373
maarifçilərin “qazdığı” dünya tunelində adamları
“yedi”.
İslam VII yüzildən başlayan maarifçilikdir,
Şərq maarifçiliyinin özünəxas təzahür formasıdır:
amma heç kim İslama maarifçilik kimi baxmır. İslam
Avropa maarifçiliyini, yuvarlaq götürsək, on əsr
qabaqlamış maarifçilikdir. Fransua-Mari de Aruenin,
yəni Volterin Muhamməd peyğəmbəri öyrənmək, onun
missiyasını təhlilə çəkmək, tənqid etmək azartı
əbəs deyildi. Üstəgəl məxfiləşdirilmiş aqressiya və
ateist pafos. Şübhəsiz ki, Volter İslamda maarifçi
tendensiyasını,
maarifçiliyin
elementlərini
və
hətta yayılma tendensiyasını görürdü, amma onu
maarifçilik adına yazmaqdan çəkinirdi. Hərçənd bunu
elə-belə maraqlı bir fikir seqmenti kimi ortalığa
atıram, məqsədimsə tamam ayrıdır.
Əslində fakt bu ki, indən beləsinə mənim
məqaləmdə
maarifçilik
fəlsəfəsinin
(ideologiyasının,
qavrayış
tərzinin,
düşüncə
modusunun!?) reviziyası start götürür. Amma bu
məsələdə mən birinci deyiləm. Teodor Adorno, Maks
Horkhaymer, Karl Yaspers, Karl Popper, Yurgen
Habermas
1
kimi bir sıra Avropa filosofları məndən
əvvəl
maarifçiliyi
əməllicə
suçlayıblar,
onu
“repressiv ağıl” kimi qınaq obyektinə çeviriblər.
Lakin
maarifçiliyin
tənqidi
adətən
Qərbdən,
Avropadan olub, Şərqdə isə nədənsə bu tənqid heç
vədə aktuallaşmayıb. Çünki şərqlilərə maarifçilik
həmişə Şərqin, Şərq adamının yeganə çıxış yolu,
xilas yolu kimi təqdim və təlqin edilib, nişan
verilib,
tanıtdırılıb.
Yəni
maarifşilik
nədi,
bəyənmədiyin nədi? İslamı at, Şərqi tulla bir
kənara və marifçiliyə gəl. Professor Rəhman Bədəlov
da “Azərbaycanın Avropa seçimi” deyəndə elə bunu
deyir və filosof Niyazi Mehdilə az qala repressiv
tonallıqda danışaraq başqa invariant mövcudluğu
barədə, maarifçiliyi semantik bolluğa salmaq barədə
374
diskussiya aparmağı beləH lüzumsuz sayır.
2
Bu dəfə
də dalğa həmin dalğadır; koordinat da əvvəlki kimi
dəyişməzdir. Avropa, maarifçilik yenə podiumda
bizlərə dəb göstərir. Məhz bu modern dəb, model,
nümunə, etalon axtarışı o yerə gətirib çıxarıb ki,
şərqli qavrayışında maarifçilik (artıq maarifçilik
bərabərdir Avropaya, və əksinə) gəlib dialektika
ilə
yan-yanaşı
dayanıb,
bir-birinə
müsavi
götürülüb, hətta maarifçilik dialektikanın (sosial
inkişaf mənasında) səbəbi kimi anlaşılıb. Əgər biz
Avropanın
ətəklərindən
yapışırıqsa,
maarifçi
oluruq,
xoşbəxtliyə
qovuşuruq;
yox,
uçuruma
yuvarlanıb
gedirik,
“müsəlman”
adlandırılıb
döyülürük. Məsələyə bir qədər fərqli yanaşaq və
professor Niyazi Mehdi demişkən, semantik bolluğa
çıxaq. Doğrusu, maarifçiliyin tənqid və çözümünü
permanent şəkildə avropalılar səsləndirdiyi üçün
Şərqdə onun məğzinə, mahiyyətinə vara bilməyiblər,
maarifçiliyə ideologiya kimi, sosial proqram kimi,
silahsız aqressiv basqın metodu, qarət, zəbt planı,
səlib yürüşlərinin variantı kimi yanaşmayıblar.
“Maarifçilik nədir?” sualına mən konkret
cavab bula bilmədim. Mənbələrin
3
hərəsi bir şey
söylədi.
Maarifçilik
nə
fəlsəfədir,
nə
ideologiyadır, nə siyasətdir, nə yaşam üslubudur,
nə bədii cərəyandır, nə də təhlil metodologiyası.
Hərçənd bunların hamısı bir yerdə olanda olur
maarifçilik. Amorfdur, anlamsızdır. Bəlkə bir az
xırdalayaq və təkrarən bir də soruşaq axı “nədir bu
maarifçilik”?
Ona
ingilislər
(təbii
ki,
fransızların definisiyasından sonra) “enlightment”
(inlaytment), yəni “işıqlandırma”, “aydınlatma”
deyirlər.
Ruslar
da,
maarifçiliyi
almanlardan
öyrənə-öyrənə, götürüb bu ifadəni öz dillərinə
doğru-dürüst tərcümə eləyiblər; elə tərcümə eləyib,
elə mənimsəyiblər ki, hadisənin özü praktiki
surətdə bir rusluq qazanıb, ruslaşıb və rus
375
versiyasında
Rusiya
imperiyasının
tərkibində
yaşayan xalqlara eksport edilib. O xalqlar da
aydınlatmanın,
maarifçi
işığının
məhz
qonşu
Rusiyadan gəldiyinə inanıblar; “inanıblar” nədir,
bu hadisəyə valeh olublar, aşiq olublar, onu
özlərinə
əlac
bulublar.
Ruslar
ingilisin
“işıqlandırma”sına tam adekvat bir söz tapıblar:
“просветительство” (prosvetitelstvo). İfadə “svet-
it-sya” məsdərindən alınmadır, kökündə “svet”
(işıq) anlayışı dayanır. Ruslar orijinala, yəni
qərbli
məfkurəsinə,
maksimal
dərəcədə
yaxınlaşıblar. Deməli, maarifçilik həm Qərb, həm
rus
versiyasında
nəyisə
işıqlandırıb
aşkara
çıxarmaq,
qaranlığı,
dərinliyi
aydınlatmaq,
görükdürmək mənasını özündə qapsayır. Sən əgər
korsansa, sənə işıq lazım deyil. Yox, əgər
görürsənsə, işığı özün tapacaqsan.
Şərq (Azərbaycan, İran, Asiya ölkələri)
variantında isə maarifçilik anlamının içi bir qədər
daha konkretdir. Maarifçi elmli və bilikli adamı,
elmə, biliyə, mədəniyyətə xidmət edən adamı, savad,
elm, təhsil təbliğçisini bildirir. Burada “arif”
sözü “maarifçilik” ifadəsinin məna planetidir,
“ürfan”,
“maarif”
sözlərisə
onun
peykləridir.
Çağımızda maarifçi xalqı ağ günə çıxarmaq istəyən
və bu yolda çabalar yapan bir ziyalı tipi kimi,
demokrat ziyalı tipi kimi definisiya olunur və bu
bizi bir daha “inlaytment” sözünün mahiyyətinə sarı
çəkib aparır. Qısa bir haşiyə çıxıb onu da
xatırlatmağı
əhəmiyyətli
sayıram
ki,
“ziyalı”
sözünün də işıqla, aydınlatma ilə müstəqim ilişkisi
var: farsca da “ziya” işıq deməkdir. Anadolu
türkləri də ziyalıya “aydın” deyəndə “maarifçilik”
adlı nişangahın mərkəzini yüzdə yüz vururlar.
Lakin bu izahlar “maarifçilik (inlaytment,
prosvetitelstvo)
nədir”
sualını
birbaşa
cavablandırmır, amma məsələnin həndəvərini qəşəngcə
Dostları ilə paylaş: |