Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə40/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   36   37   38   39   40   41   42   43   ...   135

 

119 


nəsnə  sonucda  çönüb  onun  məhvinə,  ölümünə  fərman 

verir, 


yaşamının 

əleyhinə 

yönəlir. 

Bu 


gün 

mədəniyyət  insanın  (kişinin)  fiziki  zəifliyindən, 

gücsüzlüyündən 

ictimai 


ekrana 

atılmış 


mənfi 

enerjini  (öc  hikkəsini)  sublimasiya  eləyir.  Və  bu 

sublimasiyanın  nəticəsində  çağdaş  mədəniyyət  hər 

şeyə  (ideyalara,  formalara,  ənənələrə,  mənəvi-

əxlaqi  prinsiplərə)  qarşı  abırsız,  sırtıq  təcavüz, 

ikrah 


və 

inkar 


mədəniyyətinə, 

simulyakr 

mədəniyyətinə,  kölgələrin  virtual  mədəniyyətinə 

çevrilir.  Mədəniyyət  öz  antimədəniyyətini  təşkil 

edir,  təbii  ki,  bədən  və  ruh  oyunlarını  saxlamaq 

naminə.  Burada  isə  ruh  artıq  intellektual  blef, 

fiksiya 

kimi, 


aldanış 

və 


ilğım 

stratusunda 

qavranılır. 

     Müasir  dünya  mədəniyyəti  zibil  paketləri  kimi 

siyasət  tərəfindən  təkrar-təkrar  istehsal  olunur. 

Həmin  paketlər  kütlələrin  ayrılmaz  atributudur. 

İndi mədəniyyət tamamilə siyasətə məxsusdur və onun 

başlıca  təməl  “kərpici”  informasiyadır.  Qəribədir, 

informasiya  da  bədənsizdir.  O,  yəni  informasiya, 

yəni  təməl  “kərpici”  mədəniyyəti  dağıdan,  çürüdən, 

zibil qalağı kimi bir yerə toparlayan virusdur. Ona 

görə 


də 

çağdaş 


dünya 

mədəniyyəti 

bir 

“mədəniyyətsizləşmək”, 



virtuallaşmaq 

durumu 


yaşayır.  Çünki  o,  başa  düşüb  ki,  mədəniyyət  və 

əbədiyyət  insanla  birgə  var  olur,  insanla  birgə  də 

yox  olur;  ölüm  qorxusu  isə  uydurmadır.  O  şey  ki 

olacaq,  olasıdır.  Kütlə  içində  sən  ölümə  yuxarıdan 

aşağı  baxırsan.  Cənnətlə  cəhənnəm  isə  mədəniyyətin 

hüdudlarıdır.  Mədəniyyət  bədənin  normal  həyatının 

əyləcidir.  Kütləvi  mədəniyyət  isə  bütün  əyləcləri 

aradan  götürüb  bədənlərə  instinktlərlə  olmaq  imkanı 

verir.  İnstinktlərdən  isə  dünya  qopur.  Kütlə 

qadağalardan, 

yasaqlardan 

çıxanda 


mədəniyyəti 

dağıdır, dünyanı dağıdır. 

        



 

120 


                                            

  

   ƏDƏBİYYAT VƏ İZAHLAR 



Syökida K. Praktika dzen: jeleznaya fleyta. - M.: 1993. 

- s.139 

Qolosovker Y.E. Mifin məntiqi. - B.: 2006. - s.173-188.  



Pyat  filosofskix  traktatov  na  temu  “Afak  va  anfus”.  - 

M.: 1970. - s.22.    

4

 Bax: Nazarli M.Q. Kosmoqoniya i tvorenie v sevefidskoy 



  jivopisi XVI v. // Vostok. - № 1. -1993. - s. 83-98.   

5

 Qurnanin 41-ci surə 53-cü ayəsində deyilir: “Quranın 



  haqq olduğu müşriklərə bəlli olsun deyə, biz öz qüdrət 

  nişanələrimizi onlara həm xarici aləmdə  (kainatda, 

  göylərin və yerin ətrafında), həm də onların öz 

  daxilində mütləq göstərəcəyik.(Ya peyğəmbər) Məgər   

  Rəbbinin hər şeyə şahid olması(sənin dediklərinin 

  doğruluğuna) kifayət deyilmi?” - Qurani-Kərim. 

  - Bakı-Kiyev, 1994. - s.172.     

6

 Pyat filosofskix traktatov.., - s.16. 



7

 Bax: Şukyurov Ş.M. İskusstvo srednevekovoqo İrana.  

  - M.: 1989. - s.103-104.   

Bax: Frezer Dj. Zolotaya vetv. - M.: 1980. - s.418-423. 



   

9

 Bax: Qanevskaya E.V. Yantra i obraz // Neverbalnoe  



  pole kulturı. - M.: 1995. - s.26-32.   

10

 Debarrol A. Taynı ruki. - M.: 2002. - s.267-268. 



11

 Antoloqiya daosskoy filosofii / Sost. V.V.Malyavin. 

  - M.: 1994. -  s.122-123. 

12

 Yenə orada, s.162-163. 



13

 Bax: İdris Şax. Sufizm. - M.: Klışnikov, Komarov  

  i K, 1994. - 446 s.     

14

Taqiyev İ. Era vodoleya - zolotoy vek v istorii 



  çeloveçestva (o planetarnom voznesenii): traktat 

  v pyati kniqax / Kniqa 4: O sokrovennıx tsiklax i  

  periodax. - s. 7. - elektronnaya versiya. - 2007. 

  (kniqa poka ne opublikovana i poetomu avtor prinosit 

  svoi izvineniyz qospodinu Taqiyevu.)           

15

 Yenə orada: Kniqa 1: “9” - svyaşennoe çislo Drevneqo 



   Mira. - c.39. 

16

 Bax: Mehdiyev N.M. Orta əsrlər Azərbaycan estetik  



   mədəniyyəti. - B.: 1996. - s.6-47.     


 

121 


17

 Sabir M.Ə. Hophopnamə. - B.: 1979. - s.159. 

18

 Yunan mifologiyasına görə Filoktet başqa igidlərlə 



   bahəm Troya (İlion) savaşına yollanır. Amma Filoktetin 

   ayağında pis qoxu verən yara əmələ gəlir. Dostları bu 

   qəhrəmanı adada tənha buraxıb yollarına davam edirlər. 

   Lemnos meşələrində Filoktet Heraklın ona bağışladığı 

   oxlar hesabına dolanır, ac qalmır. Sonradan belə məlum 

   olur ki, Heraklın oxları işə düşməyincə Troya 

   savaşında qələbə əldə edilməyəcək. “Kiçik İliada”ya  

   görə Filoktet Odisseyin onu aldatdığını bilib    

   müharibəyə getməkdən boyun qaçırır. Bu zaman, mifə 

   əsasən, Filoktet ilahiləşmiş Heraklın teyfini görür və 

   məlum olur ki, əgər o, Heraklın oxları ilə döyüşlərə   

   qatılsa, yarası sağalacaq. 

19 

Sizif yunan mifologiyasında çar Eol və Enaretin 



  oğludur. Bir mənbəyə görə o, quldur olub. Ayrı bir 

  yerdə isə yazılıb ki, Sizif müdrik və ehtiyatlı bir 

  adam kimi tanınıb. Guya o tanrıların bütün sirlərini 

  bilirmiş. Sizif məhz Zevsin Eginanı özünə məşuqə 

  seçdiyini qızın atası Asopa xəbər verir. Bu satqınlığın  

  üstündə Zevs onu cəzalandırır və cəhənnəmə göndərir.   

  Onun taleyinə ölmək yazılmayıb, əvəzinə əbədi 

  işgəncədə bulunmaq yazılıb. Sizif yekə bir daşı hər gün 

  dağın zirvəsinə qaldırmalıdır. Daş isə hər dəfə zirvəyə 

  çatar-çatmaz yenidən aşağı yumbalanacaq. Beləliklə

  onun işi heç vədə bitməyəcək, zəhməti azalmayacaq.

      


   

20 


Edip Fiv çarıdır, bilməməzlik üzündən atasını öldürüb 

  anasına evlənib, uşaqlarının həm atası olub, həm 

  qardaşı. Həqiqəti öyrənəndə isə gözlərini çıxardıb,  

  qızı-bacısı Antiqona ilə Yunanıstanı səyahətə başlayıb.   

  Fransız strukturalisti K.Levi-Stros Edipin taleyini 

  birbaşa onun fiziki qüsuru, yoğunayaqlı olması ilə 

   

   əlaqəlıəndirir. Bədən naqisliyi onun nəslinə genetik 



   şəkildə mənsub bir keyfiyyətdir. Edipin babası   

   (Labdak) çolaq, atası (Laiy) solaxay idi. Bu, 

   xtonikliyin dəf ediməsi ilə bağlı bir məsələ kimi 

   çözülür. Bu haqda ətraflı bax: Levi-Sross K. 

   Strukturnaya antropologiya. - M.: Nauka, 1985.        

21 


Yelena “İliada”nın əsas qadın personajlarından biridir, 

   Sparta çarı Menelayın arvadıdır, gözəllikdə tayı 

   bərabəri yoxdur. Troya hökmdarı Priamın oğlu Paris 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə