409
üzərinə
köçürülməsin?
Bir
dəfə
Günəş
və
məhsuldarlıq tanrıçası Amaterasu öz Susanoo adlı
qardaşından küsüb Səma kahasında (Səma quyusu?)
gizlənir və dünyanı, insanları, torpağı, ağacları,
bitkiləri, heyvanları günəş işığından məhrum edir.
Digər tanrılar qərara alırlar ki, onu çalışıb
kahadan bayıra çıxarsınlar. Bu vaxt ilahə Udzume
aşırılmış çən üzərində rəqsə başlayır və rəqs
müddətində yavaş-yavaş soyunub tanrılara öz yekə,
hamar, yumru qarnını göstərir. Nə vaxt ki, ilahə
əynindəki tumanı bir az da aşağı sürürşdürür,
tanrılar elə gülürlər ki, sanki Göylərdə ildırım
şaqqıldayır.
Amaterasu
dözəmmir,
maraq
onun
küsəyənliyinə üstün gəlir və tanrı Səma kahasından
dışarı addımlayır: dünya işıqlanır, həyat öz
axarına düşür.
19
Təbii ki, bu, ritual rəqsidir,
mahiyyətcə şamançılığa söykənən rəqsdir və ayinin
özündə qapsadığı dəyərlərlə bağlıdır. Yəni günəş
olmasa, məhsul olmaz, məhsul olmasa, yeyib-içmək
olmaz və qarın boş qalar: qarın boş qalanda isə
“qa”
enerjisinin
dövriyyəsi
kəsilər,
sistem
dağılar.
Dediklərimizin paralelini Azərbaycan mifik
təfəkküründə axtaraq. Novruz bayramında və müqəddəs
çərşənbələrdə
ifa
edilən
“Kosa-kosa”
meydan
tamaşasının
iç
mahiyyətindən
faydalanaq.
Bu
tamaşanın birbaşa Günəş kultu ilə bağlılığı heç
kimdə şübhə doğurmur. Tədqiqatçı Elçin Muxtar Elxan
(Aslanov) “Kosa-kosa” oyununu qışgüntəni (21-22
dekabr) ilə əlaqədar keçirilən Çıraqan bayramının
motivlərinə kökləndiyini söyləyir və öz fikrini
tutarlı faktlarla isbata yetirir.
20
“Kosa-kosa”
tamaşasının mütləq atributlarından biri kəndirbaz
oyunudur ki, tamaşanın ideyasını vizual şəkildə
konkretləşdirir.
Nədən
ki,
kəndirbazın
kəndir
üstündə hərəkəti astroloji xarakter daşıyır. Burada
kəndir Kous // Qövs (ərəbcə “kaman” deməkdir)
bürcünü,
kəndirbaz
isə
Oğlaq
bürcünü
simvollaşdırır. Kəndirbaz yeridikcə kəndir qövs
formasını alır. Onun məqsədi Günəşi kainatın ən
qaranlıq,
ən
dərin
nöqtəsindən
(Günəş
yaygüntənindən sonra 6 ay müddətində aramla kainat
quyusunun dibinə, – zülmətinə, – yuvarlanır:
410
müqayisə
elə
Səma
kahasında
günəş
tanrısı
Amaterasunun gizlənməsi ilə) xilas etmək, başqa
sözlə, dünya işığını dünyaya qaytarmaqdır. Bunun
üçün kədirbaz Təkə // Keçi kimi guya ki buynuzları
ilə qövsü yırtmalı və Günəşi azadlığa buraxmalıdır.
Kəndirbazın ağırlığı altında kəndirin qövsvari
şəkildə sallanması məhz Səma quyusunu, “zülmət
quyusu”nu işarələyir.
Qövs həmişə potensial qarındır. Günəş kainatın
qarnından çıxır. Belə ki, Çıraqan bayramında
qışgüntəni kainatın hamiləliyinin sonuncu günüdür,
Günəşin zülmət quyusunda qaldığı axırıncı gündür.
Çünki səhərisi Günəş yenidən doğur. Bayaq misal
gətirdiyimiz hamilə qarılar məhz qışı rəmzləşdirib
Günəşi bətnlərində gəzdirən qarılardır. Təbii ki,
qış yazı doğur, ölüm – həyatı.
“Məlikməmmədin nağılı” da mifik təfəkkürün bir
parçasıdır, çünki birbaşa Günəş kultu ilə bağlıdır:
təkrarlanan arxetiplər buna bir dəlil. Quyu,
kəsilmiş kəndir, ağ və qara qoç, div (əjdəha
variantı), gözəl qız, Simurq quşu və möcüzəli
xilasolma günəş kultunun rudimentləri kimi özünü
tanıtdırır.
Di gəl ki, meydan mədəniyyəti müstəvisinə
çıxarılmış yekə qarın qrotesk bədənin atributudur.
Bu kontekstdə ona münasibət birmənalı şəkildə
neqativdir. Nədən ki, xalq gülüş mədəniyyətinin
ictimai-sosial
parametrlərində
yekə
qarın
tənbəlliyi,
müftəxorluğu,
bikarlığı,
dünya
nemətlərinə
uyub
yalnız
gödənini
fikirləşən,
tamahını, nəfsini üstələyə bilməyən acgöz birisini
bildirir. Xan, bəy, padşah, paşa, sultan, racə,
burjua dedikdə gözönünə hər şeydən öncə yekə qarın
gəlir.
Bu,
mədəniyyətdə
formalaşmış
bir
tendensiyadır, bir düşüncə streotipidir. Hərçənd
əsası var, izahı var.
Məsələ ondan ibarət ki, yekə qarın xalqın
gülüş
mədəniyyəti
tərəfindən
ya
istibdadın,
zülmkarlığın, istismarın, zülmün və aşkar hədənin
rəmzi kimi qavranılır, ya da tənbəlliyin, kütlüyün,
əfəlliyin, maymaqlığın. Səbəbi aydındır: yekə qarın
birmənalı şəkildə qorxunc təzahürdür. Qarnın başa
bəla
olduğu
məşhuri-cahandır.
Çünki
onun
411
tələbatları çoxdur: hələm-hələm doymur; permanent
yeyir, yenə doymur. Doymayanda vadar eləyir ki,
qarın sahibi başqasının payını mənimsəsin. Bu isə
aşkar
şəkildə
konflikt
vəziyyətinə
gətirib
çıxaracaq bir faktdır.
Hər şey də elə buradan başlayır: çəkişmələr,
mənafelərin toqquşması, ziddiyyətlər, təcavüzlər,
üsyanlar, inqilablar, davalar...
Qarnın həcmi böyüdükcə düşüncə intensivliyi
azalır, passivlik artır, adam elə bil ki yerə
mıxlanıb qalır.
Məgər inkişaf günbəgün çoxalan insanları bir
təhər doyuzdurmaq, yəni məhsuldarlığı artırmaq
məqsədini güdmür?
İnkişaf aclığa bir reaksiyadır: qida azlığını
aradan götürməyi hədəfləyir.
Bütün üsyanların, inqilabların, davaların,
müharibələrin primitiv və bəsit mündəricatı yemək
və çoxalmaq, daha artıq yemək və daha artıq
çoxalmaq ideyasını özündə qapsayır.
Odur ki, qarın və onun tələbləri ilə bağlı
aktuallığı insanın beynindən kənarlaşdırmaq üçün,
yaxud onun düşüncələrini qarından xilas etmək üçün
mədəniyyət
gülüşdən
faydalanır,
qarnı
birbaşa
xalqın meydan həyatının müstəvisinə çıxarıb lağa
qoyur, ona şəbədə qoşur, ona gülür. Gülür ki, insan
qarnın diqtəsindən, əsarətindən qurtulsun, oturub-
durub yalnız yeməkdən danışmasın. Və mədəniyyət
permanent olaraq buna çalışır. Ancaq nə etməli ki,
qarın təbiətdir, torpaqdır, Dionis başlanğıcının
rəmzidir, beyin (ağıl, bilinc) isə qanundur,
sistemdir, mədəniyyətdir: Apollon başlanğıcını
eyhamlaşdırır.
Beyin (ağıl, bilinc) qarnı mədəniyyətə dəvət
etməyi bacarmayanda cəmiyyət faciələr yaşayır.
Çünki doymaq və çoxalmaq instinkti ağlın əmrlərinə
tabe
olmur
və
şuluqluq
salır.
Ol
səbəbdən
ədəbiyyatda
və
mədəniyyətdə
qarın
həmişə
eybəcərdir, karikaturadır, gülüş obyektidir. Fikir
vermisinizmi, gombul, şişman adamlardan heç vədə
faciə aktyorları olmur. Şekspirin Hamleti müəllif
təqdimində kökdür. Amma heç bir kök (!) aktyor
Hamlet rolunda uğur qazanmayıb və bir kimsə
412
tərəfindən də kök təsəvvür edilmir. Ona görə ki,
fakturada permanent yekə qarın faktoru var. Yekə
qarnın içində isə həmişə çoxlu gülüş gizlənir.
Başqa bir aspektdən isə cəmiyyətdə müəyyən bir
düşüncə streotipi mövcuddur; bu, toplum içrə
formalaşmış qavrayış streotipidir: insan fikirləşir
ki, ideya adamı, yəni maddiyyatdan uzaq birisi,
arıq, sısqa, çəlimsiz görkəmdə olmalıdır və yekə
qarın onun imicini mütləq korlayır. Əslində, bu,
xristianlığın yaratdığı ideya adamının obrazıdır və
demək mümkündür ki, Avropanın əksər filosofları
(maarifçiləri, yazıçıları, alimləri) bu standarta
cavab veriblər.
Hərçənd... Platon, Sokrat, Ezop və Şərq
filosoflarının böyük bir qismi qədərincə dolu
bədənə malik idilər və qarınları onlara müdrik
fikirlər söyləməyə əngəl törətmirdi.
Şərq filosofu qarınla barışıb yaşayır: Qərb
filosofu (ideya adamı) isə qarına qarşı qiyamçı
mövqeyini üstün tutur.
Lakin... bütün hallarda... qarın azğının
birisi olaraq qalır: “mən ölüm, sən öləsən” bilmir,
vaxt bilmir, saat bilmir, etika bilmir, həya
bilmir, qanun bilmir, vicdan bilmir, namus bilmir:
təbiətin buyurduğu kimi yaşayır, Dionis kimi öz
kefinə yaşayır. Təbiətdə qarın üçün qadağa yoxdur.
Toplum
isə
onu
müəyyən
ölçülər
çərçivəsində
məhdudlaşdırmağa
can
atır,
qarnın
hoqqalarını
ədəbsizlik sayır, yasaqlayır. Digər tərəfdən isə
cəmiyyət qarnın nazı ilə oynayır da: üzünə hər
yerdə mətbəx verilişləri açır, dərgilərdə ləziz
yeməklərin, pişintilərin parıltılı şəkillərini onun
önünə vızıldadır...
Beləliklə, toplum qarnı təbiətdən ayırıb onu
öz qanunlarına tabe etdirməyə çalışır. Necə? Hansı
yolla.
Əlbəttə
ki,
psixoterapiyanın
köməyilə.
Konkret desək, gülüşün vasitəsilə. Gülüş tənqiddir,
qınaqdır. İnsan başqasına gülməyi sevir, ancaq
özünə ünvanlanan gülüşdən ehtiyatlanır, utanır,
xəcalət çəkir, qaçıb hamıdan gizlənmək istəyir.
Gülmək cəsarətdir, azadlıqdır, kompleksizlikdir.
Qorxaq gülə bilmir. Toplum da bu və ya digər
formada qarına güləndə onun sahibinə sataşır, həmin
413
şəxsi (və eyni zamanda yemək kultunu) aşağılayır.
Meydan tamaşalarını, kölgə və kukla oyunlarını,
karikaturaları, çoxsaylı komediya personajlarını
xatırlayın. Kök adamlarda arıqlamaq istəyi fiziki
əziyyətdən daha çox gülünc görünmək qorxusundan
irəli gəlir. Qarnın qulu, yəni qarınqulu olmaqdan
qurtulmağın bircə yolu mövcuddur ki, o da
gülüşdür. Qarnın iddiaları gülüşlə tənzimlənir.
“Bizə gülərlər” deyib insanlar öz düşüncələrindən
qarnı sanki silirlər, onun haqqında fikirləşməyi
özlərinə yasaq eləyirlər. Özlərini elə aparırlar
ki, guya qarın üçün işləmirlər.
Amma sonucda bütün günü onların əllərindən
qaşıq və fincanları yenə də yerə düşmür. “Qarnın
səsi həqiqətin səsidir”. Bunu mən söyləməmişəm,
bunu Şərq müdrikləri belə buyurublar.
“Polkovniki heç kim xəbər almır”
21
romanının
sonu.
Unutmayaq ki, Hamletin əlində tutduğu qafa
tası və ya kəllə məhz qarın üzərində qurulmuş
dünyanın faniliyinə, ötəriliyinə gülür.
Hətta
ölümün
də
gülüşü
qarnın
mənasız
çabalarına tuşlanıb: yəni qarın heç vaxt ölümə
qalib gələ bilmir. Çünki bir gün mütləq enerji
istehsalından dayanır.
Toplumda qarına qarşı münasibət ikilidir,
ambivalentdir: bir yandan yemək kultu, o biri
yandan qarnın karikaturası. Bir tərəfdə qarnın özü
gülür, digər tərəfdə isə qarına gülürlər; yəni
əbədi olaraq, yəni həmişəlik mənfi ilə müsbət
arasında…
Ədəbiyyat
1
Pyat filosofskix traktatov na temu “Afak va
anfus”. M.: 1970. – s.22.
2
Ətraflı bax: Seyidov M.M. Azərbaycan mifik
təfəkkürünün qaynaqları. Bakı: 1983. – s. 99-101.
3
Basilov V.N. İzbranniki duxov. M.: 1984. – c. 30-
96.
414
4
Ətraflı bax: Seyidov M.M. Göstərilən əsəri, s.98-
99
5
Fərzəli Ə.Ə. Dədə Qorqud yurdu. Bakı, 1989. – s.
152.
6
Bax: Seyidov M.M. Göstərilən əsəri, s.143
7
Quar qədim hunlarda göy gurultusu, ildırım,
şimşək tanrısının adı imiş.
8
Bax: Seyidov M.M. Göstərilən əsəri, s.212-214
9
Yenə orada, s.214-215
10
Azərbaycanın
dəyərli
kinorejissoru
Əjdər
İbrahimovun
çəkdiyi
“26-lar”
filmində
oxunan
mahnının nəqarəti.
11
Qolosovker Y.E. Mifin məntiqi. Bakı, 2006. – s.
84-85.
12
Talıbzadə A.A. Şərq teatrı tarixi. – Bakı, 2006.
– s. 274.
13
Bax: Mehdiyev N.M. Orta əsrlər Azərbaycan
estetik mədəniyyəti. Bakı, 1986. – s. 90-91
14
Safronova Y.S. Dzenskiy smex kak otrajeniye
arxaiçeskoqo zemledelçeskoqo prazdnika // Simvolika
kultov i ritualov narodov zarubejnoy Azii. – M.,
1980. – s.70-71.
15
“Dünya qan üstündə bir xanimandır”. Səməd Vurğunun
“Vaqif” pyesində söylədiyi fikrin modifikasiya
edilmiş variantı.
16
Bax: Qolosovker Y.E. Mifin məntiqi (tərcümə
A.Talıbzadənindir) Bakı, Kitab aləmi, 2006. –
s.59-61.
17
Bax: Baxtin M.M. Literaturnıye-kritiçeskiye
statyi. M.: 1986. – s.318.
18
Yenə orada.
19
Bax: Safronova Y.S. Dzenskiy smex kak otrajeniye
arxaiçeskoqo zemledelçeskoqo prazdnika // Simvolika
kultov i ritualov narodov zarubejnoy Azii. – M.,
1980. – s.71.
20
Daha ətrafı bax: Elçin M.E. Gün çıx, çıx, çıx. –
Bakı, 2009, s.5-12.
21
Qabriel Qarsia Markesin əsərinin adı.
415
MƏQALƏLƏRİN DÜZÜMÜ
1. Min maska və bir mən.......................
2. Kütlə: teatr və kino........................
3. Ər və arvad üçün intim teatr, yaxud Məşədi
İbad necə varsa.............................
4. Bədən və ruh kulturoloji problem kimi.......
5. Kəpənək və ya təfsiri-şərhi-hali Nəsimi.....
6. Üsyan və cəza: fikir “kəndirbazı”nın
aqibəti....................................
7. Mədəniyyətlərin qohumluq paradiqması........
Kündə: varlığın simvolik obrazı.............
Süd: “idrak içkisi”nin metafizikası.........
Gil qab: tanrıya bənzəyən dulusçu...........
8. İslam mədəniyyətində səs: teatr və musiqi...
9. Müsəlmanların məscid və bazarı..............
10. Müsəlman və məhəllə........................
11. Müsəlman və məclis.........................
12. Virtual merac teatrı.......................
12. Yuxulu şəhərin sakinləri və mirzəsi........
13. Bağ teatral məkan kimi.....................
14. Psixoloji məkan fenomeni: yuxarı və aşağı..
15. Sağ və sol üçün fəlsəfi marş...............
16. Meyxana: meyin kulturoloji mədhiyyəsi......
17. Erotika və həya............................
18. Güzgü və kölgə.........................
19. Tənqidin fenomenologiyası..............
20. Şərq və Qərb dixotomiyası maarifçilik
kontekstində...........................
21. Yer və Göy enerjiisinin bildiriciləri:
“in” və
“yan” başlanğıclarının türk variantı......
Dostları ilə paylaş: |