Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə119/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   115   116   117   118   119   120   121   122   ...   135

 

360 


əlamətidir,  latent  nərgizlikdir,  klinik  təzahürdür. 

Permanent 

tənqidçilik 

nonsensdir; 

şairliksə 

mümkündür.  Ondan  ötrü  ki,  obyektdən  kənarda  tənqidçi 

yoxdur. Obyekt qurtaranda onun tənqidi də, tənqidçisi 

də  qurtarır:  amma  nəzəriyyə,  təbii  ki,  poetika 

statusunda qalıb öz ömrünü yaşaya bilər.   

     TƏNQİDİ fikir tarixinə FƏLSƏFƏ gətirir. 

     FƏLSƏFƏ tənqiddən yaranır. 

     Toplum sanır ki, TƏNQİD köhnənin süpürgəçisidir, 

yeninin  müjdəçisi.  Deməli,  tənqidin  ictimai  rolu 

pozitivdir. Bu, belə qəbul edilib.  

     Olsun. 

     Hərçənd  bu  məqalə  kontekstində  mən  çalışmışam 

ki, 

tənqidin 



tarixi 

missiyasını 

və 

məğzini 


dekonstruksiya eləyim. 

     Birinci 

növbədə 

onu 


söyləyim 

ki, 


TƏNQİD 

İNSTİNKTDİR!  Məhz  tənqid  insanı  seçmək  dilemması 

qarşısında 

qoyur. 

Tənqid 


bilincsizlikdə 

latent 


formada mütəmadi olaraq oyaqdır. 

     “Kritik” sözü nə deməkdir? Baxım, təhlil, fikir, 

rəy.  Hər  bir  orqanizm  buna  instinktiv  şəkildə 

proqramlaşdırılıb.  Bədən  “mən”dən  öncə  “baxır”, 

“fikirləşir”,  “təhlil  edir”,  “rəy  çıxardır”,  “qərar 

verir”.  Nədən  ki,  təbii  seçmə  tənqid  situasiyasıdır, 

tənqidin  lokusudur.  Sürüdə  dişilərin  güclü  erkəyə 

üstünlük  verib  onu  Öcülə  çevirmələri  təbii  seçmədə 

mövcud  tənqid  rudimentidir.  Tənqid  instinkti  düzgün 

seçimi və özünümüdafiəni aktuallaşdırır. 

     Bəs aşkar, xalis tənqidin meydana gəlməsi nə ilə 

əlaqələnir?  Sənət,  ədəbiyyat  aləmində  tənqidi  hansı 

psixoloji səbəblər törədir? 

     Bu  qəfil,  kəskin  və  öyrəşmədiyimiz  suallar, 

bildirmələr izaha möhtac. 

     Elə  isə  “tənqid”,  “kritika”  yox  ha,  sözünün 

mənasına və açımına doğru.  

     Əvvəlcə “etioloji xəritə”nin mərkəzi iki tezisi:  




 

361 


a)

 

tənqid 



toplumun 

(ictimai 

rəyin) 

bəşəri 


dəyərləri 

saf-çürük 

eləmək 

(seçmək) 



vasitəsidir, yoludur; 

b)

 



tənqid 

insanın 


instinktiv 

müdafiə 


reaksiyasının mədəniyyət şəbəkısinə köçürülmüş 

təzahürüdür. 

     Tənqid 

kanonları, 

streotipləri 

hifz 


etmə 

amacıdır, 

tanış 

olmayandan, 



özgəsindən 

qorunma 


cəhdidir.  Məntiqi  nəticə  budur  ki,  tənqid  həmişə 

yeninin  tənqididir.  Siz  əgər  fikir  vermisinizsə, 

ədəbiyyat  və  sənət  tarixinin  bütün  mərhələlərində 

tənqid  obyektləri  ya  yeni  fikirdir,  ya  yeni  sözdür, 

ya da yeni formadır. Və yeninin tənqidi, o öz estetik 

qanunlarını,  poetikasını  yaradana  qədər,  davam  edir. 

Ta bundan o yana yenisi köhnəsidir. 

     Kontrversiya: tənqid həmişə köhnənin  tənqididir. 

Məsələ bu ki, yenisi köhnənin tənqidi kimi formalaşır 

və  bununla  da  özünü  köhnənin  tənqid  obyektinə 

çevirir. 

     Bəs  tənqidçilər  kimlərdir:  əlbəttə  ki,  köhnəsi 

və  yenisi.  Bu,  tənqidin  əzəl  mövcudluq  şərti, 

prinsipi,  sxemidir.  Köhnə  ilə  yeninin  mübarizəsi 

tənqid müstəvisində gerçəkləşir.                                                                                                                                                                                                                                                                              

     Fransız  Madan  Sarup  poststrukturalizmin  4 

tənqid  yönümünü  sayır:  tarixiliyin  tənqidi,  anlamın 

tənqidi, fəlsəfənin tənqidi, subyekt konsepsiyasının 

tənqidi.  Mən  bura  əlavə  edərdim  tənqidin  tənqidini. 

Belə  ki,  tənqidin  tənqidi  digər  4  yönümü  də  özündə 

qapsıyır və mövcudiyyətin tənqidi kimi zühura gəlir. 

Artıq  bu  məqamda  tənqid  labüdlükdür,  universal 

mütləqlikdir. 

     Çünki 

tənqid 

özünüyaşatma 



funksiyasının, 

insanın 


özünüqoruma 

reaksiyasının 

təzahürüdür. 

Əfsuslar  ki,  mədəniyyət  tənqidin  imici  arxasında 

bunu  görməyə  “ərinib”  və  ya  bunu  özünə  sərfəli 

bilmədiyindən nəzərində saxlamayıb. 




 

362 


     Zamanın 

“tarixi 


bilincsizlik” 

kəsimində 

tənqidin  instinkt  olduğu  aydın  məsələ.  Tənqid 

instinkti olmasa, tənqidi reaksiya da olmaz. 

     Elə 

ki 


“mən” 

yaranır, 

tənqid 

instinkti 



strukturlaşır,  tənqidi  reaksiya  və  tənqidi  mühakimə 

ortaya 


çıxır. 

Tarix 


“mən”in 

gerçəkliyə 

refleksiyasıdır.  Məhz  bu    “mən”  tarix  müstəvisində 

həm  tənqidin  obyektidir,  həm  də  subyekti.  Tənqid 

instinktinin  mədəniyyətdə  qəbul  edilmiş  primitiv 

forması 


sual 

(potensial 

inkar) 

və 


cavabdır 

(potensial  təsdiq).  Sual  reflektiv  olaraq  meydana 

gələn  inkardır  və  yalnız  sonra  tənqiddir.  Özünün 

bütün  təzahürlərində  sual  latent  hücumdur,  inkardır 

və  təcavüzdür.  Sual  uşaqların  məxfi  aqressiyasının 

reallıq 


şəklidir. 

Uşaq 


sual 

vasitəsilə 

özünü 

təsdiqləyir və çox zaman sonsuz sorğularla (onun bir 



gün ərzində suallarının sayı 427-yə çatır) böyükləri 

bezdirir.  “Mən”  əgər  sual  verirsə,  deməli,  faktiki 

olaraq  tənqid  (təhlil)  edir  və  nəticə  etibarı  ilə 

özünü 


başqalarından 

ayırır: 


yəni 

müəyyən 


bir 

qarşıdurum,  oppozisiya  yaradır.  Sual  (bilincsizlik 

qatında  həm  inkar,  həm  tənqid),  ilk  öncə,  “özüm” 

uğrunda  mübarizədir  və  “mən”i  bildirən,  tanıdan, 

işarələyən əlamətdir. 

     Sual 

tənqid 

instinktinin 



uyqarlıq 

gerçəkliyidir.  İnsan  sual  vasitəsilə  uyqarlığa 

addımlayır.  Lakin  kimsə  suala  təkcə  bilmək  amacı 

kimi baxırsa, yanılır. Bu, qətiyyən belə deyil. Sizə 

bir  müşahidəmi  danışım.  Görürsən  ki,  hər  hansı  bir 

məclisdə (konfransda, simpoziumda) müəyyən problemlə 

bağlı  çıxış  edən  natiqə  yerli-yersiz  çoxlu  sual 

verənlər  tapılır.  Hətta  elələri  də  olur  ki,  min  bir 

sual  onların  daxilini  gəmirsə  də,  bu  adamlar 

şəraiti,  vəziyyəti,  etik  qaydaları  nəzərə  alıb  (və 

ya  bəhanə  gətirib)  öz  suallarından  imtina  edirlər. 

Yəni  bu  o  deməkdir  ki,  praktiki  surətdə  natiqi 

dinləyənlərin  hamısının  ona  sualı  (və  ya  sualları) 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə