Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə37/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   33   34   35   36   37   38   39   40   ...   135

 

110 


“hökmdarı”dır.  Beyin  həmişə  bədəndən  düz  altı 

dəqiqə  artıq  ömür  sürür.  Dəlilərin  bədəni  “olmur”. 

Dəlilik  beyinlə  bədən  konfliktinin  gerçəkliyidir. 

Beynin  nəzarətindən  çıxan  bədən  özünü  tanımır, 

sözünü,  istədiyini  bilmir.  Beyinsiz  bədən  fiziki 

ölümdən öncə meyitdir. 

     Digər 

bir 


mülahizə... 

Bədən 


təbiətdən 

mədəniyyətə 

keçəndə 

meyit 


olur. 

MƏDƏNİYYƏT 

FİKİRLƏR,  İDEYALAR,  TOTEMLƏR  QƏBİRİSTANLIĞIDIR.  O 

ŞEYLƏRİN  QƏBİRİSTANLIĞIDIR  Kİ,  ONLAR  ÇÜRÜMÜRLƏR. 

MƏDƏNİYYƏT 

ÖLÜMƏ 

İTHAFDIR, 

MEYİTLƏRİN 

SAXLANC 

YERİDİR.  Mədəniyyəti  bədən  yox,  beyin  yaradır. 

Toplumun  heç  bir  fərdi  özünü  təbiət  kimi  qavramır. 

Kimdən soruşsan ki, “təbiət nədir” özündən dışarını 

göstərəcək;  amma  deməyəcək  ki,  təbiət  elə  mən 

özüməm  və  ya  mənim  bədənim  təbiətdir.  Niyə?  Çünki 

insan  yaranışından  təbiətdən  qorxur,  eymənir.  Bu 

qorxu ölüm qarşısında olan qorxudur. Mədəniyyəti və 

cəmiyyəti  formalaşdıran  da  özünü  təhlükədən  qorumaq 

hissidir. 

Bütün 


canlılar 

qorunmaq 

istəyəndə 

özlərini cansız kukla, ölü kimi aparırlar. Qorunmaq 

üçün  ən  gözəl  vasitə  ölüyə,  meyitə  bənzəməkdir. 

Meyit  üçün  təhlükə  olmadığından  qorxu  da  yoxdur. 

Əzrail  meyitlərə  biganədir,  çünki  onların  alınası 

canı  yoxdur.  Ona  görə  insan  mədəniyyətdən  ikiəlli 

yapışır  və  bədənini  güdaza  verir  ki,  öz  “mən”inə 

etibarlı  sığınacaq  tapmış  olsun.  İnsanın  bədəni 

məzarlığa  gömülməmişdən  öncə  onun  “mən”i  bir 

təcrübə  kimi  mədəniyyətə  basdırılır.  İnsan  güman 

edir ki, bu  “qəbiristanlıq” onu guya əbədiləşdirir. 

Bu  da  fiziki  ölüm,  unudulmaq,  həmişəlik  yox  olmaq 

haqqında  düşünüşləri  qismən  ağrısızlaşdırmaqdan 

ötrüdür.  Əbədiliyə  doğru  yol  mumiyalanmaqdan  keçir. 

Misir  fironları  bu  sayaq  fikirləşirdilər.  Amma 

neyləyəsən ki, əgər meyit olmursa, mumiya da  olmur. 



MƏDƏNİYYƏT  İNSANIN  “MƏN”İ  ÜÇÜN  MUMİYADIR.    “Mən” 

mədəniyyətə mumiyalanmaq sorağı ilə gəlir. 




 

111 


     Elə  bu  andaca  məndən  soruşmaq  gərəkir:  bəs 

qədim  yunan  mədəniyyəti  necə?  O  ki  gözəl  bədənlər 

mədəniyyəti  idi  və  tam  şəkildə  bədənə  refleksiya 

eləyirdi.  Bu  da  onu  bildirir    ki,  ruh  və  meyitlə 

bağlı  nəzəri  konsepsiya  burada  işləmir,  relevant 

deyil.  Doğrudanmı?  Bəlkə  mən  yanılıram?  Həqiqətən, 

ilk  baxışda  adama  elə  görünür  ki,  qədim  yunan 

mədəniyyəti 

bədənin, 

bədəndə 


mövcud 

təbiətin 

(maddiliyin,  başqa  sözlə,  əzələlərin)  vurğunudur  və 

bu  təbiiliyi  rəngləmək,  çərçivəyə  salmaq,  onu 

paltarın  içinə  “dürtmək”  barəsində  düşünmür.  Qədim 

yunan  nə  çılpaq  bədənə  həqarətlə  baxırdı,  nə  də 

başqalarından  öz  bədənini  gizlədirdi.  Bu  mənada 

antik  yunan  mədəniyyəti  ən  “həyasız”  mədəniyyətdir. 

Yaraşıqlı,  proporsional  bədən  qədim  yunandan  ötrü 

elə 


dünyanın 

yarısına 

bərabər 

idi. 


Antik 

mədəniyyətlə  ilkin  tanışlıq  zamanı  elə  təəssürat 

oyanır 

ki, 


bu 

mədəniyyət 

insan 

bədənini 



“bütləşdirib”,(tanrılar  insan  qiyafəsində)  ortaya 

qoyub 


dövrəsinə 

fırlanır. 

Ancaq 

bu, 


xalis 

illyuziyadır,  ilğımdır,  yanlışlıqdır.  Bəli,  yunan 

öz  bədənini  çox  sevirdi.  Hərçənd  onun  ruhunu 

çaşdıran  ağrılarla,  ölümlə  barışa  bilmirdi  və 

görürdü  ki,  bədən  tanrıların  əlində  yalnız  və 

yalnız qəşəng bir oyuncaqdır. 

     Lakin  və  bir  də  lakin...  məsələ  təsəvvür 

edildiyindən  də  mürəkkəbdir.  Fikir  verin,  dağ 

gövdəli  qəhrəman  Filoktetin

18

  meşəni  lərzəyə  salan 



bağırtısı  içində  onun  bədəni  zəifləyib,  kiçilib 

saman  çöpü  boyda  olur.  Qəribə  də  olsa,  Homer 

əsərinin  faktıdır  ki,  Filoktetin  ağrısı  onun 

bədənindən  böyük  və  güclüdür.  Digər  bir  misal: 

atlet 

bədənli 


Sizif

19

 



əbədi 

işgəncədədir. 

O, 

dirigözlü  psixi  və  fiziki  zülmə  məhkum  edilmiş 



pəzəvəngdir.  Cəsur  Edipi

20

  tale  (alın  yazısı,  yəni 



bədən)  elə  mucul  eləyir  ki,  o,  gözlərini  ovub 

potensial  meyitə,  kuklaya  (kor  adam  kuklalaşır: 




 

112 


çünki  davranışında  yardıma  ehtiyacı  olur,  idarə 

edilir; digər tərəfdən isə bəsirət, gələcəyi görmək 

istedadı  qazanır)  dönür.  Nə  tunc  bədənli  Heraklı, 

nə  igid  Odisseyi,  nə  də  qəhrəman  Axillesi  xoşbəxt 

adamlar  adlandırmaq  mümkündür.  Gözəllər  gözəli 

Yelenanın

21

  da  nəsibinə  acı  tale  yazılıb:  Zevsin 



istəyinə,  iradəsinə  uyğun  o,  10  illik  Troya 

savaşının  təhrikçisinə  çevrilib.  Homerin  “İliada” 

və  “Odisseya”  adlı  əsərlərinin  səhifələri  arasından 

da 


çoxsaylı 

meyitlər 

səpələnir 

mədəniyyət 

dünyasına. 

Esxilin, 

Sofoklun, 

Yevripidin 

faciələrində  də  ideal  bədənli  insanlar  tanrıların 

düzüb-qoşduqları  qəzavü-qədər  oyunlarına  ürcah  olub 

balaca,  köməksiz  milçəklər  kimi  qırılırlar.    Elə 

isə  burada  hansı  bədən  kultundan  danışmaq  olar? 

Bura 

ki 


əsl 

qədim 


ət 

kombinatıdır. 

Məgər 

məhsuldarlıq 



tanrısı 

Dionisin 

 

bədəni 


keçi 

(şaqqalanan  cəmdək)  timsalında  mütəmadi  olaraq 

işgəncələrə,  ölüb-dirilmələrə  məruz  qalmırmı?    Və 

elə  bu  məqamdaca  mənim  qənaətim  gözlənilməzdir: 

qədim  yunan  mədəniyyəti  kontekstində  gözəl  bədən 

sahibi  olmaq  potensial  əzabkeş  olmaq  demək  idi

Mədəniyyət  bir  tərəfdən  gözəl  bədənlərə  heyran 

olurdu,  digər  yöndən  isə  bədən  sahibindən  təbiətin 

ona verdiyi ideal “hədiyyə”yə görə sanki öc alırdı. 

Qədim  yunan  mədəniyyətində  bədən  həmişə  təcavüz 

obyektidir. Belə ki, yunan allahları gözəl və güclü 

bədənlərin  tanrılaşlmaq,  müqəddəsləşmək  iddiasından 

qorxurdular. 

Yunan 

tanrıları 



yunan 

miflərində 

enlikürək  qəhrəmanların  bədənlərini  tale  ilə  sınağa 

çəkirdilər  və  onlarla  oyuncaq  kimi  məzələnirdilər. 

Amma 

hər 


ehtimala 

qarşı 


ehtiyatı 

da 


əldən 

buraxmırdılar.  Odur  ki,    bu  mədəniyyətdə  bədən 



TƏCRÜBƏ 

QABI, 

KOLBA, 

SINAQ 

ŞÜŞƏSİ 

kimi 


qiymətləndirilir.  Yunan  miflərinin  qəhrəmanları 

potensial  div  kimi  bir  şeydirlər  və  ruh  (can)  bu 

bədənlərə bir növ ÇİLLƏ KEÇMƏYƏ göndərilib. Elə ona 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə