125
intellektual oyuna bərabər sayılıb. Bu tövr virtual
cəhdlərdən usanan Nəbati məyuslaşıb da demirdi ki,
“yetdi ömrün axirə, sən bir Nəbati bilmədin, kimdi
bu gözdən baxan, ya dildə bu güya nədir?” Virtual
dünyanın
plastik
görkəmi
insanın
öz
içinə
səyahətinin, gəzintisinin inikasıdır. Kamil insanın
özünü bütöv, harmonik varlıq kimi dərk etməsinin
yolu burdan keçir. Virtual gerçəklik insanın iç
dünyasının gerçəkliyidir. Təbii ki, bu gerçəkliyi
də öz içində kəşf etmiş insan üçün artıq sirri
bəyanə gəlməyən heç bir nəsnə qalmır.
Mən çox fikirləşmişəm: görəsən necə olub ki,
dərinin soyulması kimi son dərəcə işgəncəli bir
cəza tədbiri məhz Nəsimi şəxsiyyəti ilə bağlı
aktuallaşıb? Nəsimini edam etməyə ayrı bir üsul
tapılmırdı bəyəm? Niyə Misir sultanı əl-Müəyyəd
hərlənib, fırlanıb elə bu sadist cəza formasının
üstündə dayanıb? Əgər Nəsiminin dilini kəssəydilər,
qurğuşunu əridib boğazına töksəydilər, deyərdim ki,
yeri var. Çünki o, məhz “ənəlhəq” söyləyən dilinin
ucbatından kafir, mülhüd adlandırılıb. Bəs onda
“dərisi soyulsun” hökmünü nə ayağa yazmaq mümkün?
Belə bir edam üsulu haradan gəlib düşüb fitva
verənin beyninə? Bəlkə dövr, zəmanə mifləşmək, mifə
çevrilmək astanasında bulunanda əfsanəvi ölümə
ürcah
edilmiş
sakral
qurban
ideyasını
gerçəkləşdirməyə tələsir? Olsun ki, mən yanılmıram.
Lakin bu, “dərisi soyulmaq” həqiqətinin yalnız
kulturoloji və nəzəri tərifidir, onun mifopoetik
kontekstə gömdürülməsidir. Amma mənim belə bir
gümanım da var ki, Nəsiminin özü bu müdhiş edam
hökmünün təhrikçisi olub. Gümanım öz yerində... və
təbii ki, mübahisə obyekti ola bilər. Ancaq bununla
yanaşı mən haradasa tam əminəm ki, Nəsimi öz
karmasından xəbərdar idi və şüurlu surətdə ömrünün
fəci sonluğuna doğru gedirdi. O, bundan nə
126
inciyirdi, nə də peşmançılıq çəkirdi. Əks təqdirdə
yazmazdı ki:
«Yığıldı şeyxü şabilər ki, yəni soyalar məni
muradım bu idi həqdən, irişdim mən bu gün kamə».
Dərisinin soyulması Nəsimi üçün sakral arzunu
gerçəkləşdirib ali mətləbə varmaq, kama çatmaq
deməkdir, dünya sirrinə güzgü tutub onu aşkarlamaq
deməkdir, özünü bəşəri bir qurban kimi anlamaq,
dərk etmək deməkdir, faş olub bəyana gəlmək, bəyanı
özündə
görükdürmək
deməkdir,
qələbə
simvoluna
çevrilmək deməkdir. Gör nəmənədir ki, bu cür
əcayib-qərayib bir nişanə Nəsimiyə hətta xoşdur,
hərçənd bu nişanənin özündə bir nişansızlıq əlaməti
mövcud. Bu xüsusda bir neçə Nəsimi beyti:
«Soydular, çıxardılar başdan ayağa pustumu
1
,
Aşiqəm, ah eyləməm, qurbanə xoşdur, yaxşıdır.
Həm soyan, həm soyduran zahid mənəm, səndən deyil,
Cümlədə ayinəyəm PÜNHANƏ, xoşdur yaxşıdır.
MƏNSUR
2
oldum, çün bu gün aləmdə faş oldum sizə
Mən ənəlhəq söylərəm, ürfanə xoşdur, yaxşıdır».
Soyulmaq
Nəsimidən
ötrü
libasların
dəyişdirilməsindən başqa bir şey deyil, bir surətin
digəri ilə əvəzlənməsidir. Çünki mahiyyətdə bütün
mənaların surəti eynidir, məğzi, cövhəri birdir:
«Çü birdir sürətü məni sənin zatində ey arif,
Çıxardım surəti-kisvət
3
, yenidən geydim uş camə
4
»
Yəni hansı paltarda, geyimdə, surətdə olursan
ol, fərq eləməz, həyat özünün saysız-hesabsız,
rəngli və rəngsiz təzahür formalarında əbədidir,
məkanca hüdudsuz, zamanca sonsuzdur. Aləmdə nə
varsa, növbələşib yaşayır. Növbələşmək daimilik
əlamətidir, varlığın əbədi qalmasının şərtidir. Bu
127
daimilik içrə dəyişən bir tək GEYİMDİR, libasdır,
növbəsini
gözləyən
tükənməz
təzahürlərin
formasıdır.
Söylədiyim
fikirlərin
kontekstində
mümkündür ki, insanın dərisinə də ötərgi bir libas
qismində yanaşılsın. Bu əsnada digər bir məsələni
də inmformativ bilib qeyd etmək məqbul: arxaik
mədəniyyətlərdə “dərisi soyulmaq”, “qabıq qoymaq”
uzunömürlülük və müdriklik, çox zaman isə əbədi
olumun nişanəsi sayılırdı. O canlı ki, qabığını
dəyişdirdi, yaşamaq üçün yeni bioenerji qazanmış
hesab olunurdu. Məqamın ayrı bir aspektini də
vurğulamaq, məncə, vacib və gərəkli: məgər barama
soyulub da KƏPƏNƏK şəklində zühur eləmir? İmaməddin
Nəsimi də öz ömrünü elə yaşamışdı ki, axır
sərəncamda
o,
barama
kimi
cildini,
libasını
dəyişib, qabığından çıxıb kəpənəyə çevrilməliydi.
Hələ “yer ilə göy bina olmazdan əqdəm” bu,
Nəsiminin tale cədvəlinin, alın yazısının mərkəzi
hadisəsi kimi götürülmüşdü. Göylərdə cızılmış bu
proqramı, əlbəttə, yaxşı, ya pis icra etmək olardı,
amma pozmaq yox. Nəsimi də bu sakral sifarişi əla
bir üslubda yerinə yetirdi, soyulub “kəpənəkləşdi”,
cismindən
və
canından
qurtulub
sirri
bəyana
gətirdi, özündən qopdu, ilahi dünyaya vardı.
Görünür, Nəsimidən ötrü dərisinin soyulması heç də
hüzn və kədərlə ilişikli bir olay deyildi, sadəcə
tale dönəmi, mütləq bir olacaq, formanı, libası
dəyişib özündən çıxmaq, başqalaşmaq mərasimi idi,
“bəndi həsar içindən” sıçrayıb dünyanın digər
ölçülərində var olamaq, yaşamaq cəhdi idi:
«Fəzli-ilahə canını eylə fəda, Nəsimi, sən,
Olma məlul, ayıtma kim, bəndü-həsar içindəyəm».
Bu sayaq faktların qarşısında, qənşərində
özünü “tilsimi-pünhan”, “əzəli sirr” adlandıran bir
adamın dərisinin soyulması ilə bağlı bütün fəci
motivlər artıq arxa plana keçir. İş bu ki, baxım
Dostları ilə paylaş: |