Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə29/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   25   26   27   28   29   30   31   32   ...   135

 

86 


çox 

maraqlı 


səhnələrinin 

modelidir, 

sxem-

cədvəlidir. Belə ki, meydan tamaşalarının, kukla və 



kölgə 

oyunlarının 

xalqın 

gülüş 


mədəniyyətinə 

köklənmiş  mövzuları  ƏR  və  ARVADIN,  AŞİQ   



MƏŞUQƏNİN  intim  həyatının  gülünc  erotik-seksual 

tərəflərindən, 

onların 

yırpanmış 

gündəlik 

münasibətlərinin  cəfəng,  ağlasığmaz  təzahürlərindən 

bəhs  edirdi.  Bu,  elə  belə  də  olmalıydı.  Çünki 

meydan  əhli  ər  və  arvad,  kişi  və  qadın  arasındakı 

sosial-psixoloji 

ünsiyyətin, 

intim 

əlaqələrin 



ictimai  ekrana  gülməli  “həngamələr”,  zarafatlar, 

məzəli 


olaylar 

şəklində 

qadağasız-filansız 

proyeksiyasından  coşurdu,  həzz  aparırdı.  Müsəlman 

mədəniyyəti 

kontekstində 

əsas 

seyrçi 


kütləsi 

kişilərdən  ibarət  olduğundan  bu  tamaşalar  da 

meydanın 

bığıburma, 

şəvəsaqqal, 

başıpapaqlı, 

əyniçuxalı  usta,  baqqal,  qoçu  və  hamballarının 

zövqünə, 

psixofizioloji 

təbiətinə 

uyğunlaşdırılırdı. 

Odur 


ki, 

burada 


ədəbsiz 

jestlərə,  rəftar  və  söyüşlərə  geniş  yer  verilirdi. 

Təsadüfi deyil ki, Atatürk Mustafa Kamal Paşa 1923-

cü  ildə  “Qaragöz”  kölgə  teatrını  Türkiyədə  qadağan 

edir.  Buna  qədərsə  teatrın  tamaşaları  sünnət 

toylarında, 

çayxanalarda, 

qəlyanaltılarda 

oynanılarmış.  Nədən  ki,  bu  məkanlara  daxil  olmaq 

qadınlara o vaxtlar yasaq buyrulmuşdu. Başqa yöndən 

baxanda  isə  problem  bir  azcana  ayrı  cür  görünür: 

meydan  aktyorları,  nağılçılar  və  löbətbazlar,  axı, 

qadın seyrçilərdən nə qazana bilirdilər ki? Deməli, 

onların  (meydan  aktyorlarının)  özlərinə  də  kişi 

seyrçilər  qarşısında  çıxış  etmək,  məhz  kişilərin 

zövqünü  oxşamaq,  maraq  və  istəklərini  üstün  tutmaq 

daha  sərfəli  idi.  Həqiqətən,  islam  mədəniyyəti 

kişilərin 

mədəniyyəti 

kimi 

yaranıb, 

kişilərin 

mədəniyyəti  kimi  də  formalaşıb.  Ortaçağ  müsəlman 

ölkələrində  meydanın  SAHİB  və  SAKİNLƏRİ  yalnız 




 

87 


kişilər  idi  və  onların  küfr  danışmaqdan  savayı  hər 

bir işə rüsxəti (icazəsi) çatırdı. 

     Lakin...  və  bir  də  lakin...  Üzeyir  bəy  meydan 

lotusu  Keçəli  Məşədi  İbad  qiyafəsində  elə  “yolub 

daradı”,  ona  rəsmi  mədəniyyətdə  elə  parad  forması 

verdi ki, bu seksual nəhəngin, bu Şərq Don Juanının 

əməl və hoqqalarına kişilərlə bərabər qadınların da 

tamaşa  etməsi  mümkünləşdi.  Bu  mövqedən  yanaşanda 

görünür  ki,  “O  olmasın,  bu  olsun”  məsxərəsi  XX 

yüzil  Azərbaycan  mədəniyyətində  düşüncə,  qavrayış 

müstəvisində  zühura  gələn  koordinal  dönüşü,  bu 

dönüşün xarakter və təbiətini simvolizə edir. 

     Çözdüyüm  problemlərlə  ilişikli,  məncə,  cəmi 

bir 


məsələ 

qaldı. 


İş 

bu 


ki, 

müsəlman 

məmləkətlərində  Orta  əsrlərdən  üzü  bəri  xalqın, 

xüsusilə,  kişilərin,  sevimli  əyləncəsi  sayılan 

kukla  və  kölgə  teatrlarının  repertuarına  çoxsaylı 

müasir pyeslərlə yanaşı “Fərhad və Şirin”, “Əsli və 

Kərəm”,  “Tahir  və  Zöhrə”,  “Leyli  və  Məcnun”  kimi 

adı bəlli oyunlar da həmişə daxil olub. Amma tamaşa 

zamanı  bu  qəmli,  hüznlü  eşq  sərgüzəştləri  xalqın 

gülüş  mədəniyyətinin  prinsiplərinə  uyğun  şəkildə, 

Qaragöz  və  ya  Keçəl  Pəhləvanın  birbaşa  müdaxiləsi, 

iştirakı  ilə  ifa  edilirdi,  daha  doğrusu,  kölgə 

teatrının  “ayna”sında  (ekranında)  həmin  əsərlərin 

qəhrəmanlarının 

şəbədəsi 

çıxarılırdı, 

onlara 

məsxərə  yapılırdı.  Bu  üsulla  kukla  və  kölgə 



teatrlarının  ustad  löbətbazları  müsəlman  Şərqinin 

klassik  eşq  dastanlarına  məsxərə,  şəbədə  donu 

biçir,  hər  hansı  bir  məşhur  əsərin  astarını  üzünə 

çevirir, 

bilərəkdən, 

meydan 


mədəniyyətinin 

mövcudluq  prinsiplərinə  uyğun  urvatlı  ilə  urvatsız 

olanın 

yerlərini 



taydəyişik 

salırdılar. 

Belə 

olduqda fəci taleli  romantik qəhrəmanların kukla  və 



kölgə  teatrlarında  görükdürülən,  amma  gerçək  həyat 

məntiqinə 

sığmayan 

davranışlarına, 

ədalarına, 

həmçinin  ibarəli  nitqlərinə,  mənasız  iddialarına, 




 

88 


mistik  sevgilərinə,  varolma  pafosuna  gülməkdən 

savayı  camaatın  əlacı  qalmırdı.  “O  olmasın,  bu 

olsun”  məsxərəsi  də  məhz  bu  ənənənin  davamı  kimi 

“oxunur”. 

      Son  cümlə  həmişə  ədəbiyyatın  paradı  olur. 

Bütün  bunları  bircə-bircə  aşkarlayıb  sadalamaqda 

məqsədim  Azərbaycanın  dahi  bəstəçisi  və  maarifçisi, 

dramaturqu 

və 

publisisti 



Üzeyir 

Hacıbəyli 

cənablarının  suggestiv  təsirə  malik  “Məşədi  İbad” 

məsxərəsinin  xalqın  meydan  həyatı,  milli  gülüş 

mədəniyyətilə 

və 


hətta 

mifik 


təfəkkürü 

ilə 


möcüzəli,  orqanik,  qeyri-adi  bir  tərzdə,  arxetiplər 

səviyyəsində  bağlı  olduğunu,  və  heç  də  təsadüfi 

yazılmadığını, 

yəni 


tək 

bir 


ilham 

pərisinin 

qanadlarında  göydən  yerə  enmədiyini  göstərməkdən, 

əsərin  bütöv  şəkildə  türk  müsəlman  mədəniyyətinin 

vizual  və  verbal  gələnəklərinə  söykəndiyini  çözüb 

konkretləşdirməkdən ibarət idi. 

       Bu məqalənin şirinliyi də bir kəllə qənd, üç 

manat pul olsun… Vəssəlam-şüdtəmam...  

 

  

Ədəbiyyat: 



Karasyov  L.V.  Qoqol  i  ontoloqiçeskiy  vopros  // 

Vopr.filossofii. - 1993. - № 8. -  S. 84.     

2

  Karasyov  L.V.  Mifoloqiya  smexa  //  Vopr.  filosofii.  - 



1991. - № 7. -     S. 73. 

3

  Bax:  Təhməzov  N.N.    Xalq  tamaşalarında  rejissorluğun 



metodikası. - B.: APİ, 1986. - 30 s.  

    


                                                                                   

                                                                                               

                                2000-ci il 

 

 



 

 

                         




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə