5
üzləri həmişə örtülü olub? Niqab (hicab, cilbab,
çarşab, pərəncə) maskadan nə ilə fərqlənir? Sosial
maska nə deməkdir? Doğrudanmı maska davranış və
münasibət süniliyinin, gerçək həyat teatrallığının
ifadəçisidir? Maska nə dərəcədə “məni məndən”
ayırmağa qabildir?
MAHİYYƏTİN NƏZƏRİ LOKUSU. Maska ingilisin
“mask” sözündən törəmədir, nəyisə gizlətmək, ört-
basdır etmək kimi başa düşülür. Sözün mənşəyi
latınca ilə bağlıdır: bu dildə “maskus”, “masqa”
kəlməsinin mənası kabus sözünün sedmantikası ilə
eynidir. Güman da var ki, bu söz ərəbcədən Avropa
dillərinə keçib: ərəblər təlxəyə, karnaval adamına
“maskqara” (məsxərə: siqar, siqaret sözləri də
burdandır) deyiblər.
Maskalar tipologiya etibarı ilə 3 böyük qrupda
cəmlənir: 1) oyun (teatr, karnaval) maskaları; 2)
ritual (mərasim, ayin, toy, yas) maskaları; 3)
istehsalat
(funksional,
professional,
müdafiə)
maskaları. Bu maskalarla bağlı elmdə nisbi bir
aydınlıq mövcuddur. Bir də var gözə görünməyən
maskalar: üzümüzün maskaları, uyqarlığın, əxlaqın,
tərbiyənin,
dinin,
sosial
institutların
bizə
“sırıdığı” maskalar. Bax, mən bunları adlandırıram
situativ maskalar. Onlar ictimai, məişət, intim
xarakterli də ola bilir. Situativ maskalar sosial
maskalardır,
adi
adamların
maskalarıdır
və
mahiyyətcə istehsalat (həyat istehsal konveyeri
kimi) maskaları ilə qonşudurlar.
Gündəlik
həyatda
hər
bir
adamın
müəyyən
situasiyalarda işlətdiyi üz ifadələri, mimikalar,
ədalar,
rəftarlar
situativ
maskaları
meydana
gətirir.
Oyun
maskaları
statikdir,
situativ
maskalar
-
dəyişkən.
Birincilər
predmetivdir,
ikincilər - imaginativ. Yəni bu tip maskalar
psixika ilə sosial dünyanın təmas nöqtəsində
təsəvvürdən qopub insanın davranış manerasının
6
şəklini müəyyənləşdirir. Maska libidonun topluma
inteqrasiya obrazıdır. Maska “mən”, şüuraltı və
bilincsizliyin ictimai sazişinin əlamətidir, üçünün
ortamıdır.
Amma
tələsməyə
və
məsələni
qəlizləşdirməyə heç bir hacət yox... Bircə-bircə
ayaq qoyarlar nərdivanə...
PORTRET VƏ MASKA. Görəsən niyə, bir kimsə,
yəni hər hansı bir Allah bəndəsi, öldümü, qısa bir
vaxt içində onun fotoşəklini tapıb fotoqrafa
böyütdürürlər və sonra da gətirib portret kimi
asırlar
divardan?
Bir
qədər
varlı
ailələr
(kübarlar) isə əzizləri vəfat edən kimi rəssama
yaxud heykəltəraşa portret (büst və ya heykəl)
sifariş
verirlər.
Aydın
məsələdir
və
burada
müəmmalı heç nə yoxdur. Dünyasını dəyişmiş adama
qarşı
belə
münasibət
hörmətdir,
xatirədir,
sevginin, vəfanın təzahürürüdür və i.a. və s. Bəs
bu adətin kökü haradan gəlir? Əvvəlcə Orta
çağlarda, sonradan isə zadəgan nəcabətli Avropa
nəsillərində, xüsusilə də ingilis ailələrində ölmüş
əcdadların, ata və ana tərəfdən qohum olan uluların
portretlərini çəkdirib saxlamaq dəb olmuşdur. Belə
portretləri adətən nəslin miraslıq malikanəsində
yerləşdirərdilər. Çox vaxt bu malikanələr iri
portret
qalereyalarını
xatırladırdı.
Zaman
keçdikcə bu portretlərdən biri və ya bir neçəsi,
əksərən naməlum tərzdə yoxa çıxmış (yəni ölüm faktı
dəqiqləşdirilməmiş) əcdadın portreti, qeyri-adi bir
qüvvənin,
enerjinin,
ruhun
daşıyıcısı
kimi
tanıtdırılırdı. Bununla bildirilirdi ki, həmin
əcdadın (təkcə ölümünün müəmması ilə deyil, həm də
şəxsiyyətinin
tipinə
görə
fərqlənən)
ruhu
malikanənin
müasir
varislərilə
birgə
yaşayır,
onların
düşdükləri
bütün
həyati
vəziyyətlərdə
iştirak edir, liberallıq gözləməyən kabus-seyrçi
olur. Şübhəsiz, burada müəyyən mənada mistika var.
Lakin hansı bir adət, hansı bir ənənə, hətta hər
7
hansı
bir
dəb
və
ya
vərdiş
mistik
təlqin
dışındadır? Unutmayaq ki, mistika həmişə psixoloji
təlqindir. Mistikanın müəllifi təsəvvürdür. Bizim
təsəvvürdə yaratdığımız “mən” isə həmişə potensial
əcdaddır. Çünki əcdad daim ideal kimi qavranılır.
Və nəhayət, qısası budur ki, çağdaş dövrümüzdə
ölmüş şəxsin xatirəsinə hörmət kimi onun şəklini
əzizləmək Avropa mədəniyyətində nəslin əcdadlarının
kultu ilə ilişiklidir. Məhz bu kult nəticəsində adi
şəkil, tablo mistik portretə çevrilib. Çağdaş
dövrdə
portretlərə
(fotolara,
şəkillərə)
olan
sevginin kökü, ənənəsi buradan gəlir. Hərçənd tarix
bu ənənəni qədim-qədim zəmanələrə aparıb çıxarır.
Əgər boylanıb maarifçilik Avropasından və Orta
əsrlərdən bir qədər də o yana baxsaq görəcəyik ki,
antik
Romada
əcdadların
portretinə
“iməcines”
(latınca) deyərmişlər. İngilis dilində “imic” sözü
“təsvir,
obraz”
mənalarında
işlənir,
“iməcin”
kəlməsisə “təsəvvür etmək” kimi anlaşılır. Qəribə
də olsa bu üç anlam, - “əcdadın portreti”, “təsvir”
və “təsəvvür etmək”, - arasındakı məna uyarlığı,
məna bağlantıları bu məqalənin ilk nisbi, tam
improvizə
şəklində
öz-özünə
meydana
gəlmiş
nəticəsidir: yəni əcdadın obrazı təsvir (portret)
kimi təsəvvür edilir. “Mən” isə həmişə təsəvvürdə
təsvirdir, imaginativdir. Bu baxımdan bir “mən”in
min maskasını törədən təsəvvürdür. Belə ki, insan
özünü daim fikirləşir və imaginasiyada özünün
optimal (bəlkə də ideal) variantını yaratmağa
çalışır. Ancaq bir şey dəyişməzdir: hər necə olursa
olsun təsəvvürdə “mən” əcdad portretinin təsvir-
modifikasiyasıdır. Bu məsələni də bir az səngidək
və düşünək görək insanlarda portretləri, şəkilləri
əzizləmək, urvata mindirmək meylinin səbəbi nədir?
Təkcə “bu, babamdır, o da nənəmdir” məntiqinə
görəmi? Əlbəttə ki, yox. Oncə ondan başlayaq ki,
qədim Misir camaatında ölülərin maskalarını çıxarıb
Dostları ilə paylaş: |