Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə41/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   37   38   39   40   41   42   43   44   ...   135

 

122 


   Yelenaya vurulur və onu Afroditanın köməyilə qaçırır. 

   Onda Menelayın qardaşı Miken çarı Aqamemnon yubanmadan 

   Troya ilə savaşa girişir. Əslində, Yelena tanrı Zevsin 

   hiyləsinin qurbanıdır. Çünki bu müharibəni Zevs ona  

   görə düzüb-qoşub ki,  Axillesi (özünün qorxu kabusunu) 

   öldürsün.       

22

 Averintsev S.S. Poetika rannevizantiyskoy literaturı. 



   - M.: 1977. - c.80    

23

 Kuzanskiy N. Soç. v 2-x tt. - M.: Nauka,1979. - s.153. 



   

 

                                  1998-2008-ci illər 



                                    

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

123 


 

                                

                                                                                     



 

KƏPƏNƏK 

və ya 

təfsiri-şərhi-hali NƏSİMİ 

(filoloji fantaziyalar

 

               «Buldu Nəsimi çün səni, keçdi qamudan, ey 

sənəm, 

                 Qoydu hərirü ətləsi, girdi əbavü şalinə» 

                           Seyid İmadəddin Nəsimi 

 

     İpəklə  atlasın  əba  və  şala  dəyişdirilməsi  bir 



cünunluq,  dərvişlik,  adi  sadəlövhlük  əlaməti,  yoxsa 

daha  ayrı  nə?  Və  buna  dəyərmi  heç?  Nəyisə  geyinmək 

üçün soyunmaq gərək. Bu, haqq aşiqlərinə nə yaraşan 

iş?  Geyinib  soyunmaq  da  bir  oyunmu,  yahu?  Yəni  bu 

da  bir  quş  dilidir,  “bunu  Süleyman  bilir  ancaq?” 

Sual 


etməyinə 

lüzum 


yox 

ki... 


onsuz 

da 


“aşikarədir”. 

    Libas  Nəsimidən  ötrü  rəmzdir,  bildiricidir, 

onun 

bir 


sıra 

mürəkkəb 

fikir 

oynatmalarının 



cövhərini  açıqlayan  və  bu  məna-cövhərə  birbaşa 

plastik  materialdan  görkəm  verən  obrazdır.  Başqa 

sözlə,  Nəsimi  geyim  vasitəsilə  öz  fikrinin  şəklini 

çəkir,  onu  məkan  içrə  formaya  salır,  “rəngləyib” 

görükdürür. 

 

  «Bu ərusi-dünya kim gah al geyər, gah da yaşıl, 



       Al ilən aldar səni, olmaya kim aldanasan!». 

       

Nəsimi  poeziyasında  libas  dəyişgənlik  və  ötərilik 

simvoludur,  dünyəvi  yalanın,  bir-birini  fasiləsiz 

əvəzləyən  oyun  və  aldanışların  təzahür  elementidir, 

fantastik 

emosionallığa 

malik 

bədii 


işarədir. 

Əgərçi  belə  olmasaydı,  Nəsimi  dünyanı  da  al  və 

yaşıl  geyimli  rəsm  etməzdi  ki?  Hərçənd...  hər 

geyinməyin də bir soyunmağı var axı? 




 

124 


     İnsan  dünyaya  çılpaq  gəlir  və  yalnız  sonradan 

geyinir.  Geyinib  də  soyuqdan  qorunur,  abıra  minir, 

ictimailəşir, 

sosial 


varlıq 

statusu 


alır, 

mədəniyyətlə  tənzimlənən  əlaqələr  sisteminə  daxil 

olur.  Əks  təqdirdə,  cəmiyyət  onu  qəbul  etməyəcək. 

İctimai  məkanda  çılpaq  görünməyi  mədəniyyət  normaya 

sığmayan  tüfah  bir  iş  sayır...  və  buna  bilmərrə 

qadağa  qoyur.  Toplum  içrə  çılpaq  bədən  söyüşdən  də 

betərdi:  hamı  ona  nümayişkaranə  şəkildə  ikrahla 

yanaşır.  Halbuki  bu  bədəndən  hamıda  var.  Geyim 

insanın  təbiətdən  mədəniyyətə  qədər  getdiyi  yolun 

əyani  görükdürücüsüdür.  Mədəniyyətə  rəsmən  elan 

edilməmiş  vəsiqə  “geyim”  adlanır.  Haradasa  belə 

demək  mümkündür  ki,  mədəniyyət  geyimdən,  geyinmək 

prosesinin  və  şakərinin  özündən  başlanır.  Bunların 

hamısı  düz...  və  mübahisəsiz.  Lakin  bir  məsələni 

heç  cür  unutmaq  olmaz.  Yəni  insannın  geyinmək 

tələbatı  maskalanmaq,  məxfiləşmək,  gizli  qalmaq 

istəyi  kimi  də  yozulmağa  caiz.  Geyim  bədənin 

maskasıdır:  çünki  bədən  üz  kimi  mimika  ilə  qoruna 

bilmir. 

Bu 


baxımdan 

çılpaq 


bədən 

aldatmaq 

iqtidarında  deyil.  Ona  görə  də  geyim  bədən 

defektlərinin,  qüsurlarının  örtüyüdür,  maskasıdır. 

“Soyunmaq”  isə  içəridə  olanı  üzə  çıxarmaq,  birbaşa 

gözə  görünməyəni  faş  eləmək,  sirri  aşkarlamaq, 

maskanı tullamaq, örtüyü atmaq mənalarını da özündə 

ehtiva  etməyə  qabil  bir  anlam.  Müsəlman  Şərqinin 

düşünərlərindən  bəziləri  hətta  adi  insan  dərisini 

də  geyim,  maska  qismində  görməyə  meyilli  idilər. 

Seyid  İmaməddin  Nəsimi  bütün  ömrü  boyu  özündən 

sıçramaq,  ayrılmaq,  qopmaq  arzusunda  bulunmuşdu... 

və  burada  qəribə  heç  nə  yox.  Çünki  hal  əhli  üçün 

bu, xarakterik bir ovqat. Özündən çıxıb, kənarlaşıb 

özünə  baxmaq,  öz  gözlərindən  öz  içinə  boylanmaq, 

dərinin  altına  varıb  öz  bədəninə  tam  şəkildə  nüfuz 

eləmək,  orada  rahatlanmaq,  “ərimək”,  “qərq  olmaq” 

marağı,  istəyi  ariflərdən  ötrü  həmişə  dadlı  bir 




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə