Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə112/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   108   109   110   111   112   113   114   115   ...   135

 

339 


            

“Sahil sakit, çəkilibdir ayaqlar

               Coşan dalğa qayaları qucaqlar, 

               Deyəndə ki, gəl, qayıqla üzək, yar, 

               Çatıb qara qaşlarını nədən sən

               “Olmaz, olmaz” deyirsən...” 

 

     Mahnıda  verilən  situasiyanın  özü  erotikdir. 

Dəniz  sahili  sakitdir  və  orada  bir  kimsə  yoxdur. 

Elə  bu  an  hansısa  bir  coşmuş  dalğa  sahilin 

sakitliyini 

pozub 


qayaları 

qucaqlayır. 

Şair 

“qucaqlamaq” 



kəlməsilə 

adi 


təbiət 

görüntüsünü 

erotikləşdirir və sonra sevdiyi qıza qayıqla üzməyi 

təklif 


edir. 

Qayıq 


qadın 

başlanğıcını 

simvollaşdırır,  “üzmək”  isə  intim  duyğularda  qərq 

olmaq  anlamına  gəlir.  Bu  yozumu  aktualllaşdıran  və 

şeirin  özünü  az  qala  şəhraşublar  səviyyəsinə 

yüksəldən  sonuncu  iki  misradır.  Yəni  qayıqda  üzmək 

təklifini 

eşidəndə 

aşiqin 

sevdiyi 


qız 

niyə 


qaşlarını  dartıb  “olmaz,  olmaz”  deməliydi?  Bax, 

erotikliyin 

düyünü 

elə 


bu 

həyanı 


(yasağı) 

eyhamlaşdıran “olmaz, olmaz” kəlmələrindədir. 

     Erotikanın  soykökündə  yasaq  dayanır.  Erotika 

yaradıcılıqdır,  fantaziyanın  məhsuludur.  Fantaziya 

isə “yasaq, qadağa” adlı dopinqlərdən güc alır.      

     Simvol

işarə 

fikrin 


geyimidir. 

Biz 


simvolların,  işarələrin  mənasını,  bildirdiklərini 

çözəndə, 

aydınlaşdıranda 

fikri 


“soyundururuq”. 

Şəhər  də  simvoldur,  mədəniyyətin  və  uyqarlığın 

simvoludur. 

Müasir 


şəhər 

simvol 


və 

işarələr 

şəhəridir.  Bu  şəhərdə  yaşamaq  işarələri  “oxumaq” 

bacarığı 

deməkdir. 

Memarlıq 

insanın 

yaradıcı 

təxəyyülünün  əsasında  dayanan  obrazları  məkana 

köçürür. Məkanda gördüyümüz hər bir forma işarədir, 

simvoldur.  İnsan  beynisə  yalnız  iki  forma  tanıyır: 

“in”  (qadın)  və  “yan”  (kişi)  başlanğıclarının 

formalarını.  Fikri  bir  az  da  sadələşdirməkdən  ötrü 

belə  də  demək  mümkündür  ki,  bu  formalardan  biri 

yonidir,  o  birisi  linqam.  Bütün  digər  formalar  bu 



 

340 


iki  formanın  variasiyalarından  ibarətdir.  Hərçənd 

“həya”  deyilən  bir  nəsnə  imkan  daxilində  bu 

formaları  tanınmaz  edir,  yəni  işarəyə,  simvola 

çevirir.  Bu  da  onu  bildirir  ki,  şəhərin  məkanı 

apriori  erotikdir.  Erotikanın  həqiqi  məkanı  isə 

fikirdir. 

Məkan 

və 


bədən 

fikrin 


gücü 

ilə 


erotikləşir.  Fikir  pırpızlığından  erotika  boylanır. 

Sənətdə  avanqard  fikir  pırpızlığıdır.  Avanqardı 

şəhər  yaşadır.  Şəhərin  özü  avanqarddır.  Deməli, 

erotika  şəhərlə  birgə  yaşayır,  onun  boğanağında, 

divarlarına  hoppuş,  parklarına  çökmüş  ehtiraslarda, 

gecə klublarının işıqlarında yaşayır.                              

    Mən yavaş-yavaş qayıdıram məqalənin əvvəlinə. 

    Tarix  boyu  uyqarlıqların,  şəhərlərin  dağılması, 

viran  qalması  elə  bu  erotika  üzündən  olmadımı? 

Publisistik  bir  desant:  heç  gecə  barına  da  “Möminə 

xatun”  adını  verərlərmi?  Lut  peyğəmbərin  qövmünü 

xatırlatmaq 

bəs 

edərmi 


ki, 

müasirlərim 

öz 

səhvlərini  başa  düşsünlər?  Tanrı  torpağı  alt-üst 



çevirmədimi,  zəlzələlər  göndərmədimi  ki,  insanlar 

dərs  alıb  erotikanı  özlərinə  yaxın  buraxmasınlar? 

Nədən  ki,  məkr  erotikdir,  şər  erotikdir,  fantas-

maqoriya  erotikdir.  Dünyanın  bu  durumundan  sonra 

həmişə 

mütləq 


APOKALİPSİS 

gəlir. 


Apokalipsis 

dünyanı  həmişə  ehtiraslar  dünyasının  burulğanında 

haqlayır,  haqlayır  ki,  şəri,  məkri  birdəfəlik 

təmizləsin, odda yandırsın, sularda qərq etsin. Ona 

görə  ki  məhz  insan  erotikanın  müəllifidir:  o, 

Allahın  buyurduqları  ilə  kifayətlənməyib  erotikanı 

seksual  həzzin  stimulyatoru  kimi  yaradır.  Busa 

toplumda 

əxlaq 

pozuntusuna 



gətirib 

çıxarır, 

cəmiyyətin  enerji  balansını  pozur,  xaosu  küçələrə 

buraxır. 

     Digər  tərəfdən  isə  Şərqdə  erotika,  musiqişünas 

Sevil  Fərhadovanın  yazdığı  kimi,  “ruhsal  enerjiyə 

yiyələnmək 

vərdişinin 

cilalanması”

3

 



üçün 

bir 


vasitədir.  Ona  görə  Şərqdə  erotika  ilə  həya 


 

341 


əkizdir.  Əbəs  deyil  ki,  bəzi  sufi  təriqətlərində 

erotika ruhu bədənin əsarətindən xilas edəcək güclü 

enerji kimi, “vəhdət əl-vücud”a çatmaq, mütləq elmə 

yetmək  vasitəsi  kimi  qavranılır.  Deməli,  mən 

erotikanı  beyinlə  əlaqələndirəndə  tam  haqlıymışam. 

Onda belə çıxır ki, erotika özündə, eyni ilə hindus 

tanrısı Şivanın rəqsləri kimi, özündə həm yaradıcı, 

qutsal,  müqəddəs  başlanğıc  enerjisini,  ağ  enerjini, 

həm  də  dağıdıcı,  məkrli  başlanğıc  enerjisini,  qara 

enerjini  özündə  qapsayır.  Yəni  erotika  kosmosla 

xaosun 

bir-birinə 



keçdiyi 

sərhədin 

enerji 

keyyfiyyətidir  ki,  buradan  həm  kosmosa,  həm  də 



xaosa qapılar açılır. 

 

Ədəbiyyat siyahısı: 

Bax: Losev A.F. İstoriya antiçnoy estetiki: pozdniy 



  ellinizm. - M.: İskusstvo, 1980. - s.492-504.    

2

 Mehdi N.M. Şərq mədəniyyətində virtual hicab və  



  kişilərin seksual aqressivliyi // Çətin və dolaşıq  

  durumların kosmolojisi. - Bakı, 2001. - S.160. 

3

 Farxadova S.T. Muqa: monodiiya kak tip mışleniya. - B.:  



  Elm, 2001. - s.129.  

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                                                                                                                                                                                    




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə