382
çoxaltmaq,
artırmaq,
insanların
tükənməyən
tələbatına adekvat olmaq, adekvat iş tutmaq əvəzinə
tənzimləmək prinsipini aktuallaşdırmalıydı.
Maarifçilik
istəyi
çoxaldır,
ideyaların
gerçəyə çevrilməsi üçün bütün maneələri aşmaq
yollarını göstərir və bu məqamda mənəvi arınmanı
aktuallaşdırmır: yəni qalibləri mühakimə etmirlər.
Dünya tarixində ilk dəfə məhz maarifçilik
təbiətə münasibətdə zor tətbiq elədi, təbiəti
insana xidmətçi statusunda gördü. Ilk dəfə məhz
maarifçilik insanlara təbiəti tarmar etmək üçün
fəlsəfi şəkildə əsaslandırılmış anlam verdi. İlk
dəfə məhz maarifçilik “kəşf” sindromunu həyatın
mənası ilə eyni bir rəfə qoydu. İlk dəfə məhz
maarifçilik kütlələrin ağlını hərəkətə gətirmək
üçün savadlanmaq ideyasını ortaya atdı və bu
ağılları
Allah
əleyhinə
istiqamətləndirdi.
Maarifçilik beyinlərin inqilabı oldu: mərkəzdən
dini kənarlaşdırmağa çalışdı, toplumda ateizmin
gəlişməsi üçün baza qurdu, Şərq və Qərbin bütün
əsas ayrıntılarını üzləyib, gündəmə gətirib onları
qütbləşdirdi və Avropaya Şərqi nişan verib dedi ki,
bax, ora gedin, oranı alın, orada həyat və nağıl
var, orada böyümək üçün, genişlənmək, artmaq üçün
imkanlar
var!!!
Fikirlərimin
təsdiqini
German
Hessenin
“Şərq
ölkəsinə
zəvvarlıq”
romanının
motivlərində görə bilərsiniz.
Fəlsəfi araşdırmanın əsas sualları da elə
bunlardır: Qərb Şərqə niyə gəlib və ya Şərq Qərbə
niyə gedib? Şərq Qərbdən nə istəyir? Və bu prosesdə
maarifçiliyin rolu nədən ibarətdir?
Heraklitin
sözünü
Hegelin
ardınca
təkrarlayıb deyək ki, “Qərbə yol, Şərqə yol – eyni
bir şeydir”. Və ya, əgər belə demək caizsə, “hər
bir nəsnənin qərbi və şərqi var”. Amma bunların
hamısı gözəl söyləntilərdən başqa bir şey deyil.
“Qərblə Şərqin vəhdəti” ideyası, bu ideyanı tək və
383
cüt, in və yan differensiallarında həll etmək cəhdi
yalnız fəlsəfi və sosial blefdir. Qərb Şərqə gedə-
gedə eybəcərləşir, Şərq Qərbə gedə-gedə sısqalaşır,
zəifləyir və günəşsizliyin içində kabusa çevrilir.
Qərb
maarifçiliyi
Şərq
üçün
ölümdür.
Əslində, bu gün artıq ənənəvi Şərq pozulub və
Avropa öz pozduğunun yerinə yeni bir “Şərq” sözü
yazıb. Maarifçilik Şərqi tarixdən praktiki surətdə
sildi.
İndi
Şərq
məhz
Avropa
maarifçliyinin
istədiyi, öyrəndiyi, tanıdığı və qəbul etdiyi
hüdudlarda mövcuddur, Şərq Qərbə lazım olduğu
qədərincə mövcuddur. Gerçəklikdə isə Şərq daha
yoxdur. Çünki hər yan, hətta Ərəbistan, Çin,
Yaponiya, Hindistan və uzaq Avstraliya da daxil
olmaq şərtilə, Avropadır. Şərq isə yalnız coğrafi
oriyentirdir,
coğrafi
cəhətdir.
ŞƏRQ
Şərqdə
avropalılar üçün ekzotik muzey kimi saxlanılır.
Lap əvvələ qayıdaq. Şərq ərəb dilində
“işraq”,
yəni
“doğma,
partlama,
nurlandırma”
sözlərinin mənaları müstəvisində anlaşılır. “Qərb”
sözünün semantik çənbərinə isə “uzaqda, qəriblikdə
olan adam”, “qohum”, “yaxında olan adam”, “batma”
kimi mənalar daxildir. Türklər bu baxımdan daha
konkretdirlər. Çünki Şərqə birbaşa şəkildə “Doğu”,
Qərbə isə “Batı” deyirlər. “Doğu” sözü doğmaq,
yaşamaq, həyat, Günəş, bolluq, və məntiqi olaraq,
güc bildirir, “Batı” anlayışı isə batmağı, ölümü,
zəifliyi,
kasıblığı,
tükənməyi
eyhamlaşdırır.
Qəribədir, “Avropa” sözünün semantik çənbərinə də
bu mənalar daxildir. Şərq Günəşin doğduğu, Qərb
Günəşin “öldüyü” zonadır. İstər qədim misirlilər,
istərsə də qədim yunanlar ölüm səltənətini və ya
yeraltı dünyanı qərbdə (günbatanda) görürdülər.
Qərbliyə Günəş həmişə çatmır, şərqli isə həmişə
Günəşin içində “üzür”. Bununla da insan belə bir
məntiqi nəticəyə gəlir ki, qərbli daim Günəş
defisiti,
enerji
defisiti
şəraitində
yaşayır.
384
Şərqliyə isə Günəş və enerji hər an qədərincədir,
hər an yetərlidir. Bax, bu amil insan psixikasına
çox
mühüm
təsir
göstərən
faktor
qismində
aşkarlanır. Günəş qıtlığı, enerji qıtlığı ölüm
əlamətidir. Ona görə də məntiqi nəticə belədir ki,
Qərb ölüm zonasıdır. Bu səbəbdən də avropalı hər
zaman ölüm zonasından çıxmağa, qaçmağa çalışır.
Qərbli
üçün
iş
ölümdən
qurtulmağın,
yaşamı
uzatmağın ən birinci amacıdır. Bu çabanın, bu
əməlin
mahiyyətisə
qənaət
etmək
məqsədilə
müəyyənləşir. Yəni mən necə edim ki, enerji sərfəsi
az olsun və necə edim ki, maksimal komfortla
minimal enerji itirim və ömrümü uzadım. Komfort
rahatlıq üçün yox, minimal enerji itkisi üçündür.
Bu, avropalı həyatının əsas leytmotivi, onun ali
məqsədidir. Qərbli öz “batmaq” zonasında həmişə
resurs axtarışındadır və bu axtarış onu Şərqə doğru
getmək,
irəliləmək
məcburiyyətilə
qabaq-qənşər
qoyur. Təbii ki, bu addımın təhrikçisi ölüm
qorxusudur: çünki enerji tükənən yerə ölüm gəlir.
Şərqli Qərbə komfort, texnosivilizasiyanın
vəd etdiyi ideal rahatlıq ardınca gedir, modern
ardınca,
yenilik
ardınca
gedir,
məişətini
sahmanlamaq xatirinə avropalıya resurslarını satır
və ya satmağa məcbur edilir. Şərqli enerji qıtlığı
duymadığı üçün heç vədə ölümdən qorxmur, ölümlə
yanaşı yaşayır və ona təbiətin özü kimi yanaşır və
ölümü bir iç rahatlığı ilə qəbul edir; ölümdən
qaçmağı absurd, cəfəng bir iş sayır. Çünki bilir
ki, insanın ölümü onun doğumu ilə birgə gəlir
dünyaya: əgər doğulmusansa, deməli, öləcəksən.
Hinduizmin, Buddizmin və İslamın ölümə münasibət
praktikasını xatırlayın. Ölüm qarşısında təlaş
etməyinə dəyməz: bu bir alın yazısı, labüdlük.
Avropalı isə bunu böyük bir ədalətsizlik kimi
qavrayır:
ölümdən
qorxur,
həyəcanlanır,
təlaş
keçirir. Nədən ki, özünü hər şeydən üstün və yuxarı
Dostları ilə paylaş: |