50
Təsadüfi deyil ki, əksərən məhz düşüncəsizlik
(ehtiyatsızlıq) igidin həm qəhrəmanlığının, həm
ölümünün səbəbidir. Kütlə özünü nağıllarda təsəvvür
etdiyindən qəhrəman soraqlamağa, qəhrəman axtarmağa
meylli olur və asancana öz nisbi idealını qəhrəmana
çevirir. Odur ki, Hollivud bir an belə dayanmadan
kütlə üçün kinonağıllar, və bəlkə də susqun
çoxluqdan ötrü efemer mikroxoşbəxtliklər istehsal
edir. Hərçənd kütlə üçün qəhrəman fenomeni gerçək
refleksiyadır. Susqun çoxluq isə bu qəhrəmanı bir
nağıl kimi, yalan kimi qavrayıb onunla əylənir,
xoşhallanır və zaman məsafəsini mütləq şəkildə
gözləməyi yadından çıxarmır. Bu kinonağılların
qəhrəmanlarını
seyrçilər
adətən
öz
sevimli
kuklaları kimi qəbul edirlər. Beləliklə, kino
sənəti bir kinoindustriya qismində kütlədən ötrü
qəhrəman-kukla
istehsalından
faydalanır.
Kino
sənəti özünə həmişə fərd yox, kütlə axtarır, çoxluq
axtarır, teatr sənətisə əksinə.
Ol səbəbdən də mən elə düşünürəm ki, şou-
biznes kino-biznesin davamıdır, haradasa lap onun
yetirməsidir. Şou kino-biznesə daim lazım olan bir
nəsnədir. Hətta belə də demək mümkündür ki, şou-
biznesi kino dünyası öz məhsulunun satışı xatirinə
törədib, yaradıb. Teatr sənətisə heç vədə biznesə
çevrilmir. Bilmirəm, buna sevinmək gərəkir, yoxsa
təəssüflənmək? Bu da öz növbəsində o deməkdir ki,
teatr sənəti heç vədə kütlənin olmur. Kütlələrə isə
həmişə teatr yox, tamaşa lazımdır. Bu tamaşanı da
artıq uzun müddətdir ki, çoxluğa, kütlələrə siyasət
verir. Son 20-25 il hüdudlarında siyasət qədərincə
teatrallaşıb. Hər debat, hər diskussiya, siyasət-
çilərin
seçkiqabağı
dartışmaları
kütlələri
əyləndirə biləcək qədər suggestiv tamaşadır. Seyrçi
reaksiyasına görə Amerika Birləşmiş Ştatlarında
aparılan seçki kompaniyaları futbol matçlarından
bir
elə
də
fərqlənmir.
ABŞ
prezidentlərinin
51
inoqurasiya
günü
onları
mütləq
şou-biznesin
ulduzları dəstəkləyir, belə deyək də, kütləni
fərəhləndirir. Xeyli vaxtdır ki, çoxluğun assosativ
təfəkküründə seçkiqabağı dartışmalar teleoyunlarla
bir hücrədə yan-yanaşı durur. Şou günün siyasi,
iqtisadi
aktuallığına
kütlənin
reaksiyasını
kütləşdirmək vasitəsidir. Şou kütlənin səsini ALMAQ
üçün effektiv siyasi priyomdur. Susqun çoxluq sosial
girdabda şoularla qol-boyun olub xumarlanır. Odur
ki, getdikcə kütlə və teatr bir-birindən daha çox
aralanır. Orada ki teatr var, oraya kütlə axını
yoxdur. Ora ki kütlələr toplaşır, orada teatra
ehtiyac qalmır. Cəmiyyətdə bu gün teatra, teatr
tamaşasına
münasibətdə
tələb
minimaldır,
yox
dərəcəsindədir. Təklifsə var, bəlkə də aşırı
miqdarda var. Əgər bu vəziyyətdə dövlət teatrları
bağlamırsa, onda bir çıxış yolu qalır: tələbin
özünü istehsal etmək. Əmtəə bazarında bu, artıq
mövcud olan bir haldır. Hər hansı bir məhsul
satılmayanda
onun
istehlakçısının
istehsalına
pullar xərclənir. Bu, bazar qanunudur. Hərçənd
Brodvey
teatrlarının
təcrübəsi
göstərir
ki,
seyrçinin “istehsalı” olduqca müşkül bir məsələdir.
Sonuncu fikirlərim həm teatr, həm də kino sənətinə
şamil edilir. Çünki çağdaş dövrdə kino sənəti şou-
biznesin yedəyindən boylanır.
Bu
məqalə
böyük
bir
sosial-kulturoloji
araşdırmanın fraqmenti kimi qavranılmağa iddia-
lıdır.
Ədəbiyyat:
1
Freyd Z. Psixoloqiya mass i analiz çeloveçeskoqo “Ya” //
İskusstvo kino. - 1990. - № 11. - S. 15.
2
Yenə orada.
52
3
Freyd Z. Psixoloqiya mass i analiz çeloveçeskoqo “Ya”
// “Ya” i “ono”: trudı raznıx let. - kn.1. - Tbilisi,
1991. - S.76.
4
Bax: Bodriyar J/ V teni molçalivoqo bolşinstva. -
Yekatrinburq, 2000.
5
Freyd Z. Psixoloqiya mass i analiz çeloveçeskoqo “Ya” //
İskusstvo kino. - 1990. - № 11. - S. 16.
6
Yenə orada.
7
Averintsev S.S. Sudbı Yevropeyskoy kulturnoy tradisii v
epoxu perexoda ot antiçnosti k srednevekovyu // Sb. st.
İz istorii kulturı srednix vekov i vozrojdeniya. - M.:
1976. - s.56.
8
Losev A.F. Teatr yest iskusstvo liçnosti // Sb. st. İz
istorii sovetskoy nauki o teatre.- M.: 1988. - S. 103-
107.
2007-ci il