26
tarixən totemlə tanrının vizual gerçəkliyi kimi
mədəniyyət müstəvisində peyda olub. Nədən ki, tanrı
haradasa göyə çəkilmiş əcdaddır, əcdadın əlçatmaz
(və imaginativ) bir məkana transformasiyasıdır.
Tanrı universallaşdırılmış əcdaddır. Bica deyil ki,
Avropanın ən çox tanınan strukturalisti Klod Levi-
Sross yazırdı ki, “maska geymiş aktyor əcdadı
təmsil edir”.
3
Elə buna görə də maskalar seyrçiyə
(fəci və ya komik ovqat ifadəçisi olmasına
baxmayaraq) hipnotik təsir göstərmək qabiliyyətinə
malikdir. Maska hamıda gizli bir maraq oyadan, hər
baxanı ovsunlayan və yeni ünsiyyət modulunu təklif
edən bir nəsnədir. Çünki maska ecazkar əcdadı,
unikal əcdadı bildirir. Əcdad hər bir şəraitdə
nümunədir. Maska, eyni zamanda, tamaşaçıdan ötrü
xof, qorxu mənbəyidir. Niyə? Ona görə ki, əcdad
şüuraltı qatında potensial təhlükə deməkdir və
maska xatırladır ki, əcdad nə vaxtsa qayıda bilər
və hər nəsnəni, həmçinin hər bir fərdin varolma
hüququnu öz iradəsinə tabe etdirər. Maskanın da
xofu elə buradan gəlir.
Bəs cəlladla bağlı necə? Hər bir uniforma
maskadır,
qadağanı
və
cəzanı
eyhamlaşdırır.
Uniforma haradasa totemə yaxın olan bir nəsnədir və
əcdadı təmsil eləyir. Çünki uniforma yasağın
mövcudluğunu bəlirtir. Cəllad da hər şeydən öncə
uniformadır. Şübhəsiz ki, maska cəllad fiquru ilə
əlaqəli insanlarda yaranan xofu, qorxunu daha da
artırır. Bu, bir. Maska cəlladı adi öləri insanlar
sırasından fərqləndirir, onu bir növ bilərəkdən
nişanlayır, bədheybətləşdirir: əgər belə demək
mümkünsə, şəri simvollaşdırır. Bu, iki. Gedək
üçüncüyə tərəf. Dünyada insanlar yəqin ki ən çox
iki subyektdən qorxurlar: Əzraildən və Cəlladdan.
Əzrail (ölüm mələyi) mifik varlıq olub tanrının
hökmü ilə can alır, cəllad isə qanuna söykənən
adamların.
Cəzanı
(axtalanmanı)
gerçəkləşdirən
27
cəlladdır. Təbii ki, dindar üçün cəlladın işi də
ölüm mələyinin ayağına yozulur. Əzraili heç kəs
qarğımır, cəllad isə cəmiyyətin mənhus adamı
sayılır. Ol səbəbdən əksər hallarda cəllad maskası
arxasında kimin dayandığını toplumda heç kim
bilmir. Bu baxımdan maska cəlladdan ötrü də olduqca
mühüm sipərdir. Çünki normal cəmiyyətdə normal
insan üçün adam öldürən işləmək, peşəsi adam
öldürən
olmaq
böyük
ruhi
sarsıntıdır.
Maska
arxasında
cəllad
öz
həqiqi
yaşantılarını,
duyğularını gizlədir: əks təqdirdə, o, hökmün
icrası prosesinə maneə törədə bilər. Cəllad toplum
içrə, əslində, peşənin yox, maskanın adıdır. Kor
Femida nökərinin üzündə maska olması faktı heç də
təəccüblü
deyil.
Maska
cəlladı
onun
gerçəkləşdirdiyi
əmələ
qarşı
yabançılaşdırır,
özgələşdirir və nəticədə cəllad qətl hadisəsini
ciddi qəbul eləmir: lap teatrda olduğu kimi. Teatr
semiotikasını öyrənən fransız Patris Pavi deyir ki,
teatrda maska özünü tanıtdırmadan, özlgələrdən
xəlvəti
ətrafı
müşahidə
etmək
imkanını
gerçəkləşdirir
4
. Mən elə düşünürəm ki, teatrda maska
həm də yabançılaşma funksiyasını yerinə yetirir.
Çünki
maska
personajın
dünya
ilə
normal
münasibətlərini pozur. Əgər üz örtülüdürsə, aktyor
könüllü surətdə psixoloji ifadədən imtina edir. Bu
isə seyrçinin oyunçu ilə identifikasiya prosesində
yad
elementə
çevrilir.
Maska
aktyorun
səhnə
davranışını da tamam yeni tərzdə modullaşdırır.
Rəsmi
qətl
(edam)
haradasa
elə
meydan
tamaşasıdır. Gərçi cəllad özünə müəyyən mənada
aktyor
kimi
yanaşmasa,
işinə
və
gördüyünə
yabançılaşmasa, qısa bir zaman kəsimində ruhi
xəstəyə çevrilər. İş bu ki, aktyorun da tamaşanı
gerçəklik bilməsi patologiya əlaməti sayılır. Bu da
bir daha sübut eləyir ki, maska insan psixolojisini
mühafizə edən vasitədir. Maskasız “mən” özünü
28
itirir, pırpız və ya qəribə adam təəssüratı oyadır
başqalarında. Beləliklə, gün kimi aydındır ki,
toplum
içrə
maskasız
keçinmək
hər
mənada
problematikdir.
Haradasa
mədəniyyət
özü
bütöv
şəkildə maskalanmaq mədəniyyətidir. Ayrı cür də
demək
mümkündür:
mədəniyyət
insanlar
arasında
ünsiyyət şəbəkəsini yaradan sistem kimi maskadan
başlanır. Mədəniyyət tarixində maska ilk qanunun,
ilk yasağın və davranış etiketinin simvoludur.
Hətta təbiətdə belə müxtəlif canlıların maskalanma
üsulu mövcuddur. Canlılar (buqələmun, kəpənək,
balıq və s.) rəng dəyişmələrinin və ya plastik
bədən oynaşmalarının köməyilə şəraitə uyğunlaşır və
ətraf mühit içində düşməndən ötrü görünməz olurlar.
Bu
hadisəyə
mimikriya
deyilir.
Maska
ruhun
mimikriyasıdır. Teatr oyundur. Maska oyun şərtidir.
Hər bir oyun maskalanmadır, mimikriyadır. Seyrçi
teatra ruhun mimikriyasına, yəni ruhun maskalarına
tamaşa
etməyə
gəlir;
gəlir
ki,
maskaların
yırtılması,
üzlərdən
götürülməsi,
bir
sözlə,
onların “süqut”u prosesində iştirak etsin. Bu
baxımdan
teatr
maskalar
sərgisidir.
Səhnə
planşetinə adlamış hər hansı bir maskada ilahi
başlanğıca nisbətən əcinə (şeytan) başlanğıcı daha
güclü ifadə olunur və bu, tamamilə məntiqidir.
Çünki səhnəyə çıxan tanrı oyun stixiyasına düşüb
həməncə uşaq kimi şeytanlaşır. Teatr maskalar
sərgisi kimi cəmiyyətə davranış və dəb tipləri
təklif edir. Toplum içrə davranış və dəb tipini
müəyyənləşdirən teatr səhnəsindən (tele və ya
kinoekrandan) görünən maska-qəhrəmanlardır. Teatr
maskaları dağıdır və onların yerinə yenilərini
istehsal edir. Təbii ki, hərə özünə uyğun maska
tipini, davranış və dəb tipini bəyənəcək və
cəmiyyətdə ona bənzəməyə çalışacaq. Bununla da
olacaq persona, yəni maska taxmaq hüququna malik
adam. Latınca “persona” sözü aktyorun taxdığı
Dostları ilə paylaş: |