388
boşluğunu görəsən və biləsən ik, Hüseyn Cavid
demişkən, “heç təlaş etməyinə dəyməz. Əgər dünyanın
zərrə qədər dəyəri olsaydı”... Nurlanma ruhsal
kamillikdir. Nurlanma yoxdursa, təhsilin də qara
qəpikcə qiyməti yoxdur. Nurlanma için ovqatıdır.
Onsuz savad, təhsil insana gərəkməz. Kamil insansa
bilir ki, dünya ilə tam harmoniyada yaşamaq, Allahı
bulub onunla bir olmaq, boş olmaq, istəklərdən,
tanrı olmaq, əbədi olmaq arzularından əl çəkmək
maksimal komfort və xoşbəxtlikdir. Nurlanmış insana
dərk
etmək
önəmli
görünmür;
bilgi
toplamış,
savadlanmış insan isə elə hey nəyisə anlamağın,
dərk etməyin həşirindədir. Bilgi ona hər zaman
azlıq edir. Nurlanma ilə hər şeyə çatmaq və dünyada
“ərimək”,
dünya
olmaq
mümkündür.
Əgər
sən
nurlanmısansa, sənin heç nəyə ehtiyacın yoxdur və
sənin nurun digər fərdlərə də işıq salacaq.
Əslində, insanlığın şüarı belə olmalı idi: yaşa və
heç nəyi dəyişmə, başqalarına da yaşamağa imkan
ver! Çünki nəyisə dəyişmək sonucda insanın xeyrinə
olmur. Təbiətə müdaxilə edilməyəndə, təbiət özü hər
şeyi tənzimləyir. Belə ki, insanın ağlı nə
“doğursa”, yəni nə kəşf eləyirsə, sonucda onun öz
əleyhinə yönəlir.
Hərçənd mənim bu söylədiklərimin bir zərrə
qədərincə dəyəri və əhəmiyyəti yoxdur. Nədən ki,
bəşər Şərqin nurlanma yolunu yox, Qərbin aydınlatma
yolunu
seçib,
dərk
etməni
seçib,
Avropanı,
maarifçiliyi seçib. Elə isə yaşamaqda davam edin,
cənablar! Onsuz da geriyə qayıtmaq mümkünsüz! Mənim
fikrimcə, insanlığın keçdiyi yol səhv olub...
İnsanı geriyə, “təbiətə tərcümə etməyin”
8
vaxtı da
ötüb. Biz artıq çox gecikmişik! Dünya, yəni mən,
sən, o və biz hamımız boynumuza almaq istəmədiyimiz
bir əlacsızlıq sindromu içində. Böyük Hadron
Kollaydəsi də heç Allah deyil!
389
Ədəbiyyat:
1
Yaspers K. Smısl i naznaçenie istorii. – M.: Politizdat,
1991 (rusca); Horkxaymer M., Adorno T. Ponyatiye
prosveşeniya / Dialektika prosveşeniya. Filosofskiye
fraqmentı. – Medium. Yuventa, M., S-P 6, 1997. – s.16-60
(rusca); Xabermas Yu. Demokratiya. Razum. Nravstvennost.
– M.: Nauka, 1992 (rusca). – ISBN 5-901574-43-5; Popper
R.K.Otkrıtoye obşestvo i yeqo vraqi v 2-x tt. / T.2:
Uçeniye ljeprorokov: Gegel, Marks i druqiye orakulı; per.
s anql. V.N.Sadovskoqo. – M.: Feniks, 1992. – 528 s.
2
Bu haqda daha ətraflı bax: Kultura.az portalında Rəhman
Bədəlovla Niyazi Mehdinin məqalələrinə.
3
Kant İ. Soçineniya v 6-i tt. – M.: Hauka, 1963-1966
(Filosofskoye naslediye); Subbotin A.L. Frensis Bekon. –
M.: Mısl, 1974. – 175 s.; Melejik İ.N. Ponyatiye,
proisxojdeniye i priroda qosudarstva v politiçeskom
uçenii
T.Qobbsa
//
Aktualnıye
problemı
istorii
politiçeskix i pravovıx uçeniy. – M.: 1990. – S.104-122;
Rikuperati Dj. Çelovek prosveşeniya // Mir prosveşeniya.
İst. slovar. – M.: 2003. - S.15-29.
4
Berdyayev N.A. İstoki i smısl russkoqo kommunizma. - M.:
Nauka, 1990. - s.8. - sitatın tərcüməsi Niyazi
Mehdinindir.
5
Bax : Horkxaymer M., Adorno T. Ponyatiye prosveşeniya /
Dialektika
prosveşeniya.
Filosofskiye
fraqmentı.
–
Medium. Yuventa, M., S-P 6, 1997. – s.19 (rusca);
6
Mamardaşvili M., Pyatiqorski A. Soznaniye i simvol. –
Estetiçeskiye issledovaniya: metodı i kriterii.M.:
Nauka, 1996. – s.348
7
Popper R.K. Otkrıtoye obşestvo i yeqo vraqi v 2 tt. /
T.1: Çarı Platona. – M.: Feniks, 1992. – s.69.
8
Nitşe F. Po tu storonu dobra i zla // Soçineniya. T:2. –
M., Mısl, 1990. – s.352.
390
YER VƏ GÖY ENERJİSİNİN BİLDİRİCİLƏRİ:
“in” və “yan” başlanğıclarının türk variantı
(olumla ölüm arasında permanent gülüş torbası)
Öncə məqalənin adı ilə bağlı müəyyən mesajlar.
Yəni ki... biz də haradasa bir Həllac olub
sözləri didək, diddikcə onların cövhərinə, ilkin
mənasına yaxınlaşaq.
Ayrı cür söyləyim fikrimi: gəlin, sözlərin
qaranlığını işığa tutaq, onları yumurta kimi
sındırıb görək ki, batində gizlənmiş o məna-arxetip
bizə nələrdən danışır.
Sözün əslinə, həqiqətinə qayıdaq, semantik
çənbərinə varaq. Çünki bir də baxırsan ki, sözdə
məna itib-batıb və söz olub teyxa işarə, bildirici,
eyham.
Mənim bu dəfəki yazımın predmeti, nə qədər
gözlənilməz səslənsə belə, qarındır. Təbii ki,
fizioloji aspekt hədəfdə deyil. Məni maraqlandırır:
sözün
arxaikası,
semantikası
və
mədəniyyət
şəbəkəsində “qarın” anlayışı ilə ilişikli qurulan
paradiqmalar; məsələn, əməl və qarın, qavrayış və
qarın, təcəssüm və qarın...
Zöhdü, sufiliyi, fəlsəfəni, ideoloji mesajları
qoyuram bir kənara.
Qarın hər şeydən birincidir, hər şeydən
əfzəldir və növbədə dayanmır, növbə tanımır, növbə
gözləmir, vaxtı, saatı və hətta ən ali qanunları,
yasaqları istədiyi kimi poza bilir. Onun “hökmləri”
növbəsiz icra edilir.
“Yox” qarın üçün yoxdur. Qarın yoxla üzləşəndə
insan tələf olur.
“Qarın” deyəndə hamı bədənin əzalarından
birini düşünür. Düşünür ki, qarın olmasa, heç-zad
olmaz. Və sonra da heyfsilənib bir də təzədən
düşünür ki, qarın olmasaydı, hər şey yaxşı olardı,
dava-dalaş, vəhşilik, müharibə-filan olmazdı. Bu
sayaq düşünüşün nəticəsi də gün kimi aydın:
günahların hamısı qarındadır. Beləliklə, həyat
bərabərdir qarın. Başqa sözlə, qarın elə həyatın
özüdür və ya həyat qarın üstündə qurulub. Dünyada
Dostları ilə paylaş: |