Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə121/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   117   118   119   120   121   122   123   124   ...   135

 

366 


təbiətini  öyrənəndə  Froydun  fikirlərinin  doğruluğu 

həməncə aydınlaşır… 

     Hərçənd 

bu 


məqalə 

kontekstində 

məni 

maraqlandıran 



əsas 

məsələ 


qaşılıqlı 

inkar 


problemidir. Atanın inkarı atanın oğullar tərəfindən 

“tənqidi”dir 

ki, 

ölümlə, 


qan 

tökülməsilə 

nəticələnir.  Öcül-Ata  da  öz  növbəsində  oğulları 

inkar edir ki, bu da oğulların “tənqidi”dir: onların 

sürüdən  qovulması  ilə  sonuclanar.  Beləliklə,  bəşər 

mədəniyyəti  tarixində  ilk  tənqid  faktı  Atanın 

“tənqidi”dir.  Oğulların  “tənqidi”  isə  Atanın  artıq 

gerçəkləşmiş 

olaya 

reaksiyasıdır. 



Bununla 

da 


qarşılıqlı  tənqid  (və  ya  inkarı  inkar)  inkişafın 

yeni  yatabını  provakasiya  edir:  totem  meydana  gəlir 

və 

Ata-Oğul 



münasibətlərini 

tamam 


başqa 

bir 


müstəviyə  yönəldir  ki,  burada  Öcül  müqəddəslik 

nişanələri  ilə  “mükafatlandırılır”.  Məhz  Ata-Öcülün 

tənqidi ailə və dinin yaranmasını şərtləndirir. 

     Hər bir ailə dinə möhtacdır. 

     Dinin qoruyucusu ailədir. 

     Ata  olmayanda  din  olmur,  din  olmayanda  Ata 

olmur. 

     Harada  din  qurtarır,  oradan  anarxiya,  orgiya 



başlayır. 

     Orgiya sürünün (kütlənin) əlamətidir. 

     Öcül  (rəhbər,  başçı)  həmişə  latent  orgiya 

təhrikçisidir.  Diktatorların  hamısı  bu  və  ya  digər 

şəkildə həmişə orgiya ilə bağlı olublar. 

     Atanın 

Öcülə 

çevrilməməsi 



üçün 

oğulların 

tənqidi mütləqdir. 

     Ailə 

və 

orgiya 


bir 

araya 


sığmayan 

anlayışlardır.  Onlar  heç  vaxt  bir-birilə  görüşə 

bilməz.  Əgər  görüşərsə,  onlardan  biri  həməncə  məhv 

olub gedər. 

    Onda  belə  çıxır  ki,  ilk  tənqid  eyni  zamanda 

orgiyaçılığın  tənqididir,  Öcülün  (məxfi  Atanın) 

orgiyaçılığa olan meylinin, həvəsinin tənqididir. 



 

367 


 

II hissə 

 

     “...  və  onlara  dedi:  “Eşitdiyinizi  mənimsəyin. 



Hansı  ölçü  ilə  ölçərsinizsə,  sizə  də  həmin  ölçü  ilə 

yanaşılacaq”.  Bu,  sitat  Müqəddəs  Markın  nəql  etdiyi 

İncildəndir.  Bax,  budur  əsl  tənqid  parametri:  ölçü. 

Məgər  dünyada  ən  darıxdırıcı  şey  qanun  və  ölçü 

deyil?  “Mühakimə  etməyin,  mühakimə  olunmazsınız”. 

Tənqidin  tənqidi  yoxsa  tənqid  əleyhinə  ilk  üsyan? 

Xisləti nəsranilikdən (xristianlıqdan) gəlir. 

     Öcülü  (Atanı)  öldürdülər  və  öldürülməkdən 

qorxdular. 

     Ancaq...  məsələnin  başqa  bir  çaları  da  məlum: 

atalıq  iddiası  mübarizə,  qarşıdurum  təhrikçisidir. 

ATA  (ÖCÜL,  BAŞÇI,  RƏHBƏR,  AĞSAQQAL,  DAHİ)  olmaqdan 

ötrü mütləq qalib olmalısan. Deməli, tənqid mübarizə 

vasitəsidir,  mübarizə  üsuludur.  Belə  ki,  hər  bir 

mübarizə 

nəyinsə 


inkarından 

(mütləq 


tənqid) 

başlayır. Bu mənada TƏNQİD İNKAR FƏLSƏFƏSİDİR. Inkar 

hər  hansı  bir  mübarizədə  yeni  ideyanın  aqressiya 

leytmotividir.  İdeya  öz  xislətindəki  inkar  motivilə 

aqressivləşir.  Və  qəribəsi  budur  ki,  inkar  dışında 

ideya  nonsensdir.  İnkar  ideyanın  hərəkət  və  inkişaf 

dinamikasının  təminatçısıdır.  Amma  həqiqət  bu  ki, 

mübarizə  heç  vədə  heç  bir  kimsəyə  xeyir  gətirməyib: 

nədən  ki,  qutsal  enerjini  tükəndirir.  Mübarizə 

(deməli,  inkar,  tənqid)  inkişafın  əsas  atributudur. 

Lakin...  heç  kəs  qətiyyətlə,  birmənalı  şəkildə  deyə 

bilməz  ki,  bu  “inkişaf”  adlandırılmış  bir  təzahürün 

qarşısında  müsbət  işarəsi  dayanır,  yoxsa  mənfi? 

Tənqid mübarizə avanqardıdır, mübarizə müjdəçisidir. 

O, 

mübarizə 



fəlsəfəsinin, 

inkar 


fəlsəfəsinin 

daşıyıcısıdır.  Və  yalnız  daşıyıcısı...  Elə  ona 

görədir ki, tənqid heç vaxt tarixin əfsanəsinə dönüb 

“əbədiləşmir”,  yalnız  konkret  zaman  hüdudlarında 

“bulunmaq”  hüququ  qazanır  və  zamanla  da  birgə  “məhv 



 

368 


olub  unudulur”.  Hadisə  (fərq  eləməz  ki,  bu,  sosial-

ictimai  hadisədir,  yainki  kulturoloji)  həmişə  öz 

tənqidindən  uzun  yaşayır.  Tutalım,  Flober  və  onun 

tənqidçiləri...  İbsen  və  onun  tənqidçiləri...  Çexov 

və onun tənqidçiləri... O qədər misallarım var ki... 

Ancaq  bir  sübutum  bunların  hamısından  daha  üstündür 

ki,  ona  da  biz  “DİL”  deyirik.  Nədən  ki,  Dil 

fəlsəfədən,  eposdan,  poeziyadan,  dramdan  böyükdür; 

millətdən,  xalqdan,  toplumdan  da  böyükdür,  tarixdən 

də  böyükdür,  mədəniyyətdən  də.  Ucalardan  uca  bir 

tanrıdır,  bir  də  dil.  Millət,  etnos,  xalq,  tarix, 

mədəniyyət  dildə  yaşayıb  gəlişir.  Ondan  etibarlısı, 

salamatı,  uzunömürlüsü  yoxdur.  Dil  millətin,  xalqın 

PORTRETİDİR, 

onun 


əqidəsinin, 

mənəviyyatının, 

düşüncə 

və 


həyat 

tərzinin, 

əxlaqının 

verbal 


obrazıdır.  Bütün  tarixi-kulturoloji  müəmmaların, 

sirlərin, 

şifrələrin 

“açar”ını 

dil 

qatında 


“qurcalanıb” faş eləmək mümkün. 

     “Tənqid”  ərəbin  sözü.  Kök  əsası  da  “nun”, 

“qaf”, “dal” hərflərinin birgəliyi: oxunuşu “nəğadə” 

və  ya  “nəğdun”.  Ərəbcə  bu  kəlmə  tənqid,  tənqidi 

analiz,  tənqid  etmək  və  bir  şeyin  dəyərini,  pulunu 

NAĞD 

ödəmək 


mənalarında 

anlaşılır. 

Qızıldan, 

gümüşdən kəsilmiş pul da “nəğdun” adlanır. Ərəblərdə 

digər  bir  söz  də  var  ki,  “nəğğad”  kimi  tələffüz 

edilər, saf pulu qəlp puldan, bir nəsnənin yaxşısını 

pisindən  fərqləndirən  eksperti...  və  TƏNQİDÇİNİ 

bildirər.  Amma  biz  azəri  türkləri  “tənqid”lə  “nağd” 

arasında heç bir əlaqə-filan görmərik də, axtarmarıq 

da. Lap nahaq. 

     Əslində isə tənqid elə permanent şəkildə nağdın 

təzahürüdür,  dövrün  sosial-mənəvi  sifarişidir,  onun 

bədii-estetik  cədvəllərinin  güdükçüsüdür,  mədəniyyət 

olaylarına 

zamanın 

çaparaq 


reaksiyasıdır. 

Bu 


reaksiya  düz  də  ola  bilər,  səhv  də;  obyektiv  də  ola 

bilər,  subyektiv  də:  müsbət  də  ola  bilər,  mənfi  də. 

Çünki  hər  bir  canlı  reaksiya  konkret  emosional 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə