Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə116/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   112   113   114   115   116   117   118   119   ...   135

 

351 


əksini oğurlayıb özləriylə apardılar. Öz əksinin, və 

ya  onunla  bərabər  itmiş  ruhunun  xiffətindən  (yaxud 

onlara qarşı olan sevgidən) Nərgiz azarladı və öldü. 

Nərgiz  öz  əksinə  vurğunluq,  sevgi  ucbatından  yox, 

yasağı  pozduğuna  görə  məhv  oldu.  Xəstə  adama  da 

güzgüyə  baxmağa  izn  verilmir;  söyləyirlər  ki,  ruh 

güzgüdə  görünən  əksə  qoşulub  zəif  bədəndən  “qaça” 

bilər.  Məgər  bu  kölgənin,  əksin  (eynilə  ruh  kimi) 

kosmik dünya ilə ilişkisinə bir işarə deyilmi? 

     Hər  hansı  bir  kimsənin  öldüyü  evdə  güzgülərin 

üstünü 

örtürlər 



və 

ya 


onların 

üzünü 


divara 

çevirirlər. Azərbaycanda da belə bir adət var. Lakin 

bu  inancın  şəcərəsi  islamdan  çox-çox  əvvəllərə 

söykənir.  Hesab  olunur  ki,  ölü  bədəndən  çıxmış  ruh 

başqasının  güzgüdəki  əksini  özü  ilə  apara  bilər  və 

həmin  şəxsin  ölümünü  provakasiya  edər.  Belə  ki, 

meyit  torpağa  tapşırılana  qədər  ölünün  ruhu  evdə 

qalır.  Ona  görə  də  ölü  ilə  bir  otaq  da  yatmaq  da 

yasaq buyurulur. Mənim yadımdadır: bağda bizi quyuya 

baxmağa,  quyuya  boylanmağa  qoymazdılar.  Deyərdilər 

ki,  quyunun  anası  var  və  səni  çəkib  öz  yanına 

götürər.  Təbii  ki,  burada  uşağı  quyuya  (suya, 

gölməçəyə) 

yumbalanmaqdan 

qorumaq 

istəyinin 

gerçəkliyi  hər  cür  mifdən  önəmlidir.  Amma  o  da 

danılmazdır  ki,  aborigen  tayfalar  müxtəlif  zaman 

kəsimlərində quyuları, gölməçələri, çayları müqəddəs 

biliblər,  onları  öz  inanc  mərasimlərinin  mərkəzinə 

qoyublar.  Çünki  dünya  sularında  güzgülənmə  effekti 

var.  Nağıllarda,  miflərdə  belə-belə  inancların 

rudimentləri o qədərdir ki... 

     Hərçənd müsəlmanın kölgə və ya güzgü qarşısında 

xristian və ya məcusi qədər qorxusu yoxdur. Müsəlman 

üçün  kölgə  oyunu  ilk  növbədə  əyləncədir,  sonsuz 

həzzdir,  şadyanalıqdır.    Yaxın  və  Orta  Şərqin  islam 

əqidəsilə  yaşayan  məmləkətlərində  saray  əhli  də  bu 

oyuna  böyük  həvəslə  baxıb,  meydan  əhli  də.  Hələ  mən 

dünyanın 

seyrinə 

çıxmış 


əcnəbi 

elgəzləri 




 

352 


(səyyahları)  demirəm.  Həqiqətən,  mömin  müsəlman 

bəndə  kölgəyə  çox  sakit  və  real  münasibət  bəsləyir. 

Niyə?  İslam  aləmində  bütün  sualların  cavabını 

Qurandan,  sünnədən  və  hədislərdən  tapmaq  mümkün. 

Quranın  “ən-Nur”,  “Fatir”,  “əd-Dəhr”  surələrində 

kölgə  sözü  cənnət  lövhələrinin  təsvirilə  bağlı 

işlədilir  və  heç  vaxt  mistik  məna  bildiricisi  kimi 

vurğulanmır. 

Burada 

kölgə 


cənnətin, 

cənnət 


ağaclarının ruha zövq, dad, ləzzət, verən əlamətidir 

(əgər 


Muhamməd 

peyğəmbər 

kölgəyə, 

bəzi 


islam 

üləmalarının  dediyi  kimi,  cinlərin,  şeytanların 

yığışdığı,  toplaşdığı  yer  kimi  baxsaydı,  Quran 

cənnətdə  möminlərə  kölgəni  rəva  bilərdimi?).  Bu 

surələrdə 

kölgə 


işığın 

yox, 


istinin, 

alovun, 


qızmarın 

qarşıdurumu 

kimi 

anlaşılır. 



İşığın 

oppozisiyası 

kimi 

kölgə 


neqativdədir, 

istinin 


qarşıdurumu  kimi  isə  pozitivdə.  Axirət  dünyasında 

müsəlmanlara pis əməllərə görə isti (odlu cəhənnəm), 

yaxşı əməllərə görə kölgə (sərin cənnət) vəd edilir. 

Onda  belə  çıxır  ki,  Qurana  görə  kölgə  (sərin)  mömin 

bəndələrə  behişt  hədiyyəsidir,  cənnət  mükafatıdır. 

Adları 


çəkilmiş 

surələrin 

kontekstində 

kölgə 


sərinlik,  dincəlmək  üçün  guşə,  rahatlıq,  asudəlik, 

əbədi  həzz  və  kef  anlamlarının  semantik  ardıcıllıq 

cərgəsini  özündə  qapsayır.  Bu  baxımdan  demək  olar 

ki, Quranda kölgənin sırf məişət planında bildirdiyi 

real,  konkret  mənalar  saxlanılır,  daha  doğrusu, 

həytatdakı 

kölgəlik 

effekti 


bütövlükdə 

cənnət 


situasiyasının üzərinə köçürülür. Bu məqamda hər cür 

yozum,  şərh  absurdlaşır.  Həqiqətən,  Quran  gerçək 

həyat  şəraiti  əsasında  ideal  cənnət  situasiyasını 

modelləşdirir.  Məgər  YII  yüzildə  bədəvi  ərəb  üçün 

səhranın  qızmar  günəşi  altında  kölgədən  və  sudan 

daha  xoş,  daha  əziz,  daha  ləzzətli  ayrı  bir  nəsnə 

ola bilərdimi? Ona görə Quran ayələrində kölgə və su 

(axar  çaylar)  cənnətin  əbədi  kefinə  bir  işarə,  bir 

eyham  kimi  qavranılır.  Quranda  kölgəyə  pozitiv 



 

353 


münasibət  belə:  yəni  orada  mistika  ilə  bağlı  heç  nə 

yox. 


     Lakin bununla birlikdə Quranın “əl-Vaqiə”, “əl-

Mursəlat”  kimi  surələrində  kölgə  neqativ  mənalar 

şəbəkəsində  təqdim  edilir.  Burada  kölgə  cəhənnəmi 

səciyyələndirir  artıq:  o,  nə  rahatlıq  bəxş  edir,  nə 

də  sərinlik;  bir  kimsəyə  də  həzz  vermir.  Çünki 

cəhənnəmdə 

təsvirlənən 

kölgə 


duman, 

tüstü 


kölgəsidir, 

cəza 


komponentidir. 

Onu 


zülmət 

ekvivalenti 

kimi 

də 


qavramaq 

mümkündür, 

isti 

səhranın  bürküsü  kimi  də:  yəni  Quran  kontekstində 



kölgə  cəhənnəm  situasiyasında  belə  bədəvi  ərəbin 

gerçək  dünyası  ilə  öz  ilişkilərini  itirmir.  Susuz 

səhrada  bürkü  ərəb  üçün  zülmdür,  cəhənnəm  əzabıdır: 

ərəb  ən  çətin  günlərini  bürküdə  yaşayır.  Dediyim 

odur  ki,  Quran  kölgəni  bəzi  surələrdə  cəhənnəm 

atributu  kimi  görükdürsə  də,  ona  heç  bir  mistik 

mənalar  qoşmur.  Hətta  mən  belə  deyərdim  ki,  Quran 

ayələrində  xatırladılan  kölgənin  müəllifi  “cənab” 

SƏHRADIR.  Cənnət  və  cəhənnəm  üçün  kölgə  obrazı 

səhranın  fakturasından  götürülüb,  ərəbin  səhra 

həyatından imitasiya edilib. 

     Elə bu məqamdaca bir həqiqəti üzləmək gərəkdir. 

Məsələ  bu  ki,  Quranda  təqdim  olunan  kölgə  qavrayışı 

ilə  müsəlman  mentallığında  mövcud  kölgə  qavrayışı 

üst-üstə  düşmür.  Qurani-Kərimdə  kölgə  ilə  əlaqədar 

heç 


bir 

fəlsəfi, 

dini-kulturoloji 

açıqlama 

verilmədiyi  halda  islamın  fikir  işçiləri  kölgə  ilə 

ilişikli  intellektual  oyunlarda  bulunmağı  sevirlər, 

kölgəyə  mistik  don  geydirirlər,  onu  Quranda  olmayan 

əlavə  əlamət  və  xassələrlə  “mükafatlandırırlar”. 

Müsəlman  mentallığı  kölgəni  olum,  yaşam  nişanəsi 

bilir.  Nədən  mən  bu  nəticəyə  gəlirəm?  İslam 

mədəniyyəti 

çərçivəsində 

 

müsəvvirlərə, 



yəni 

rəssamlara  canlı  varlıqların  şəklini  çəkmək  yasaq 

edilir  və  onlara  ağac,  yarpaq,  gül  təsvirləri 

(nəbati naxışlar) üzərində işləmək məsləhət görülür. 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə