59
həyatiliyini sadə məişət komediyalarının zarafat,
şəbədə və
rişxəndləri vasitəsilə bir daha sınağa çəksin.
İndisə keçək təhlilə. Bu “Leyli və Məcnun”, bu
da “O olmasın, bu olsun”: Üzeyir bəyin yaradıcılıq
salnaməsində yanaşıdır bu adlar. Biri ağıdır,
nalədir, faciədir, digəri zarafatdır, şəbədədir,
komediyadır. Elə buradaca bir anlıq taym-aut
götürürəm. “Məşədi İbad”ı komediya adlandırmaq
olar, ya yox? Məncə, olmaz. Niyə? Hüzurunuza ərz
eləyim ki, dram nəzəriyyəsinin komediya janrı üçün
vacib saydığı iki əlamət bu əsərin təhlili zamanı
aşkarlanmır. Birincisi: pyesin qəhrəmanı Məşədi
İbad öz dövrünün və mühitinin, məişətinin heç bir
qanununu,
mənəvi-əxlaqi
normasını,
psixoloji
standartını, davranış etiketini pozmur. İkincisi:
onun iddiası ilə imkanları arasında bir elə də
böyük ziddiyyət, təzad aşkarlanmır. Təbii ki, yaş
fərqindən başqa. Ancaq bir dəqiqə.
Əgər gözəl Gülnaz kifir kişi Məşədiyə ərə
getsəydi, heç şübhəsiz, iyirmi ya da iyirmi beş
ilə,
necə
deyərlər,
oturuşmuş
qadın
kimi
görünməliydi. XX əsrin ön sənələrində Azərbaycan
mühiti üçün 30-35 yaşlı qadın artıq potensial NƏNƏ
demək idi. Yəni gözəl Gülnazla kifir kişi Məşədinin
yaş fərqi onlar evlənəndən sonra tədricən aradan
götürüləcəkdi. Təsadüfi deyil ki, pyesin finalında
naəlac qalıb 30 yaşlı qulluqçu Sənəmlə kəbin
kəsdirməyə razılıq verən Məşədi özünü uduzmuş,
aldadılmış bilir. Halbuki o, Sənəmdən düz iyirmi
yaş
böyükdür.
Hərçənd
pyesin
iştirakçılarının
hamısı
Sənəmi
Məşədiyə
tay
görür,
onların
evlənməsini məqbul, normal sayır. Hətta 15 yaşlı
Gülnaz da Sənəmə öz dayəsi (və ya süd anası) kimi
yanaşır. Deməli, Gülnazla Məşədinin aralarındakı
yaş fərqinin də qısa bir vaxt intervalında itəcəyi
60
ilə bağlı mənim gəldiyim qənaət həmin dövrün
sosial-psixoloji portretinə tam uyğundur.
Və... bundan əlavə... bir komediya qəhərmanı
kimi Məşədi İbadın heç bir mühüm qüsuru, defekti
yoxdur: nə şürbidir, nə kələkbaz, nə qoçudur, nə də
ədəbaz; halal çörək yeyib, halal dolanıb. Evlənməyə
də ixtiyarı çatır. Bu, onun hüququdur. Məşədi
hörmətli tacirdir (pyesin teksti onu tacir kimi,
məna qatları isə baqqal kimi tanıtdırır), pullu
adamdır, yaşayışı firavandır. Cəsarəti, fiziki
enerjisi də fontan vurur ki, toy eləyib təzə arvad
almaq istəyir. Amma di gəl ki, bu əməli-saleh
müsəlman kişi KEÇƏL VƏ HƏPƏNDDİR. Məşədi bir də ona
görə gülüş obyektidir ki, köhnəsidir, toplum içrə
“naftalinli” münasibətlərin, köhnə yaşam tərzinin
təmsilçisidir.
Köhnəyə,
həpəndə
gülmək
isə
maarifçiliyin şüarıdır, maarifçilərin şakəridir.
Lakin Məşədi İbad bir obraz kimi “Leyli və
Məcnun” operasını bəstələmiş bir insanın dühası
qənşərində olduqca cılız fiqur kimi görükmürmü?
Eləcə də digər personajlar: zirək “student baba”
Sərvərdən, cüvəllağı ziyalılardan, mal-dövlətilə
birgə qeyrətini də itirmiş Rüstəm bəydən, “dil
pəhləvanı” qoçu Əskərdən tutmuş ta abır-həyasının
qayğısına qalmayıb cavan bir oğlanla öz atası
evində xəlvəti görüşən gül üzlü Gülnaza, qulluqçu
Sənəmə, zəvzək hambala qədər kim varsa, hamısı
haqqında bu ifadəni işlətmək mümkün. Məhz burada
əsər müəllifinin maarifçi mənsubiyyətini nəzərə
alıb demək olar ki, “Məşədi İbad” operettasında
Ü.Hacıbəylinin
məqsədi
azəri
türklərinin
“zamansızlaşmış”
adət-ənənələrinə,
onların
qarabasmaya
çevrilmiş
vərdişlərinə,
əda
və
davranışlarına, divanə məntiqli iddialarına gülmək,
xalqa
həpəndlər
səltənətinin
üz
və
astarını
göstərməkdir. Olsun, lap yaxşı. Ancaq bunun üçün
Hacıbəyli cənablarına onun yazdığı felyeton və
61
məqalələr azlıq edirdimi? Bu sual isə artıq heç bir
məntiqə tablamır. İstedadlı adama, o da ola
ədəbiyyat
dünyasında,
nə
çərçivə,
nə
yasaq?
İstədiyini yazacaq. Onda mən sualı bir qədər
dəyişdirirəm. Əgər Üzeyir bəy həpəndlər mühitinin
yaratdığı Məşədi İbadı sosial bir tip kimi rüsvayi-
cahan etmək fikrindəydisə, o zaman nəyə görə öz
əsərində
mütəmadi
surətdə
“Leyli
və
Məcnun”
sərgüzəştinə eyham vurmalıydı?
İş bu ki, “O olmasın, bu olsun” Üzeyir bəy
tərəfindən “Leyli və Məcnun” operasına MƏSXƏRƏ,
ŞƏBƏDƏ kimi düşünülmüşdü. “Məsxərə” maska, zarafat,
lağ eləmək mənalarında işlənən və ərəb dilindən
alınma bir söz olub Azərbaycan milli mədəniyyətində
həm də məzhəkə oyun növünü bildirir. Mənşəcə saray
tamaşaları ilə bağlanan, sonralar isə meydanlarda,
karvansara və çayxanalarda göstərilən məsxərələrdə
ayrı-ayrı peşə sahiblərinin, müxtəlif etnoslardan
olan insanların davranışına, nitqinə, görkəminə
şəbədə edilirdi. Avropa teatr mədəniyyətində isə
məsxərəyə tuş gələn janr BURLESK adlanır. Burlesk
şişirtmə forması olub alicənab və ülvi mövzulara
çox adi yozumlar verir və beləliklə, ciddi janra
qrotesk, ya da loru dillə yazılmış parodiya donu
geyindirir.
Burlesk
janrında
yazılmış
pyesə
PARODİYA deyilir. Onda belə çıxır ki, məsxərə
burleskdir,
parodiya
şəbədə.
Avropa
teatr
mədəniyyətinin
tarixində
məşhur
ədəbi-bədii
nümunələrə məsxərə yazmaq, onlara lağ eləmək
vaxtilə bir ənənə olub, bir dəb olub. Məhz bu
baxımdan “O olmasın, bu olsun” milli mədəni
kontekstin bənzərsiz hadisəsidir və Azərbaycan
teatrının ilk ədəbi məsxərəsidir. “Leyli və Məcnun”
müsəlman Şərq poeziyasının gələnəksəl alicənab,
ülvi
mövzusudur,
“Məşədi
İbad”
isə
onun
parodiyasıdır, şəbədəsidir. Əgər elədirsə, onda
faktları ortaya qoymaq bir zərurət.
Dostları ilə paylaş: |