Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə38/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   34   35   36   37   38   39   40   41   ...   135

 

113 


görə  də  qədim  yunan  üçün  bədən  taledir.  Yunan 

mifologiyasının  bütün  personajlarının  məqsədi  öz 

bədənlərilə  talelərinin  əksinə,  əleyhinə  getməkdir; 

yəni  bədənlə  verilmiş  taleni  inkar  etməkdir;  sanki 

öz  bədənlərindən  “sıçrayıb”  kənara  tullanmaqdır, 

tanrılaşmaq  istəyidir,  tanrı  bədəninə  sahib  olmaq 

niyyətidir.  Qədim  yunan  üçün  onun  öz  bədəni  ideal 

alətdir,  vasitədir,  güc  və  gözəllik  “maşını”dır. 

Lakin yunan bilir ki, bu “maşın” nə vaxtsa sınacaq, 

korlanacaq.  Ona  görə  də  çalışır  ki,  qəhrəmanlıq 

yolu  ilə  tanrılara  məxsus  əbədiyyəti  alsın  və  bu 

əbədiyyəti öz bədəninə paltar kimi geydirsin. Dünya 

mədəniyyətində 

dirilik 


suyu 

(abi-zəmzəm) 

axtarışının kökü, şəcərəsi buradan gəlir.  

     Antik 

yunan 

mədəniyyətinin 



əbədiyyət 

və 


ilahilik 

sorağında 

bulunan 

bədəni 


Roma 

imperiyasının  küçələrində    kobud  erotikaya  qoşulub 

murdarlaşır,  heyvaniləşir,  sırtıq  şəhvani  oyunların 

abırsız  təhrikçisinə  çevrilir  və  hörmətdən  düşür. 

Elə bu zaman insan öz bədənindən utanmağa başlayır. 

Halbuki  bu  bədən  Zevsin  (Yupiterin)  öz  bədəni  idi. 

Situasiyanın  dəyişməsinin  əsas  səbəbi  nədir?  Məsələ 

bundadır  ki,  qədim  Roma  mədəniyyəti  kontekstində 

bədən emosiyalarla dolu bir qabdır və bu qab hər an 

daşmaq  ərəfəsini  yaşayır.  Burada  artıq  bədən 

taleyin və həzzlərin köləsidir və onun əbədiyyətlə, 

tanrılaşmaqla  heç  bir  işi  yoxdur.  Odur  ki,  antik 

mədəniyyət  öz  sonuna  vardığı  məqamda  bədənlər 

“büzüşür”,  kifirləşir,  skeletə  oxşayır,  meyitləşir 

və  üst-üstdən  paltarlara  bürünür.  Çünki  artıq  bu 

zaman  qapıda  xristianlıq  dayanmışdı.  Xaçpərəstlik 

bədənə 

münasibətdə 



yeni 

qavrama 


modusu 

formalaşdırdı. 

Ortaçağ 

Avvropa 


mədəniyyəti 

kontekstində  bədən  “mən”  üçün  bir  özgəsidir  və  bu 

qarşıdurumda  “mən”  hökmən  bədənə  qalib  gəlməlidir, 

təbiəti 


özündən 

kənarlaşdırmalıdır. 

Nədən 

ki, 


təbiət  instinktlərdir,  ehtiraslardır,  istəklərdir. 


 

114 


Elə 

bu 


səbəbdən 

xaçpərəstliyin 

mübarizəsi 

bədənlədir,  cəhdi  isə  bu  bədəni  diri-diri  monastr 

divarlarına  hörməkdir,  onu  soyuq,  daş  hücrələrdə 

çürütməkdir  və  ruhu  imtahana  çəkməkdir.  Lakin 

bununla  yanaşı  xristianlıq  öyrədirdi  ki,  insanın 

bədəni  “tanrı  məbədgahı”

22

  kimidir.  Hətta  Kuzalı 



Nikolay  Allahı  “kəlisa  bədəninin  başçısı”

23

  hesab 



edirdi.  Di  gəl  ki,  bunların  heç  biri  Orta  əsrlər 

Avropasında  dini  kontekstə  ciddi  təsir  göstərmirdi: 

bədən  hər  bir  vaxt  sadomazoxist  hücumlar  obyekti 

olaraq 


qalırdı. 

Məqsəd 


bədəni 

ram 


etmək, 

ehtirasları  bədən  proqramından  silmək,  onu  tanrıya 

itaət  dolu  bir  lampaya  və  ya  müti  ipli  kuklaya 

çevirmək idi. 

     Əhya 

(İntibah) 

dövrü 

Avropa 


mədəniyyəti 

calışacaq  ki,  antik  yunan  mədəniyyətində  olduğu 

kimi 

bədəni 


yenidən 

tanrılaşdırsdın, 

onun 

gözəlliyini 



özünə 

qaytarsın, 

“mən”in 

ximerik 


iddialarının puçluğunu göstərsin. Amma bu istək tam 

gerçəkləşməyəcək,  alayarımçıq  baş  tutacaq.  İntibah 

rəssamlarının  tabloları  çılpaq  qadın  və  kişi 

fiqurları  ilə  dolacaq,  tişə  ustaları  ara  vermədən 

çılpaq  heykəllər  yapacaqlar.  Hərçənd  bu  bədənlər 

son  dərəcə  süst  və  ləms  görünəcəklər,  sanki  meyit 

bənzərində  olacaqlar:  onların  içində  heç  bir 

emosiya  qışqırmayacaq.  Sən  bu  bədənlərə  baxacaqsan 

və orada İsa Məsihin çarmıxdakı inert bədənini seyr  

edəcəksən.  “Kəlisa  bədəni”  bütün  instinktləri, 

refleksiyaları  öldürülmüş  bədən  kimi  mənalanmırmı, 

yahu?  Və  ya...  Ortaçağ  Avropasında  rahib  cübbəsinə 

“bükülmüş” 

 

bədən 



Əhya 

dövründə 

pırpızlaşıb 

qırçınlı, bahalı donların içinə girəcək, kukla kimi 

bəzənib  düzənəcək  və  teatral  bir  görkəm  alacaq. 

Bədən  maksimal  şəkildə  qrimlənəcək,  maskalanacaq, 

çılpaqlıq  minimuma  endiriləcək.  Bu  o  demək  idi  ki, 

İntibah  xaçpərəstliyin  bədənlə  bağlı  ideyalarını 

iki  əks  qütbdə  gəlişdirirdi.  Bir  qütbdə  çılpaqlıq 



 

115 


aparıcı  mövqedədir,  digər  qütbdə  isə  masakalanmaq. 

Qəribə 


bir 

paradoks. 

Xristianlıq 

tablolardan 

seyrçiyə  baxan  çılpaq  bədənlərə  necə  dözürdü? 

Potensial  meyitə  necə  dözərsən  ha,  bax,  eləcə 

dözürdü.  Bəs  maskalanmağın  izahı  nə  ilə  bağlı?  Bu 

da  elə  birinci  məqamla  ilişikli:  yəni  heç  bir 

paradoks-filan  yoxdur.  Xaçpərəstlik  öz  üslubuna 

xəyanət  eləmir.  Müsəlman  miniatür  müsəvvirlərinə  də 

insan  şəkli  çəkmək  birbaşa  qadağan  olunmur,  amma 

rəssam  qarşısında  şərt  qoyulur:  çəkdiyini  candan 

məhrum  elə!  Ona  görə  də  miniatürdəki  insan 

fiqurları  çox  vaxt  maskada  olub  sənə  iki  gözlə 

tamaşa  edirlər.  Müsəlman  rəssamı  canlı  məxluqun  

həqiqi  üzünü  verdikdə  isə  onları  seyrçiyə  ya 

profildən  göstərir,  ya  da  boğazlarının  üstündə  düz 

qara  xəttlər  (ərəb-mesopatam  məktəbi)  çəkir.  Yəni 

mənim rəsm etdiyim canlı deyil, ölüdür, meyitdir və 

tanrı  yaradıcılığına  heç  bir  iddiam  yoxdur.  Bunun 

da  şəcərəsi  uzaq-uzaq  keçmişlərdədir.  Tarixdən 

bəllidir  ki,    insanlar  öz  üz  və  bədənlərini 

“bəzəməyi”  öyrənməmişdən  öncə  meyitləri  qrimləməyi, 

maskalamağı 

bacarırdılar. 

Bəşər 


mədəniyyəti 

tarixində ilk bəzənən nəsnə TOTEM oldu: totem ölmüş 

(öldürülmüş)  Atanın  maskası  idi.  Bəzənmək,  yəni 

olduğu kimi görünməmək, öz həqiqi üzünü faş etməmək 

ölümün  xüsusiyyətidir.  Dünyanın  bir  çox  aborigen 

tayfaları  meyitlərini  bəzəndirib  ölüm  səltənətinə 

yola  salardılar,  ayrı  cür  desəm,  ölü  bədəndən 

potensial  kukla  düzəldərdilər.  İnsanı  maska,  qrim, 

geyim,  bəzəklər  vasitəsilə  kuklalaşdırmar  (və  ya 

meyitləşdirmək)  mədəniyyətlərdə  mövcud  dəblərin  ən 

sürəklisidir. 

Bəyəm 


lələklərlə 

və 


rənglərlə 

bəzədilmiş  aborigenlər  avropalılarda  həməncə  kukla 

təəssüratı  oyatmır?  Məgər  Misir  fironları  qrimlənib 

taxt-taca  çıxanda  meyitə,  kuklaya  oxşamırlarmı? 

Onlar  özlərini  Günəş  elçiləri  sanırdılar.  Uşaqların 

çəkdikləri  şəkillərdə,  düzəltdikləri  kuklalarda  hər 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə