Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə125/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   121   122   123   124   125   126   127   128   ...   135

 

379 


İnternetdə  İngiltərənin  art-rok  üslubunda  işləmiş 

qruplarından  biri    “Pink  Floyd”un  saytına  girin. 

Onların  1980-ci  ildə  buraxdıqları  “Divar”  rok-

operasından  (albom)  “Divarda  daha  bir  kərpic”  adlı 

sinqlə  qulaq  asın  və  bu  sinqlə  çəkilmiş  kliplərə 

baxın.  Maarifçilik  adamları  çeynəyir,  konveyerə 

düzüb  onları  cilalayır,  ütüləyir,  dezinfeksiya 

eləyir, 


ət 

çəkən 


maşından 

(yəni 


təhsil 

konveyerindən, 

partalar 

arxasından) 

buraxıb 

(faşizm)  eyniləşdirir.  Savadlanmaq,  kitabxanalarda 

əyləşib bilgi toplamaq nə qədər darıxdırıcı, yorucu 

və  bıkdırıcıdır.  Maarifçi  dünyanı  seçdiyimizə  görə 

heç  kim  bunu  boynuna  almayacaq.  Tozlu,  cansıxıcı 

kitabxanalarda,  arxivlərdə  keçən  ömür,  boğulan 

cavanlıq.  Maarifçilər  bədənlərini  ağıllarına  qurban 

verən  missionerlərdir.  Bilirsiniz  şou-biznes  niyə 

ölmür?  Çünki  orada  heç  kim  savadlanmaq  üçün 

yaşamır. Savad kütləni bezdirəndə onun ağlı pozulur 

və  o,  şou-biznesə  tərəf  qaçıb  özünü  unutmaq 

istəyir,  ləngimədən  cənnətə  düşmək  istəyir;  o  yerə 

ki, 

orada 


təhsil, 

iş 


yoxdur. 

Elə 


isə 

bu 


situasiyadan  necə  qurtulmalı?  Əlbəttə  ki,  inert 

İnternet:  orada  hər  şey  var;  dünya  isə  fiksiyadır, 

aldanışdır,  illyuziyadır.  Biz  İnternet  şəbəkəsini 

dolaşan cansız ağıllı kölgələrik.  

       Kürəsəlləşmə 

(qloballaşma) 

Avropa 

maarifçiliyinin  keçdiyi  yolun  məntiqi  nəticəsidir. 



Avropa  maarifçiləri  qloballaşmanın  təməlini  XVII-

XVIII 


yüzillərdə 

hazırlamışdılar. 

Belə 

ki, 


maarifçiliyin 

çətiri 


altına 

gəlmək 


elə 

qloballaşmağa  doğru  atılmış  ilk  addım  deməkdir. 

Əslində, 

kürəsəlləşmə 

super 


maarifçilikdir 

və 


maarifçiliyin 

aqoniyasının 

əlamətidir

Çünki 


qloballaşma  maarifçiliyin  tükəndiyi  məqamdır.  Başqa 

cür 


desək, 

qloballaşma 

total 

maarifçiliyin 



təntənəsidir.  Maarifçilik  Qərb  aləmində  meydana 

gəlmiş  ən  ideal  zəbt,  qarət,  istila  planı  olub, 




 

380 


yüzilliklərə  hesablanmış  sosial  proqram  olub  və 

Avropanın,  yəni  qoca  sinyoranın,  dünya  ağalığını, 

dünya  hakimliyini  asanlaşdırıb,  dünyanı  günbəgün, 

məntəqə-məntəqə  kürəsəlləşməyə  doğru  sürükləyib. 

Elə  ona  görə  də  burjuaziyanın  təlim-tərbiyəsilə, 

ideolojisilə maarifçiliyin özü məşğul oldu və özünü 

onlara  bir  alət  kimi,  bir  metodologiya  kimi  təslim 

etdi.  Sən  savadlandır,  və  onlar  məktəbi  bitirən 



kimi 

özləri 

gəlib 

sənin 

çətirinin 

altına 

girəcəklər, qlobal topluma çevriləcəklər. 

       Maarifçilik  ölkələri  aydınlatdı  (tanımaq, 

işarələmək  mənasında),  yəni  onları  xəritəyə  saldı, 

insanları  savadlandırdı,  onları  məktəbdə  “yondu”, 

“daradı”,  kim  “yonulmadısa”,  onu  türməyə  və  ya 

kazarmaya  atdı.  “Yonulmuşlar”  isə  gözlərini  aşağı 

dikib  sürü  kimi  “cuma-cuma”  bir  çətirin  altına 

girdilər.  Bununla  da  dünyada  problemsizlik  dövrü 

başlanmalıydı  əslində.  Əvəzində  nə  baş  verdi? 

Əvəzində  o  baş  verdi  ki,  mənəviyyat,  ünsiyyət 

sferası  şaqren  dərisi  kimi  anbaan  kiçilir,  dünyanı 

intihar  dalğası  bürüyür,  insan  fobiyalar  və  sosial 

psixozlar,  stresslər  içində  yaşayır,  günün  hər 

dəqiqəsində 

harasa, 


nə 

üçünsə 


tələsə-tələsə 

yaşayır, daim dolanmaq, qarnını doydurmaq, yəni pul 

qazanmaq  qayğıları  ilə  yaşayır,  əgər  yaşamaq 

istəyirsə.  İnsan  belə  ritmlərlə  yaşaya-yaşaya, 

bilgisayarın  içinə  “dürtülüb”  yaşaya-yaşaya  adi 

düyməyə və ya mexanizmə çevrilir. 

       İndi  də  maarifçiliyin  çətiri  Yer  kürəsi 

üzərində  açılıb.  Səni  kosmosdan  görürlər:  sən 

permanent  nəzarətdəsən.  Azad  insan  “Yer”  adlı  çox 

nəhəng 


bir 

türmənin 

sakinidir. 

Salam 


olsun 

Şekspirə!  Maarifçiliyin  dəstəklədiyi  elmin  kəşfləri 

Yer  kürəsini  kosmos  içrə  gedən  təbii  proseslərdən, 

ulduzlardan, 

meteoritlərdən, 

kometalardan, 

tozlardan  qoruyur  və  hər  bir  insanın  hər  bir 

addımını  izləyir.  Sən  daim  gözəgörünməz  kamera 




 

381 


qarşısındasan...    yəni  aktyorsan,  və  ya  agentsən, 

ya  da  potensial  əskərsən.  Məhz  müasir  elmin 

müəllifi maarifçilik dünyanı bu cür qəddar, amansız 

və rəhmsiz eləyib. Heç kim insan haqqında düşünmür, 

hamı  insanlığı  fikirləşir.  Elm  Yeri  klonlaşdırmağa, 

insanı  Allah  eləməyə  çalışır.  Amma  heç  nə  alınmır. 

Dünyanın  ən  iri  eksperimental  qurğusu  Böyük  Hadron 

Kollaydəsi 

maarifçi 

elmin 


növbəti 

supercəhdi 

deyilmi? 

Mikrohissəciklər 

(protonlar 

və 


ağır 

ionlar)  uzunluğu  26  km.-dən  artıq  ellepsvari 

sürətləndirici 

cihazın 


içində 

toqquşmalar 

nəticəsində  partlayışlar  yaradıb  kainat  barəsində 

daha  nələrisə  aydınlatacaqmı?  İnsan  bunu  da  bilib 

xoşbəxt olacaqmı?  

       Mən 

düşündüklərimin 

həqiqətə 

maksimal 

dərəcədə  oxşadığını  vurğulamaq  üçün  gündəmin  mühüm 

və  ağrılı  məsələlərindən  danışacağam.  Belə  ki, 

maarifçilik  gətirib  dünyanı  (sənaye  toplumunu, 

istehsal 

cəmiyyətini, 

yemək 

maşınını) 



enerji 

dalanına  çıxarıb,  bir  az  daha  kobud  desək,  dünyanı 

gətirib  enerji  dalanına  soxub:  elə  bir  dalana  ki, 

oradan  Yer  kürəsi  və  insanlar  nə  geri  dönə 

bilirlər,  nə  də  labüd  sonucdan  (fəna  olmaqdan, 

nihil 

olmaqdan, 



Axirəti 

yaşamaqdan) 

yaxa 

qurtarırlar.  Və  bu  labüd  sonuc  yalnız  irəlidədir. 



Necə  inkişaf  ediriksə,  hara  gediriksə,  fırlanan 

dünya  bizi  yenə  Ora  (Axirətə)  aparıb  çıxarır. 

Dayanmaq  isə  mümkünsüzdür.  Biz  hamımız  idarə 

olunmayan 

qatarla 

həmin 


sonuca 

yaxınlaşırıq. 

Soruşacaqsınız  ki,  burada  maarifçiliyin  günahı  nə? 

Mən 


də 

deyəcəyəm 

ki, 

necə 


yəni 

nə: 


məgər  

maarifçilik  resursların  fərdi  istismarını  konveyer 

üsullu  kütləvi  istismar  kimi  təşkil  etmədimi?  Siz 

yenə  maarifçiliyi  müdafiə  edib  söyləyəcəksiniz  ki, 

o ki tələbatı ödəmək məqsədini güdürdü və məramında 

humanizm tərkibi vardı. Mən də bəyan eləyəcəyəm ki, 

əslində  bu,  maarifçiliyin  yanlış  addımı  idi.  O, 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə