116
zaman Günəş güzgülənir. Dünyanın ən böyük kuklası
Günəşdir. Bununla belə kukla həmişə meyit
bərabəridir. Günəş tanrıdır və kukladır: natarazdır
və plastik deyil. O, daim marginal sərhəd zolağında
yaşayır. Günəş 12 saat diri bədəndir, 12 saat
ölüdür, qaranlığa gömülmüş meyitdir, cansızdır.
Və bundan əlavə...
Düşmən ordusu qənşərində kəl kimi tərpənməz
əyləşmiş, emosiyaları “0” nöqtəsini göstərən yapon
imperatoru kukladır, yoxsa meyit? Hərəkətlərini
katalar içrə ideal mexanizm kimi sahmanlamış karate
ustası kuklanı xatırlatmırmı? Və yaxud... mediativ
pozada özünü unutmuş, sanki meyitləşmiş hindistanlı
yogin (yoqa müdriki) məgər ruhsuz kukla ilə
assosasiya yaratmır?
Qısası, bu fəlsəfi eskizlərdə mən hansı
mədəniyyətə
sarı
getdimsə,
orada
gördüm
ki,
mədəniyyət ölümdən qaçmaq, ölümü aldatmaq, ölüm
qorxusundan
azad
olub
əbədiyyət
qazanmaq
vasitəsinin, imkanının gerçəkləşdirilməsi cəhdidir.
Ölümü o zaman aldatmaq olur ki, ölüm səni diri
bilməsin, elə başa düşsün ki, sən meyitsən. Ona
görə də mədəniyyət özünün hər bir təzahüründə
həyatın maskasıdır və ya həyatın mumiyalanmış
invariantıdır. Mumiya isə insana yox, meyitə
yaraşır. MƏDƏNİYYƏT HƏYATIN VƏ TƏBİƏTİN MEYİDİDİR.
Çünki bildiricilərlə doludur. Hər bir bildirici isə
onu bildirir ki, cansızdır, ölüdür, oyuncaqdır,
meyitlə bir sırada cərgələnir. Bu bir. İkincisi:
mədəniyyət
ölüm
qorxularına
refleksiyadır,
bu
refleksiyaların obrazlar şəbəkısidir. Üçüncüsü:
mədəniyyət
ağrısızlıq
vakuumudur,
ağrıların
virtuallaşması və neytral işarələrə “hopdurulması”
imkanıdır, Z.Froydun sözü ilə desək, sublimativ
ikiölçülü ekrandır. Məhz burada demək olar ki,
mədəniyyət “mən” üçün komfortdur. Bədəndən ötrü isə
mədəniyyət darıxdırıcı asılqandır. Bədən ən çox
117
geyimlərdən darıxır və bu darıxqanlıq zaman-zaman
müəyyən dozalarla “mən”in xarakterinə, yaşamının
ayrılmaz bir hissəsinə çevrilir. Yalnız insan
darıxa bilir. Belə ki, onun bədəni mədəniyyətə
əbədi
əsirdir.
Dördüncüsü:
mədəniyyət
əbədi
rekviyemdir,
itirilmiş
təbiət
barəsində
rekviyemdir,
bədən
üstündə
universal
ağıdır,
bədənin yuğlanmasıdır. Beşincisi: mədəniyyət meyit
üzlərindən
çıxarılmış
maskaların
muzey-
sərdabəsidir. Burada adət-ənənə, dəb, etiket də
maska kimi götürülür. Adət-ənənə nə vaxtsa canlı
bir əməlin ayinə, rituala keçmiş maskasından başqa
bir şey deyil. Qəribə də səslənsə, amma fakt budur
ki, mədəniyyət canlı nə varsa, hamısına qənimdir.
Mədəniyyət canlıların fotoalbomudur, ensiklopedik
bir xatirə albomudur ki, orada şəkillər (və ya
kölgələr, xəyallar, “mumiyalar”) saxlanılır. Nədən
ki, uzaq-uzaq əsrlərdən bəri mədəniyyət (bunu yaza-
yaza içimdə sarsılıram) zəif, xacə, axta
kişilərin,
“bədənsiz”
kişilərin,
“problemli”
kişilərin mədəniyyəti kimi formalaşıb, onların
qorxusuna və iddiasına bəraət kimi formalaşıb... və
bu faktdan biz heç yana qaça bilməyəcəyik. Çünki
mədəniyyət həmin kişilərə qadınları “ovlamaq” şansı
verirdi.
Bu əsnada mən sonuncu etirazı qabaqlamaq
istəyirəm: bəs XX yüzildə bədənin yenidən çılpaq
görünməsi nə ilə izah ediləcək? Bunun cavabı
üzdədir və aşkardır. XX əsr bədəni çılpaq yox, lüt
göstərdi, onu həyasızcasına “zorlayıb” təhqir etdi.
XX YÜZİL MƏDƏNİYYƏTİ MƏDƏNİYYƏTƏ QARŞI ÜSYAN
MƏDƏNİYYƏTİDİR. Bu mədəniyyət öz qiyamında o yerə
çatdı ki, əbədyyətə də arxa çevirdi və özünü rüsvay
etdi, ələ saldı. Əski yunan uyqarlığı kontekstində
zühur edən tanrının ideal bədəni XX əsrdə maneken
və xonsa bədəni kimi göründü. Podiumlarda skelet
qadınlar gözəllik idealı kimi təbliğ olunmağa
118
başladı. Onlara dəb paltarlarını geyindirmirdilər,
onlardan dəb paltarlarını asırdılar. XX yüzilin
sonunda Amerika Birləşmiş Ştatlarının dünyalarca
məşhur
qara
dərili
müğənnisi
Maykl
Cəksın
tineycerlərin idealına çevrildi və onun “Ay yerişi”
adlanan səhnə mizanı az qala hər küçədə imitasiya
obyekti oldu. Plastik əməliyyat nəticəsində irqini
dəyişmiş, yəni ağ insana dönmüş estrada ulduzu,
əslində, skelet qadın manekenlərdən heç nə ilə
fərqlənmirdi. Məsələ bu ki, doğrudan da Maykl
Cəksının üzü ölümün üzü idi, onun “Ay yerişi”
mizanı da ölümün yerişini təsəvvürə gətirirdi.
Məlum olduğu kimi Ay planetinin (peyki) özünün də
ölüm səltənətilə birbaşa ilişkisi var. Müasir
tineycer rəqsləri XX yüzilin sonundan XXI əsrin ilk
onilliyinə
kimi
kütləvi
şəkildə
kuklalaşmaq
iddiasını ortaya qoymurmu? Azərbaycan rejissoru
V.İbrahimoğlu “ölüm teatrı” konseptinin müəllifi
polyak
rejissoru
Tadeuş
Kantorun
ardınca
öz
teatrını “Yuğ” (qəbir, ölüm, yas) adlandırmadımı?
Əsr, uyqarlıq, bəşər, yoxsa mədəniyyətmi yuğlanır,
yahu? Mədəniyyət üçün qəbirmi, yasmı, əcəba? Əla!
Beləliklə,
dairə
qapanır.
Mədəniyyətləri
ölüm
kabusu, Apokalipsis kabusu dolaşır. Çünki insan
artıq başa düşüb ki, mədəniyyət təkcə onun xilası
olmayıb, həm də onun məhvinə, Axirətə imza atıb.
İnsan artıq başa düşüb ki, praktiki surətdə hər bir
inkişaf antiinkişafdır. İnsan artıq başa düşüb ki,
inkişaf
ideyasının
özü
absurddur.
“İnkişaf”
mədəniyyətdən impuls alır. Bunu ayrı cür də demək
mümkün:
mədəniyyət
inkişafdır,
inkişaf
-
mədəniyyət. Hər inkişafın içində isə mütləq bir
ölüm
“gəzir”.
Təsadüfi
deyil
ki,
mədəniyyət
antibədən mədəniyyətidir, bədənə (təbiətə) qarşı
təcavüz mədəniyyətidir. Mədəniyyət yaranışından
təbiəti korreksiya və ya redaktə etməyə çalışır.
Amma heç nə alınmır. İnsanın hər yeni kəşf etdiyi
Dostları ilə paylaş: |