89
BƏDƏN VƏ RUH
KULTUROLOJİ PROBLEM KİMİ
(fəlsəfi eskizlər)
“Anlamaq münasibət obyektivliyi deməkdir”.
Katsuki Syökida
1
Mədəniyyət
bədən
və
ruhun
oyunlarının
müstəvisidir: hər bir hadisədə, hər bir hadisənin
mənasında, mahiyyətində və formasında təzahür edər.
“Pənbeyi-daği cünun içrə nihandır bədənim, diri
olduqca libasım budur, ölsəm, kəfənim”. Bədən
cünun
dağının
pənbələri
arasında
gizlədilib:
görünmür. Bu pambıq tayası (yəni libas, geyim)
bədən üçün həmişə potensial örtükdür (niqabdır,
hicabdır,
cilbabdır,
pərəncədir,
çarşabdır,
maskadır) və kəfəndir. Mən söyləmədim, Füzuli belə
dedi: diri libası ilə ölü kəfənini bir-birinə
müsavi götürdü. İnsan geyinib insan olur, geyinib
təbiət içindən mədəniyyətə adlayır. Libas təbiətlə
mədəniyyət arasında bir ötürücü, mediator. Adəm və
Həvva qadınla kişi bədənlərinin fərqlərinə varanda,
özlərini tanıyanda utandılar, həya elədilər, əncir
yarpağından ilk geyim variantı kimi yararlandılar.
Əcəba,
bədəni
libas
içrə,
pənbə
içrə
məxfiləşdirmək, nihan etmək, gizlətmək nə demək? Bu
da bir oyunmu, yahu? Şübhəsiz, bu insanın psixoloji
tarazlığı, birgəyaşayış qanunlarının tənzimlənməsi
üçün labüd bir oyun. Amma bir fikir verin:
mədəniyyət öz mövcudluq tarixi boyunca ruhu həmişə
bədəndən üstün tutub, bədəni ruh qarşısında daim
kiçildib,
miskinləşdirib.
Hərçənd
mədəniyyət
tarixindən bədənin ruhu üstələdiyi dövrlər də
məlum. Di gəl ki, hətta bu çağlarda belə bədən
ruhun
gözəlliyini
gözəl
fizioloji
formada
güzgüləyən təzahürdən başqa bir şey olmayıb.
90
Bədənin yerini və statusunu mədəniyyət şəbəkəsində
necə müəyyənləşdirmək mümkün? Bədən və varlıq,
bədən və cəmiyyət, bədən və mədəniyyət refleksiyası
hansı
ontoloji,
psixoloji
və
sosioloji
paradiqmalara (sxem-cədvəllərə) söykənir? Təbiət
bədəni “sifariş” eləyir, bədən - cəmiyyəti, ruh -
mədəniyyəti. Varlıq, toplum və mədəniyyət bədəndə
bir ortama gəlir: bədəndən onların üçünə də qapı
var.
Bədən
və
ruh
əbədi
bir
tapmaca
kimi
kulturoloji problemdir. Çünki ruh mifdir, fikir
işçilərinin
qeyri-səlis
məntiqinin
yaradıcı
imperatividir.
Ruh
insanın
sübuta
yetirmədiyi
kəşfidir. Mən elə hesab edirəm ki, kulturologiyanın
prerdmeti bədənlə ruhun zaman və məkan çərçivəsində
qurduğu,
düzənlədiyi
oyunlardır,
bu
oyunların
tipidir, janrıdır, üslubudur. Məhz bu oyunlar
“mədəniyyət” adlanır. Onda başlayaq:
BƏDƏN OLUMDUR,
öldü, meyit olur: yəni ki, bədən vücuddur, mövcud
olandır, təpədən dırnağadək materiyadır, varlığın
təzahür formalarının zəncirində sonuncu həlqədir.
Allah
Adəm
və
Həvvanın
torpaqdan
yapılmış
bədənlərinə can verdiyi gündən üzü bəri artıq heç
nə yaratmır. Hər şey təkrar istehsaldadır. İnsanın
bədəni sanki varlığın ən axırıncı divarıdır,
təbiətin möhürüdür. Bədənlə təbiət qurtarır. Tanrı
öz yaradıcılığına insanla (onun bədənilə) yekun
vurur. İnsan bədəni tanrı heykəltəraşlığının ideal
təcəssümüdür. Təbiət bədənə çatıb dayanır: çünki
ondan
o
yanası
mədəniyyətdir,
mədəniyyətin
formalaşdırdığı,
idarə
etdiyi
cəmiyyətdir.
Öz
ontoloji statusu etibarı ilə bədən sosial dünyaya,
topluma, mədəniyyətə yad elementdir. Əgər insan
sürüdən çıxıbsa, və əgər sürü primitiv cəmiyyət
variantıdırsa, bəs onda necə olsun? Məsələ bu ki,
bədən varlığın özüdür, sürü isə tələbat, zor və
91
qanun zəminində primitiv təşkilatlanmadır. Başqa
sözlə, bədən “mən” olub sosial dünyada yaşamağa
məhkum təbiətdir. Cəmiyyət (sürü) bədənlərin yox,
işarələrin
cəmiyyətidir.
Toplum
içrə
bədən
işarələrin köməyilə öz mövcudluğunu tənzimləyir və
birgəyaşayışın şərtlərini açıqlayır. Elə ki,
işarələr
adekvat
qavranılmadı,
anlaşılmadı
və
onların yozum variantları çoxaldı, cəmiyyət (sürü
toplumun primitiv modeli kimi) dağılır. Odur ki,
cəmiyyəti
işarələr
sistemi,
yəni
mədəniyyət
formalaşdırır. İndən sonrasına bədən simvolların,
eyhamların səltənətindədir, onların tabeliyindədir.
Bədənlə varlığın kündəsi eynidir. Lakin bədən
“mən”
kimi
topluma
inteqrasiya
olanda
özünü
təbiətdən ayırıb bildirici olur. Fizioloji bədən
instinktlər
bədənidir:
bütün
canlılarla
eyni
hücrəni bölüşür. İnsan instinktlərinə sahib çıxmağa
başlayanda mədəniyyət yaranır, “mən” yaranır və
bədən sosiallaşır. “Mən” artıq sosial bədəndir və
bu statusda o özünü təbiətə qarşıdurum bilir.
İnstinktlər
bədəni
“dəyişkənliyin
daimiliyini”
2
eyhamlaşdırır. Bu bədən özünə zamandan oyuncaq və
əyləncə
düzəltmir.
Ona
görə
ki,
instinktlər
bədənində “mən” olmadığından o, heç nədən ötrü
darıxmır. Sosial bədənsə özünü ZAMAN ölçüsü kimi
aparır. Çünki “mən” dəyişkənliyi aradan götürüb
yalnız daimiliyi saxlamaq, əbədiyyətin mövcudluğuna
inanmaq istəyir. Məsələ bu ki, əgər zaman yoxdursa,
əbədiyyət də yoxdur, yalnız permanent dəyişmələr
var. Sosial bədən zaman formasıdır: ol səbəbdən ki,
“mən” öz ömrünün, bədən enerjisinin aktivlik
müddətini hesablamağı bacarır; yəni zaman sosial
anlayışdır.
Zaman
təbiət
üçün
cəfəngiyyatdır.
Sosial bədənin dışında isə mütləq bir dəyişmələr
zamansızlığı yaşanılır. Zamanın rəsmini insanın
sosial bədəni cızır. SOSİAL BƏDƏN VARLIĞIN ZAMAN
BORUSUDUR. Biz məhz “mən”ləşmiş bədəni insan
Dostları ilə paylaş: |