Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə33/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   29   30   31   32   33   34   35   36   ...   135

 

98 


birisinin  əlavəsidir.  Birlikdə  isə  onlar  Bütövün 

hissələridir”.

13

  Lakin  qoca  Ərəstunsa  (Aristotel) 



belə 

buyururdu 

ki, 

bədəni 


ruh 

idarə 


edir. 

İnanmıram,  boş  söhbətdir:  Aristotel  yanılırdı.  RUHU 



İDARƏ EDƏN BƏDƏNDİR. Enerji bədəndən ayrılır. Bədən 

ruhun  səciyyəsini,  keyfiyyətini  müəyyənləşdirir. 

Ruh  fiziki  enerji  olmaqla  yanaşı  həm  də  fikrin 

enerjisidir, 

düşüncənin 

enerjisidir, 

ağıl 

ünvanlıdır.  Amma  bizim  gümanımız  var  ki,  ağlımız 



bədənimizə  hakimdir.  Əsla:  bədən  ruha,  “mən”ə  və 

ağıla  heç  vədə  tabe  olmur.  BƏDƏN  HƏMİŞƏ  “MƏN”DƏN 



AĞILLIDIR.  Adamların  çoxusu  müəyyən  bir  hadisədən 

(olayın  qarşısındakı  işarəni,  olayın  miqyasını 

nəzərə  almadan)  sonra  öz  doğmalarının,  tanışlarının 

yanında  əksərən  səmimicəsinə  etiraf  eləyir  ki, 

ürəyi  ona  əvvəlcədən  nə  olacağını  xəbər  vermişdi: 

yəni  bədəni  öncədən  duymuşdu,  bilmişdi  bunu.  Bədən 

hər  bir  vəziyyətdə  ani  də  olsa  ağlı,  ağılla 

çıxarılan 

məntiqi 

qərarı 


qabaqlayır. 

Belə 


məqamlarda  qədim  çinlilər  ərz  edərdilər  ki,  DAO 

BƏDƏNDİR.  Əslində  isə  bədən  bütün  ömrünü,  varlıq 

enerjisini ruha sərf eləyir; bədən “mən”ə görə yox, 

ruh  üçün  yaşayır  və  həyatda  axıracan  “yanıb” 

maddiliyi  olmayan  mistik  enerji  fazasına  keçir,  

tam  ruhlaşır;  ölüm  faktından  sonra  bədənin  ömrü 

qurtarır, bədənin ruh dönəmi başlayır. Məsələni bir 

az  daha  aydınlatmaqdan  ötrü  mən  istərdim  filosof 

İskəndər  Tağıyevin  əlyazma  hüququnda  mənə  təqdim 

etdiyi  əsərindən  bir  sitat  gətirəM.:  “Bir  çox 

mədəniyyətlətdə  və  dinlərdə  ölüyə  40  gün  ərzində 

yas  saxlamaq  adəti  var.  Din  xadimləri  (gəlin, 

İbrahimim  məzhəblərindən  danışaq)  sizə  izah  edə 

bilməyəcəklər  ki,  nə  üçün  xristianlarda  ölümdən 

sonra  birinci,  üçüncü,  yeddinci  və  ya  doqquzuncu, 

və  qırxıncı  günlər  (müsəlmanlarda  da  həmin  günlər 

önəmlidir)  qeyd  olunur.  Çünki  onlar  Ruhun  bədəndən 

ayrılaraq  yeni  təcəssümlər  bulması  ilə  əlaqədar 



 

99 


prosesdən  xəbərsizdirlər.  Mən  hələ  ondan  söz 

açmıram  ki,  hətta  ekzoterik  qatda  bu  dinlər 

reinkarnasyon  (təzədən  təcəlla  -  kursiv  A.T.) 

ideyasını  qəbul  etmirlər.  Beləliklə,  Ruhun  yeni 

təcəssümü 

insanın 


ölümündən 

sonra 


bir 

neçə 


mərhələdə  baş  verir.  Birinci  gün  ölüm  faktı 

təsdiqlənəndə  Ruhdan  fiziki  bədən  ayrılır.  Üçüncü 

gün  növbə  insanın  efir  bədəninə  çatır.  Efir 

bədəninin 

fiziki 

bədənlə 


enerji 

bağlantısı 

olduğundan  (efir  bədəni  fiziki  bədənin  matris 

düzümüdür)  bu  məqamda  (müəyyən  işıqlanma  zamanı) 

həmin  bədəni  bir  kabus  kimi  ölmüş  adamın  məzarı 

üstündə görmək olar. Əgər meyit hər hansı bir səbəb 

üzündən  basdırılmayıbsa  (məsələn,  xristianlar  ölünü 

üçüncü  gün  dəfn  edirlər),  bu  hadisəni  otaqda  da 

müşahidə  etmək  mümkündür.  Yeddinci  gün  Ruh  bədənin 

astral 


qılafından 

azad 


olur. 

Xristianlar 

bu 

münasibətlə  doqquzuncu  günü  qeyd  edirlər.  Və 



nəhayət, 

qırxıncı 

gün 

Ruh 


mental 

bədənlə 


“vidalaşır”.  Mental  bədən  Ruhun  ayrıldığı  axırıncı 

aşağı  qılafdır.  Bundan  sonra  Ölümsüz  Ruh  öz 

təcəssümünü  qurtarıb  müəyyən  müddət  Göylə  Yer 

arasında  (əraf,  bərzəh)  mövqelənir.  Ölümsüz  Ruh  üç 

bədəndən  ibarətdir:  Ali  Eqo  Bəbəni  və  ya  Kauzal 

bədən,  Budda  bədəni  və  Atman  bədəni.  Ruh  ölüm 

faktından  ötüşən  zaman  boyunca  bu  prosesdən  keçib 

ilahi  dünyaya,  -  Müqəddəs  Üçbucağa,  -  adlayır  və 

orada  öz  yeni  təcəssümünü  gözləyir”.

14

  Bununla  da 



mənim bayaqdan söylədiyim fikirlərdə tamam yeni bir 

dönəm  meydana  gəldi:  bədən  ruhun  fiziki  dünyada 



görünən 

obrazıdır, 

onun 

məkanda 

konkret 

təcəssümüdür.  Ölümdən  o  yana  bədən  ruh  kimi 

yaşayır. Bu zaman bədən həmişə ruhun yaddaşındadır, 

onun enerji qılafının matris düzümündədir. Amma bir 

məsələ  də  var:  fiziki  dünyada  bədən  görünə 



bilməyəndə 

mifə 

dönür. 

Varlığın 

formaları 

içərisində 

görünər 

olmaq 


bədənin 

əlamətidir. 




 

100 


Halbuki  bədən  bizə  görünən  ruhdur.  Biz  ruhumuzun 

şəkli,  qiyafəsi,  görkəmiyik.  Onda  belə  çıxır  ki, 

Ərəstun  bunları  bilməyə-bilməyə  (bəlkə  də  bilirmiş) 

haqlı  olub  və  deyib  ki,  bədəni  ruh  idarə  edir. 

Ruhsuz 

bədən 


meyitdir, 

kukladır, 

çürüntü 

materialıdır.  

   Lakin...  və  bir  də  lakin...  problemin  həlli 

yolları  çeşid-çeşid,  hamısı  da  təzadlı.  Amma  iş  bu 

ki,  mədəniyyət  bədəndən  utanır,  çılpaq  əzələlər 

fakturasından  utanır.  Mədəniyyət  ruhun  sferasıdır, 

onun  mövcudluq  parametrlərini  ruh  müəyyənləşdirir. 

Əgər  qəbul  olunursa  ki,  bədən  ruhun  evidir,  ruhun 

məkan  görkəmidir,  onda  bunu  necə  başa  düşək:  körpə 

doğulur  və  əlüstü  bələnir:  insan  ölür  və  meyit 

həməncə 

kəfənə 


(xristianlar 

ona 


ən 

yaxşı 


paltarlarını 

geydirirlər) 

tutulur. 

Qəribədir, 

mədəniyyət  permanent  surətdə  bədənin  çılpaqlığını 

gizlədir,  çılpaqlığı  yasaqlayır;  elə  bil  ki, 

mədəniyyət 

çılpaq 


insandan, 

yalxı 


bədəndən 

çimçişir, onu murdar sayır. 

 

BƏDƏN MURDARDIR, RUH MÜQƏDDƏS. 

 

Çünki  bədən  mədəniyyətdə  daim  özgəsidir.  Mədəniyyət 

var  qüvvəsilə,  bütün  mümkün  vasitələrlə,  müxtəlif 

suggestiv 

əqli 

hücumlarla 



bədəni 

təbiətdən 

uzaqlaşdırmağa, 

onu 


öz 

imkanlarına 

görə 

öz 


sferasında, 

öz 


koordinatlarında, 

öz 


laboratoriyasında  təkrar  istehsal  etməyə  (kuklalar, 

robotlar, klonlar) çalışır.   



   Bədəni 

məxfiləşdirib 

onu 

eyhama 

çevirmək 

müsəlman  mədəniyyətinin  ən  cəlbedici  oyunlarından 

biridir. 

   Ortaçağ  xristian  mədəniyyətində  bədən  az  qala 

ruhun düşməni kimi qavranılır; sanki iri bir çuvala 

(katoliklərin  cübbəsi,  rahib  və  rahibələrin  geyimi) 

salınır 

və 


dışarı 

mühitlə 


təması 

minimuma 

endirilir. 

Burada 


məqsəd 

bədəni 


iztirabla 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə