Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə113/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   109   110   111   112   113   114   115   116   ...   135

 

342 


               

GÜZGÜ VƏ KÖLGƏ 

 

                   “Yeddidir, dörd yeddidən bir yeddidir,                        

                    Yüz igirmi dörd yenə üç yeddidir

                    Evi bir, bacası yeddi, babı üç, 

                    Əhli beyt ilə özü on yeddidir”. 

                                Nəsimi 

 

     Gerçəklik 



güzgülərdə 

qurtarır. 

Güzgünün 

qənşərində  mən  artıq  mən  deyiləm,  bir  başqasıyam; 

ən  azı,  o,  mənim  əksimdir,  kölgəmə  oxşayır, 

cansızdır,  nəfəssizdir.  Amma  mən  öz  nəfəsimlə  onun 

üzünü  örtə  bilərəm.  Güzgülər  dünyanın  sonuncu 



divarıdır.  Hər  bir  şüşə,  hər  bir  ekran  potensial, 

məxfi 


güzgüdür 

və 


hətta... 

divar, 


interyer 

fraqmentidir.  Güzgülərdən  (şüşə  ekranlardan,  plazma 

monitorlardan)  o  yana,  yəni  güzgüdə  özümüzü  görüb 

güzgünü  görə  bilmədiyimiz,  dərk  edə  bilmədiyimiz 

yerdə  sehr,  mistika,  möcüzə  başlayır.  Ora  virtual 

dünyadır: orada ruhlar, kölgələr və Allah yaşayır. 

    Bu, balaca bir fəlsəfi preambula. Qayıdaq insan 

qavrayışına,  bu  qavrayışda  güzgü  və  kölgənin 

bulunduğu məqama. Biz təkcə cəmiyyətə çıxmaqmı üçün 

güzgülənirik,  saçımıza  daraq  çəkirik,  üst-başımızı 

düzəldirik,  yoxsa  insan  psixikasının  özü  aynada 

ehtiyac  duyur?  Təbii  ki,  rahat  güzgülənməkdən  ötrü 

insan  özünə  AYNA  yaradıb.  Ancaq  güzgü  olmamışdan 

öncə  də  insan  özünü  görmüşdü:  suda,  şeh  damlasında 

və 

təsəvvür 



eləmişdi 

ki, 


bu, 

onun 


ruhunun 

(kölgəsinin)  şəklidir,  görüntüsüdür,  ikinci  özüdür. 

Mümkün ki, məhz bu düşüncəyə əsasən qədim vikinqlər 

ölülərini  sulara  tapşırırdılar.  Yaponlar  isə  O-bon 

bayramlarında 

ruhların 

ölüm 

səltənətindən 



öz 

evlərinə,  qohumlarının  yanına  çaylar  vasitəsilə 

dönəcəklərinə inanırdılar və bu münasibətlə hər bir 

şəxs  öz  əzizinin  ruhu  üçün  kağızdan  bir  fanar-

gəmicik düzəldib suya buraxırdı ki, ruh evin yolunu 

səhv  salmasın,  yolu  azmasın.  Bu  insanın  sularda 




 

343 


güzgülənməsilə  nə  dərəcədə  əlaqəli  ola  bilər? 

Fikrimcə,  birbaşa  şəkildə.  Güzgü  (kölgə)  bir  məni 

iki  eləyir,  ruhuma  və  kölgəmə  görkəm  verir.  Mənim 

güzgüdə gördüyüm əksim mənim səssiz klonumdur: yəni 

“mən”  özünü  güzgü  vasitəsilə    “klonlaşdırır”, 

çoxaldır.  Güzgüdəki  sənin  oğlun,  sənin  törəmən, 

sənin  əcdadın  deyil:  bu,  sən  özünsən  və  əcdad  - 

törəmə 


birgəliyini 

görükdürürsən. 

 

İnsanların 



güzgülərə aludə (heyran, vurğun) olmalarının və ona 

münasibətdə 

aşırı 

sayğılarının 



nədəni 

buradan 


gəlmirmi? Güzgü mənim lal dənizimdir. İnsan güzgüyə 

dənizə  (suya)  girən  kimi  girir  (axı  o  özünü  ilk 

dəfə  su  stixiyasında  görüb  tanıyıb)  və  müəyyən 

müddətə  sanki  balıq-adam  olur.  Çünki  mənim  güzgüdə 

şəkillənən  klonum  danışsa  da,  onun  səsi  balıq  kimi 

çıxmır.  Mən  onu  eşitmirəm  və  başa  düşmürəm.  Mənim 

əksim  mənim  üçün  həmişə  qəfil  sürpriz  ola  bilər. 

İnsanlar  güzgüləri  həm  sevirlər,  həm  də  onlardan 

qorxurlar. 

Avropanın 

“ənənəvi 

kəndli 


evində 

güzgüdən çəkinirdilər, ona nəsə ovsun predmeti kimi 

baxırdılar.  Burjua  evində  isə  güzgülərin  sayı 

artır.  Mebellərdə,  divarlarda,  server  masalarında 

onların  dürlü  formaları  səpələnir.  Varlı  evlərində 

güzgülər  bolluq  ideolojisini  yayımlayırlar.  Özünə 

sayğı göstərən burjua güzgülər sayəsində öz görkünü 

artırmaq  imkanı  qazanır  və  eləcə  də  öz  mal-mülkü 

ilə “oynayır”... XIV Lüdovik  çağı Versalın güzgülər 

qalereyasında  öz  bilintisini  tapır”.

1

  Beləliklə, 



zaman  və  məkan  içində  insan  güzgünün  xassələrindən 

yararlanıb  öz  ruhu  ilə  müxtəlif  intellektual  və 

duyğusal  oyunlar  qurur.  Bu,  düz,  amma  tələsməyinə 

hacət yox.  

     Məsələ  bu  ki,  mənim  düşüncəm  hüdudlarında 

güzgü  və  kölgə  ruhların  özlərini  gerçək  aləmdə 

görükdürmək  aracıdır.  Güzgü  insan  üçün  deyil,  ruh 

üçündür.  Mən  sirrin  qapısındayam.  Ora  daxil  olmaq 

isə  bizlərdən  ötrü  yasaqdır.    Bu  sirrdən  bircə 



 

344 


işığın  doğru-dürüsrt  xəbəri  var.  Ruh,  kölgə  və 

güzgü  real  və  virtual  dünyanın,  olum  və  ölüm 

səltənətlərinin  sərhəd  zolağında  zühur  edən  həyatın 

plastik  görkəmidir.  Onları  zühura  gətirən  İŞIQ  və 

ZÜLMƏTİN  oyunudur.  Güzgülər  yalnız  işıqda  yaşayır. 

Zülmət  güzgünün  ölümüdür.  Qaranlıqda  güzgülər  kor 

olur:  heç  nəyi  görmür  və  göstərmir.  Güzgü  sanki 

təəccüb  və  qorxudan  bərəlib  böyümüş,  hər  hansı  bir 

cadudan 

daşa 

dönmüş, 

heykəlləşmiş 

bəbəksiz, 

kipriksiz  və  qaşsız  insan  gözüdür.  Bəlkə  də 

üzlərində,  qafalarında  bir  qırıq  da  olsun  tük 

saxlamayan  XIII  əsr  Qələndəriyyə  təriqətinin  fəqr 

və  zöhd  içində  bulunan  sufiləri  belə  ideal  güzgü-

göz  həsrətini  çəkirmişlər.  Bu  o  anlama  gəlir  ki, 

qələndərilər  özlərini  hər  cür  nişanədən  məhrum 

Allah  güzgüsü  hesab  eləyirdilər.  Yuxu  görməyən 

tanrı  gözləri  də  elə  güzgü  kimi  bir  şeydir.  Tanrı 

gözlərini  qırpmır.  O,  mürgüləsə,  dünya  nizamı 

pozular.  Qırpılmayan  göz  isə  potensial  güzgüdür. 

Onda  belə  çıxır  ki,  tanrı  güzgüdür.  Ola  bilirmi, 

yahu?  Güzgü  dünyanı  işıqla  görür.  İşıq  tanrıdır. 

Güzgü, ilk növbədə, işığın güzgüsüdür.  

     Lakin...  yaşamaq  hüququnu  işıq  şöləsindən 

qazanan  güzgünün  heç  vədə  öz  üzü  olmur.  O  həmişə 

əksdir,  qənşərində  dayananın  əkizidir,  surətidir. 



Güzgüdə  heç  vaxt  xalis  güzgü  yoxdur.  Onda  həmişə 

başqası  var.  Güzgü,  bir  qayda  olaraq,  özgəsinin 

güzgüsüdür.  Güzgünün  gözü  görən  kimi  onun  içinə 

həməncə  bir  özgəsi  hopur.  Güzgü  işığın  zülmətə, 

zülmətin  işığa  qarışdığı  nöqtədə  mövcuddur.  Əgər 

güzgünün  arxasına  qara  (zülmət  bildiricisi)  boya 

vurulmasa,  o,  gördüyünü  göstərməz.  Güzgü  işıq  və 

zülmət, isti və soyuq, bərk və yumşaq, zərif və cod, 

müsbət  və  mənfi  enerjilərin  tarazlığa  gəlib  əbədi 

bir 

sükunətdə 

“donduğu” 

gerçəklik 

məqamının 

predmetidir.  Güzgünün  səthi  işıqlıdır,  istidir, 

müsbət  enerjilidir,  qutsaldır,  arxası  -  qaranlıq, 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə