406
Çünki bu zaman bədən yağış torpağı yumşaldan kimi
yumşaldır.
Təbriz, Herat, Ərəb-Mesopayamiya miniatür
məktəblərində
təsvir
edilən
əksər
kişi
personajları, yəqin ki bircə Məcnundan başqa, öz
yumruca qarınları ilə fərqlənirlər.
Yemək olan yerdə şadlıq var.
“Çörək (yemək – kursiv müəllifindir) bol
olarsa, basılmaz vətən” (Səməd Vurğun) . Yemək bol
olanda insanlar sürətlə çoxalır.
Dünya yemək üstündə qurulmuş bir xanimandır.
15
Yemək (doymaq) məqsədilə qan tökülür. Qan
tökülməyincə, yemək hasil olmur.
Körpə qarnı ilə qidalanır, qarnından böyüyüb
qarından cahana gəlir. Biz ana bətnində qarnımızla
yeyirik, kənarda isə qarnımıza yeyirik. Yeyib
işləyirik, işləyib yeyirik və deyirik “işləməyən
dişləməz”.
Bu, hökmdür, ancaq qorxulu bir hökmdür. Çünki
əgər dişləmirsənsə, ayaqlarını uzadıb ölürsən. Ol
səbəbdən ac qalmaq xofu heç vaxt beynimizdən
çıxmır. Nəticə isə budur ki, Yer üzünün bütün
canlıları, – infuzorlardan tutmuş məməlilərə qədər,
– səhərdən axşamacan əlləşib, gövşəyib, çeynəyib,
didib-dağıdıb, işləyib, dişləyib, daim mübarizədə
bulunub yeməyə məhkum edilmiş (!) varlıqlardır...
Yeməyi tələb eləyən, gözləyən isə qarındır, başqa
sözlə, qarın yemək tuluğudur, yemək çəlləyidir və
aclıq siqnalını beyinə göndərən sistemdir.
Qarın öz gündəlik normasını almayanda “mən”ə
qarşı qiyama qalxır.
Çətin və darıxdırıcı bir həyatdır qarnı
düşünüb yaşamaq, qarın üçün gecə-gündüz əlləşib
yaşamaq... Bunu bilmək və ömür boyu da bu bilgilə
yaşamaq birincidən daha betər, daha məşum, daha
fəciəvi, daha gülməli, daha absurd bir aqibət.
Kimdir azadlıqdan danışan? Qarnı olan adam da
azad olurmu, yahu? Azadlığın dadını yalnız ruhlar
bilə bilər... O şey ki, yoxdur, onun azadlığı
mütləqdir. “Var” həmişə əsarətdədir, “yox” isə
əbədi azadlığa qovuşub...
Getdikcə məsələ bir az daha qəlizləşir.
407
“Qarın qardaşdan irəlidir”. Əsrlərdən bəri bu
həqiqət dəyişmir: onu dəyişməyə, həqiqəti yalan
eləməyə çalışsalar belə...
Mədəniyyət mənəvi dəyərlər sistemində qardaşı,
qan qohumluğunu, ananı, vətəni qarından önə çəkir
və təbliğat maşınını işə salır. Amma bu, təkcə
təbliğat deyil, həm də qutsal bir dəyərdir.
Sufiliyin çatmaq istədiyi kamillik məqamı da Allah
sevgisini,
ilahi
gözəlliyi,
qəlb
genişliyini,
batini zənginliyi, ürfan işığını qarından qat-qat
üstün tutur. Amma bəlli bir həqiqətdir ki, “ac
adamla tanrıdan danışmazlar”; və ya “ac adamın dini
olmur”; və yaxud “su meymunun boğazına çıxanda
balasını ayağının altına atır” kimi deyimlər
insanlığın düşüncə müstəvisində permanent dolaşır.
Yeyib-içmək və aclıq eyni bir sınağın iki
qütbüdür. Hərçənd mifoloji və dini tekstlərdə
yeyib-içmək və aclıq bir cəza üslubu kimi də
gündəmə gəlir.
Qədim yunan mifologiyasında kimlərisə bolluca
yeyib-içməklə,
kimlərisə
aclıqla
cəzalandırır
tanrılar... Biri mütəmadi yeyir, doyammır və axırda
qayıdıb özünü yeyir, o birisə yaxınlığındakı
yeməklərə əl uzadıb onları ağzına apara bilmir. Hər
iki cəzanın dəhşəti ondadır ki, əbədi davam edir.
16
XX yüzildə rəsmi sovet ideolojisi hər gün
qəzetdən, efirdən bəyan eləyirdi: insan yeyir ki,
yaşasın: amma yemək üçün yaşamır. Cəfəngiyyatdır.
İnsan
yeyir
ki,
özünü
çoxaltsın,
artırsın,
bacardıqca çox enerji toplayıb çox yaşasın. Yaşayır
ki, yesin və yemək fürsətini əldən qaçırmasın.
İnsan
təbiətdən
buna
proqramlaşdırılıb.
Ancaq
məsələ bu ki, yeyib-içmək məqsədə dönəndə aktın özü
neqativləşir.
Rəsmi mədəniyyət özünü həmişə elə aparır ki,
guya qarnı görmür: onu pərpiləməyə, aşağılamağa
çalışır, sakrallığa ünvanlanmış vizual və verbal
mətnlərdən qarınla bağlı məqamları çıxdaş eləyir.
Azərbaycanlılar da çox yeyən, fikri-zikri yemək
yanında
qalan
adamı
“qarınqulu”
çağırıb
utandırırlar və hətta kinayə ilə, məzəmmətlə ondan
soruşurlar ki, “qarın səndən aşağıdır, yoxsa
yuxarı?” Fundamental fəlsəfə sualıdır.
408
Qarın top kimi partlaya bilir: çoxlu yeməkdən,
çoxlu içməkdən, kökəlib şişməkdən... Bu partlayışın
gülüşlə də müşayət olunmaq ehtimalı qədərincədir,
göz yaşları ilə də.
Qarın olumla ölüm arasında gülüş torbasıdır:
o, gülümsünür, ona isə gülürlər. Əsl gülüş
obyektidir qarın; bədənin mərkəzidir: yuxarının
aşağısıdır, aşağının – yuxarısı; onu bununla
əlaqələndirir, bunu – onunla. Bədənin enerji
təminatçısı,
bədənin
enerji
qazanı,
enerji
dəyirmanı odur. Bu elə bir anbardır ki, bütün digər
orqanlara material paylayır, sakral (müqəddəs,
yuxarı) və profan (urvatsız, aşağı) dünyalar
arasında ötürücü olur.
Lakin qarnın aşağı meylliliyi artdıqca, bir az
da bəsit ifadə eləsək, qarın aşağı sallandıqca o,
daha çox gülüş doğurur. Çünki yekə qarın bədənin
əziyyətidir, bədənə əlavə yükdür ki, insan ömrü
boyu onu hıqqana-hıqqana daşımalıdır.
Hərçənd
aşağı
sallanmış
hamilə
qarnı
mübarəkdir, qayğı obyektidir. Ona görə ki, bu
qarnın içində yeni həyat gizlənib.
Bununla
birgə
mədəniyyət
eybəcər
hamilə
qarıların qırmızı gildən düzəldilmiş fiqurlarını da
tanıyır və bu halətdə hətta qarılar gülümsəyir
17
də.
Dünya fəlsəfi fikrində çevriliş etmiş yəhudi
mənşəli rus Mixail Baxtin bu xüsusda yazır ki,
gülən hamilə qarı təsviri Ortaçağ və İntibah
mədəniyyəti
üçün
“çox
xarakterik
və
ifadəli
qroteskdir. O, ambivalentdir: burada ölüm özü
hamilədir, ölümün özü doğur”
18
. Bu fiqurların
fəlsəfəsi
ona
söykənir
ki,
həyat
zəncirinin
qırılmazlığı ölümlə şərtlənir. Başqa sözlə, ölüm
həyatı doğur. Burada yekə qarın pozitivdədir, daha
doğrusu, onun yükü pozitiv mənalarla doludur.
Əslində, qarnın pozitivini şərtləndirən faktor
mərasim gülüşüdür. Mərasim (ritual) gülüşü qarnı
aşağılanmaqdan
qurtarır,
onu
əkinçilik
və
məhsuldarlıq
ayinləri
ilə
əlaqələndirir.
Bu,
yaponların ana təriqəti, qədim inancı sayılan sin-
do (“sin” yaponca tanrı, “do” isə yol deməkdir)
mifologiyasında xüsusilə qabardılır. Əgər qarın
Yerdirsə, niyə də əkinçiliyin reprezentasiyası onun
Dostları ilə paylaş: |