Aydın Talıbzadə


Və ya                  «Kəpənək içrə sənin vəslini, canan, tapdım



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə45/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   41   42   43   44   45   46   47   48   ...   135

 

134 


      

     Və ya 

     

          «Kəpənək içrə sənin vəslini, canan, tapdım, 

           Xaliqin lütfünü bu xirqədə hər an tapdım. 

           Nə bilirsən, kəpənəkdə nələri tapdım mən, 

           Bütün istəklərimi birbəbir ondan tapdım». 

      


     Xatırlatdığım  beytlərdən  aşkar  görünür  ki, 

kəpənək  artıq  burada  Nəsimi  həyatının  bəzi  tarixi 

məqamlarına  aydınlıq  gətirən,  şairin  emosional 

yaşantılarına  vizual  görk  olan  faktoloji  predmet 

deyil,  onun  fikir  dünyasının,  hüruhi  fəlsəfəsinin 

lakonik  modelidir,  plastik  obrazıdır,  vurğuladığı 

sakral 

mənaların 



bildiricisidir, 

simvoludur. 



KƏPƏNƏK təkcə üşümək müşkülünü aradan götürən  GEYİM 

yox, 


həm 

də 


Nəsimi 

poeziyasının 

çoxsaylı 

eyhamlarından  biridir.  Təəcüblüdür,  necə  olur  ki, 

məkana  və  bəyana  sığmayan  şair  bütün  istəklərini 

kəpənək içrə tapdığını söyləyir? Bunlar nə deməkdi, 

yahu? Bir çoban yapıncısı bir dünyadan artıq olarmı 

heç?  Olar,  əgər  insana  və  aləmə  Nəsimi  fəhmi  ilə 

yanaşılsa.  Bu  qaranlıq  müəmmadan  Nəsimi  fikrinin 

nuruna  çıxmaq  üçün  gərək  öncə  “kəpənək”  sözünün 

semantik  çənbərində  gizlənmiş  məxfi  və  sakral 

mənalar  aşkarlana.  Əvvəla  onu  ərz  eləyim  ki,  öz 

arxitektonik 

quruluşuna 

və 

orfoepiyasına 



görə 

“kəpənək”  xalis  türk  sözüdür,  türkün  özününküdür; 

həm pərvanəni bildirər, həm də yapıncını. Farslarda 

isə  bu  söz  yalnız  çoban  geyimi,  çoban  kürkü 

mənasında  işlədilər:  onlar  bu  kürkün  niyə  kəpənək 

olduğunu  bilməzlər.  Görünür,  ilk  dəfə  məhz  türklər 

yapıncının  canlı  kəpənəyə  oxşarlığını  duyuban  çoban 

kürkünə  KƏPƏNƏK  demişlər,  yoxsa  İKİ  müxtəlif  anlam 



BİR  sözdə  qoşalaşmazdı  ki?  Ol  səbəbdən  də  mənim 

ehtimalım  belədir:  farslar  bu  sözü  türk  dilindən 

götürüblər  və  mahiyyətə  varmadan  onun  ancaq  bir 

mənasını  saxlayıblar.  Mahiyyətsə  budur  ki,  çoban 




 

135 


kürkü 

canlı 

kəpənəyin 

cansız 

materiyada 

predmetləşmiş  formasıdır,  bilmərrə  onun  bənzəridir. 

Yapıncının  da  sanki  iki  “qanadı”  var,  sağı  soluna 

müsavidir,  birətərdir,  bütövdür,  tamdır,  ideal 

harmoniya  obrazıdır,  eynən  əsl  kəpənək  kimi.  Bu 

məqamda  yapıncı–kəpənək  İmadəddin  Nəsimidən  ötrü 

artıq  fəlsəfi  eyham  statusu  alır,  onun  birucu 

kosmosa 

bağlı 


fikirlərinin 

qrafik 


rəsmini 

görükdürən  fakturaya  çevrilir:  “İkilik  pərdəsindən 



keçib  birlik  bacasından  baxan  insan  gizli  sirləri 

görə  bilər.  Gizli  sirləri  anlayan  isə  Allahdır”. 

Kəpənəyin  (pərvanənin)  tən,  bir-birini  güzgüvari 

şəkildə  əks  etdirən  qanadları  İKİLİK  pərdəsi

“əlif”  hərfinə  bənzər  bədəni  BİRLİK  bacası  kimi 

yozula bilməzmi? Heç bir qırıq da şübhəm yoxdur ki, 

hürufi Nəsimi elə belə də edib. Nəsimi üçün KƏPƏNƏK 



onun  fəlsəfi  ideyaları  müstəvisində  cızılan  dünya 

konsepsiyasının  obyektiv  vizual  görkəmidir,  gerçək 

aləm içrə ikiliyin əyani surətdə vəhdətə gəlməsinin, 

cütün 

təkə 


plastik 

çevriminin 

canlı 

nümunə 


formasıdır. 

Odur 


ki, 

Nəsiminin 

fəlsəfi 

paradiqmasına  düzülmüş  biliklər  kəpənək  geyinən, 

yəni  ikilik  pərdəsindən  (qanadından)  keçib  birlik 

bacasından  (boğazından)  boylanan  şəxsi,  insanı 

tanrı saymağa, Allah kimi qəbul etməyə rüsxət verir. 

Çünki  CÜT  uyuşqan  şəkildə  formasını  dəyişib  TƏK 

olur.  Bu  mənada  «kəpənəkpuş  Nəsimi»  ifadəsi  ilə 

hürufi 


şairi 

özünün 


Allaha 

döndüyünü, 

Allah 

olduğunu, Allah kimi zühur etdiyini bildirir: 



 

  

«Kəpənəkpuş

10

 Nəsimini edib Fəzli-ilah

         Onda həm cənnəti, həm huriyi-qılman tapdım» 

 

     Beləliklə

Nəsimi 

fikirlərini 



bir 

yerə 


toplayıb  da  bu  qənaətə  gəlmək  mümkündür  ki, 

hürufilərin  simvolik  bildirmələr  sistemi  içində 



KƏPƏNƏK  MÜQƏDDƏS  GEYİM  kimi  qavranılır:  çünki 

kəpənəkpuş,  yəni  kəpənək  geyinmiş  Nəsimi  Fəzlullah 




 

136 


olur. Bu sistem çərçivəsində  KƏPƏNƏK insanın sakral 

dünya  ilə  əlaqələndiricisidir,  özünə  məxsus  bir 

mediatordur, 

ötürücüdür, 

iki 

cahanın 


rəmzi 

modelidir,  mikrokainatdır.  Əlavə  onu  da  deyim  ki, 



KƏPƏNƏK  hürufiliyin  Nəsimi  tərəfindən  verilmiş 

şifrəsidir.  Bu  şifrə  açılıb  oxunanda  hürufiliyin 

cövhəri  bəyana  gəlir.  Əbcədə  istinadən  aparılan 

hesablamalar 

da 


bunu 

sübut 


edər. 

“Kəpənək” 

sözündəki hərflərin kiçik əbcəddə

11

 göstərilən rəqəm 



ekvivalentlərini 

toplayanda 



«102» 

alınır. 


Bu, 

kəpənəyin  cəbri  bildiricisidir,  rəqəmlərdə  görükən 

şəklidir.  Ərəb  əlifbası  sağdan  sola  oxunur.  Əgər 

KƏPƏNƏK,  yəni  «102»  sağdan  sola  oxunsa  o  zaman 

aydın  olacaq  ki,  «2»  (ikilik  pərdəsi)  sıfır 

“boğaz”ından  keçib  «1»-ə  (birlik  bacasına)  çevrilir, 

vahidə  dönür.  Hürufi  kosmoqoniyasında  «102»  həm  də 



«1»  +  «101»  kimi  qəbul  edilir.  «1»  ilə  «101»  ərəb 

inkar  şəkilçisi  “la”dır  yəni  “əlif”  və  “lam” 

hərflərinin  birgəliyidir.  “La”  müsləman  zikrinin 

simvoludur,  Allahı  anmaq  üçün  işlədilən  “La  ilahə 

illəllah”

 

(“Allahdan  başqa  məbud  yoxdur”)  müqəddəs 



deyiminin 

qısaldılmış 

formasıdır. 

Deməli, 


hürufilərə  görə  KƏPƏNƏK  zikrin  plastik  obrazıdır

Həqiqətən,  kəpənəyin  qanadları  arxaya  qatlanıb 

cütləşəndə  adamda  belə  bir  təəsürat  yaranır  ki, 

sanki  “əlif”  və  “lam”  qoşalaşıb  məkan  içrə 

gəzintiyə  çıxıblar.  «102»  bir,  sıfır  və  ikinin 

kombinasiyasıdır.  Bu  üç  rəqəmin  cəmi  «3»  eliyir. 

«3»  riyazi  mistika  aləmində  kosmosun,  “vəhdət  əl-

vücud”un,  mütləq  harmoniyanın  şərti  ifadəçisidir, 

insan,  təbiət  və  cəmiyyətin,  adamlar,  heyvanlar  və 

bitkilərin,  keçmişin,  indinin  və  gələcəyin  rəmzidir. 

Bir məqam da gərək burada yaddan çıxarılmasın: ərəb 

əlifbasında  3-cü  hərf  “cim”dir  ki,  hürufilər  onu 

ruhi  aləmin  simvolu  sayırlar.  «102»-nin  MənaziL, 

Bürcət, 


Səyyarat 

və 


Çaharatının

12

 



aşkarladığı 

rəqəmləri  üst-üstə  gələndə  nəticə  «30»  olur.  «30» 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə