Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə114/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   110   111   112   113   114   115   116   117   ...   135

 

345 


soyuq, 

urvatsız, 

mənfi 

enerjili. 



“Çaşanlar 

qaranlıqdadırlar. Qaranlıq yalnız işığın yoxluğudur. 

Qorxu,  xof,  heybət,  həyəcanlar  qaranlığın  zəruri 

xassələridir”

2

  və  neqativ  enerjini  bildirənlərdir. 



İşıq və qaranlıq güzgüdə görüşür. Güzgüdə elə bil ki 

gecə  və  gündüz  Siam  əkizi  kimi  əbədi  olaraq  bir-

birinə  pərçimlənir, bir-birinə bitişib yaşayır. 

     Güzgüdəki  əksim  mənə  əks  dayanandır  və  mənə 

qarşıdır.  Qarşı  tərəfsə  hər  zaman  dost  və  düşmən 

birgəliyini  özündə  qapsayır.  Belə  ki,  absolyut  dost 

olmadığı  kimi  absolyut  düşmən  də  yoxdur.  Bunun  ona, 

onun  buna  çevrilməsi  hər  an  baş  verə  bilər  və  bu 

çevrilmə  sığortalanmayıb.  Güzgü  mənə  əksdə,  yəni 

inikasda,  yəni  məndən  dışarıda,  yəni  virtuallığın 

qapısında  məni  görmək  imkanı  bəxş  edir.  Əslində  isə 

“əks” 


deyilən 

bir 


şey 

yalnız 


kölgənin 

işıqllandırılmış  görkəmidir.  O  mənada  ki  mənim 

qənşərimdə  dayanmış  əksim  mənim  işıqda  aydınlaşmış 

kölgəmdir. 

Kölgə 

bütün 


yozum 

variantlarında 

virtuallığın təmsilçisidir. Güzgüdə kölgə mənə artıq 

mənim  yox,  özünün  virtual  görünüşünü  tanıtdırır. 

Qəribədir, 

fotoşəkilləri 

də 

kölgələrin 



(neqativlərin) 

üzündən 


çıxarırlar. 

Neqativlər 

insanların  kölgələrini  “tutub”  saxlayırlar.  İnsan 

şəkilə 


dönməmişdən 

öncə 


obyektiv 

vasitəsilə 

kölgələşdirilib  fotoapparatın  içinə  “salınır”.  XIX 

əsrin  “ayaqlı”  və  “çadralı”  fotoapparatları  ilə  ilk 

dəfə 

qarşılaşan 



eskimosların 

tayfa 


başçısı 

fotoapparatın  əksetdirici  qurğularına  proyeksiya 

edilmiş 

adam 


kölgələrini 

görərkən 

qorxub 

şaşırmışıdı.  Qışqırmışdı  ki,  “qaçın,  dağılışın,  o, 



bizim ruhlarımızı qutuya yığıb”.

3

  Çox simptomatikdir 



və  ruhun,  kölgənin,  güzgünün  qohumluğunu  sanki  bir 

daha  xatırladır,  gündəmə  gətirir.  Deməli,  əslində, 

mənim 

şəklim 


mənimki 

deyil, 


mənim 

kölgəmin 

surətidir.  Mənim  şəklim  mənim  neqativə  hopmuş 

kölgəmdən 

çıxarılır. 

“Əks”, 


“kölgə”, 

“ruh”, 



 

346 


“surət”...  onların  hamısının  cövhəri  və  təbiəti 

birdir,  yalnız  təzahür  cildlərinin    hüsnünə  görə 

adları başqa-başqadır.  

     Güzgüdə  (fotoapparatda,  kinokamerada)  görünən 

nə 

varsa, 


gerçəkdə 

mövcud 


olanın 

əsli 


yox, 

surətidir.  Güzgüdə  mən  heç  vaxt  mən  olmuram.  Yalnız 

işıq  orada  məndən  bir  əks,  bir  əkiz  yaradır.  Fikir 

vermisinizmi,  bu  əks  bizə  gah  xoş  görünür,  gah  da 

biz  onu  bəyənmirik.  Halbuki  bütün  variantlarda 

güzgünün  içindəki  biz  özümüzük.  Amma  bir  məqamda 

var:  güzgüdə  görünən  mən  deyiləm,  mənim  kölgəmin 

üzüdür.  Güzgüdəki  surət  mənim  məhz  kölgəmin  əksi 

olduğu  üçün  onun  heç  bir  duyğusu,  hissi  yoxdur. 

Mənsizlikdə mən... qəribə və eyməndirici...      

     Güzgüdəki  əksim  mənim  bədən  görkəmimi    almış 

kölgəmdir.  Məsələ  bu  ki,  əksin  canı  yoxdur.  Kölgəyə 

də  can  verilməyib.  Kölgə  də  heç  nəyi  hiss  etmir. 

Kölgə  mənim  qara  neqativdə  olan  əksim  kimi  bir 

şeydir.  Kölgə  işığın  kor  köləsidir;  yəni  işıq  necə 

düşdüsə,  o  da  eləcə  oynayır  və  olsun  ki,  işıqla 

mənim  ətrafımda  “rəqs  edir”.  Onun  bütün  iradəsi 

işığa  tabedir.  Bütün  kölgələrin  tanrısı  işıqdır. 

Doğrudanmı?  Təbii  ki,  kölgənin  (və  həmçinin  əksin) 

görünməsindən  ötrü  gərək  mütləq  işıq  ola,  kölgə 

salan obyekt ola və bir də kölgənin düşdüyü yer. Bu 

bir  aksiomdur,  amma  kölgə  üçün  kifayət  deyil.  Nədən 

ki,  zülmət  (qaranlıq)  olmasa,  kölgə  bilinməz. 

Absolyut  işıq  kölgələri  yox  eləyir.  Elə  buradaca 

Ortaçağ  islam  mədəniyyətinin  “dahi  şeyxi”

4

  İbn 



Ərabiyə əsaslansam, deyəcəyəm ki, kölgə “nə işıqdır, 

nə  zülmət”...  yalnız  onların  ikisi  bir-birinə 

qarışanda  kölgə  yaranır.  Kölgə  işıqla  zülmətin 

sərhədində 

peyda 

olur. 


İşığın 

gözəlliyi, 

alicənablığı  nurdur,  xiffəti,  xəcaləti  -  kölgə. 

Kölgə 


“mən”in 

metafizikasıdır. 

Təkcə 

zülmət 


(absolyut  qaranlıq)  kölgələri  “udur”,  yox  edir, 

onların  olmaq,  görünmək  şansını  sıfra  endirir.  Əgər 




 

347 


absolyut  işıq  və  ya  absolyut  qaranlıq  içində  kölgəm 

məni  buraxıb  gedirsə,  mənim  onu  özümünkü  bilməyə 

ixtiyarım  çatmır.  Deməli,  kölgə  mənim  iradəmə  tabe 

deyil.  Kölgə  kosmosla  (işıqla)  xaosun  (zülmətin) 

təmas  zolağında  mövcuddur.  Böyük  mənada  o,  xaosun, 

neqativin  əlamətidir.  İnsan  qavrayışında  da  bu, 

belədir.  Sosium  da  kölgəni  pis  (əskik)  bir  şey  kimi 

səciyyələndirir. 

“Kölgə 

iqtisadiyyatı” 



iqtisadiyyatla cinayətkarcasına məşgul olan, dövlətə 

ziyan  vuran  qurumun  fəaliyyətini  eyhamlaşdırır. 

“Kiminsə  kölgəsi  olmaq”  anlamı  toplum  içrə  kiminsə 

kiməsə  yaltaqlıq  etdiyini,  ləyaqətini  itirdiyini, 

qürursuzlaşdığını, 

kiçildiyini 

bildirir. 

“Gözü 


kölgəli”  ifadəsi    cəmiyyətdə  kiminsə  xəcalətli, 

ayıblı,  dili  qısa,  hörmətsiz  olduğunu  işarələyir. 

Azəri  türkləri  ifrat  ehtiyatlı  şəxsi  ələ  salıb  ona 

“kölgəsindən  qorxan  Əhməd”  deyirlər.  Bir  sözlə, 

toplum  kölgə  ilə  ilişikli  nə  varsa,  hamısına  qarşı 

mənfi  münasibətdədir.  İnsanın  psixi  qavrayışı  da 

kölgəni  urvartsız,  zərərli  bir  nəsnə  hesab  edir. 

Buna  səbəb  nə?  Bəlkə  insan  kölgəsini  öz  rəqibi 

bilir? 

Bəlkə 


insan 

kölgəni 


özünü 

müdafiə 


qabiliyyətindən  məhrum  aciz  sayır?  Bəlkə  insan 

kölgədə  potensial  təhlükə  görür?  Cəhd  eləyim,  bir 

aydınlıq  gətirim  bu  məsələyə.  Kölgə  işıqda  görünür, 

amma  özü  qaradır  deyə,  qaranlığı  təmsil  edir.  Bu 

baxımdan  kölgə  xaosun  xof  və  vahimə  qarışıq  vizual 

effektidir.  Güzgünün  gördüyündə  və  göstərdiyində  də 

gizli  bir  xof  var.  Bilirsiniz,  bu  xofun  müəllifi 

nədir?  Əlbəttə  ki,  SƏSSİZLİK.  Kölgələrin,  ruhların, 

əkslərin  səsi  olmur.  Səssizlikdə  potensial  qorxu, 

xof, 

vahimə 


uyuyur. 

Səssiz 


adam 

isə 


kölgə 

timsalındadır.  Qəribədir,  lallar,  korlar  və  karlar 

da  kölgə  kimi  səssizdirlər.  Elə  buna  görə  də  normal 

adamlar həmişə onlardan ehtiyatlanırlar. Səssizlikdə 

bir  bilincsizlik,  bir  xaos,  azman  bir  güc,  məxfilik 

yaşayır.  Səssizlik  qorxularla  doludur.    Hay-küy 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə