AZƏRBAYCAN RESPUBLİKASI
Mədəniyyət və Turizm Nazirliyi
Aydın Talıbzadə
MİN MASKA VƏ BİR MƏN
BAKI 2015
2
AYDIN TALIBZADƏ. MİN MASKA VƏ BİR MƏN... YAXUD
İSLAM
MƏDƏNİYYƏTİNİN
SEMİOLOJİSİ.
MƏQALƏLƏR
TOPLUSU, - Bakı, Təhsil, 2015. – 376 s.
“Min
maska
və
bir
mən...
yaxud
islam
mədəniyyətinin
semiolojisi:
tanrı
maskalarının
tirajı” adlı risalə kulturoloji, etnoqrafik, elmi-
nəzəri məqalələr, fəlsəfi esselər toplusudur, islam
mədəniyyətinə, dünyaya, sənətə maraqlı yanaşma
yönüdür, düşüncə spektridir.
Kitab harada oxucu varsa, ona ünvanlanıb.
3
MİN MASKA VƏ BİR MƏN
(sonor)
“Məni məndə demə, məndə deyiləm...”
Yunus İmrə
SUFİSAYAQ MƏNTİQ VƏ YA MÖVZUNUN PREAMBULASI.
“Bir mən vardır məndə məndən içəri...” Maskalı bir
kimsədir bu, yoxsa olduğu kimi görünməyi bacarmayan
qeyri-səmimi bir adam? Bəlkə saxtakarlıq, bəlkə
intellektual blef? Ancaq hər bir halda “məndən
içəridə
mən”,
yəni
“gizli
mən”
maskanın
mövcudluğunu eyhamlaşdırır. Yunus İmrənin maskaları
və
“mən”i.
Cəlaləddin
Ruminin
maskasızlaşmaq
ehtirası və öz “mən”iylə harmoniyada bulunmaq
xoşbəxtliyi. Sufi Yunus İmrənin bu misralarını
neçə-neçə azəri yazarı bəh-bəhlə, fərqinə varmadan
öz məqaləsinə, şeirinə, hekayəsinə epiqraf götürüb.
Qoy min birincisi də mən olum. Çünki məqamıdır,
yeridir. Bir də ki “mən”siz nə maska? Maska içində
isə “mən” həmişə mütləq.
MÖVZU VƏ SÜKUT. Hələliyə “mən” bir yana
dursun. Maskalanmaq şakəri təbiətin özünə xas bir
əlamət.
Təbiət
Allahın
müxtəlif
formalarda
təzahürü. Hər bir zühur isə tanrı maskası. Allahın
min
bir
adı,
yəni
əsma-ül-hüsna
onun
keyfiyyətlərinin fonoloji şifrəsi kimi qavranıla
bilər. Şifrə maskanın simulyakrıdır
1
. Təbiətdə
görünən və görünməyən hər bir özgür forma bənzərsiz
və təkrarsız. Amma di gəl ki, hamısının məğzində
bir məna - Allah. Deməli, tanrının maskaları çeşid-
çeşid. “Təbiət don geyir” ifadəsi elə “təbiət
maskalanır” kimi anlaşılır. Bu “don”lar isə hər an
dəyişir, başqalaşır. Məhz bu yerdə mövzu sükut
vadisinə düşür. Nədən ki, maskalanmaq aktuallığını
toplum, toplumun mədəniyyəti yox, təbiətin özü
4
insana diktə edir. Busa problemi analiz, müzakirə
və nəzəri differensasiya dışına çıxarır.
Amma və lakin...
MÖVZU BURULĞANI. Əgər təbiətdə maskalanma
müəyyən bir ritmə, ahəngə və qanuna tabedirsə,
cəmiyyətdə maskalanma qaydasız şəkildə gerçəkləşir.
Çünki toplum içrə maska fərdin psixosof oyunlarının
sosial-ideoloji
və
bədii-kulturoloji
konkretliyidir.
Maska
insan
psixologiyasının
fenomenidir.
Sosial
maska
fərdin
yaşayış
variantının kompromis obrazıdır.
Ona görə də... BİR “MƏN” MİN MASKANIN
MÜƏLLİFİDİR, yaradıcısıdır. Min maska isə bir
“mən”in nağılıdır. “Mən” təsəvvürdə özünü bir cür
görür, gerçəklikdə isə başqa cür. Özünü qəhrəman
kimi düşünən bir kimsə real həyatda sıravi
məmurdur, vəzifə quludur, adi müəllimdir, ya da
günəmuzd işləyən fəhlə. Fərq böyükdür. Məhz maska
bu fərqin ağrısını neytrallaşdırır, təsəvvürün
nağılları ilə gerçəkliyi uzlaşdırır, yəni kompromis
variantına çevrilir. Maska fərdin sosial dünyaya
uyuşmaq
qabiliyyətinin
göstəricisidir;
fərdin
psixologiyası
ilə
real
ictimai
münasibətlər
sərhədində dayanıb tənzimləyici funksiya daşıyır.
“İndivid” və “sosium” deyilən nəsnələri bir-birinə
qarşı dözümlü edən, tolerant edən məhz maskadır.
Bütün
variantlarda
maska
fərdin
dünya
ilə,
toplumla, özgələrlə kompromisini gündəmə gətirir.
Maska kompromisin ləyaqət üzüdür. Kompromisə getmək
istəməyən və ya bunu bacarmayan adamlar maskalarını
itirirlər: yalnız səmimiyyətə güvənirlər və sonucda
onlara
qarşı
yönəlmiş
aqressiyadan
permanent
əziyyət çıkirlər.
PROBLEM.
“Maska”
anlayışı
hansı
mənaları
özündə qapsayır və necə çözülür? Oyun zamanı,
ritualda, mərasimdə, ayində maska nəyi bildirir?
Niyə cəlladların, şahların və bir də müqəddəslərin