Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə111/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   107   108   109   110   111   112   113   114   ...   135

 

336 


legitimləşdirməyə çalışır. Əgər biz bu məkana daxil 

oluruqsa,  birmənalı  şəkildə  “üçüncüsü”  oluruq. 

“Üçüncü”nün  baxışı  məqamı  artıq  apriori,  yəni 

öncədən  və  şərtsiz-filansız  erotikləşdirir.  Bu 

baxımdan  müsəlman  aləmində  hicab  (çarşab,  pərəncə) 

qadını  “üçüncü”nün  erotizmindən  qorumaq  məqsədi 

güdür.  Hicab  bildirir  ki,  başqasının  bu  sevgi 

məkanında  yeri  yoxdur.  Digər  tərəfdən  isə  sirr, 

müəmma duyğusunu  çarşab bir az da gücləndirir. 

    Milli  ədəbi-bədii  təcrübə,  islam  ənənəsinin 

cızdığı 

sərhədləri 

vurub-dağıdaraq, 

Azərbaycan 

qadınını  sanki  həmişə  çarşab  dışında,  çarşab 

içindən  çıxarıb  vəsf  etməyə  çalışıb.  Professor 

Niyazi  Mehdi,  intellektual  fikir  müstəvisində  milli 

düşüncə  faktı  kimi  təqdim  olunacaq  qədər  dəyərli, 

“Şərq  mədəniyyətində  “virtual  hicab”  və  kişilərin 

seksual  aqressivliyi”  məqaləsində  bu  məsələnin 

inkişaf  dinamikasını  belə  çözür:  “Əski  türklərdə, 

Dədə  Qorquddan  görürük  ki,  “qaz  yerişi”nin  diktə 

etdiyi 

bədən 


silueti 

qadın 


erotikliyinin 

göstəricisi 

imiş. 

Sonrakı 


çağların 

poeziyası 

göstərir  ki,  mədəniyyət  “çəkiliş  kamerası”nı  qadın 

yerişindən 

çevirib 

qadın 


gözünə, 

zülfünə, 

dodaqlarına,  yanaqlarına  yönəldir.  Azərbaycanda 

yalnız  Vaqif  poeziyasında  “çəkiliş  kamerası”nın 

görüm  dairəsi  genişlənir,  qadının  döşləri  (gərdəni, 

sinəsi,  beli  də  həmçinin  -  A.T.)  poeziyaya  girir. 

Bütün  bu  axırıncılar  da  “bədənlərin  tarixi”  ideya-

sının  elm  üçün  relevantlığını  (məsələyə  dəxli 

olan)”

2

 aşkarlayır.  



    Konseptual 

planda 


yanaşsaq 

Qərbə 


nisbətən 

Şərqdə  erotikanın  semiozisi  daha  geniş  və  daha 

mürəkkəbdir.  Şərq  mədəniyyəti  erotik  saçmalardan 

qaynayıb  daşır.  Təsadüfi  deyil  ki,  XX  yüzilin  hər 

bir mərhələsində özünü avanqard kimi tanıtmış sənət 

və 


ədəbiyyat 

təmayüllərinin 

şəcərəsi 

Şərq 


uyqarlığından gəlir.  


 

337 


    İslam  ölkələrinin  klassik  poeziyasında  “gül  və 

bülbül”  sevgidən  bir  az  artıq  seksual-erotik 

münasibətləri  eyhamlaşdırır.  Bu  poeziyaya  “türkün 

sözü”  ifadəsinin  semiozisindən  yanaşanda  qutlu 

mətnlərdə  ayıb  mənalar  aşkarlanır.  “Türkün  sözü”nün 

patoloji  karnaval  suggestiyası  həmin  mətnlərdəki 

yüksək  ideya  və  idealları  sürətlə  aşağılayır, 

Teksti  bir  kontekstdən  çıxardıb  başqa  kontekstə 

yükləyir  və  üzü  astara  çevirib  daşı  daş  üstdə 

qoymur.  Həqiqətən,  poeziyada  hər  sözün  öz  erotik 

sızdırmaları var: ayrı cür desək, poeziyada hər söz 

erotikdir. Məsələn;  



                              

             

“Yenə qondu şax budağa”;  

  

və ya poetik  nəsrdən bir nümunə: 

 

          “Bülbül sinəsini qızıl gülün tikanına o qədər 

           sürtdü ki, bağrı qan oldu”; 

 

və yaxud: 

 

          “Mail oldum sənin incə belinə

          Canım qurban olsun dadlı dilinə. 

          Aşiq olub sənin hüsnün bağına 

          Qırmızı güllərin dərməyə gəldim”; 

ya da ki: 

 

     

    “Əmərəm ləblərini ta nəfəsim var mənim, 

         Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim”  

                               

    Şərq 

erotikasının 

semiozisi 

şəhraşublarda 

qəşəngcə  sərgilənir  və  bir  daha  erotikanın  şəhər 

kültürü  ilə  bağlılığını  eyhamlaşdırır.    “Şəhraşub” 

sözü  bir  tərəfdən,  professor  Rəfael  Hüseynovun 

yazdığı  kimi,  “hüsnü,  cəmalı  ilə  şəhərə  fitnə 

salan” 

gözəlləri, 



başqa 

cür 


desək, 

afətləri 

bildirir,  digər  tərəfdən  isə  şəhərdə  səs-küyə, 

qarışıqlığa  səbəb  olan  adamı.  Bax,  elə  ona  görə  də 




 

338 


islam  poeziyasında  erotik  şeirə  “şəhraşub”  deyilir. 

Əgər  müəyyən  qədər  epataja  varsaq,  onda  belə 

çıxacaq  ki,  şəhraşublar  şəhərə  qarmaqarışıqlıq 

gətirən  şeirlərdir,  şəhər  harmoniyasını  pozan, 

şəhər 

kültüründə 



deqradasiyanı 

eyhamlaşdıran 

şeirlərdir. 

Şəhraşublara 

haradasa 

poeziyanın 

geyşaları  qismində  baxmaq  mümkün.  Əlbəttə  ki, 

misallar XII əsr Azərbaycan şairəsi Məhsətidəndir: 

 

             “Mənə töfhəsini çörəkçi dilbər 

              Cəhalətlə deyil, naz ilə verər. 

              Qəmiylə xəmirə döndərdi məni, 

              Qorxuram oda verə məni bu səhər” 

 

və ya; 


 

             “Bənzər, dərzi oğlu, üzün qəmərə, 

              Sənə yüz Məhsəti dönər çakərə. 

              Əlindəki saptək əlim düşə kaş, 

              Şəkər dodağına gündə yüz kərə”   

                                

     Farsdilli 

ədəbiyyatda 

şəhraşublar 

intim-

seksual  münasibətlərin  bədii-simvolik  təsvirini 



verir.  İslam  mədəniyyəti  kontekstində  şəhraşublar 

erotik  poeziya  nümunələri  olub  şəhvani  hisslərin 

qıcıqlandırıcıları  kimi  çıxış  edirlər.  Şəhraşublar 

seksual  eyhamlar  üzərində  qurulan  poeziyadır.  Yenə 

Məshətidən bir görk:  

 

           

“Mənim qəssabımsan, qəmində yanıram, 

              Bıçaq sümüyə yetişənə qədər çarpışaram. 

              Sənin adətindir ki, kəsdiyini satarsan, 

              Allah xatirinə, məni kəssən də satma” 

     Hərçənd  XX  əsr  Azərbaycan  ədəbiyyatında  da 

qədərincə  erotik  səhnələr  mövcud.  Hətta  məşhur 

mahnılar  belə  erotik  görüntülər,  erotik  təkliflərlə 

dolu. Onlardan birini təhlil obyektinə çevirək: 

 

 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə