Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə32/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   28   29   30   31   32   33   34   35   ...   135

 

95 


şəkildə  bəyan  eləyir  ki,  hər  bir  şəxsin  taleyi  öz 

əlinə  həkk  olunub  və  bundan  qaçmaq  olmaz.  Adəm 

oğlunun  taleyi  onun  əlinin  içindən  boylanır.  Qədim 

zamanlardan  hesab  olunub  ki,  əl  insanla  göylər, 

hətta  insanla  cəhənnəm  arasında  bir  ötürücüdür. 

Doğrudan  da  bütün  ibadət  formalarında  əl  aktiv 

iştirakçı 

və 


tanrıya 

ünvanlanmış 

mesajın 

translyatoru. 

“Əl 

magik 


möhürdür. 

Bu 


söz 

“pantakulum”  (özündə  hər  şeyi  qapsayan)  kəlməsindən 

düzəldilib.  Təbiət  pentakldır  (beşbucaqlıdır  - 

kursiv A.T.); kainat pentakldır; insan isə kainatın 

təkrarıdır,  yəni  balaca  dünyadır  (aləmi  səğirdir). 

Əl 


isə 

insanın 


təkrarıdır: 

onun 


işgüzar 

mikrokosmudur”,

10

  oxuna  bilən  proqramdır.  Halbuki 



alın  yazısı  tam  məxfidir,  gizlin  tale  cədvəlidir. 

Onda  belə  çıxır  ki,  bədən  başdan-başa  yazıdır, 

şifrələnmiş sakral məlumatdır, eyhamdır. Deməli,  

 

BƏDƏN MƏTNDİR, 



 

“oxunub”, 

“dərk 

edilib”, 



“anlaşılıb” 

şərh 


edilməlidir,  yozulmalıdır.  Əl  də,  alın  da  bədənin 

bir  fraqmenti  kimi  şifrələnmiş  tale  proqramının 

daşıyıcılarıdır.  Bədən  “tale”  deyilən  bir  ömür 

qatarının  lokomotividir.  Bu  mənada  insanın  taleyi 

onun  bədəni  vasitəsilə  hamıya  və  hər  kəsə  əyandır. 

Bir  tək  oxumağı  bacarmaq  və  bilmək  gərək.  Bədən 

dünyaya 


bir 

yazı 


qismində, 

lövhi-məhfuzdan 

götürülmüş  bir  yazı,  bir  tale  qismində  göndərilir. 

Bir  mətn  kimi  bədən  artıq  mədəniyyətə  məxsus  olur, 

mədəniyyətin 

parametrləri 

çərçivəsində 

bir 


bildirici 

statusunda 

bulunmaq 

hüququ 


qazanır. 

Burada 


bədən 

tədqiqat 

obyektinə, 

informasiya 

dağarcığına  çevrilir.  Onu  öyrənirlər  ki,  dünyadan 

baş çıxarsınlar; onu öyrənirlər ki, ruhu tapsınlar; 

onu öyrənirlər ki, tanrıya yaxınlaşsınlar. Odur ki, 

mədəniyyət kontekstində 

 



 

96 


BƏDƏN BİLGİ FORMASIDIR

 

yazının, yəni talenin, ayrı sözlə, tanrı qismətinin 

məkan 

içrə 


plastik 

fiqurudur, 

obrazıdır, 

görkəmidir. Bədən tale haqqında bilgidir ki, onu da 

adi,  öləri  insan  bilə  bilmir.  Qədim  çinlilər  car 

çəkirdilər  ki,  “bədən  bizim  təcrübəmizə  tapşırılmış 

bir  nəsnədir.  Biz  doğulanda  və  idraka  çatanda 

bədənimiz  çoxdan  vardı.  Məğz  etibarı  ilə  bədən, 

Çjuan-tzı  demişkən,  bizim  “əzəli  görkəmimiz”  olub 

“biz  dünyaya  gələnə  qədər  mövcuddur”.  Sonucda 

Daonun  (yolun,  yazının,  taleyin?  -  kursiv  A.T.) 

özünün  bədəni  olan  bu  batini,  noumenaL,  xalis 

simvolik  bədən  (bədənlər  bədəni  -  kursiv  A.T.) 

maddi  cismlərdən  ayrılmaz  və  onlara  qovuşmaz  bir 

vəziyyətdə yaşayır. Bu ona bənzər ki, təmiz güzgüyə 

bütün  nəsnələr  sığsa  da,  güzgü  özünü  onlarla 

eyniləşdirmir,  təxəyyülün  gücü  isə  bütün  obrazları 

aşkarlayaraq  seyr  edilən  predmetlə  məhdudlaşmır”.

11

  

“Biz  dünyaya  gələnə  qədər  mövcud  olan”  bədən  tale 



və  ya  bilgi  kələfidir;  bu  kələfi  isə  “mən”  əyirir, 

açır:  başqa  cür  desəm,  “mən”  məxfi  şəkildə  və 

təkrarı  mümkünsüz  variantda  yalnız  ona  (ancaq  bir 

nəfərə)  göndərilmiş  bilgini  öyrənir,  mənimsəyir. 

Daha  doğrusu,  “mən”  bu  bilgini  özünə  hopdura-

hopdura  formalaşır.  Bədəndə  şifrələnmiş  bilgiyə 

sahib çıxmaq, yəni bilgini bilmək “mən” olmaq, tale 

yaşamaq  deməkdir.  Tale  bədəndə  gizlədilmiş  bilgidir 

və  bu  bilgidən  “mən”in  çalışmaları  və  çabaları 

nəticəsində zühur edir. 

     Lakin... və bir də lakin...  hər bir şəraitdə, 

hər  bir  vəziyyətdə  insan  fəaliyyətinin  amplitudası 

bədənin  fiziki  imkanları  ilə  şərtlənir.  Fiziki 

imkanların  özü  də  elə  bilgi  formasıdır.  Sözümün 

canı  bu  ki,  BƏDƏNİN  İCAZƏ  VERDİYİNDƏN  ARTIQ  NƏSƏ 

BİR  İŞ  GÖRMƏK  MÜMKÜN  DEYİL.  Beləliklə:  bədən 

bilgidir  və  bu  bilgi  insanın  şifrəli  taleyidir. 

“Mən”  bu  şifrəni  öyrəndikcə  “mən”  olur  və  bədənin 



 

97 


əbədi  dustağı  statusunda  qalır.  “Mən”  bədənin 

qiyamçı 


köləsidir, 

o, 


bilgini, 

yəni 


taleyi 

bildiyindən  üsyana  qalxır,  amma  nəyisə  dəyişmək 

(yazıya  pozu  yoxdur)  iqtidarında  bulunmadığını 

anlayıb  da  özünü  yenidən  bədənin  stixiyasına  atır. 

“Mən”  bilincin  (şüur)  və  milli  mentallığın  bədənə, 

bədəndə  şifrələnmiş  məlumatlara  və  instinktlərə, 

dışarıya,  topluma  münasibətdə  reflektiv  olaraq 

yaratdığı 

fərdi 

həyat 


konsepsiyasıdır. 

Bədən 


bazisdir,  “mən”  üstqurum,  özünüdərkin  əlaməti. 

Özünüdərk 

bədən 

bilgisinə, 



yəni 

taleyə 


“yiyələndikdən”  sonra  gerçəkləşir.  “Mən”  bədənin 

geyindiyi 

tanıtım 

maskasıdır, 

bədənin 

şəxsləndirilməsidir,  toplum  içrə  hüzur  şərtidir. 

Amma  di  gəl  ki,  nə  “mən”in  mütləq  maddi  gerçəkliyi 

var,  nə  ruhun:  nə  o  görükür,  nə  bu;  görükən  bir 

təkcə  bədəndir  ki,  o  da,  bu  da  bədənə  məxsus.  Ruh 

bədəndə 


yaşayan 

həyati 


enerjidir, 

bədənin 


enerjisidir,  özününküdür,  doğmasıdır,  ancaq  onun 

“mən”lə  ilişkisi  daha  artıq.  Düzdür,  ruh  bədənin 

içində  “bişir”,  “yanır”  və  sonradan  “mən”i  idarə 

eləyir:  ondan  tələb  eləyir  ki,  bədəni  (taleyi, 

yazını)  “oxusun”,  anlasın  və  taleyinə  tərslik 

göstərməsin.  “Mən”  bədəni  itirəndə  həməncə  məhv 

olur,  ruh  isə,  əksinə,  digər  zaman  və  məkan 

ölçüləri  bulub  ayrı  gerçəklik  koordinatlarında 

yaşayır. Nə qədər ki, insan diridir

 

BƏDƏN RUHUN EVİDİR, 



 

həm 


mətbəxidir, 

həm 


məbədidir, 

onun 


yaşam 

mühitidir, 

müvəqqəti 

məskunlaşdığı 

mənzilidir, 

karvasarasıdır, 

mehmanxanasıdır. 

Ruh 


bədənin 

“kirayənişin”idir.  Dao  fəlsəfəsini  düzüb-qoşanların 

dediyinə  görə  “bədən  ruh  və  enerjinin  anbarıdır, 

enerji  ruhun  anasıdır,  ruh  enerjinin  oğludur”.

12

 

Şərqin  dahi  sufisi  Fərid  əd-Din  Əttar  söyləyirdi 



ki,  “bədən  ruhdan  fərqlənməz:  çünki  biri  o 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə