83
qarşılasa yaxşıdır. Çünki bu dəm, yəni keçəlliyi
faş
olanda,
“abrazavannı”
adamlara
oxşayacaq.
Məşədi verir qərarını, onu yerinə yetirir də:
papağı başından götürür. Bu jest artıq Məşədi
İbadın gülüş hədəfinə, gülüş obyektinə çevrildiyini
bildirən işarədir. Onun sərgüzəştləri, lətifəsi,
qaravəllisi də məhz papağı başından “gedəndən”
sonra başlayır.
PAPAQ
KEÇƏLİN
YARAĞIDIR,
SİPƏRİDİR,
MÜDAFİƏSİDİR.
Elə bil ki papaq Keçəli camaatın gülüşündən
qoruyur. Məşədinin də başına kələk gəlməzdi, gərçi
o, papağını götürüb keçəlliyini göstərməsəydi.
İndi, yaxşı, bu səhnəni Üzeyir bəy təsadüfən yoxsa
meydan
oyunlarının
xarakterini,
hüsnünü,
məna
qatlarını bilə-blə yazıb? Dəqiq və konkret cavab
araşdırmanın bu müstəvisində mümkünsüzdür. Amma iş
işə yaman oxşayır. Məsələ bu ki, Keçəl meydan
oyunlarının, kukla və kölgə tamaşalarının mərifətə,
savada, lütfkarlığa can atan personajıdır. Onun daz
başı bu istək ucbatından daim bəlalar çəkib. Kölgə
teatrının qəhrəmanı Qaragözün də tez-tez gülünc
vəziyyətlərə düşməsinin səbəblərindən biri onun
ədəb-ərkan qaydalarını özümsəməyə cəhd etməsi,
sonucda isə onları tərsinə yozmasıdır. Məşədi də
“abrazavannı” görünmək iddiası ilə öz papağından
imtina edir: dazlıq Məşədinin təsəvvürünə görə
alim, çox oxumuş adamın nişanəsidir. Belə ki,
keçəllik gülüş mədəniyyətinin kontekstində savadın
mütləq atributu, əlaməti kimi çözülür. İndi kim
deyər ki, Məşədi İbad xalqın meydan oyunlarının
qəhrəmanı Keçəlin əkiz qardaşı deyil? Mənə qalsa,
elə hesab eləyirəm ki, Məşədi İbad Qaragözün və
Keçəl Pəhləvanın aynada görünən əksi kimi bir
şeydir. Bu obrazların canı, qanı, mayası birdir.
Başqa bir əlamətə görə də onlar oxşardırlar. Bu
personajların hər biri öz yaşadığı yerin, obanın,
84
kəndin, məhəllənin, şəhərin Don Juanıdır, bir az
kobud
desəm,
arvadbazıdır,
şorgözüdür.
Bu
qəhrəmanlar iştirak etdikləri bütün süjetlərdə
özlərini potensial BUĞA (ÖCÜL), kişi seksuallığının
etalonu kimi aparır və bir qadını belə əldən
buraxmırlar. Qadın personajlar da həmişə onlara
vurğun olurlar. Elə bu ifrat erkəklik duyumunun
ucbatından istər Keçəl, istər Qaragöz, istərsə də
Keçəl Pəhləvan dəfələrlə lağ, şəbədə obyektinə
çevrilirlər. Bu mənada Məşədi öz prototiplərindən
(folklor sələflərindən) heç nə ilə fərqlənmir.
Məşədi İbad rəsmi mədəniyyət müstəvisində Keçəl
ampluasını tanıtdırır. Belə də demək olar ki, “O
olmasın, bu olsun” məsxərəsinin Keçəl Pəhləvanı,
Qaragözü Məşədi İbaddır. Lakin bu fikrə etiraz
etmək mümkündür. Nə üçün Məşədi İbad Qaragöz və ya
Keçəl Pəhləvan kimi öcəşkən, hiyləgər, çevik,
vələdüzna bir qəhrəman deyil? Məncə, ona görə ki,
Məşədi İbad XX əsrin Keçəlidir, köhnəlmiş həyat
tərzinin, dünyaduyumunun və, nəhayət, “primitiv”
meydanın yorulmuş nümayəndəsidir, xalqın gülüş
mədəniyyətinin
müəyyən
qədər
qocalmış
sonuncu
nəhəngidir. Yalnız XX yüzil Keçəl Pəhləvanı,
Qaragözü
Yaxın
və
Orta
Şərqin
meydan
mədəniyyətinin, gülüş mədəniyyətinin kontekstindən
çıxarıb Məşədi İbad kimi həpənd göstərə bilərdi və
onu bolluca tənqid edərdi. Yalnız XX əsr Keçəli
cılızlaşdırıb, “qocaldıb” sosial tipə çevirməyə
qabil idi. Yalnız XX yüzil bambılı bir “student
baba”nın əliylə Keçəli aldatmağa, onu dolamağa,
nüfuzdan salmağa rüsxət verərdi və i.a. və s. Necə
deyərlər, babalı XX əsrin və Hacıbəyli cənablarının
boynuna...
85
MİLLİ TEATRIN PARAD QİYAFƏSİ
Azərbaycan milli teatrının parad qiyafəsi
“Leyli və Məcnun” operası, “O olmasın, bu olsun”,
“Arşın mal alan” operettalarıdır. Mən “Arşın mal
alan” əsərini “Məşədi İbad”ın daha kübar, və daha
sosial invariantı kimi qavrayıram. Ol səbəbdən elə
bilirəm ki, Üzeyir bəyin “Leyli və Məcnun”u ilə
“Məşədi İbad”ı azərbaycanlıların vizual və verbal
mədəniyyətinin, mentalitinin varolma amplitudasını
obrazlaşdırır.
Yəni
bu
iki
əsər
Azərbaycan
mədəniyyətinin
qütb
hüdudlarını
cızır.
Xalq
arasında onlar qədər sevilən, alqışlanan başqa bir
tamaşa
tapmaq
çətin.
Azərbaycan
milli
teatr
mədəniyyətinin
akkumulyativ
enerji
nöqtələri
Hacıbəyli cənablarının yaradıcılığı boyu paylaşıb.
“Məşədi İbad” artıq “Leyli və Məcnun” kimi, “Arşın
mal alan” kimi, “Koroğlu” kimi zövqlər, əqidələr,
sosial-siyasi baxışlar dışındadır. “Məşədi İbad”
artıq məsxərə, şəbədə deyil, XX əsr Azərbaycanında
bütün nəsillərin ən unudulmaz və ən məzəli
lətifəsidir, hadisəsidir. El içində “Məşədi İbad”ın
bu qayədə populyar olmasının səbəbi nədir? Sualın
cavabı gün kimi aydındır. Üzeyir bəyin “O olmasın,
bu olsun” məsxərəsi birbaşa şəkildə xalq gülüş
mədəniyyətinin hüsnü və ənənələriylə bağlıdır,
xalqın meydan həyatına refleksiyadır. Seyrçini nəyə
və necə güldürmək baxımından da bu məsxərə əsl
məhəllə şəbədələrini xatırladır.
O da mümkündür ki, Hacıbəyli cənabları Məşədi
İbad hekayətini hər hansı bir nağılçının və ya
löbətbazın
(kuklaçının)
dağarcığından
(repertuarından) götürmüş ola. İş bu ki, müsəlman
mədəniyyəti kontekstində ənənəvi kukla və kölgə
teatrlarının
repertuarına
daxil
olan
əksər
pyeslərdə qəhrəmanların düşdükləri əksər gülməli
vəziyyətlər “O olmasın, bu olsun” məsxərəsinin bir
Dostları ilə paylaş: |