 

159 


     CAVİD  XX  ƏSR  AZƏRAYCAN  MƏDƏNİYYƏTİNİN  FİKİR 

KƏNDİRBAZIDIR. 

     SONUCDA İSƏ “İŞTƏ BİR DİVANƏDƏN BİR XATİRƏ: BİR 

OYUNCAQDIR CAHAN BAŞDAN-BAŞA...”                                                                                        

     Çünki İNSAN İBADƏTLƏ ÜSYAN ARASINDA BİR DİVANƏ! 

 

                                  2004-cü il 



   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                                                                           




 

160 


MƏDƏNİYYƏTLƏRİN QOHUMLUQ PARADİQMASI 

(intellektual mozaika) 

 

 



                               “Harada YARADICILIQ varsa,    

                                       orada ALLAH var!” 

                                            Müəllif 

 

 

     MƏDƏNİYYƏT 



XALQIN 

KOSMOQONİK 

BİLGİLƏRİ, 

FANTAZİYALARI 

İLƏ 

ONUN 

MƏİŞƏTİNİN, 

GÜNDƏLİK 

FƏALİYYƏT 

REPERTUARININ 

BİR-BİRİNƏ 

CALANDIĞI 

NÖQTƏDƏ DÜZƏNLƏNİR.  

     Əgər  hər  hansı  bir  mədəniyyəti  soğan  qabığı 

kimi  “soysalar”,  sonucda  içindən  mütləq  məişət 

çıxacaq.  Millətin  məişətinin  tipologiyasını  isə 

onun  mətbəxinin  xüsusiyyətləri  müəyyənləşdirir. 

MƏTBƏX  MİLLƏTİN  MƏDƏNİYYƏTİNİN,  XARAKTERİNİN,  HƏYAT 

TƏRZİNİN, 

MİFİK 

TƏFƏKKÜQRÜNÜN, 

KOSMİK 

DÜŞÜNCƏLƏRİNİN  VƏ  ZÖVQÜNÜN  RƏNGLİ,  QOXULU,  DADLI 

FORMALARDA GÜZGÜLƏNDİYİ MÜSTƏVİDİR.  

     Üç  ayrı-ayrı  məqalədən  ibarət  bu  intellektual 

mozaikanın 

köməyilə 

mən 

məhz 


“mətbəx-məişət” 

müstəvisində 

mədəniyyətlərin 

qohumluq 

paradiqmasının 

parametrlərini, 

əlamətlərini, 

nişanələrini  aşkarlamağa  çalışdım.  Araşdırmalar, 

semioloji və semantik təhlillər göstərdi ki, arxaik 

mədəniyyətlərin  formalaşma  tipologiyası  hər  yerdə 

eyni 

olub. 


Mədəniyyətlər 

arasında 

fərqləri 

şərtləndirən 

cəhətsə 

millətlərin 

passionarlıq 

dərəcəsidir.  Hərçənd  intellektual  mozaikanı  qəliz 

tədqiqata  çevirmək  fikrindən  tamam  uzağam.  Çünki 

mozaika 


hər 

şeydən 


öncə 

şuxluğu, 

əlvanlığı, 

ekspressivliyi  və  daxili  dinamizmi  hesabına  diqqəti 

özünə  çəkir.  Odur  ki,  mürəkkəb  elmi  süsləmələri 

qoyuram  bir  kənara  və  keçirəm  mozaikanın  ilk 

fiquruna.   

                     




 

161 


KÜNDƏ 

(varlığın simvolik obrazı) 

 

      Azərbaycan  mətbəxinin  yumru,  koppuş,  sığallı, 



hərdən  ağbəniz,  hərdən  əsmər  “gözəl”inə  el  içində 

“KÜNDƏ” 


deyiblər. 

Bilirəm, 

bəziləri 

rişxəndlə 

qımışıb  söyləyəcək  ki,  hə,  nə  olsun?  Razılaşıram, 

həqiqətən,  bu  poetik  cümləni  yazmamaq  da  mümkün 

idi.  Səbəbi,  məncə,  gün  kimi  aydın:  informasiya 

minimaldır;  bu,  bir.  İkincisi:  azəri  türklərinə 

kündənin  nə  olduğunu  anlatmağa  çalışmaq,  onu 

“əzizləyib”  vəsf  etməyə  çalışmaq,  əsla  ki,  cəfəng 

bir  iş,  teyxa  absurd.  Yəni  heç  o  yan  bu  yanı 

yoxdur, kündə elə kündədir, vəssalam. 

     Lakin və bir də lakin... 

     KÜNDƏ  VARLIĞIN  SİMVOLİK  OBRAZIDIR,  BAŞLAĞICIN 

BİLDİRİCİSİDİR. 

TANRININ 

TORPAĞINA, 

PALÇIĞINA, 

GİLİNƏ  EYHAMDIR,  TÖRƏDİCİ  VƏHDƏTİN  İŞARƏSİDİR, 

KOSMOQONİK 

YARANIŞ 

AKTININ 

YUMŞAQ, 

ELASTİK 

MATERİALININ  ÖZÜNƏMƏXSUS  MODELİDİR,  XAOSUN  GİZLİ 

ENERJİSİNİN RƏMZİ DAŞIYICISIDIR. 

     Mən  məqalənin  ideyasını  əvvəldə  açıqladım: 

ancaq maraqlısı heç də bu deyil, mənim fikirlərimin 

sıra 


məntiqinin 

aşkarladığı 

qəfil 

məna 


bağlantılarıdır. 

     Öncəsi  bu  ki,  KÜNDƏ  mətbəx  çərçivəsində  hər 

hansı  bir  bişintinin  dadını,  qoxusunu,  rəngini 

özündə  məxfi  şəkildə  ehtiva  eləmiş,  konkret  öynə 

qədərincə 

olan 


və 

xüsusi 


nişanə 

ilə 


fərqləndirilməyən  neytral  xəmir  kütləsidir.  Ona  OD 

dəyməyincə  mahiyyəti,  cövhəri,  batini  və  zahiri 

aşkarlanmaz,  ləzzəti  bəyana  gəlməz.  KÜNDƏ  və  OD 

arasında  əlaqələndirici  vasitə,  “körpü”  QADINDIR. 

Məhz  qadın  adi  xəmir  kündə  üzərində  tanrının 

YARANIŞ 

aktını 


təkrarlamağa 

qadirdir. 

Həyat 

zəncirində  KÜNDƏ  odla  suyun  təbiətini  bir-birinə 



calaşdıran  keçid  həlqəsidir.  Kündə  vasitəsilə  qadın 

özünü  simvola,  obraza,  eyhama  çevirir.  İstər  un 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə