Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə47/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   43   44   45   46   47   48   49   50   ...   135

 

140 


xatırlamamaq  mümkünsüzdür.  Onu  1417-ci  ildə  qətlə 

yetirdilər.  Nəsimi  özünü  yeni  Mənsur  saydığından 

bilərəkdən  öz  taleyində  Həllacın  əziyyətlərini  və 

ölümünü  təcəssüm  etdirmişdi”

13

.  Təsadüfi  deyil  ki, 



Nəsiminin  dərisi  soyulduqdan  sonra  onu  qol  və 

qıçlarını kəsmişdilər.  

     Mən  heç  bir  nəticəyə  gəlməyəcəyəm.  Janrı 

“filoloji  fantaziya”  olan  bir  yazıya  nəticə  nə 

lazım?  Məgər  313  mürsəl  (göndərilmiş  elçi)  və  6 

üluləzm  (başçılar,  qabaqda  gedənlər)  peyğəmbərlərin 

əksəri  KƏPƏNƏK  geyinib  də  çoban  olmadımı?  Dünyada 

hər 


şey 

tale, 


olacaq 

və 


ya 

karma 


ilə 

müəyyənləşmirmi?  Şayəd  belə  isə,  onda  “ah,  nidəm, 



nidəm, nidəm?”. 

 

 

 

 

Məqalənin sözlüyü və izahları 

1

 Pust (f) – dəri. 



2

 Mənsur (ə) – qalib, üstün.  

3

 Kisvət (ə) – libas, geyim; Kəbənin qara örtüyü. 



4

 Camə (f) – paltar, geyim. 

5

 Anəstu-nar (ə) – “odu tapdım” Musa peyğəmbərə işarədir. 



6

 Bərgüzidə (f) – bəyənilmiş seçilmiş. 

7

 Bax: Шюкуров Ш.Ш. Искусство средневекового Ирана. - М.: 



  Наука, 1989. - 248 с.  

8

 Əndişə (f) – fikir     . 



9

 Kəpənəkpuş (f) – kəpənək geyinmiş.      

10

Əbcəd (ərəb əlifbasının sistemini müəyyən edən 8 



  kəlmənin birincisi;  Xüsusi hesablama cədvəli. Bu haqda 

  bax: Елбрус Ахмед. Поeтика и Математика. – Б.: 1979.  

                                                 

11

  Mən  bu  Həsimi  şeirindən  oxunan  mənaları  bir  məqalə 



halına  salıb  2000-ci  ildə  “Azərbaycan”  dərgisində  dərc 

elətdirdim.  2007-ci  ildə  isə  filoloq  Rəhim  Əliyev  mənə 

özünün  “Nəsimi  və  klassik  dini  üslubun  təşəkkülü”  adlı 

araşdırmasını 

bağışladı. 

Rəhimin 


“tədqiqatı”na 

göz 


gəzdirərkən  gördüm  ki,  o,  həmin  bu  məsələni  tamam  ayrı 

cür  yozur.  Lakin,  təəssüf  ki,  onun  təfsiri  heç  bir 




 

141 


tənqidə  tablamadı.  Uzun  danışmamaqdan  ötrü  mən  Rəhimin 

kitabından 

bu 

xüsusda 


deyilənləri 

sitatlaşdırmaq 

istərdim:  “Uçmaqda  röyətə  dəxi  əhli-nəzər  gərək”  - 

sətrindən görünür ki, Allahla hürufinin görüşü uçuş  kimi 

(ayrı  tövr  də  olurmu  yahu?  Muhammədin  meracı  bir  uçuş 

deyilmi,  əcəba?  -  kursiv  A.T.)  baş  verirdi.  Bir  sıra 

(yəni  hansı?  -  kursiv  A.T.)  şeirlərdən  aydın  olur  ki,  bu 

uçuşdan  qabaq  hürufilər  Fəzlullahın  qarşısında  xüsusi 

dərvişi  paltarda  olur,  başlarına  mövləvi  (bu  haradan 

çıxdı?  -  kursiv  A.T.)  papağı  qoyur,  ona  müraciətlə  şeir 

oxuyur  və  ya  nəsə  (kim  bilir  nədir  bu  nəsə?  -  kursiv 

A.T.)  imanla  bağlı  söhbətlər  aparırdılar.  Bu  zaman  onlar 

həm  də  Fəzlullahın  sifəti  ilə  ilahi  kontakta  girməyə 

çalışırdılar.  Onların  rəngi  saralır,  onları  əsmə  tutur, 

özlərindən  gedirdilər.  Bir  şeirində  müvəhhidliyə  doğru 

“röyət  uçuşunu”  Nəsimi  “Kəpənək”  obrazı  ilə  ifadə 

etmişdir  (Bununla  nə  demək,  hansı  məxfi  mənaları 

şifrələmək  istəmişdir  Nəsimi?  -  kursiv  A.T.)...  Burada 

“kəpənək”  obrazı  ilə  hürufi  birliyi  üzvlərinin  başlarına 

qoyduqları  xüsusi  sarığa  işarə  edilir:  güman  ki,  iki-üç 

rəngli  olduğundan  onu  kəpənəyə  bənzətmişlər.  Şair  deyir 

ki,  kəpənəyə  oxşar  mərdlər  (məna  anlamsızdır.  Mərdlər  də 

kəpənəyə  oxşadılar?  -  kursiv  A.T.)  papağını  başıma 

qoyandan  bu  kəpənək-papaq  onun  Allahdan  uzaqlıq  dərdinə 

dərman olub. Kəpənəyə oxşar baş sarğısı hətta ona “röyətə 

uçuşundan” 

əvvəlki 

üşütmələrini 

əsmələrini 



də 

rahatlaşdırıb.  Mərifət  əhlinə  kəpənək  ulduzsuz  səma 

boşluqlarını  papaq  edib  və  buna  görə  cahillərin  papaq 

geyməsi rəva deyil”. Bu da Rəhimin yazdıqları... 

     İndi bir neçə mətləbi Rəhim bəyə izah eləyək. 

     Birincisi  ondan  başlayaq  ki,  papağı  əyinə  çəkmək 

(“çəkəli əynimə bu sikkeyi-mərdan kəpənək”) olmaz. Papağı 

başa  qoyarlar.  Hərçənd  “papağını  geyin”  ifadəsindən  də 

biz  yararlanırıq.  Yalnız  kürkü,  köynəyi,  yapıncını, 

şalvarı, şəltəni əyinə çəkmək mümkün.  

     İkincisi:  papağa  don  (“yeri  gey,  xirqə  ərənlər 

donudur”)  deməzlər.  Məncə,  Nəsimi  paranoik  olmayıb, 

papağı  paltar  bilməyib.  Məəttələm  ki,  bu  cür  adi 

detallara Rəhim necə diqqət eləməyib.  

     Üçüncüsü:  Nəsimi  kəpənəyi  xirqəyə  tay  tutur,  onu 

mərifət  əhlinin  xirqəsi  bilir.  Papağı  da  xirqə  güman 

edərlərmi, yahu?  



 

142 


     Dördüncüsü:  nə  vaxtdan  mərd  papağı  “ətləsi-xas” 

sayılır?  

     Beşincisi:  bu  şeir,  heç  şübhəsiz  ki,  Nəiminin 

müridlərinə  göndərdiyi  xəbərdarlıq  məktubundan  sonra 

yazılıb,  yoxsa  bu  münasibətlə  söylənilmiş  başqa  bir 

şeirində  Nəsimi  vurğulamazdı  ki,  “qeyri  bir  tayfadanam, 

bu kəpənək fəxrimdir”. 

     Altıncısı:  “sikkeyi-mərdan”  farscadan  tərcümədə  kişi 

xarakteri mənasına uyğun gəlir. Və bundan əlavə hürufilər 

heç 


vədə 

mövləvilərin 

“sikkə” 

adlanan 


papaqlarını 

başlarına  qoymazdılar.  Əlbəttə  ki,  bir  sadə  səbəbə  görə. 

Çünki  konusformalı  uzunsov  mövləvi  papağı  “Ya  Həzrət 

Mövlanə”  ifadəsinin  kalliqrafik  obrazının  təcəssümüdür. 

Bu  nə  Nəimiyə  xoş  gedərdi,  nə  də  Nəsimiyə.  Bundan  əlavə 

mövləvilərin papağı ya qəhvəyi olurdu, ya da ağ.   

     Yeddincisi:  mən  öz  məqaləmin  janrını  ona  görə 

“filoloji  fantaziya”  kimi  müəyyənləşdirmişəm  ki,  mən 

Nəsiminin  tədqiqatçısı  deyiləm.  Amma  buna  baxmayaraq 

yazdıqlarımın 

hamısının 

elmi 


sübutları 

mövcuddur. 

“Fantaziya”  isə  Rəhimə  məxsusdur.  Nəsimi  “ulduzsuz  səma 

boşluqlarını”  özünə  papaq  bilsəydi,  bu  günki  şairlərdən 

fərqlənərdimi  heç?  Yəni  Nəsimidə  məsələ  bu  qədər 

birmənalı, primitiv ola bilməz. 

     Səkkizincisi:  Nəsiminin  “Tapdım”  rədifli  şeirində 

kəpənək birbaşa xirqə adlandırılır.  

     Doqquzuncusu:  xirqənin  rəngi  isə,  adətən,  sufilərdə 

tünd  göy  rəngində  (qaraya  yaxın)  olurdu.  Xirqə  zərif 

yapıncı  deyilmi?  Bu  da  bir  daha  onu  göstərir  ki,  filoloq 

Rəhim Əliyevin gümanı səhvdir.  

     Onuncusu:  mövləvilərin  papğı  kəpənəyə  oxşamır  və 

əlvan  rənglərlə  bəzədilmir.  Ona  görə  də  Rəhim  şübhələnib 

“papaq”  sözünü  “baş  sarğısı”  ifadəsilə  əvəzləyir.  Baş 

sarğısı  dedikdə  isə  həməncə  əmmamə  düşür  adamın  yadına: 

həm  yumru,  gümbəz  formalı  olduğundan,  həm  də  müsəlmanın 

kəfəni  kimi  anlaşıldığından  bunun  kəpənəklə  nə  ilişgisi? 

Əgər  bu  kəpənək  papaqdırsa,  onda    Nəsiminin  “İkilik 

pərdəsindən  keçib  birlik  bacasından  baxan  insan  gizli 

sirləri  görə  bilər.  Gizli  sirləri  anlayan  isə  Allahdır” 

fəlsəfi müddəasını nə ilə izah edəcək Rəhim: papağı və ya 

baş sarğısını ikiyə böləcək? Axı baca qapadılmaz! İnsanın 

başındakı papağı da baca ola bilməz və əgər olsa da ordan 

papaq  yiyəsi  heç  nə  görməz.  Aydın  görünür  ki,  Rəhim 



Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə