Aydın Talıbzadə


İslam  mədəniyyəti  həya  mədəniyyətidir



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə110/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   106   107   108   109   110   111   112   113   ...   135

 

333 


    İslam  mədəniyyəti  həya  mədəniyyətidir.  Ona  görə 

də  bu  mədəniyyətdə  pərdə  (hicab,  çarşab,  rübəndi, 

cilbab,  pərəncə,  yaşmaq,  niqab  PƏRDƏ  invariantları 

kimi) 


permanent 

şəkildə 


aktualdır. 

Pərdənin 

mövcudluğunu 

həya 

labüdləşdirir

Mədəniyyət 

instinktlər  və  basqılar  üzərinə  çəkilmiş  pərdədir. 

Müsəlman  kişisi  üçün  çarşabın  içindən  görünən 

topuq,  və  ya  çarşabı  çənənin  altında  bürmələmiş  ağ 

əl  son  dərəcə  erotik  ola  bilər.  Pərdə  hər  zaman 

marağı  gücləndirən  faktordur.  Deməli,  örtük  (həya) 

burada  erotikanı,  ehtirası,  kişi  aqressivliyini 

(“axı,  görəsən,  pərdənin  arxasında  nə  var?”  sorusu 

ən  ilginc  sorudur)  aşkar  provokasiya  edir.  Elə  bu 

mənada  mədəniyyətlə  həya  arasında  bir  bərabərlik 

işarəsi  qoymaq  mümkündür.  Pərdə  müəmmanı,  sirri 

eyhamlaşdırır. Erotika isə elə sirrin poeziyasıdır: 

  

           “Dəhənin dərdimə dərman dedilər cananın, 



            Bildilər dərdimi, yoxdur, dedilər dərmanın”.  

 

     Ezoterik  mənalar  dışında  Füzulinin  bu  beyti 

çılxa  erotika  kimi  qavranılır.  Erotik  yaşantılar 

ədəbiyyatda  obraz,  işarə,  eyham  kimi  öz  bədii 

gerçəkliyini  tapır.  P.Uspenski  belə  bir  tezislə 

çıxış 


eləyirdi: 

“Mədəniyyət 

tarixi 

elə 


eşq 

tarixidir”.  Eşq  qurtaranda  ədəbiyyat  da,  sənət  də 

qurtarır.  Verbal  və  ya  vizual  mədəniyyətdə  eşqin 

təsviri  həmişə  erotik  xislətə  malik  olur.  Çünki  bu 

məqamda  “üçüncü”  faktoru  həlledici  mövqeyə  varır. 

Təbii  ki,  burada  söhbət  məxfi  vuoyarizmdən,  yəni 

qadını 

xəlvəti 


güdməkdən, 

izləməkdən 

duyulan 

həzzdən  gedir.  Yazar,  sənətçi  sənə  heç  vaxt  heç 

kimin 

görmədiyini 



göstərir, 

səni 


gizlinlərin 

şahidinə  çevirir.  Füzuli  də  haradansa,  hansı  bir 

dəlikdənsə  hamama  baxır,  yarını  görür  və  gördüyü 

mənzərəni həməncə bizə danışır, bizə görükdürür:  

 

 



 

334 


         “Qıldı ol sərv səhər nazilə həmmamə xüram, 

          Şəm’i rüxsarı ilə oldu münəvvər həmmam. 

 

          Görünürdü bədəni çaki-giribanından, 

          Camədən çıxdı, yeni ayını göstərdi tamam. 

 

          Nilgun futaya sardı bədəni-üryanın, 

          San bənövşə içinə düşdü müqəşşər badam”.

 

 

    Gözəlin  hamamda  paltarlarını  soyunub  üryan 



olması  və  yenidən  al  fitəyə  bürünməsi  üzərində 

Füzulinin 

qurduğu 

erotik 


oyun 

son 


dərəcə 

suggestivdir.  Bu  erotikanı  şərtləndirən  bir  də 

şairin  həyasıdır  ki,  onu  pornoqrafiya  (qədim 

Yunanıstanda 

ən 

ucuz 


fahişələrə 

“pornay” 

deyirdilər.  “Pornoqrafiya”  kəlməsi  də  məhz  bu 

sözdən  düzəldilmədir)  səviyyəsinə  enməyə  qoymur. 

Füzuli 

seksual 


həvəsi 

bacardıqca 

daha 

çox 


məxfiləşdirmək,  eyhamlaşdırmaq,  öz  həyası,  xəfif 

bir  xəcalətilə  pərdələmək  istəyir.  Bax,  budur 

təsvirdə  erotikanı  gücləndirən.  Burada  qorxunun  özü 

də həya invariantı kimi götürülə bilər, yəni “dedim 

və  peşmanladım”  situasiyası.  Peşmanlamaq  həmişə 

aşkar  və  latent  qorxu  ucbatından  olur.  Əslində, 

erotika  ilə  bədən  yox,  beyin,  şüursuzluq  yox, 

bilincaltı məşğul olur. Ona görə hedonizm (hedone - 

ləzzət, həzz) bədən üçün deyil, beyin üçündür.  

    Ol  səbəbdən  də  mən  deyirəm  ki,  erotika 

antireallıqdır, 

daha 


doğrusu, 

düşüncə 


parametrlərinin  virtual  reallığıdır,  dünya  içində 

dünyadır. Erotika seksin teatral dil sistemidir. 

    “Əlfiyyə  və  Şəlfiyyə”,  “Həvəsnamə”  (özünəməxsus 

“Kama-sutra”  variantları)  kimi  risalələr  Ortaçağ 

müsəlman  mədəniyyətinin  pornoqrafik  lüğətidir  və 

seksin 


metodologiyasının 

kataloqudur. 

Bu 

metodologiya  insan  təxəyyülü  ilə  interpritasiya 



edildikdə  erotika  hüsnündə  təzahür  eləyir.  Folklor 

da bu prosesdə aktiv iştirakçı: 




 

335 


            “İksimiz bir köynəkdə 

                yaxası dar oleydi”. 

                                                       

    Köynəksiz 

sevgililər 

pornoqrafik 

görüntü 

obyekti 


olurlar. 

Köynək 


burada 

xalqın 


abır-

həyasıdır.  Elə  məhz  bu  həya  obrazı  erotikləşdirir; 

və 

eyni 


zamanda 

qəribəsi 

budur 

ki, 


onu 

legitimləşdirir.  Şərq  mədəniyyətində  həya  həm  də 

seksual  oyunların  sərhədini  cızır:  bura  başqaları 

gələ  bilməz.  İki  sevgiliyə  bir  köynəkdə  xoşdursa, 

deməli,  bu  “köynək”  onların  azadlıq  hüdudlarını 

işarələyir: 

 

            “Gəlmişəm otağına oyadam səni” 

və ya 


 

            “Süpürmüşəm sarayı,    

             Həsri basma, dolan, gəl. 

             Gözlərəm təzə ayı... 

             Həsri basma, dolan, gəl.” 

 

Yaxud 


 

            

“Dur, gəl, sən bizə

             Duraq üz-üzə 

             Ay işığında”. 

 

ya da 


 

             “O yana döndər məni

              bu yana döndər məni” 

 

kimi  nümunələr  mənim  söylədiklərimi  təsdiqləyir. 

Sevgililərin  intim  məkanı  özgələrdən  ötrü  qapalıdır 

və  toxunulmazdır  (ya  köynəkdir,  ya  otaqdır,  ya  da 

saraydakı 

həsirin 


üstüdür). 

Hər 


bir 

sənətçi 


(yazıçı,  şair)  isə  məhz  bu  məkandan  “reportaj 

aparmağa”,  bu  məkanı  və  bu  məkandakı  yaşantını  öz 

seyrçisinə 

(oxucusuna) 

görükdürməyə, 

onu 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə