Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə117/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   113   114   115   116   117   118   119   120   ...   135

 

354 


Səbəb  də  budur  ki,  müsəvvir  şəklini  çəkdiyi  canlını 

qiyamət  günü  dirildə  bilməyəcək  və  Allahın  qəzəbinə 

düçar  olacaq.  Hərçənd  bununla  da  məsələ  bitmir. 

Müsəlman müsəvvirliyi icazəli etmək üçün yeni yollar 

(priyomlar 

və 


üsullar) 

axtarıb 


tapır. 

İslam 


dünyasında  rəssamın  peşəsini  əlindən  almamaq,  onu 

potensial  günahdan  qorumaq  üçün  müsəvvirə  şəklini 

çəkmək  istədiyi  hər  hansı  bir  canlını  (insan,  quş, 

heyvan,  balıq)  ya  birgözlü,  yəni  profildən,  ya 

başsız,  ya  da  kölgəsiz  rəsm  etmək  tövsiyə  olunur.

8

 



Deməli,  kölgəsi  itmiş  hər  hansı  bir  canlı  artıq 

ölüdür,  potensial  meyitdir.  Kölgəsiz  olan  bütün 

nəsnələr maddilikdən məhrumdur. Şərq miniatürlərində 

bir  dənə  də  olsun  kölgə  yoxdur.  Bu,  miniatürdən 

görünən  dünyanın  qeyri-maddiliyinə,  virtuallığına, 

kitabvariliyinə 

bir 

işarədir. 



Axı 

söz 

də 

kölgəsizdir!!!  Bu  da  belə  bir  anlama  gəlir  ki, 

müsəlman  kölgəsizliyi  cansızlıq  əlaməti  sayır. 

Quranda  isə  buna  oxşar  heç  bir  şey  yoxdur:  yalnız 

sufi  yozumlarında  kölgə  mistik  mənalar  çənbərində 

zühur edir. 

     Əgər  xristian  öz  kölgəsinə  ehtiramla  “cənab 

kölgə”  deyib  müraciət  edə  bilirsə,  müsəlman  bundan 

çox-çox  uzaq  gəzir.  Elə  ona  görə  də  müsəlman  kölgə 

teatrının  pərdəsi  üzərinə  proyeksiya  edilən  təsvir-

kölgələrin  hoqqabazlığına  uğunub  gülüb,  onlarda 

özünü,  qonşusunu,  bazar  meydanında  gündəlik  alverlə 

məşğul baqqalı, zərgəri, mirzəni, əttarı tanıyıb, bu 

tanışlıqdan  xoşhallanıb,  sevinib,  şənlənib.  Yəni 

mistik heç nə. Çünki müsəlman bir qayda olaraq kölgə 

teatrına adi seyrçi marağı ilə yanaşıb, onu heç vaxt 

ciddi 


qəbul 

eləməyib 

kölgədən 

qorxmayıb, 

onu 

mistikləşdirməyib. 



Əgər 

müsəlmanın 

kölgəyə 

münasibətində,  hətta  bir  anlığa  belə,  ciddilik 

meylləri  özünü  büruzə  vermiş  olsaydı,  gülüş  həmin 

dəqiqə  kəsilərdi.  Müsəlman  kölgəyə  gülmək,  onu  lağa 

qoymaq,  onunla  zarafatlaşmaq  iqridarındadır.  Orta 



 

355 


yüzillərdə mömin insanlar tam əmin olublar ki, kölgə 

teatrı din üçün, bəndə üçün, Allah üçün qorxusuzdur, 

zərərsizdir. 

Əks 


təqdirdə 

İslam 


mədəniyyəti 

kontekstində  kölgə  teatrı  öz  yaşamaq  hüququnu 

itirərdi. 

Düzdür, 


seksual-şəhvani 

səhnəciklərin 

təsvirinə, 

açıq-saçıq 

ədəbsiz 

jestlərin 

pərdə 

üzərində göstərilməsinə, diskursun söyüşlərlə, yalan 



andiçmələrlə  hörgülənməsinə  görə  əxlaq  güdükçüləri 

kölgə  teatrına  müxtəlif  vaxtlarda  qadağa  qoysalar 

da,  onu  bir  mədəniyyət  hadisəsi  kimi  məhv  edə 

bilməmişlər.  Bu  da  onu  təsdiqləyir  ki,  müsəlman 

kölgənin  xofundan,  sehrindən  azad  idi,  güzgüyə  isə 

adi  bir  məişət  əşyası  kimi  yanaşırdı.  Elə  buradaca 

yığcam bir qeyd: müsəlmanlar canamaza güzgü qoyurlar 

və  namazı  qurtardıqdan  sonra  Muhamməd  peyğəmbərin 

gül camalına - güzgüyə salavat çevirirlər. Müsəlmana 

o  da  tövsiyyə  olunur  ki,  hər  səhər  yerindən  qalxıb 

güzgüyə  baxanda  da  bir  salavat  çevirməyi  unutmasın. 

Bəlkə  də  bu  onunla  bağlıdır  ki,  məşhur  bir  hədisdə 

Muhamməd peyğəmbər özünü güzgü, yəni hər şeyi olduğu 

kimi  göstərən  adlandırıb.  Ola  bilsin  ki,  burada 

məcusiliyin  də  rudimentləri  var.  Mümkün  ki,  mən 

salavat 


çevirməklə 

güzgüdəki 

əksimlə 

(ruhumun 

görkəmi)  özüm  arasında  canlı  pozitiv  bir  rabitə 

(əlaqə)  yaradıram.  Axı  güzgüdəki  əksim  mənim  işıqlı 

kölgəmdir, mənim kölgəmin işıqda görünən görkəmidir. 

     O  da  bir  əlavə  faktdır  ki,  yumşaq,  elastik 

sayıldığına  görə  dəvə  dərisindən  kəsilmiş  yarpağa 

bənzər  nazik,  həcmsiz  təsvirlərin  kölgələri  öz 

xarakterləri  və  davranışları  etibarı  ilə  seyrçiyə 

mistik  heç  nə  sezdirmirdi.  Birincisi:  bu  kölgələr 

səsli  idilər,  adam  kimi  danışırdılar.  İkincisi: 

onlar  həmişə  profildən  görükürdü.  Üçüncüsü:  pərdə-

ayna  üzərində  görsənən  kölgələr  rəngli  olurdu  və 

kitab  səhifələrinə  çəkilmiş  zərif  naxışları,  gül-

çiçəyi 

xatırladırdı. 



Dördüncüsü: 

təsvirlərin 

boğazlarında  xəyalçının  “Y”  formalı  xəyal  ağacının 



 

356 


geydirilməsi  üçün  dəlik-çərtiklər  saxlanılırdı  ki, 

onlar 


da 

kölgələrin 

cansız 

oyuncaq 


olduğunu 

vurğulayırdı.  Bu  da  heç  səbəbsiz  deyil.  Məsələnin 

məğzi  nədədir?  Ortaçağ  ərəb-mesopatamiya  miniatür 

məktəbinin  elə  nümunələri  var  ki,  orada  personajlar 

profildən  yox,  anfasdan  çəkilib.    Bu  yasağın 

pozulması 

deməkdir, 

islam 


qanunlarına 

ziddir. 


Rəsmdən 

seyrçiyə 

ikigözlə 

baxan 


varlıq 

artıq 


diriliyə  iddialı  sayılır.    Busa  yolverilməzdir.  Ona 

görə 


də 

miniatür 

sənətinin 

ustaları 

həmin 

personajların  boğazlarından  çərtik  çəkməklə  onları 



ölüyə  çevirirdilər.  Yəni  ərəb-mesopatamiya  miniatür 

məktəbinin rəsmlərində görünən çərtiklər cansızlığı, 

ölülüyü eyhamlaşdırır. Kölgə teatrının təsvirlərinin 

boğazında 

görünən 

dəliklər 

də 

bu 


çərtiklərin 

funksiyasını yerinə yetirir. Beləliklə, kölgə teatrı 

islamın  mədəniyyətlə  bağlı  yasaq  proqramına,  demək 

olar  ki,  tam  şəkildə  riayət  edirdi.  Yalnız  bir 

istisnadan  başqa.  Müsəlman  mədəniyyətində  bərkdən 

gülmək,  ədəbsiz-ədəbsiz  zarafatlaşmaq,  kimisə  lağa 

qoymaq  dəstəklənmir.  Amma  kölgə  teatrında  bu  cəhət 

məhz 


birinci 

yerdə 


dayanırdı. 

Hərçənd 


şəriət 

adamları 

bu 

məsələdə 



kölgə 

teatrına 

güzəştə 

gedirdilər, onun fəaliyyətinə qadağa qoymurdular. 

     Bütün 

bunları 


deməkdə 

məqsədim 

odur 

ki, 


müsəlman  güzgü  və  kölgədə  mistika,  möcüzə,  cadu, 

tilsim  axtarmaqdan  çox  uzaq  idi:  baxmayaraq  ki, 

sufilər  kölgə  teatrının  pərdə-aynasını  nəsihət 

lövhəsi,  yoxdan  var  olmağın  təsvir  əyaniliyi,  dünya 

faniliyinin  rəmzi  bilirdilər,  xəyalçını  Allaha, 

çıraqdan  düşən  işığı  müqəddəs  nura,  təsvirləri 

adamlara  bənzədirdilər.  Lakin  təsəvvüfdən  gələn 

enerji  də  adi  müsəlmanın  kölgə  teatrına  qarşı 

bəslədiyi  hedonistik  münasibəti  dəyişmirdi.  Bica, 

yəni  yersiz  deyil  ki,  müsəlman  üçün  Ramazan  ayının 

bir  nömrəli  əyləncəsi  kölgə  teatrının  tamaşaları 

sayılırdı. 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə