Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə118/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   114   115   116   117   118   119   120   121   ...   135

 

357 


     Ortaçağ  islam  mədəniyyyətində  kölgə  teatrı 

müsəlmanın təqlid etməyə, yamsılamağa köklənmiş     

yeganə  xalis  teatrı  idi,  rəngli  cizgi  filmlərini 

yeddi  əsr  qabaqlamış  əlvan  kölgələrin  teatrı  idi, 

xalqın  həyatından  püskürən  meydan  mədəniyyətilə 

saray  əhlinin  bədii  süsləmələrinin  sintezindən 

vücuda  gəlmiş  teatrı  idi,  özünü  hər  cür  ideoloji, 

sosioloji  zərbələrdən  qorumuş  unikal  teatrı  idi. 

Kölgə  teatrının  köməyilə  müsəlman  mədəniyyəti  qədim 

inancların  kölgə  və  güzgü  ilə  bağlı  təlqin  etdiyi 

mistik xofdan qurtulur, təsviri rəngləyib pərdə-ayna 

səthinə  əlvan  kölgə  çıxarır  və  onunla  doyunca 

əylənir.      

     


 

   


Ədəbbiyyat: 

1

Bodriyar J. Sistema veşey. - M.: Rudomino, 2001. - s.26. 



2

Sührəvərdi Ş.Y. İşıq hekayələri. - B.: Elm, 1989. - s.38. 

3

Frezer Dj.Dj. Zolotaya vetv: isledovaniye maqii i  



 reliqii. - M.: Politlit, 1980. - s.221. 

4

Smirnov A.V. Velikiy şeyx sufizma. - M.: Nauka, 1993. -  



 s.4 

5

Bax: yenə orada, s.64-68. 



6

Tiyatro terimleri sözlügü / Hazırlayanlar: Haldun Taner,  

  Metin And, Özdemir Nutku. - Ankara: 1966. - s.8. 

7

Talıbzadə A.A. Şərq teatrı tarixi. - B.: Qanun, 2008. -  



  s.199-202. 

8

Bax: Nəzərli M. Şərq miniatür sənətində “uzaqlaşdırma”  



 metodu barədə // Qobustan. - № 3 (71), 1986. - s.19. 

 

 



 

 

 



 

 

 



                                                                                                   


 

358 


TƏNQİDİN  FENOMENOLOGİYASI 

(etioloji xəritə) 

 

           müəllimlər 

müəllimi 

Cəfər 


Cəfərovun 

xatirəsinə  

 

     Tənqid instinktdir. 

     Tənqid sualdır. 

     Tənqid refleksiyadır. 

     Tənqid həmişə kütlə ünvanlıdır. 

     Tənqid kütlədə özünə dayaq axtarır. 

     Tənqid bədii gerçəkliyin qnoseologiyasıdır. 

     Tənqid 

maskanı 

yırtıb 

üzü 

göstərmək 

vasitəsidir. 

     Tənqid dövrün neqativdə görünən portretidir. 

     Tənqid 

fərdlə 

susqun 

çoxluq 

arasında 

əlaqələndiricidir. 

     Tənqid müasirliyin fenomenoloji bəyanatıdır. 

     Tənqid 

ictimai 

staqnasiyaların 

ifadə 

patologiyasıdır.  

     Tənqid çözümdür. 

     Tənqid bilmədən bilmənin bilgisidir. 

     Tənqid  çağdaş  düşüncə  paradokslarının  təzahür 

legitimliyidir. 

     Tənqid 

demokratik 

fikrin 

mövcudlğunun 

təsdiqidir. 

     Tənqid 

psixolojinin 

və 

bilincsizliyin 

faktıdır. 

     Tənqid motivləşdirilməmiş reaksiyadır. 

     Tənqid motivləşdirilmiş reaksiyadır. 

     Tənqid affektiv münasibətdir. 

     Tənqid tolerantlığın ifadəçisidir. 

     Və 


daha 

nələr, 


nələr, 

nələr... 

Yazsam 

yazılasıdır. 



     Ancaq... 

aşıqsayağı 

söyləmələrlə 

qurtaraq, 

mahiyyətə 

varaq, 


həyatın 

tarixindən, 

tarixin 

həyatından  qazandığımız  təcrübəni  aktuallaşdıraq  və 




 

359 


baxıb  görək,  bu  “tənqid”  deyilən  bir  şey  axı 

nəmənədir? 

 

I hissə 

 

     “Madam Bovari” romanının müəllifi fransız Flober 

hər  yanda  car  çəkirdi  ki,  tənqid  yaranışından 

xeyirxah olmayıb. Çox ağır bir ittiham! 

     Güman  ki,  kiminsə  tənqidi  onu  bərk  sancıb  və  ya 

nahaqdan incidib. 

     Soruşulur: bu fransız yazarını öz acı tənqidilə 

qıcıqlandırmış Allah bəndəsinin adı və soyadı nədir? 

Sualın  cavabı  müşküldür.  Belə  ki,  bu  faktı  Flober 

irsini tədqiq edən şünaslardan savayı bir kimsə bilə 

bilməz.  Dünya  isə  yalnız  və  yalnız  Güstav  Floberi 

tanıyır... 

     Azərbaycan  masştabında  çoxmu  adam  Cəfər  Xəndan 

adlı  bir  tənqidçidən  xəbərdardır?  Əlbəttə  ki,  yox. 

Amma  Əlağa  Vahid  milli  ədəbiyyatımızın  dünənki 

əfsanəsidir. 

Vaxtilə 

vulqar 


sosioloji 

dalğaya 


köklənmiş Cəfər Xəndan Vahidin ən amansız tənqidçisi 

olub.  Özü  də  elə  bir  ifşaedici  tənqidlə  çıxış  edib 

ki,  bundan  sonra  şairi  tut,  apar,  güllələ.  Hərçənd 

bu  tənqid  heç  nə  ilə  sonuclanmayıb.  Nədən  ki,  sovet 

ideologiyası  şürbi  şair  Vahidi  özünə  ciddi  rəqib 

saymırdı.  Nəsə...  sözümün  canı  bu  ki,  əgər  mən 

teatrşünasın  da  bu  gün  Cəfər  Xəndanla  ilişikli  bir 

məlumatım  varsa,  Əlağa  Vahidə  görə  var.  Çünki  məhz 

qəzəlxan 

Vahid 


tənqidçi 

Cəfər 


Xəndanı 

lətifə 


qəhrəmanına 

çevirib 


və 

folklor 


müstəvisində, 

urvatsız bir şəkildə olsa da, “yaşadıb”...                                                                                                                                                   

     Hələ  indiyə  kimi  heç  bir  uşaq  deməyib  ki,  mən 

böyüyüb  tənqidçi  olacağam...  Mədəniyyət  peşələr 

cərgəsində beləsini görmür.  

     “Mən  tənqidçiyəm”  cümləsinin  gizlətdiyi  məxfi 

məna  budur  ki,  mən  dahiyəm,  hamıdan  üstünəm,  fikir 

mütləqliyinə 

iddialıyam. 

Busa 


psixi 

pozğunluq 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə