20
rübənddir, daha doğrusu, üz bəndidir. Müsəlman
dünyasında maska deyilən, maska kimi qavranılan bir
nəsnə
yoxdur.
Çünki
islam
aləmi
maskanın
funksiyasını mənasızlaşdırır. Müsəlman dünyasında
nəyisə gizli saxlamaq qeyri-mümkündür. Nə varsa,
Allaha əyandır, agahdır. Ona görə də dinin
mahiyyəti fərdin maskalanmasını az qala küfr sayır.
Alahdan gizlənmək və ya nəyisə gizlətmək cəhdi elə
Allahı tanımamağa bərabərdir. Müsəlman Şərqində
“Allahdan gizlin deyil, səndən nə gizlin” ifadəsi
hər bir söhbətin aparıcı leytmotividir. İslam
mədəniyyəti dünyasında maska yad bir elementdir.
Nədən ki, islam dini totem, büt tanımır. Halbuki
üzü örtmək, pərdələmək, şəxsiyyəti pərdə arxasında
əyləşdirib
gözə
görükdürməmək
Şərqin
müsəlman
ölkələrində qutlu bir ənənə keyfiyyəti qazanmışdır.
Bu baxımdan niqab haradasa maskaya tay tutula
bilər. Nədən ki, maska da, niqab da üzü gizlətmək
vasitəsidir. Lakin maskanın gizlətdiyi üzün sahibi
tanınmır. Çünki maska üz əvəzinə üzdür. Niqab isə
əksinə, üzün yiyəsinin ilahi dünya ilə ilişikli
olduğunu bildirib onu tamam yeni bir rakursdan
tanıtdırır. Niqab üz əvəzinə boş məkandır, adi (ağ
və ya qara) örtükdür. Bu, anti-situativ maskadır,
maskalar (fiksə edilmiş ifadələr, üzlər, mimikalar)
fövqündə
dayanan
maskadır.
İslam
dünyası
ölkələrinin mədəniyyətlərində şahların, sultanların
üzünü
rəiyyətə,
qızların
üzünü
kişilərə,
müqəddəslərin üzünü kütləyə göstərməzdilər. Bunun
üçün həmin şəxslərin üzünə əl içi boyda örtük
salınardı,
ya
da
onları
pərdə
arxasında
əyləşdirərdilər. Bir məsələni xüsusilə qeyd eləmək
lazımdır: niqab, hər hansı bir sosial kontekstdən
asılı olmayaraq, həmişə müsbət işarəlidir, yəni
pozitivdədir.
Nədən
ki,
islam
mədəniyyəti
dünyasında boş məkan tanrını eyhamlaşdırır, Allahı
bildirir. Nişanəsizlik Allahın nişanəsi. Pərdə
21
arxasında gözəgörünməz olub hər şeyi görən və bilən
Odur, Allahdır. Onun üz örtüyü səmadır, yeddi qatlı
göydür. Allah heç kimə, hətta merac zamanı həzrəti
Muhammədə belə, görünmür. Amma o, kiməsə simvolik
tərzdə, bildirmələr yolu ilə nazil olur, həmin
şəxsi öz varlığından agah edir. Pərdə (səma, niqab)
iki, - real və transendental, - dünya arasında
sərhəddir, adi öləri insan üçün əbədi müəmmadır.
Dünya insana bu pərdəyə qədər açılır, ondan o yana
yalnız ruhun yetişə biləcəyi sakral, ilahi bir
aləmdir.
Orta
çağlarda
Şərqin
müsəlman
məmləkətlərində
müqəddəslərin,
yüksək
mənsəb
sahiblərinin üzünü örtmüş niqab Tanrını görünməz
edən pərdə-səmanı işarələyir. Niqab yeri laməkan
olana eyhamdır. Mövlanə Cəlaləddin Ruminin dediyi
kimi, nişansız üz Allah adamını nişan verir, kamil
insanın
əlaməti
olur.
Üzsüzlük
özündən,
öz
“mən”indən
yaxa
qurtarıb
tanrıya
qovuşmağın
bildiricisidir. Nişansız üz (miniatürlərdə üzlər
heç
bir
fərdi
əlamətlərilə
seçilmir)
islam
mədəniyyəti kontekstində hər hansı bir üzdən
(Allaha güzgü olmaq statusunda) daha zəngindir. Bu
mənada niqab Allahın hələ yazmadığı lövhənin
nişanıdır və elə ona görə də üzdən üstündür. İlk
növbədə
bu
səbəbdən
müqəddəslərin,
şahların,
sultanların
üzü
niqabla
örtülüb
nişansızlaşdırılırdı. Niqab islam məmləkətlərinin
sosial, dini və mədəni həyatında həm də paklıq,
təmizlik, mənəvi saflıq və bakirəlik simvolu kimi
anlaşılır. Orta əsrlərdə Yaxın və Orta Şərq
ölkələrində bir də qız-gəlinlərin üzünə niqab
(yaşmaq, duvaq, rübənd, hicab, cilbab, çarşab)
tutulardı, əlbəttə ki, ismət və həya nişanəsi kimi.
Bu adət folklor mənşəlidir və öncə yalnız qızlara
aid edilərmiş. Qədim zamanlarda qız uşaqlarını
gözdən uzaq bir yerdə saxlayıb üzlərinə yaşmaq
çəkərdilər ki, onların ovsunçuluq, sehrbazlıq,
22
cadugərlik bacarığı artsın, sehr duyumu güclənsin.
Bakirəlik həmişə sirrdir, ovsundur, tilsimdir,
tapmacadır. Bakirəlik bir kimsəyə görünməz; əgər
görünsə, həmin an öz bakirəliyini itirər. Niqab
bakirəliyi yad gözlərdən hifz etməkdən ötrüdür.
Belə mühafizəyə müsəlman müqəddəslərinin və yüksək
mənsəb sahiblərinin “bakirə” üzlərinin də ehtiyacı
vardı. Niqab onların ilahi nurundan işıqlanmış pak
üzünü yad baxışların fəxr və ya həsəd, sevgi və ya
nifrət püskürən enerjisindən qorumaq məqsədini
yerinə yetirirdi. Burada o, artıq maska kimi çıxış
edirdi. Nə üçün? İş bu ki, hər hansı bir təsir,
sezilməz enerji axını əgər birbaşa bu adamların
üzərinə tuşlansaydı, onların psixoloji müvazinətini
pozardı, bu şəxslərin ruhi aləminə böyük xətər
gətirərdi. Digər tərəfdən isə müəyyən bir qəfil
xəbər onların iç yaşantılarını faş edə bilərdi,
sarsıntılarını açıqlardı. Busa min bir xoşagəlməz
dedi-qodu demək idi ki, aliqədr şəxslərin hörmətini
camaat arasında sıfra endirərdi. Niqabsa bütün
bunların qarşısına bir sədd çəkirdi. Bununla yanaşı
onu da qeyd etmək gərəkir ki, niqab müsəlman
aləmində təkcə niqab sahibindən ötrü yox, seyrçi
üçün də psixoloji məna daşıyırdı. Məsələ bu ki,
niqab müəyyən aspektdə seyrçiyə qarşı psixoloji
həmlədir, hücumdur, təcavüzdür, ünsiyyət zamanı
təşəbbüsə
birdəfəlik
və
qəfil
yiyələnmək
vasitəsidir. Çünki niqabı görən kimi müsəlman
yüngül eyforiya keçirir. Niyə? Ona görə ki,
müsəlman qavrayışında niqab həməncə Quran, Kəbə və
həzrət Muhammədin özü ilə bir semantik cərgəyə
düzülür, onlarla müstəqim rəmzi əlaqədə bulunur.
Səbəb də bu ki, Quran niqab arxasından söylənilmiş
bir
möcüzə.
Peyğəmbərin
üzü
də
daim
niqab
arxasında. Kəbə də qara örtüyə (hicaba, çarşaba)
bürünmüş vəziyyətdə. Odur ki, niqabla qarşılaşan
kimi, daha doğrusu, üzdə niqab görən kimi müsəlman
Dostları ilə paylaş: |